F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının qonağı gənc yazıçı, jurnalist Şahanə Müşfiq olacaq.

 

Gənc yazar “Qaranlıqlar günəşi”, “Şahanənin nağılı” və yeni işıq üzü görən povest və hekayələrdən ibarət “Hərənin öz romanı” adlı kitabların müəllifidir.Şahanə Müşfiqin hekayələrində cəmiyyətdə mövcud olan müxtəlif ailədaxili problemlər əks olunur.”Qonağım ol” rubrikası əsasında reallaşacaq görüş çərçivəsində, oxucular canlı yayım üzərindən gənc yazıçı ilə diskussiya aparmaq və həmsöhbət olmaq imkanı əldə edəcəklər.Gənc yazar görüş zamanı həyat və fəaliyyəti, kitabları, əsərləri haqqında ətraflı məlumat verəcək.Onlayn görüş iyulun 15-da saat 12:00-da kitabxananın instaqram sosial şəbəkəsi üzərindən reallaşacaq.

Mənbə: Artkaspi.az