Milli poeziyamızın görkəmli simalarından olan Molla Pənah Vaqif həm lirik şair, həm də tarixi şəxsiyyət kimi dəyərlidir. Yaradıcılığı üç əsrdən artıqdır ki, Azərbaycanla yanaşı Asiya ölkələrində, qardaş türk dövlətlərində maraqla qarşılanır. Qarabağ hakimi İbrahimxəlil xanın vəziri və dostu olan Vaqif maraqlı, həm də təzadlı bir ömür yolu keçib. O, İbrahimxəlil xandan sonra hakimiyyətə gələn Məhəmməd bəy tərəfindən edam olunub. Əlyazmalarının çoxu məhv edilib. Buna baxmayaraq, Azərbaycan xalqı Vaqifi də, onun irsini də qoruyub saxlayaraq nəsildən-nəslə ötürüb. “Qanun” nəşriyyatının “Azərbaycan poeziyası seçmə şeirlər” adlı yeni layihəsində Vaqifin şeirlərini təqdim edirik. Kitabın maraqla qarşılanacağına inanırıq.

Mənbə: https://www.qanun.az/