Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Bir qara xal qoydun ağ ürəyimdə,
Silinməz dağ qoydun dağ, ürəyimdə.
qalmadı bir damcı yağ, ürəyimdə,
dinmədim, fağırlıq bəs nədən oldu.
bir mahir ovçusan kamanın naşı,
inanma yetənə, ağartma başı,
sinəmin üstünə sən qoydun daşı,
deyirəm ağırlıq bəs nədən oldu.
girdin ürəyimə naşı izinlə,
oxudun qəlbimi özgə gözüylə,
alıb ürəyimi getdin özünlə,
sevmirdin, oğurluq bəs nədən oldu?!