Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Yadımda nənəmin bir sözü qalıb,
Deyirdi bayquşun səsi gələndə,
O yerdən bir ölü çıxar, ay bala.
Bir uşaq marağı olardı məndə,
O gecə yatmazdım mən də az qala…
Eyvanda oturub qalardım elə,
Dinləyib bayquşun səsin sübhədək.
Axır yazıq nənəm gələrdi dilə,
O yerdə məni də tutardı əsnək.
Bir də oyanardım günorta vaxtı,
Baxardım hər bir şey öz yerindədi.
Təkcə nənəmincə boş qalıb taxtı,
Soranda dedilər yas yerindədir.
Bayquşun əlləri boş qayıtmayıb,
Bir ölü aparıb demə, o gecə.
Mənimtək bəlkə də çoxu yatmayıb,
Almayıb bir damcı çimir, o gecə.
İndi bayquşların səsi kəsilib,
Çıxıbdı ortaya yuxu bayquşlar.
İnsanın ömrünə qənim kəsilb,
Bayquş adamlarla, bayquş yuxular.