Günəşin soyuduğu şəhər
kölgəmdə ölüm qorxusu var,
günəşin soyuduğu bu şəhərdə…
köhnə suvaq kimi tökülür içim,
külək üzümə çırpılıb
əliboş qayıdır geri,
gölməçələrdə güzgülərin
çılpaq ağaclar,
üzünün qanı çəkilmiş günəş
gölməçədə görür öz ölümünü…
məndən öncə
kölgəm təslim olur ölümə,
günəşin soyuduğu bu şəhərdə…
Kənan Hacı