Şair Nazim Əhmədlinin “Buludları üstümə ört” adlı şeirlər kitabı Təbriz şəhərində işıq üzü görüb.

Kitab Təbrizdə fəaliyyət göstərən “Aydın-Sav” nəşriyyatında çap olunub. Kitabın naşiri Təbrizdə yaşayan yazıçı Nurəddin Müqəddəm, sifarişçisi şair Seyid Mahmud İbadi, ərəb əlifbasına çevirən isə şair Səxavət İzzəti Əndəlibdir.

Kitabda şairin müxtəlif illərdə yazdığı şeirlər toplanıb.

Mənbə: kulis.az