Məndən getdin

Məndən getdin,
bu şəhərdən gedincə,
dəyişmədi ki,bu şəhər.
Təkcə mən bildim ,
Tək mən…
könülsüz barışdım .
Ayrılığın da dadı yoxdu artıq,
Alışqanlıqdı bu , alışdım…
Yalnız, bütün şifrələri sənin adınla açanda,
xatırladım səni.
Və gündə bir neçə tablet xatirə,
yatmazdan əvvəl,
içirdim qüruruma.
Səndən oyanmaq istəyirəm,
yuxuma da gəlmə daha.
Indi bildim,
Baş alıb gedənlərin,
vidası belə olurmuş …
Heyifff…
Sənə bir xəbərim var idi…

Nuranə Nur