Əldə zəfər bayrağı,
Gəl gedək Qarabağa!
Azad edək torpağı,
Gəl gedək Qarabağa!
O – bədəndi, o – ruh, can,
O – şərəfdi, o həm şan.
Qarabağ – Azərbaycan!
Gəl gedək Qarabağa!
Bir dəmir yumruq olaq,
Düşmənlərdən öc alaq.
Azad olsun Qarabağ!
Gəl gedək Qarabağa!
“Lazım” gəldi nəhayət,
Silkələndi bu millət.
Hər ürəkdə tək niyyət:
Gəl gedək Qarabağa!
Xarı bülbül gülləndi,
Düşmən qanı gölləndi.
Hamı, hamı dilləndi:
Gəl gedək Qarabağa!
Bir olunca Türk Elim,
Haqqı söylədi dilim:
“Ya Qarabağ! Ya ölüm!”
Gəl gedək Qarabağa!
Şəhid ruhu: “Qalx!” – dedi,
Düşmənləri yax, dedi.
Haqq söylədi, haqq dedi:
Gəl gedək Qarabağa!
Geyib Zəfər bayrağı,
Azad etdik torpağı.
Qaytardıq Qarabağı!
Gəl gedək Qarabağa!
Haqqı doğrulan Türkəm,
Aləmlərə bir görkəm.
Sənə halaldı, Ölkəm!
Gəl gedək Qarabağa!
Gəl gedək Qarabağa!
29 sentyabr – 10 noyabr, 2020