Şair, bu dünyaya niyə gəlmisən?!
Gözünü açandan üzün də gülmür.
Sinən dağ-dağ olub eşqin əlindən,
Bircə an olsa da gözun də gülmür.

Qəmin dalğalanır, batırır səni,
Bükür, parçalayır xəyal kəfəni.
Dağılmır könlünün dumanı- çəni,
Şeirin sevinmir, sözün də gülmür.

Sən bahar dilədin, boran- qış oldu,
Açılan hər səhər qan- qarğış oldu.
Şairlik bəxtinə nəvaziş oldu,
Qəlblərdə saldığın izin də gülmür.

Qapı- pəncərəni qəm aralayır,
Gözünüdən kirpiyi nəm aralayır.
Səadət qucagın kəm aralayır,
Ocağın altında közün də gülmür.


31.07.2021. Mehman Rasimoğlu