Xalq yazıçısı İsmayıl Şıxlının “Namus qaçağı” (Hekayələr) adlı kitabı işıq üzü görüb

Görkəmli yazıçımız İsmayıl Şıxlı əsasən romanları ilə şöhrət qazansa da, ustad yazıçımız, həm də mahir hekayə ustası idi. İrihəcmli əsərləri ilə bərabər onun hekayələrində də mənəvi-əxlaqi dəyərlər ön plandadır. Ustad yazıçının “Namus qaçağı”, “Namərd gülləsi”, “Ölüləri qəbiristanda basdırın” və başqa hekayələri mövzu və peşəkarlıq baxımdan bugün də aktualdır.