Post Views: 64 Torpağım üstünə kölgələr salan Mənim varlığımın cilası – bayraq. Zəfərdən doğulmuş, Göytürkdən qalan Qurdbaşlı bayrağın balası bayraq. Üçrəngli bayrağın kölgəsində mən Qaraca torpağı vətən görmüşəm. Zəfər güllərini dövri-qədimdən Bayraq işığında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq – öz yurduma öz hakimliyim. Harda əcdadımın ayaq izi var, Bu zəfər bayrağım orda dikəlsin. Keçdiyi yerlərdə dağlar, yamaclar Onun hüzuruna salama gəlsin. Tarixdən qədimdir, zamandan qoca Mənim …
Azərbaycanlı yazıçı Təranə Vahidin Qardaş Türkiyədə “Karınca Takvimi” adlı hekayələr kitabı işıq üzü görüb
Post Views: 38 Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı “Ulduz” jurnalının Baş redaktor müavini, tanınmış yazıçı Təranə Vahidin Qardaş Türkiyədə “Karınca Takvimi” adlı hekayələr kitabı işıq üzü görüb. Kitabın ön söz müəllifi tanınmış yazıçı, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru Bəxtiyar Aslana, kitabın redaktorları tanınmış yazıçı-tərcüməçi İmdat Avşara, tərcüməçi Saadət Örmecidir. Müəllif kitabın ərsəyə gəlməsində zəhməti …
Şair Barat Vüsalın “Xətadı qeyri-eşq” adlı yeni kitabı işıq üzü görüb
Post Views: 37 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi Barat Vüsalın “Xətadı qeyri-eşq” adlı yeni kitabı işıq üzü görüb. Meracda Cəbrayıl Məhəmməd peyğəmbərə: “Mən burdan belə gedə bilmərəm, çünki qanadlarım yanar. Sən daha tək getməlisən” -dedikdə, Peyğəmbərimiz soruşmuşdu: Bəs, mən necə gedəcəm?-Eşqlə! – deyə yolda …
Xalq şairi Hüseyn ARİF.”Sarmaşıq”
Post Views: 30 Nə kökü dərindədir,Nə möhkəm gövdəsi var.Nə meyvə gətirəndir,Nə də ki, kölgəsi var.Nə fərqi, yanındakıPayıd, ya qovaq olsun;Bircə onu düşünür-Sarınıb qalxmaq üçünTəki bir dayaq olsun. *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Xalq şairi Hüseyn ARİF.”Şəhərdə duydum”
Post Views: 42 Şirindir zoğalın meyvəsi, payı,Onun ləzzətini şəkərdə duydum.Zoğal mürəbbəsi, somovar çayı…Meşənin ətrini şəhərdə duydum. *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Xalq şairi Hüseyn ARİF.”Günəş”
Post Views: 38 Gün batdı… Bozardı göylərin üzü,Bir yarpaq üzülüb düşdü budaqdan.Gün doğdu… nur tutdu dərəni, düzü,Bir toxum cücərib qalxdı torpaqdan. *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Xalq şairi Hüseyn ARİF.”Göygöl”
Post Views: 34 Kəpəz Ana torpağın,Təbii qalasıdır.Göygöl yaşıl meşənin,Göygözlü balasıdır. *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Xalq şairi Hüseyn ARİF.”Var”
Post Views: 38 Meşədə məğrur palıd,Əyilən söyüd də ar.Həyatda qorxaq insan,Təmkinli igid də var. *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Azərbaycan Aşıqlar Birliyi (AAB)
Post Views: 33 Aşıqların I qurultayı 1928-ci ildə, II qurultayı 1938-ci ildə, III qurultayı isə 1961-ci ildə keçirilib. Azərbaycan Aşıqlarının III qurultayı keçirildi. 1984-cü ilin mart ayının 19-da Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan aşıqlarının IV qurultayı keçirildi və Mədəniyyət nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Aşıqlar Birliyi yaradıldı, xalq şairi Hüseyn Arif Birliyin sədri seçildi. Azərbaycan Aşıqlar …
Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm QASIMLI
Post Views: 61 Məhərrəm Qasımlı (azərb. Qasımlı Məhərrəm Paşa oğlud. 1958, Tovuz rayonu, Alakol) — Filologiya elmləri doktoru, professor, AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri (03.03.2016-indi),[1] ədəbiyyatşünas, folklorşünas, şair. Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirmişdir. AMEA-nın Ədəbiyyat institutunda işləyir. İnstitutun folklor şöbəsinin …
Azərbaycan Aşıqlar Birliyinin katibi Musa NƏBİOĞLU
Post Views: 50 Musa Nəbioğlu (azərb. Musa Nəbi oğlu Çobanov; 26 dekabr 1958, Darbaz, Bolnisi) — “Əməkdar mədəniyyət işçisi” (2015), Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru. Həyatı[redaktə | əsas redaktə] Musa Nəbioğlu 1958-ci il dekabrın 26-da[1] Borçalı mahalında – Gürcüstan SSR-nin Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1975-ci ildə həmin kənddəki orta məktəbi, 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. İnstitutu bitirdikdən sonra Gürcüstan Maarif Nazirliyinin sərəncamına göndərilib və bu nazirliyin …
Dastan haqqında məlumat
Post Views: 532 Dastan – Azərbaycan şifahi xalq ədəbiyyatının həcmcə ən böyük növlərindən biri. Azərbaycan ədəbiyyatında dastana epos da deyilir. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən …
Aşıq ədəbiyyatında işlənən şeir janrları
Post Views: 89 Qoşma Aşıq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri də Qoşmadır. Hər bəndi dörd misradan və hər misrası on bir hecadan ibarət olan şeir şəklinə Qoşma deyilir. Ədəbiyyatşünaslıqda qoşmaya “Məhəbbət şeiri” və ya “Aşiqanə şeir” də deyilir. Qoşmanın ilk bəndində birinci və üçüncü misralar sərbəst olur. İkinci və dördüncü misralar isə bir-biri ilə …
Coşqun XƏLİLOĞLU.” Mətin əsgər Şiralı”
Post Views: 42 Azərbaycan Yazıçılar Birliyinin üzvü Kürdəmir rayonunun Sor-Sor kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində şəhid olmuş, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş Şiralı Vüqar oğlu Səlimovun əziz xatirəsinə bulağın açılması münasibəti ilə. Adi bulaq deyil bu, şəhid xatirəsidir,Şəhidin ölməzliyi, şəhidin haqq səsidir.Canını xalq yolunda qurban verən şəhidin,Vətən, …
Kənan AYDINOĞLU.”Qadın ağlamaqçün yaranmayıbdı”
Post Views: 37 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Soykökə bağlılıq, yurda bağlılıq,-Qəhrəman bir yurdun canında olmuş.At çapan Koroğlu dəlilərinin,Sapandı, qılıncı yanında olmuş. Əsrlər boyunca ər meydanında,Fərhad tək qayanı bir ana yarmış.Yaxşı ki, bir xalqa xidmət göstərən,Cəsur bir diyarda qadınlar varmış. Ömrün sınağından üzü ağ çıxmış,Min igid gözündə darda …
Kənan AYDINOĞLU.”Qadının özünə minnətdaram mən”
Post Views: 41 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. “Mənim həyatımın nə mənası var,Sizin üzünüzdə gülüş olmasa”.Nəriman Həsənzadə. İnsanın özündən xəbərsiz, inan,Narahat duyğular bu gün də yatmır.Duyub yaşadıqca ömrün gününü,Bəzən görürsən ki, nəyinsə çatmır. Sonradan keçdikcə ömürdən günlər,İlk görüş, ilk gülüş yadına düşür.Sən demə, bu ömrün ən çətin günü,Gəlib …
Şəfa VƏLİYEVA.Seçilmiş şeirlər (III hissə)
Post Views: 40 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Bu şəhərin əyninə dar gəlir darıxmağım;Həsrət pəhriz tanımır…Ürəyimi çox üzür sənsiz günə baxmağım,Bir də ağrılar üzür gözümün giləsində,Sonra gəlib demə ki: “Dərdim dəniz tanımır…” Getdin ha…O …
Şəfa VƏLİYEVA.Seçilmiş şeirlər (II hissə)
Post Views: 34 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Ölməyən ümidlərə may ağısı Sənə mesaj yazıram,Yazıb-yazıb silirəm…Seçdiyim hər hərfləYeni cığır açıram,O cığıra daş düzübTez qaçıb gizlənirəm……ağlım yoxdu, bilirəm… Gün siləndə buludunÜzündəki tozlarıƏllərimi xatırla…Qarı nənə “söz …
Şəfa VƏLİYEVA.Seçilmiş şeirlər (I hissə)
Post Views: 33 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Şam ağacına sarmaşıb“Aşdım-daşdım” budağı…Saçlarımı qayçılayıbTorpağına tökmüşəm…… “illər aşıb, aylar aşıb,xatirənlə qucaqlaşıb”gətirərmi bu yanvardavüsalı şam ağacı? …sarı rəngdi həsrəti…Nənəm oxşayardı şamı…İndi şamın həsrəti də,Nənəmin laylası daÇox köhnə …
Coşqun XƏLİLOĞLU.” İsmət əziz övladdır”
Post Views: 30 Azərbaycan Yazıçılar Birliyinin üzvü Əslən Kürdəmir rayonunun Sor-Sor kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, şəhid olduqdan sonra “Vətənin müdafiəsinə görə” medalı ilə təltif edilmiş gizir Məmmədov İsmət Hikmət oğlunun əziz xatirəsinə ithaf edirəm. Yaxın gəlin, sizinlə tanış edim İsməti,Orduda gizir idi, vardı, xətir-hörməti,Çox düşünüb seçmişdi, bu müqəddəs sənəti,Deyirdi, …
Xalq şairi Zəlimxan YAQUB.”Kaş mən o yuxudan ayılmayaydım”
Post Views: 37 Bir Şəmşir olaydı, bir mən olaydım,Ovsun o olaydı, sirr mən olaydım.Cahan o olaydı, şir mən olaydım,Kaş mən o yuxudan ayılmayaydım.Hər igid dağların mərdi, əriydi,Hər gözəl məclisdə nazlı pəriydi.Dövrədə Kəlbəcər şairləriydi,Kaş mən o yuxudan ayılmayaydım.Sıldırım qayaları düşmən qorxudan,İnsan oxuyandı, dağlar oxuyan.Məni kim ayıltdı şirin yuxudan,Kaş mən o yuxudan ayılmayaydım.Qarlı zirvələri öyəydi Məmməd,Kövrək şeirlərdən …
Xalq şqiri Zəlimxan YAQUB.”Kişi”
Post Views: 61 Zəlimxan YAQUBXalq şairi KİŞİMəhəmməd Əmin Rəsulzadəninməzarı başında düşüncələr Yetmiş illik ayrılıq axır ki, çatdı sona,Salam! Rəsul övladı Məhəmməd Əmin kişi!Yordum uzaq yolları, səsinlə, sorağınla,Qırdım axır belini həsrətin, qəmin, kişi! Məzarına baxanın kirpiyində nəm gördüm,Ağ mərmərin üzündə qara donlu qəm gördüm.Sənin kimi yarımaz bir qisməti kəm gördüm,Acıdım taleyinə min bəxti kəmin, kişi! Sağ …
Şəfa VƏLİYEVA.”Ümid ömrümə sığmırsa”
Post Views: 47 Köhnə xatirənin həmişəyaşıl şeiri… Ümid ömrümə sığmırsatək səbir gətirmək olmur…xatirəni nə qorumaq,nə salıb itirmək olmur. tale borcdu, ömür kirə…bəxt-ağ gününə kirkirə…bu ömürdən o ömürəbir gün pay ötürmək olmur. ayrılıq da bir həvəsmiş,xatirən ömrümə bəsmiş.sənsizliyin bəd rəngdəymişgeyinib bəzənmək olmur. kədər ömrün bac-xəracı,nə ahdı bu acı-acı?!həsrətin göz yaşı acıağlayıb yetirmək olmur. zəfər deyil ömrü …
Hocamız Selim TUNÇBİLEK.”ŞEHİRLER VE EDEBİYATIMIZ”
Post Views: 53 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Selim TUNÇBİLEKTYB Kayseri Şb. Bşk. Zaman zaman düşünürüm ne çok yanılgılarım var diye. Sizlerin yok mu? Herkes tarafından doğru kabul edilen tanım ve tasniflere karşı içimde hep bir kuşku duyarım. Her tasnifin kapsayıcı ve kuşatıcı olmaktan uzak, ayrıştırıcı olmasının getirdiği tedirginlik midir bu durum bilemiyorum. …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”MƏNƏ BİR ŞEİR YAZ…”
Post Views: 47 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Mənə bir şeir yaz sevgi ünvanlı,Yaz ki, darıxmışam, ölmüyüm sənsiz.Mənə bir şeir yaz, lap Məcnun kimi,Ol, dəli-divanə, bilmiyim sənsiz. Mənə bir şeir yaz, başı havalı,Gözündən …
Ədəbiyyat İnstitutunda “Elm günü”nə həsr olunmuş elmi sessiya keçirilib
Post Views: 48 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Elm günü”nə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı: nailiyyətlər və vəzifələr” mövzusunda elmi sessiya keçirilib. Sessiyanı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq elmlə məşğul olan insanları bu gün münasibətilə təbrik edərək Ədəbiyyat İnstitutunda son illərdə görülmüş işlər …
Şəfa VƏLİYEVA.”Bütün qoca romançılara…”
Post Views: 44 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Bu gecəni hiss elə…Eynəyinin ağrıyan şüşəsini silmə heç…Sızlasa əlinin qələm söykənən yeriÜflə…Hər ağrıya ürək vermə,Birinin də üstündən keç… Bu gecəni hiss elə…Oxuduğun son romandanDaha gözəlini yaz…Gül …
Şəfa VƏLİYEVA.”Saçımın ucunda yaşıl işıqlar”
Post Views: 44 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Saçımın ucunda yaşıl işıqlar,Əllərin son sürət şütüyür hələ…“Elin qınağı”nın son cəriməsiQıyılan gözümdə üşüyür hələ… Sonuncu çarədi duz ayrılıqlar,Portağal dadında açılır səhər…Məğrur təbəssümüm-sərt qayalıqlar,Ətrin-mamır üçün darıxan şəhər… …
Şəfa VƏLİYEVA.”Bir qış gecəsiydi…”
Post Views: 36 Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Bir qış gecəsiydi…Tutub əlindənGetməyə dəyərdi buz donan gölə…Neynim ki, boz idi şəhər arzun da…Boz idi cibləri dəri gödəkçən,Boz idi qəssabın təpiklədiyi,Fevral soyuğunda üşüyən pişik……elə utanıram neçə …
Şəfa VƏLİYEVA.”İtirilmiş şəhərləri okeanlarda axtarıb”
Post Views: 35 Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı İtirilmiş şəhərləri okeanlarda axtarıbSəhralarda tapırıq…Səncə, bu, sevgi deyil?!Harda bir ovuc gülüş varGözlərimizlə qapırıq…Səncə, bu, sevgi deyil?! “Ağ yuyub qara sərdiyim”Sənsizliyin qucağınaBir körpə şəkli qoymuşam…Dünən də xəyalımdaŞuşaya …
Şəfa VƏLİYEVA.”Açın qapıları, küssün açarlar”
Post Views: 37 Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Açın qapıları, küssün açarlar,Kəsilsin ümidi barmaqlıqların…Yıxın hasarları,Kəsə yol tapsınGücünü çəlikdən uman qocalar…Dələlər, sərçələr utanmasınlarYuvadan yayılan zümzümələrdən…Tutuşun əl-ələ,Qaçın bu küçədən,Pozun qaydaları,Yazın sevginiBütün şəhərlərin elanlarına…Sonra da unudun, unudun …
Rafiq ODAY.”USTAD, BİR DÖN SİNƏMƏ BAX!”
Post Views: 56 (20 yaşın sevdası) “Gəl gör mənə eşq neylədi» deyən ustad Yunis İmrəyə Bu sevda dəli sevdadı,Tükənməz macərası var.Nə bu dərdə əlac edən,Nə bu dərdin çarası var. Oldu ömrün yazı talan,Yazıq satan, yazıq alan.Nə ondan bir razı qalan,Nə ondan bir narazı var. Yön çevirib dağa-daşa,Bulaq oldu gözüm – daşan.Nə gözümdə ağdan nişan,Nə gözümün …
Rafiq ODAY.”TANRININ YER ÜZÜNDƏKİ MƏLƏYİ”
Post Views: 34 (Abbasqulu bəyin qızına) Sənin səbrinmənim səbirsizliyimdəndaha böyükmüş,Səbr edənləriözünə dost tutan,Bir adı da Səbr olan Allahınsəbrindən də, –Tanrının yer üzündəki mələyi. Sənin o məsumgöz yaşlarındaMənim günah doluhikkələrim yaşayır.Gəl öpümo pak alnından,Gəl öpümsellərin, sularınyatağı olano ürkək gözlərindən,Amma ayrılıq olmasın.Gözlərdən öpməkayrılıq gətirərmiş ya, –Olmasın ayrılıq,Tanrının yer üzündəki mələyi. Mən, bu günə kiminə anama şeir yazdım,nə …
Azərbaycanlı şairə-publisist Nəcibə İlkin “Azərbaycanın fəxri” fəxri duplomu ilə təltif olunub
Post Views: 37 Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı (AzərKİVİHİ) İdarə Heyətinin qərarı ilə Azərbaycanın ərazi bütövlüyü, torpaqlarının azad yolunması yolunda vətənpərvər yazarları və çıxışları ilə fərqlənən, çoxlu sayda kitabların redaktoru və ön söz müəllifi kimi tanınan, uzunmüdətli mətbu və ədəbi fəaliyyəti ilə seçilən fəal ictimaiyyətçi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Bir çox haqqı tapdanan dostlara xitabən…”
Post Views: 29 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Məclislər başına çəkməzlər məni,Hələ ki, köhnədir çuxam, a dostlar.Ürəkdə məkrlər, gözlərdə yalan,Mən o baxışlardan toxam, a dostlar. Yaxşılar görmüşəm ilişib torda,Yaman yüz kələklə qalmayıb darda,Bu …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Atasının gül balası…” (Hekayə)
Post Views: 30 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Sveta, tələbə yoldaşlarının görüşünə bu dəfə qızları ilə gəlmişdi – özü də lap böyük sevinclə. Çünki belə görüşlər iki –üç ildən bir keçirilsə də, bütün …
Şəfa VƏLİYEVA.”Nuhun gəmisinə gecikənlər” (Hekayə)
Post Views: 37 Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı İsti yay gününün axşamı addım-addım gəlirdi; qaranlığın tünd-göy kölgəsi uzaqdakı boz təpələrin yanağına hopurdu. Balaca, qəhvəyi kərtənkələ balası başını nahamar, üstü quruyan mamırların ləkələri ilə dolu …
Azərbaycanlı gənç xanım yazar Şəfa Vəliyevanın hekayəsi “Ulduz” jurnalında dərc olunub
Post Views: 51 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanlı gənç xanım yazar Şəfa Vəliyevanın “Nuhun gəmisinə gecikənlər” hekayəsi “Ulduz” jurnalının mart sayında dərc olunub. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr …
Arif EREN.”Kimlik”
Post Views: 93 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi KİMLİKKin tutmaz bu yürekYunus’ça bir hoşgörü içindeAllah aşkıyla yanarakDurmadan çalışır işinde Sevgi dostluk ve güzellikleHer zaman el sıkışır bu ellerAdlarından fazla söz edilmezOysa parmaklardadır bütün hüner İsteyerek kalp kırmaz bu dilKırarsa bir süre konuşmazBu nedenle yaşanan ıstırabınKimseler farkına varmaz Hatayı yüze vurmaz bu insanBir şekilde …
Gülten ERTÜRK.”ÖGRETMEN NASİHATI”
Post Views: 58 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Bak yavrum! Deseler ki yeniden geleceksinCehaletin izini tamamen sileceksinNe olmak istediğin yine sen bileceksinBenden sana nasihat gönüllere dol yavrumBu vatana millete kutlu evlat ol yavrum Bak yavrum! Dağ gibi ol asla bükme ha boyunDiş geçirmesin sana katiyen kirli oyunBir dünyaya bedelsin asildir senin soyunBenden sana …
Gülten ERTÜRK.”Çannakkalem”
Post Views: 56 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi
Harika UFUK.”ÇANAKKALE GERÇEĞİ”
Post Views: 45 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Minnet ve rahmetle anıyoruz. Milletimin kaderi Atatürk’le yazıldı,Dillere destan oldu Çanakkale gerçeği.İttifak ordusuna Conk’ta mezar kazıldı,Dillere destan oldu Çanakkale gerçeği. “Allah Allah!” sesleri titretti yeri, arşı,Kucakladı mermiyi yiğit Seyit OnbaşıNasıl da ateşledi topu düşmana karşı,Dillere destan oldu Çanakkale gerçeği. Çoğu zaman katıksız birkaç lokma ekmeği,Yağlı …
Harika UFUK.”Novruz geldi hoş geldi”
Post Views: 44 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Toprağın hareketi kanımızı coştursun,En eski Türk bayramı Nevruz geldi hoş geldi.Kadın- erkek, yaşlı- genç sevinç ile koştursun,En eski Türk bayramı Nevruz geldi hoş geldi. Önce havaya, suya derken düştü toprağa,Cemrenin düşmesiyle canlandı birden doğa,Kırlarda dans ediyor koyun, keçi, at, boğa,En eski Türk bayramı Nevruz geldi …
Xalq şairi Hüseyn ARİF.”Xalqsız xalq şairləri”
Post Views: 57 Bir həyat şairi var,Bir də vaxt şairləri.Eldən, gündən xəbərsiz,Saray, taxt şairləri. Biri haqqa daş atar,Biri kölgədə yatar.Kim sevib, kim yaşadarBu bədbəxt şairləri? Biri var, üzdəniraq,Haça dil, hazıryaraq.Qapı, baca, künc, bucaq,Əl-ayaq şairləri. Hüseyn Arif, nə xəbər,Nə qədərmiş, nə xəbər.Başsız başa keçənlər,Xalqsız xalq şairləri.
Xalq şairi Hüseyn ARİF.”Doymuşam”
Post Views: 31 Eniş gözəl, yoxuş gözəl, düz gözəl,Nə arandan, nə yaylaqdan doymuşam.Sinə gözəl, söhbət gözəl, söz gözəl,Nə qələmdən, nə varaqdan doymuşam. Göz qoyduqca köhlənlərin oynuna,Qollarımı aparmışam boynuna.Sığınanda təbiətin qoynuna,Nə lilpardan, nə bulaqdan doymuşam. Yaşıl meşə yağışı nə yağışdı,Əlvan çəmən naxışı, nə naxışdır.Ürkək maral baxışı nə baxışdı,Nə obadan, nə oymaqdan doymuşam. Günəş doğar, hərarəti nə …
Xalq şairi Zəlimxan YAQUB.”DÜNYA TÜRKÜN OLACAQ!”
Post Views: 226 Təntiməyin, tələsməyin, çaşmayın,Yerli-yersiz həddinizi aşmayın,Qazan gəlib qaynamamış daşmayın,Yoldaşımız səbr, dözüm olacaq,Bugün-sabah dünya bizim olacaq. Vaxt Təbrizin, dünya Ərkin dünyası,Yol Tanrının, haqqı dərkin dünyası,Əvvəl-axır dünya Türkün dünyası,Üç gün, beş gün gecim-tezim olacaq,Bugün-sabah dünya bizim olacaq. Şəhid verin, qurban verin, can verin,Cansızlara şah damardan qan verin,Gəmi kimi sahillərə yan verin,Müjdəçilər düzüm-düzüm olacaq,Bugün-sabah dünya bizim …
Xalq şairi Xəlil Rza ULTÜRK.”Mərdlər və dərdlər”
Post Views: 52 Oxudum… gözümə inanmayaraq,Səninmi bu imza, səninmi bu xətt?Sözlər – yada yalaq, yaxına bir dağ!Hanı car çəkdiyin qüdrət, ləyaqət?Səninmi bu imza, səninmi bu xətt? Çamura zülmətə sən ağ deyəndə,Süd kimi kağızdan utanmadınmı?Əyriyə düz deyib, düzü əyəndəƏyilməz əlləri heç anmadınmı?Qələmdən, kağızdan utanmadınmı? Nə cür yalayırsan tüpürdüyünü,Lənət dediyini alqışlayırsan.Dünən bu həyatdan süpürdüyünüBu gün bəzəyirsən, naxışlayırsan.Lənət …
Xalq yazıçısı Mehdi Hüseynin məzarı ziyarət olunub
Post Views: 32 Bu gün Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdür. 22 mart 2021-ci il tarixində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dahi şəxsiyyət, əvəzsiz müəllim Mehdi Hüseynin doğum günüdür. “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Mehdi Hüseynin məzarını ziyarət etdilər. Ruhu şad olsun🙏
Xalq yazıçısı İsmayıl Şıxlının məzarı ziyarət olunub
Post Views: 37 Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdür. 22 mart 2021-ci il tarixində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dahi şəxsiyyət, əvəzsiz müəllim İsmayıl Şıxlının doğum günüdür.“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Fəxri Xiyabanda İsmayıl Şıxlının məzarını ziyarət ediblər. Ruh şad olsun🙏
Xalq şairi Hüseyn ARİF.”Danış”
Post Views: 55 Ey hərdən mənimlə üzbəüz olan,Şəri bir yana qoy, xeyirdən danış.Dərəyə, təpəyə salma özünü,Laləli, nərgizli bir yerdən danış. Öyüb yaxınını, söymə yadını,Sınama hər yerdə qol-qanadını,İki yüz şairin çəkmə adını,Bircə ürək açan şeirdən danış. Hanı sellər kimi coşub çağlayan?Sözün qüdrətini ellərə yayan?Hüseyni torpağa, suya bağlayan,Arzudan, əməldən, fikirdən danış. *Bu şeir Xalq şairi Hüseyn Arifin …
Xalq şairi Hüseyn ARİF.”Şeir”
Post Views: 41 De kimə lazımdır, nəyə gərəkdir,Dostların könlünə yatmayan şeir?!Fəhlənin ruhunu qanadlandırıb,Alimin ağlına batmayan şeir. Yayın dağ ətrini, dəniz ətrini,Qızılgül, göy sünbül, nərgiz ətrini,Yaşarmı-torpağın təmiz ətrini,Göylərin ətrinə qatmayan şeir?! Yaxında alışıb, uzaqda yansın,Tüstüdə boğulub, ocaqda yansın,Kitabda alışıb, varaqda yansın,Bu evdən o evə çatmayan şeir. *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, …
22 Mart Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü
Post Views: 50 İsmayıl Qəhrəman oğlu Şıxlınski (İsmayıl Şıxlı) (22 mart 1919, İkinci Şıxlı, Gəncə quberniyası – 26 iyul 1995, Bakı) — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına …
Xalq şairi Hüseyn ARİF.”Deyiləm”
Post Views: 42 Ey mənim arxamca yumruq oynadan,Bərkə çox düşmüşəm, qorxaq deyiləm.Ayağım yer tutur, əlim əldədir,İnsandan, torpaqdan uzaq deyiləm. Əzəldən həm eşqim, həm nifrətim var,Canımda tükənməz hərarətim var,Bir qəlbdə min sözüm, min söhbətim var,Həyatda beşgünlük qonaq deyiləm. Ölçmə hər yetəni öz sağ, solunla,Tərpətmə qayanı gücsüz qolunla,Hüseynə dərs demə, yeri yolunla,Mən dünya görmüşəm, uşaq deyiləm. *Bu …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Qızlardan oğlanlara”
Post Views: 140 Qızlardan oğlanlara Oğlanlar,qızlara hörmət eləyin,Ya sevin qızları,ya redd eleyin.Aldadıb atmayın,günahdı qızlarSabahkı ən əziz anadı qızlar. Səsində həya var,gözündə ovsun,Evdə dilavərdi,çöldə lal olur.Gözünüz qızların gözündə olsun,-O gözdə daimi bir sual olur. Qızlar anadılar,oğlanlar ata,Kim deyir,bu işi bir əyən olmur?!Qızların qız baxtı gözəl olsa daGəlinlik vaxtları müəyyən olmur. Fikirə öyrəşir,qəmə qatlaşır,Qəlbində yaşadır,sirrini təkcə.Öz ata …
Xalq şairi Zəlimxan YAQUB.”Qanad bağışladı küləklər mənə”
Post Views: 43 Mələk dodağında səslər eşitdim,Ruhuma hopdurdum o səsləri mən.Qəlbimə köçürdüm, qanıma yığdım,Bütün sevgiləri, həvəsləri mən. Şeyximin yolunda olmadım naşı,Tökdüm Yunus kimi gözümdən yaşı,Vaxtında tanıdım Hacı Bektaşı,Sevdim o sevdiyi həvəsləri mən. Qanad bağışladı küləklər mənə,Güc verdi tanrılar, fələklər mənə,“Dağıt!” deməsəydi, mələklər mənə,Dağıda bilməzdim qəfəsləri mən. *Bu şeir Xalq şairi Zəlimxan Yaqubun 2006-cı ildə işıq …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Vətəndaş”
Post Views: 1. 237 Vətəndaş! Nə gözəl səslənir bu söz,Yəni – bir Vətənin övladıyıq biz.Anamız eynidir, qardaşıq demək,Mən sənə arxayam, sən mənə kömək. Vətəndaş! Nə gözəl səslənir bu söz,Yəni – iki canda bir ürəyik biz.Gücsüzük, bir heçik sən də, mən də tək,Vətənə güvənib olduq Vətəndaş.Mənim ürəyimi qanatsın gərək,Sənin dırnağına dəyən çırtma daş. Vətəndaş! Nə gözəl səslənir …
Coşqun XƏLİLOĞLU.Vurğun
Post Views: 47 Xalq şairi S.Vurğunun ölməz xatirəsinə İlk bahar günündə doğuldu Vurğun,Sənət dünyasının baharı oldu.Ucaldı, ən uca dağ oldu, Vurğun,Ana yurdumuzun vüqarı oldu. Tükənməz həvəslə yaratdı, yazdı,Sözləri məsəl tək düşdü dillərə.Yurdu gecə-gündüz dolandı, gəzdi,Ürəkdən bağlıydı doğma ellərə. Sevirdi Muğanı, Mili, Şirvanı,Qobustan sevimli oylağı idi.Ötdü məhəbbətlə ömür karvanı,Hər elin ən əziz qonağı idi. Xalqla bir …