Azərbaycanın müstəqilliyi və bütövlüyü naminə!
Qış çıxacaq,
Yaz olacaq.
Şax gəncliyim,şux gəncliyim bir də geri dönməyəcək.
Həsrət dolu gözlədiyim o illərim,o anlarım,o kədərim o sevincim,şıltaqlığım bir də geri dönməyəcək.
Həsrətində olduqlarım,həsrətimdə olanlarım bir də geri dönməyəcək.
Küsüb nazla barışdığım o günlərim bir də geri dönməyəcək…
Qış çıxacaq,yaz olacaq,gün doğacaq
Öləziyən ümidlərim cücərəcək,
Dirçələcək.
Arzularım qönçələnib güllənəcək.
Qış gedəcək,yaz olacaq.
Nə yaxşı ki yaz olacaq,gün doğacaq,
Ümidlərim barlanacaq,nurlanacaq,gül açacaq
Həm o tayım,həm bu tayım qovuşacaq,
Nə yaxşı ki yaz olacaq.
Ümidimə,fərəhimə bircə körpü al şəfəqli yaz gələcək!
Nə yaxşı ki yaz gələcək!!!