Post Views: 45 Qız-gəlin göyərdib yaşıl səməni,Uşaqlar nə böyük tonqal çatıbdır,Bürüyüb güllərin ətri çəməni,Quzular yamacda şehə batıbdır. Kimisi qonşuya tullayır papaq,Kimisi tullanır üstündən odun,Kimisi qapını xəlvət pusaraqAğzına tullayır bir ovuc qovut. Kosa keçəl ilə çıxarır oyun,Bayram xonçasını heybəyə yığır,Payızda etməkçün özünün toyunKeçəllə nə qədər oyundan çıxır. Bişirir analar ləziz xörəklər,Yumurta boyanır yaşıl, qırmızı,Düzülüb süfrəyə şirin …
21 Mart Xalq şairi Səməd Vurğunun doğum günüdü
Post Views: 51 ANA Pək cocuğdum, yerə gömdülər səni,Həyata qanadsız atdılar məni.Bax, necə pozulub ömür gülşəni,Həyat sənsiz mənə zindandır, ana! Qoynunda bəslənir gözəl diləklər,Layiqdir səcdəyə sənə mələklər,Nerdəsən, gözlərim həp səni bəklər,Bax evladın nasıl giryandır, ana! Sən bir günəş idin, doğdum da, batdın,Yazıq evladını qəmlərə atdın.Bir cavab ver, hanki murada çatdınTorpaqlarda neçə zamandır, ana! Bir ah …
Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının rəhbəri şair Barat Vüsal “Azərbaycan Vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edilib
Post Views: 107 Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının rəhbəri şair Barat Vüsal “Azərbaycan Vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri cənab Anar Baghirov Vəkillər Kollegiyasının Rəyasət Heyəti və bütün vəkil korpusu adından Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, “Vəkil marşı”nın …
Azərbaycanlı gənc yazar Kamran Murquzovun məqaləsi “Usare” dərgisində dərc olunub
Post Views: 56 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovun …
Xalq şairi Hüseyn ARİF.”Qayıt, uşaqlığım!”
Post Views: 534 Qayıt, uşaqlığım, qayıt bir anlıq…İtən günlərimi tapmaq istərəm.Minib axşamüstü qarğı atımı,Yollardan-yollara çapmaq istərəm… Qayıt, uşaqlığım, qayıt bir anlıq…Yeriyib, yıxılıb, qaçmaq istərəm.Səhərlər çiynimdə məktəb çantası,Sinif otağını açmaq istərəm. Qayıt, uşaqlığım, qayıt bir anlıq…Mən səni bağrıma basmaq istərəm.Nənəmin saxlancı ala çatıyla,Ağacdan yelləncək asmaq istərəm. Qayıt, uşaqlığım, qayıt bir anlıq…Sən niyə tez keçdin? Bilmək istərəm…Həyat …
Xalq şairi Zəlimxan YAQUB.”Yol”
Post Views: 62 Yaradanım yaxşı Yaradanım yaxşı bilir,Yolum kimlərin yoludu.Dünənin söhbəti deyil,Lap qədimlərin yoludu. Məni qış-yaz anan yollar,Tanrıya uzanan yollar,Halallıq qazanan yollar,Xoş qədəmlərin yoludu. Qulaq Haqqdan gələn səsdə,Könül gündə yüz həvəsdə,Mənim yolum pərdə üstə,Yanan simlərin yoludu. Ruhum yollara bələddi,Yol çaşanlar xəcalətdi,NUH, İBRAHİM, MƏHƏMMƏDDİ,Yol ADƏMlərin yoludu. 6.VII.2005 *Bu şeir Xalq şairi Zəlimxan Yaqubun 2006-cı ildə işıq …
“Açık Kara” dergisinin 37. sayısı yayında
Post Views: 38
Coşqun XƏLİLOĞLU.“ƏBƏDİ CƏNNƏTƏ KÖÇMÜSƏN”
Post Views: 50 “ƏBƏDİ CƏNNƏTƏ KÖÇMÜSƏN” Əslən Kürdəmir rayonunun Çöl-Ərəb kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, göstərdiyi şücaətə görə “ Vətən uğrunda” medalı ilə təltif edilmiş Bayramov Səid Eldəniz oğlunun əziz xatirəsinə ithaf edirəm. Adının mənası – xoşbəxt, uğurlu,Çöhrən, üzün- gözün, necə də nurlu,Yaşadın ömrünü, qısa, qürurlu,Şəhidlik şərbətin içmisən, Səid,Əbədi cəənətə köçmüsən, …
Rafiq ODAY.”GÜLNAR A GÜLDÜ…” (Təcnis)
Post Views: 38 Elə pak, elə saf ürəyi var ki,Tikan da, qanqal da Gülnara güldü.Sanki bu dünyanın adamı deyil,Güllər də baxışıb Gülnara güldü. Hansı gül söyləməz güləm mən qəşəng, –Təbiət qoynundan gül əmmən qəşəng!Nar dərəm, sevinəm-güləm mən qəşəng,Nar gülə güldüsə, gül nara güldü. Deyincə: sevgisiz yaşa, sın, gözəl, –Məni quru yuyub, yaş asın, gözəl,Rəhm eylə …
Rafiq ODAY.”ÇANAQQALA ZƏFƏRİ”
Post Views: 33 ÇANAQQALA ZƏFƏRİ Çanaqqala Zəfərinin 100 illiyində yazılıb. Azadlığı başa tacSeçənlərin püşküdü,Vətənə namus andıİçənlərin püşküdü,Bu andla şirin candanKeçənlərin püşküdü, –Əbədiyyət yolunaÇıxanların səfəri,Çanaqqala zəfəri! Gözümüzün qan adlı,Seli, suyu qurudu,Bu qan aydan arıdı,Bu qan sudan dururdu,Türkün qurtuluş himni,Varolma düsturudu,Odur bizə bəxş edənAl şəfəqli səhəri,Çanaqqala zəfəri! Qos-qoca bir ağacıQurutmaq mümkün deyil.Buna təşəbbüsləriUnutmaq mümkün deyil,Yüz səksən milyon …
Qafqaz ƏVƏZOĞLU.”İlahi, nə yaxşı tanıtdın mənə”
Post Views: 27 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və …
Qafqaz ƏVƏZOĞLU.”Vaxtıdı”
Post Views: 32 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Dərdimin yorğanı qalın”
Post Views: 44 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Dərdimin yorğanı qalın,Çək üstümə, üşüyürəm.Arzularım ayaqyalın,Daşımaqdan tövşüyürəm. Xırda-xırda səpələdim,İçimə haqqın qanını.Üzümə tutub gedirəm,Düzüb qoşduğum yalanı. Fikirlərim qalıb çıplaq,İçimdə sözüm talanır.Düşüncələrim od tutur,Qəlbimdə dözüm talanır. Ömür …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Ya dağı qalır”(Təcnis)
Post Views: 43 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Nakam məhəbbətin qəlbdə, könüldə,Ya həsrəti qalır, ya dağı qalır.Yurdda qalan övlad əsil olmasa,Elə bil yurdunda yad, ağı qalır. Zəhərli əlin də, yad ayağın da,Yenə mənə …
Şəfa VƏLİYEVA.”Bir dərd tapdım geyindim”
Post Views: 36 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Bir dərd tapdım geyindim,Boyumdan yekə çıxdı…Soyunmağa ərindim…Boyum da heçə çıxdı… Yamanmış əl uzadanDərd bozardan donuma…Tanrıymışən uzaqdanSevda yazan sonuma… Bu gün sonuncu dəfəSevələdim adını…Sən demə, “son” özü …
Şəfa VƏLİYEVA.”Büyümüşüm, ANNE…”
Post Views: 42 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı büyümüşüm, anne…bakışlarının dokunduğu resimlerimde hala güller açıyormu, bilmiyorum…karşında beni ne zamandır ağlayan bulmuyorsun…omuzlarına yaslanmıyor başım…inlemiyor dilim “dertliyim”-diye…büyümüşüm, anne…korkmuyorum ayrılıklardan…ürpenmiyorum garip nazarlardan…ve adını bilmiyorum sol yanımda çırpınan …
Kənan AYDINOĞLU.”Şair qardaş, həncərisən, həncəri?!” (II şeir)
Post Views: 46 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. ŞAİR QARDAŞ, HƏNCƏRİSƏN, HƏNCƏRİ?! Əzizimiz gözəl şair Zaməddin Ziyadoğlunun “Həncərisən?” şeirinə nəzirə Sığınıb Allahın dərgahına sən,Çağırma köməyə Sultan Səncəri.Müqəddəs torpaqdan qayıdan zaman,Çıxart sən belindən iti xəncəri,Şair qardaş, həncərisən, həncəri?! Qiyamət qopacaq, qiyamət, Hacı,Düşəndə torpağa alnının təri.Kəsərli şerinlə qəlbə yol tapan,Kitabdan …
Kənan AYDINOĞLU.”Şair qardaş, həncərisən, həncəri?!” (I şeir)
Post Views: 40 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. ŞAİR QARDAŞ, HƏNCƏRİSƏN, HƏNCƏRİ?! Əzizimiz gözəl şair Zaməddin Ziyadoğlunun “Həncərisən?” şeirinə nəzirə Yaxınlara söylə görək bu anda,Şair qardaş, həncərisən, həncəri?!Xanlıqlardan sən Bakıya gələndə,Şair qardaş, həncərisən, həncəri?!Şair qardaş, həncərisən, həncəri?! Avey dağdan xəbər göndər bu yana,Razı olmam şər qüvvələr oyana.Xocalıdan, Qubadlıdan …
Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (II hissə)
Post Views: 64 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri BAYRAM GİLEYİ Bütün küsənlər barışır Vallah sənsiz çox ağırdı bu halım,Mən yanıram, sənsə baxıb gülürsən.Küsənlər də tay barışır, ay zalım,Həsrətimin ünvanını bilirsən. Xəyallarım hey dolaşır …
Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (I hissə)
Post Views: 49 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri YAZMIŞAM İllah verib mənə bu yurd, bu elim,Yaxdığımı, sevə-sevə yazmışam.Sevgi ilə, ötüşübdü hər ilim,Yazdığımı, sevə-sevə yazmışam. Coşub, daşıb bu illərdə ilhamım,Açılıbdı aydın, nurlu sabahım,Hər vaxt …
Şair-yazıçı Coşqun XƏLİLOĞLU
Post Views: 121 Azərbaycan Yazıçılar Birliyinin üzvü COŞQUN XƏLİLOĞLU (Coşqun Xəlil oğlu İbrahimli) 1960-cı ilin dekabr ayının 27-də Kürdəmir rayonunun Mollakənd kəndində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunun – indiki Azərbaycan Neft Akademiyasının məzunudur. Neft sənayesində-SOCAR-ın “Kompleks qazma işləri” trestində şöbə rəisi vəzifəsində işləyir. Orta məktəb illərindən bədii yaradıcılıqla məşğuldur. Yazıları müxtəlif …
Coşqun XƏLİLOĞLU.”Fərrux kimi oğullar”
Post Views: 41 Azərbaycan Yazıçılar Birliyinin üzvü Əslən Kürdəmir rayonunun Şilyan kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, medalları ilə təltif edilmiş tankçı baş leytenant Hüseynov Fərrux Baxış oğlunun əziz xatirəsinə ithaf edirəm. Uşaqlıqdan arzusuHərbçi olmaq idi,Kafirləri …
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 44 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə Azərbaycanda muzey işinin inkişafı …
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 45 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində …
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 50 Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 100 illiyi münasibətilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Teatrın aşağıdakı əməkdaşları təltif edilsinlər: 3-cü dərəcəli “Əmək” …
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 53 Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 100 illiyi münasibətilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Teatrın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları …
Saqif QARATORPAQ.Yeni şeirlər
Post Views: 66 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Hələ gözlərimiz çox şey görəcək,Görəsən bu imiş sondakı eyib.Kimə acıyasan,kimə yanasan?Hamı bir-birinin haqqını yeyib. Hər kəsi tökdüyü nahaq qan tutur,Son birdi yuxunu hayana yozsan.Birdimi,beşdimi günahımız ki!İlahi,hansını bağışlayasan?! İtmir,göz yaşının çıxır əvəzi,Gülərlər özgəyə gülən adama.Daha yaxınları qurban kəsəcəkQocalıb adamtək ölən adama. Ömür-gün davası budumu …
Şəfa VƏLİYEVA.”Epidemiyada darıxan qoca” (Hekayə)
Post Views: 33 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Bahar bu il daha gözəl gəlmişdi… Ağaclar yaşıl yarpaqlarını, ağ, çəhrayı çiçəklərini üzlərinə rübənd edib xəfifcə gülümsəyirdilər. Günəş işıqlarının gur qəhqəhələri otağın pəncərəsindən içəri təpilir, masanın …
Günel NATİQ.”Gözəl günlər naminə…0
Post Views: 40 Covid-19 pandemiyası ilə mübarizədə ön cəbhədə vuruşan həkimlərə ithaf olunur Allahyar Palatada iki nəfərik. Mən və Ulduzxan. Hələ bir həftə qabaq mən yüngülvari sətəlcəm olduğumu düşünürdüm; ölümcül virusa yoluxduğumun fərqində deyildim. Əvvəl boğazım ağrıdı, sonra bədənimi qəribə bir halsızlıq bürüdü və quru, öldürücü öskürək başladı… Bu azar-bezarın keçib-gedəcəyini düşünürdüm, amma ikinci həftə …
Azərbaycanlı yazıçı Əyyub Qiyasın “Varislər” kitabının I cildi işıq üzü görüb
Post Views: 33 Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Əyyub Qiyasın “Varislər” kitabının I cildi işıq üzü görüb. “Varislər” layihəsi Əyyub Qiyas ilə “Ədəbiyyat qəzeti”nin birgə layihəsidir. Kitabın birinci cildində müəllifin 2020-2021-ci illərdə görüşüb söhbət etdiyi 50 varislə müsahibəsi yer alıb. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Şairə-publisist Nəbicə İlkinin “İki Vətən qızı” adlı yeni kitabı işıq üzü görüb
Post Views: 36 Bakı şəhərində 100 səhifə, 100 tiraj həcmində Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Türkmen Edebiyatı ve Yazarlar Birliyinin, İLESAM Edebiyat Eseri Sahib Meslek Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş …
“Muxtar Auezov həyatı və yaradıcılığı” kitabı çap olunub
Post Views: 47 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Muxtar Auezov həyatı və yaradıcılığı” kitabı çap olunub. Kitab Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2020-ci il 3 saylı qərarı ilə yayımlanıb. Türk xalqları ədəbiyyatı şöbəsində hazırlanmış kitab “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görən on səkkizinci nəşrdir. Monoqrafiya …
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”BİZƏ ÇOX GÖRMƏYİN XARABA YURDU”
Post Views: 32 Nigaran gözlərə qaranlıq çökür,Elə sanırdıq ki, ağ nura düşdük.Bizsiz ata yurdu müsibət çəkir,Yağışdan qurtarıb, yağmura düşdük… Hamının vicvicə düşüb canına,Utancaq arzular boy ata bilmir…Ürəyim dönsə də Aşıq Cünuna,Səsim Koroğlunu oyada bilmir… Yaman nigaranam, itib dincliyim,Sağalmır qəlbimə vurulan zədə.Dəcəl uşaqlığım, qaynar gəncliyimMəni tapacaqmı təzə binədə?! Divanə könlümün deyil o çağı,Bizə zülüm verib qaraguruhlar…Əlimlə …
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”SEHRİL ADDAMACLAR”
Post Views: 69 Qışdan yaza keçmək üçünGərək hava bir az qıza.Ana torpaq məhəbbətləGəl-gəl deyə Bahar qıza. Qışın qarşısını kəsənÇəmənlər yaz hasarıdı…Qorxumuz yoxdu soyuqdan,Üzümüz yaza sarıdı… Önümüzü kəsə bilməzÇovgunlu dağ, qarlı yamac…Yaza gedən yol üstündəHər çərşəmbə bir addamac…
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Bahar duyğuları”
Post Views: 41 BAHAR DUYĞULARI Ulduzlar əridi, açıldı səhər,Şəfəqlər səpildi yerə zər kimi.Qızardı üfüqlər, yandı üfüqlərHəyadan qızaran gəlinlər kimi. Göylərə nur saçan mehriban gözəlSüzgün baxışıyla hər yana baxdı.Təbiət dirçəldi sanki əlbəhəl,Torpağın canına hərarət axdı. Günəş boy göstərdi, qalxdı yuxarı,Gəzdirdi dünyaya xumar gözünü.Qayadan sallanan buz salxımlarıDartınıb, qayadan atdı özünü. Qışdan təhvil aldı dünyanı bahar,Əriyib töküldü qar …
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Bu şəhər dəyişib”
Post Views: 32 Bu həyatın əvvəli sevinc,sonu kədərdi…Bu şəhərdə bizdən yaşlılarbarmaqla sayılacaq qədərdi…Öz yaşıdlarımız isəilbəil azalır…Ömür günəşigünbəgün sozalır,istisi günbəgün azalır…Gün altında olanda beləüşüyürəm,elə bil kölgədə gəzirəm.Bu şəhərin adamlarıelə dəyişib ki,küçəyə çıxandaelə bilirəm ki,qərib bir ölkədə gəzirəm…16.10.2016
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”ZAMANIN YANAN KÖRPÜLƏRİ VƏ HƏSRƏT SELLƏRİ”
Post Views: 44 İşı çalxanmaqdı qədim nehrənin,Ürəkdən gələn yaş gözü göynədir.Geriyə yol yoxdu, zaman nəhrininYanan körpüləri bizi göynədir … Könlüm viranədir, dağılıb huşum,Nələr qazanmışam mən yetmiş ilə?Şəkilə çevrilib əllim, altmışım,Nəfəs-nəfəsəyəm mən yetmiş ilə… Dadmışıq taleyin ömür payından,Arzular beşiyi olub qəlbimiz.Adlayıb zamanın neçə çayındanÜzü gələcəyə can atmışiq biz… İçimdə bir körpə uşaq ağlayır,İnsanın xoş günü keçmişindədi.Zamanın …
Xalq şairi Mirvarid DİLBAZİ.Seçmə şeirlər
Post Views: 57 (Mirvarid Dilbazi) İstəsəydim səni səndən alardım,Gözəlləri öz taxtından salardım. Ürəyimi ürəyinə çalardım,Sən yanardın, mən baxardım tüstünə. Ulduz olub öz zirvəmdən enərdim,Dövrəndəki mələkləri yönərdim.Al laləyə, qərənfilə dönərdim,Səpilərdim yollarının üstünə. İstəsəydim vüsalına yeterdim,Mən gül olub ürəyində bitərdim,Orda bülbül fəryadıyla ötərdim,Mən yanardım, sən baxardın tüstümə. Ölsəm, bir gün gəl qəbrimin üstünə,Bircə dəstə bənövşə qoy, bəsimdir.Baş …
Xalq şairi Hüseyn ARİF.Seçmə şeirlər
Post Views: 95 Gəl çıxaq seyrinə uca dağların, Çəmən olan yerdə xalça nə lazım, Gözündən su içək buz bulaqların, Lilpar olan yerdə dolça nə lazım. Nə kaman götürək, nə tar, nə qaval, Orda nəğmə də var, nəğməkar da var. Yarıb buludları dinəndə qartal O səsə bərabər bir səs harda var. Torpağın ətrini fikirləşəndə, İpək tellərinə çiçək taxarsan. Səhərlər yadına güzgü düşəndə, Maral baxan gölə sən də …
Xalq şairi Osman SARIVƏLLİ.Seçmə şeirlər
Post Views: 68 Oylağımda boran qopdu bir zaman,Dağ başını qar almağa başladı.Qanadından yaralandı laçınım,Turacımı sar almağa başladı. Qapımızı döydü qara bir külək,Bağçamızda nə gül qoydu, nə çiçək;Payız fəsli şaxta vurmuş xəzəltəkİrzi-rəngim saralmağa başladı. Zaman gəldi… üzümüzə doğdu gün,Çiçəklədi ilk baharı ömrümün,Büsat qurdu hər məhlədə toy, düyün –Yar könlünü yar almağa başladı. Qocalığı heç qaxmayın başıma,Yeni …
Xalq şairi Səməd VURĞUN.Seçmə şeirlər
Post Views: 273 Gərək Elindən, günündən ayrılan könül, Arabir vaxt tapıb ağlasın gərək. Əziz kimsələri qırılmış kimi, Yas tutub qaralar bağlasın gərək. Demirəm incidib üzsün özünü, Əl üzüb dünyadan yumsun gözünü, Nə qədər olsa da Vətən sözünü, Duysun ürəyində, anlasın gərək. Bir şikəstə neyəm, bir qırıq kaman, Görmədim bir bəla-həsrətdən yaman, Vurğun ellər deyib ağlar hər zaman, Onun qaydasıdır, ağlasın gərək. Şikayət Qulaq asın, …
Ustad Aşıq ŞƏMŞİR.Seçmə şeirlər
Post Views: 303 İmiş Dərdləndim ki, şeir yazam,Dərd insana ziyan imiş.Yıxıb ömür sarayını,Axır viran qoyan imiş. İnsan undur, dünya ələk,Onda gördüm min bir kələk,Dost dediyim qoca fələk,Demə, adam soyan imiş. Doğru çıxmır etibara,Dostluq hara, sitəm hara,Dönür zəhərli şahmara,Bir amansız çayan imiş. Şəmşir yazdın təsirli söz,Kəlmə lətif, mənası düz,Bu dünyadan doymayan göz,Az ömürdən doyan imiş. Birdi …
Sarı AŞIQ.Seçmə şeirlər
Post Views: 114 A yaxşı Şikar edib tutdum bir şahi tərlan,Sən etdin ağlımı zail, a Yaxşı!Səni sevən keçər canü sərindən,Olar camalına mail, a Yaxşı! Məhəbbəti olan istər sazını,Mən çəkərəm hər dəm sənin nazını.Şəmsü Qəmər kimi görgəz üzünü,Gün təki aləmə yayıl, a Yaxşı! Qaşların bir oxdu, kirpiyin almaz,Haramdan oxlasan, oram sağalmaz.Gedər bu gözəllik sənə də qalmaz,Əgərçi …
Xəstə Qasım TİKMƏDAŞLI.Seçmə şeirlər
Post Views: 254 Dünya Gəl, bir səndən xəbər alım,Süleymandan qalan dünya.Əzəli gül kimi açıb,Axırında solan dünya. De görüm, nəyə talıbsan,Dərsini kimdən alıbsan?Neçə min yol boşalıbsan,Neçə min yol dolan dünya. Xəstə Qasım, qalıb naçar,Bu sirri bəs, kimlər açar?Gələn qonar, qonan köçər,Hey salarsan talan dünya. Ay ariflər Ay ariflər, bir tərlanım uçubdu,Sağ əlimdən sol əlimə alınca.Onu tutan …
Ustad Aşıq Abbas TUFARQANLI.Seçmə şeirlər
Post Views: 64 Vaxtıdı Budu gəldi bahar fəsli,Dağların lala vaxtıdı.Açılıbdı qızıl güllər,Bülbülün bala vaxtıdı. Bülbüllər dolandı bağı,Bir xəlvət eylə otağı.Sənə qurban olum saqi,Mey ver, piyalə vaxtıdı. Mən Abbasam, boyu bəstə,Dərdindən olmuşam xəstə.Al başımı dizin üstə,Çal yataq, layla vaxtıdı. Dilbər Uca dağların başına,Qorxuram qar yağa, dilbәr!Aldın ağlımı başımdan,Saldın dağdan-dağa, dilbər! Güllәrin içindә gülәm,Oxuyan şeyda bülbülәm,Mәn bir …
Coşqun XƏLİLOĞLU.”Şəhid məzarı”
Post Views: 38 Azərbaycan Yazıçılar Birliyinin üzvü Baba, Şəhid məzarı nədir? Müqəddəs pirimizdir,Ziyarət yerimizdir,Bayatı, şeirimizdir,Bala, şəhid məzarı. Orda igid uyuyur,Əsgər, zabit uyuyur,Ölməz bir ad uyuyur,Ödur şəhid məzarı. Bəzənibdir güllərlə,Əlvan qızılgüllərlə,Saysız qərənfillərlə,Bala, şəhid məzarı. Dur, saxlayaraq ayaq,Lap yaxından tanıyaq,Canlıdır – bunu duyaq,Bala, şəhid məzarı. Bu gündür, gələcəkdir,Hamımıza örnəkdir,Qəhrəmanlıq deməkdir,Bala, şəhid məzarı. Şairlərin sözüdür,Həqiqətin özüdür,Tariximin izidir,Bala, şəhid …
Coşqun XƏLİLOĞLU.”Şəhidim” (Esse)
Post Views: 91 Azərbaycan Yazıçılar Birliyinin üzvü Qarabağ uğrunda Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ithaf edirəm. Sən, xalqımızın fəxri, qürur mənbəyi, əbədi yaşar övladısan. Sən, Günəşin doğmasında, küləyin əsməsində, yarpaqların pıçıltısında, yağışın yağmasında xatırlanacaqsan. Baharın gəlişində, təbiətin oyanışında, qaranquşların qayıtmasında, bənövşənin kol dibindən boy atmasında, çayların şırıltisinda səni duyacaq, eşidəcək, görəcəyik. Lalələr qızaranda, …
Xalq şairi Rəsul RZA.Küçələr
Post Views: 49 YETİM KÜÇƏ Təbrizdə bir küçə var –“Yetim küçə”.Bu adı mən vermişdim ona,yanıqlı bir gecə.Yanaşıdır, çəpəkidirTəbrizin küçələri.Gah ayrılır bir-birindən,gah bir-birini kəsirTəbrizin küçələri.Gördüklərimdən yüzdə biriqalmayıb xatirimdə.Ancaq bu gün olmuş kimiqalıb yadımdabir uşaq hıçqırığı da,bir qadın da.Bir səs eşitdim;yana-yana ağlayanuşaq səsi.Səkidə bir qaraltı,bir qadın oturubarxasını dayamışdı divara,qucağında uşaq.Küçədə çapırdı atınıBelədən-beləsazaqlı külək – avara.Soyuq, şinelimin içindəgöynədirdi …
Xalq şairi Nigar RƏFİBƏYLi.”Sənsiz”
Post Views: 41 SƏNSİZ Bir son bahar da düşdüömrümün təqvimindən,Nə sənə məhəbbətim,nə həsrətim azaldı.Özüm də heç bilmirəmniyə bir ömür boyuGözüm uzaq yollarda –sənin yolunda qaldı.Bir qocaman dağ olsansəni vurub yıxardım.Ürəyimdən ən incəteli necə qopardım?Dünyada gözəl də çox,gözəl ürəklər də çox.Şirin-şirin arzular,incə diləklər də çox.Bir sən oldun könlümünyaxın dostu, həmdəmi.Sən olmazsan tutmazdıbəlkə əlim qələmi.Sən olmazsan baharınyazın …
Xalq şairi Fikrət QOCA.Seçmə şeirlər
Post Views: 81 Aprel şəhidləri Bizi ilk qarşılayanAprel şəhidləriydi,Bu Cocuq MərcanlınınƏn müqəddəs yeriydi.Ayağına gül qoyduqŞəklinə baş əydik.Ay oğul, təki beləToyunuza gələydik.Daim gənc qalarsınızGöz aydın, üzü gülər,Daim ayağınızıÖpəcək qızılgüllər.Əsgər gedən oğullarBurdan gedər döyüşə.Sevən yaşıdlarınızBura gələr görüşə.Gələnlər gedəcəklərKimi ucalacaqdı,Kimi qocalacaqdı,Kimi zəfər çalacaq!Düşməndən intiqamıDönə-dönə alacaq!Aprel döyüşçüləriBelə cavan qalacaq.Onlar zamandan güclü,Dövrandan üstündülər.Onlar gecə aydılar.Gündüzlər də gündülər…Eh… Bunlar hamısı sözdü,Şəhidlər …
Xalq şairi Ramiz RÖVŞƏN.Seçmə şeirlər
Post Views: 305 HİRSLİ ADAM Bu adamı dindirməyin, hirslidi;Qapısına əzazil it bağlananev kimi hirsli.Cırtdana aldanandiv kimi hirsli.Bir sarışın gözəlinipək saçları dayumşaltmaz onu.Hirslidi –dişləri qırılmışdaraq kimi hirsli.Məclisin şirin yerindəqəfil sönüb qaralmış.çıraq kimi hirsli.Hirsindən gözləri görmür dörd yanı,Ağzı kilidlənib bığının altda.Gecə də, gündüz də qaradır qanı,Ona yaxın düşmür ağcaqanad da.Hirsi ağrı kimi gəzir canında,Hirslidi –yaralı ov kimi hirsli.Uduzulan …
Xalq şairi Musa YAQUB.Seçmə şeirlər
Post Views: 106 Taleyin qisməti Taleyin qisməti rast saldı bizi.Yolumuz haradasa qırılacaqsa,İtirəcəyiksə, bir-birimizi,Xatirəm yadında qalmayacaqsa,Bu əllər mənimki olmayacaqsa,Bu tellər mənimki olmayacaqsa,Gəl məni, özünə öyrətmə məni,Hicran qorxusuyla göynətmə məni. Əlimi saçıma öyrətmə belə,Gözümü gözünə öyrətmə belə,Üzümü üzünə öyrətmə belə, Mən bir az baharlı budaq kimiyəm,Bir az da sadəlövh uşaq kimiyəm.Bala atasına qovuşan kimi,Leylək yuvasına yovuşan kimi,Arı …
AĞVALİDEYN YAXUD ZAVALLI MƏŞƏDİ ZAMAN BİR-İKİ SÖZ
Post Views: 42 Seyid Hüseynin “Ağvalideyn yaxud zavallı Məşədi Zaman” hekayəsi 1911-ci ildə çap olunmuşdur. Yazıçı əsəri inqilabdan əvvəlki yaradıcılıq mərhələsində ərsəyə gətirmişdir. Mövzusunu Azərbaycan məişətindən alan hekayədə yanlış övlad tərbiyəsinin yol açdığı faciə Məşədi Zaman və oğlu Kərimin timsalında əksini tapmışdır. Tərəflərin fərdi xarakteri, həyata, gələcəyə dair duyğu və düşüncələri paralel şəkildə verilmişdir. Övladına …
“Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin Baş redaktoru cənab Teymur ƏHMƏDOV dünyasını dəyişib
Post Views: 53 16 mart 2021-ci il tarixində tanınmış tədqiqatçı alim, yazıçı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, akademik, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin və “Füyuzat” jurnalının baş redaktoru cənab Teymur Əhmədov 90 yaşında dünyasını dəyişib. …
Rafiq ODAY.”Keçir”
Post Views: 49 Keçir Öz günümə ağlamıram,Günüm ağlamaqdan keçib.Ağlamağın faydası nə?Gülüm, ağlamaqdan keçib. Qısıl yaşa tək içində,Öz dərdini çək içində.Ömrümüz ələk içində,Qəddimiz yumaqdan keçir. Tərk olduq təkə dönüncə,Biz ürkə-ürkə dönüncə,Çuxamız kürkə dönüncə,Bəlkə yüz yamaqdan keçib. Bu həyat bir qəm sandığı,Kim açsın, de, kim, sandığı?Ac balığın yem sandığıÖlümü qarmaqdan keçir. Haqqın uvandı, tərsi bir,Haqq oğlu haqqa …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Yalın arzular”
Post Views: 44 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru YALIN ARZULAR Arzularım yalın qalıb,Ağlım olubdu piyada.Qəlbimin əmrindən çıxa,Duyğular məni oyada. Bəzən sığal çəkib dərdə,Son ümidə göz tikirəm.Sökülürəm ilmə-ilmə,Şeir üçün söz tikirəm. Birdən enir köksüm …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Şeirimin bahar gözü”
Post Views: 39 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Şeirimin bahar gözü,Yaşla dolub, kövrəlibdi.Yaz nəfəsli ürəyimdəQış yenidən dirçəlibdi. Hər sözümün bənövşəsi,Qara xallı laləsi var.Vətən deyən dilləriminGöyə qalxan naləsi var. Misra-misra qocalıram,Kəlmə-kəlmə can verirəm.Şeir-şeir ucalıram,Vətən …
Ədəbiyyatın “adqoydusu”, yaxud zombilərin yaradılış resepti – Şəfa Vəlinin essesi
Post Views: 57 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Ədəbiyyat termin olmazdan öncə də vardı. O, hər insanla birgə doğulurdu. Amma adamlara ad qoyulurdu, o, adsızlığıyla böyüyürdü. Hər yeni gün ayrı donda, ayrı formada həyatımızda …