Payız
Günlərim küləyə çevrilir, bacı…
“yarpaqlar çiçəyə çevrilir,bacı.”
Divarlar kürəyə çevrilir,bacı—
Qardaş kürəyinə,dost kürəyinə…
Öz yay yuxusundan oyanır külək…
Hələ ağaclarda payızın yazı
Hələ yarpaq-yarpaq öz qarğışını
Yağdırıb ağaclar söymür payızı…
Bir azdan ağacın quş yarpaqları
Külək hürküsündə nuçub gedəcək—
Başlaya rmeşənin yarpaq qarları—
Qırmızı,çəhrayı,qızılı-sarı…
Diksinib yıxılır yarpaqlar bir-bir
Axtarır kor kimi yenə ağacı…
Günlərim küləyə çevrilir ,bacı
Mən dəli oluram bu axşamçağı—
Dava-dava oynayan uşaqlar kimi
Kimsə elə bil ki, Yer kürəsini,
Qoyub qabağına kompüter kimi,
Zaman əlləriylə, barmaqlarıyla
Oynayır, oynayır taleyimizi.
Günlərim küləyə çevrilir, bacı
Mən tikə-tikəyəm, mən yarpaq- yarpaq
Ağac budağından uçub gedirəm
Bu zalım dünyadan küləklər kimi
Mən də gizlin- gizlin qaçıb gedirəm.
Aç,aç pəncərəni,çiçəyim,bacı,
Bəlkə də yanına bir Səfər yarpaq
Sənin pəncərəndən uçub qonacaq,
Sənin tellərinə —öpər saçını…
Günlərim küləyə çevrilir, bacı…
”yarpaqlar çiçəyə çevrilir, bacı.”
Bəlkə dirilirəm,
Bəlkə ölürəm?
ürəyim Ürəyə çevrilir, bacı.
Səfər Rzasoylu