Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.
Bitdi qara təqvimin yasa batan günləri,
Çözdü qəhrəman Ordum min illik düyünləri.
Birliyin təntənəsi verdi, nəhayət, bəhər,
Azərbaycan xalqının haqqı idi bu Zəfər,
Bayraq oldu göylərə çəkdiyimiz hər dilək,
Zəfərimiz mübarək!
Düşmən elə düşməndir, bunun başqa adı yox,
Özgə atına minib, meydanda öz atı yox.
Şirnikləndi verilən sərsəm bəyanatlara,
Tamahı arxamızca gəzdi qarabaqara.
Döyüşmək ağır oldu şər dünyayla təkbətək,
Zəfərimiz mübarək!
Tarix salnaməsinə yeni şərəf qatıldı,
O gün, 8 Noyabr Zəfər topu atıldı.
Hər evdə, hər ocaqda toy mağarı quruldu,
Bu müharibə həm də bir ibrət dərsi oldu,
Bizə kin bəsləyənin inadın qırdı fələk,
Zəfərimiz mübarək!
Düşmən əfi ilandır, qulluq etməz bir dinə,
Min cür hiyləgərliyin şahidi olduq yenə.
Arxalı köpək kimi “basıb-bağlayan” dığa,
Ev tikmək əvəzinə mina “əkdi” torpağa,
Haqq üzülər, əzilməz, haqqın bəhərin görək,
Zəfərimiz mübarək!
Tarixi irsimizi qəsb etdi fitnəkarlar,
Kimin belə quduzdan quduz bir düşməni var?
Acı repressiyalar gizlətdi bizdən bizi,
Milli qürurumuzu, milli kimliyimizi –
Yavaş-yavaş tanımaq, duymaq bu olsa gərək,
Zəfərimiz mübarək!