Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 070 424 00 35, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı və Sumqayıt şəhərləri

Göstərir: 121 - 180 of 188 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU (Yeni şeir) Bu dünya şairin nəyinə gərək?!

Post Views: 34 Bu dünya şairin nəyinə gərək?! Günahı duayla yuyub gəlibdi, Ömrü şeir üçün qoyub gəlibdi, Onsuz da dünyadan doyub gəlibdi, Bu dünya şairin nəyinə gərək?! Divara daş kimi vurulub qalan, Bir göz qrpımında durulub qalan, Yalan üzərində qurulub qalan, Bu dünya şairin nəyinə gərək?! Süleyman mülküdü qalan ha deyil, Şairi yadına salan ha …

Azərbaycan ədəbiyyatı

Aytən xanım (Şeirlər)

Post Views: 64 Qədər məhkumuyam Sən olan şəhəri tərk edirəm mən, Keçdiyim yollardan keçərsən mənsiz. Səndən uzaqlara tək gedirəm mən, O, görüş yerinə gələrsən mənsiz. Soruşma kimsədən, soruşma məni, Heç vaxt axtarmağa çalışma məni, Sevgimiz xətrinə bağışla məni , Birtəhər yaşayıb, dözərsən mənsiz.

Azərbaycan ədəbiyyatı

Günel ƏJDƏRQIZI (Məqalə) Atalar sözləri

Post Views: 55 Dədə-babalarımız zaman-zaman cəsurluğu, igidliyi, düzlüyü və mərdliyi ilə ad çıxarmışlar. Bir çox müsbət məziyyətləri ilə azərbaycanlı kişilər həmişə başqa millətlərin kişilərindən fərqlənmişlər. Onların dəyərli kəlamları, fikirləri bu gün hamımız tərəfindən “atalar sözləri” adı alaraq dillər əzbərinə çevrilib. Həmin dövrlərdə atalarımız indiki kimi savadlı olmasalar da, onların dünyagörüşləri, intellekt səviyyələri, söylədikləri fikirlər – …

Azərbaycan ədəbiyyatı

Şəfaqət Cavanşirli(Hekayə)Qurdlar və Canavarlar

Post Views: 36 Qurdlar və Canavarlar, güclülər və gücsüzlər – iki fərqli təbəqəyə ayrılan dünyada məğrurlar bəzən qələbəyə bərabər məğlubiyyətlər yaşayırlar. Qarşısındakı ikiqat gücə malikdir, onlar isə, ürəklərinin səslərini dinləyir, sınmayan qürurlarından, tanrıdan aldığı sonsuz mənəviyyatdan ilham alırlar. Ürəkləri fəth edən qəhrəmanlar yaşayıb, yaşayacaqlar. Emosional canavarlar isə, həmişə təcrübəsi, peşəkar hiylələri olan qurdların qurbanı olurlar. …

Publisistika

Ziyadxan Nəbibəyli, Hikmət Məlikzadə haqqında

Post Views: 48 Ziyadxan Nəbibəyli, Yazıçı-publisist, t.e.d., professor, Prezident mükafatçısı Tanrı ilə baş-başa «Hikmət Məlikzadə dərdi fəlsəfi mənalandırmaya cəlb edən şairdir. Onun poetikası dolğun və məzmunludur». Əzizə Cəfərzadə Azərbaycanın Şirvan torpağından süd əmən Hikmət Məlikzadə gəncliyinin ilk illərindən kimliyini ortaya qoymuş bir gərəkli vətəndaşımızdır. O, artıq bir çox həmyaşıdlarını qabaqlamış, Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmiş, …

Azərbaycan ədəbiyyatı

Elnur ABDİYEV (Yeni şeir) Ələyə

Post Views: 39  Xəlbirindən keçirəcək bir anda, Sığışmışıq dünya boyda ələyə. Gələn gündən qol çəkmişik bir anda, Gözləyirik bir gün bizi ələyə. Kim ödəmir, tale qoyan tavanı? Yaş ötdükcə damır ömrün tavanı. Bu yandığım yağsız,quru tavanı, Yandıran od deşib edib,ələy ə! Coşqun,baxmaz nə şirin,nə acıya, Sondur əgər ömrün xəmri acıya. Haqq divanı çətin sənə acıya, …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL (Yeni şeir) Anamın əlləri

Post Views: 75 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Anamın əlləri qocalır yaman, Əllərinə cavan qırışlar düşür. Aybaay, günbəgün ,saatbasaat Cavanlığı barmağından sürüşür. Anamın əlləri qocalır yaman, Əllərinə illər ağrısı çökür. Bizim qayğımızı, zəhmətimizi, İndi də qocalmış əlləri çəkir. Bu qocalmış əllər cavan əllərin Beşik yürgələyən xatirəsidi. …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA (Yeni şeir) Təpinə bilmirəm… sözümə baxmır…

Post Views: 51 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü dözüb durmaq olmur… yıxılır ölür hər gün bircə-bircə can ümidlərim… çəkdiyim ağrılar sən qoxuludu, həkimlər uydurur xəstəlikləri… daha yaşamağım bir ovuc qalıb… ürəyim canıma sinmir… sığışmır… gözüm bulud olub yoldan asılıb, təpinə bilmirəm… sözümə baxmır… bilirəm… bilirsən, sevmək asandı… …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ (Yeni şeir) A Dünya

Post Views: 28 Azərbaycan Yazıçılar Birliyinin üzvü De, niyə bizləri sınağa çəkib, Sən özün özünə şadsan a dünya? Kiminə kilo ilə qızıla dönüb. Mənə qəlb yandıran odsan a dünya. Az olubmu mənə, verdiyin əzab, Allah deyən bəndə, buna etməz tab. Kimi dərd qəm içir, kimisi şərab, Kiminin ağzında dadsan a dünya. Nə yazığ, bizləri fələyə …

Azərbaycan ədəbiyyatı

Fidan Abbasova (Yeni şeir) Qapını üzümə çırpıb gedərkən

Post Views: 46 Qapını üzümə çırpıb gedərkən heç düşünmədinmi kim var otaqda bir zaman qürurla məni sevərkən bilməzdim qoyarsan sən məni yolda…. Qəlbimə toxundu o sərt baxışlar elə bil dünyadan küsən kimiyəm ilahi böyükdür hər vaxt bağışlar mən sanki bir dəmir qəfəs kimiyəm….. Sarıb hər yanımı kədər üzüntü var olan bir seyi necə yox edək …

Publisistika

Kənan Murquzov (Məqalə) Rafiq Odayın ədəbi-bədii fəaliyyəti

Post Views: 55 Qədim zamanlardan bu yana müxtəlif mərhələlərdən keçən Azərbaycan ədəbiyyatının ən yeni dövrünün ikinci mərhələsində yaşayıb ədəbi-bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan sayğıdəyər dostlarım içərisində ən çox öz humanist addımları ilə diqqəti cəlb edən yazar, jurnalist,  eyni zamanda  publisist Rafiq Odayın ədəbi-bədii fəaliyyətinə nəzər salmaq zərurəti yaranır.Bununla əlaqədar olaraq,  istedadlı qələm sahibləri üçün …

Azərbaycan ədəbiyyatı

Yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” romanının təqdimatı keçiriləcək

Post Views: 41 Yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” romanının təqdimatı keçiriləcək, İyunun 13-ü saat 16-00-da Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə yerləşən kitab satış mərkəzində (28 may Metrosu, Dəmiryol xəstəxanasının yanında) yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” romanının təqdimatı keçiriləcək. Oxucularımızın hamısını bu tədbirə dəvət edirik.

Azərbaycan ədəbiyyatı

Həsrət Əli Zülfüdağlı (Debüt) YARISI BİZİK DÜNYANIN

Post Views: 39 Həsrət Əli Zülfüdağlı (Kərimov Həsrət Əli oğlu) 1955-ci il iyun ayının 10-da Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1972-ci ildə Şiştəpə kənd orta məktəbini bitirdikdən sonra Ç.İldırım adına AzPİ daxil olmuş və 1978-ci ildə Mühəndis-mexanik ixtisası ilə həmin insitutu bitirmişdir.İlk şeirlərini orta məktəb illərində yazmağa başlamışdır. 1980-ci ildən başlayaraq dövri mətbuatda mütamadi …

Azərbaycan ədəbiyyatı

Azər Cəbrayıllı (Debüt) Sevən qəlblər

Post Views: 47 Azər Cəbrayıllı (Məmmədov Azər Mikayıl oğlu) 1967-ci il iyun ayının 19-da Cəbrayıl rayonuda ziyalı ailəsində anadan olub. 1983-cü ilin may ayında atam Mikayıl Məmmədovun işi ilə əlaqədar orta təhsilini Zaqatala şəhər 1 nömrəli orta məktəbdə davam etdirib.1984-cü ildə orta məktəbi başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Aqrar Universitet) “Kənd təsərrüfatı …

Azərbaycan ədəbiyyatı

Əsmər Qasımlı (Yeni Şeir)

Post Views: 64 Buludun da dolub gözü elə bil ki bax bu axşam, Axıdaraq göz yaşını kimdən imdad diləyir o? Nə yaxşıdır, heç olmasa qara bulud qara günü, Taleyindən çıxardaraq yer üzünə çiləyir o. Bir gecədə yer üzünə düşən hər bir damla yağış, Günəşin al şəfəqiylə par-par yanır səhəri gün. Axıtmasa göz yaşını çıxararaq ürəyindən, …

Azərbaycan ədəbiyyatı

Hikmət Məlikzadə Şeir Esse

Post Views: 29 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü * * * Kölgəm, dünya savaşına ac adam… Sevdam, zirzəmi pilləkəni kimi uçuq. Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə. Allahım, neynim?! İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır. İndi qurbağalar oxuyur elçi daşlarının üstündə. İndi… Sən sənsən. Mən mən …

Publisistika

Kənan AYDINOĞLU, “Tanrı aşiqi və ya Tanrı şairi”

Post Views: 33 “Tanrı aşiqi və ya Tanrı şairi” Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, gənc xanım yazar Züleyxa Sultan hən Çağdaş Azərbaycan ədəbi mühitində, həm də elektron məkanında daha çox köşə yazarı kimi qəbul olunur.Qısa zaman kəsiyində həm elmi, həm də bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olması, dövri mətbuat səhifələrində yazılarının dərc …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA

Post Views: 33 Ömürlük həmdəmim olmayan gözəl daha başqa ömür gəzib arama sən ruhun özütək gözəldən gözəl yandırıb bağrımda ocaq qalama…. Ac qalmış ruhuna bəs deyil eşqim nəyi axdarırdın tapmadın məndə əgər aldadırdın deyə bilərdin günhakar olmuşuq biz iki bəndə…. Suallar içində qalmışam çaşıb indi zaman məndən nəyi gözləyir səbirdə inanki qalmayıb daşır içimin odunu …

Azərbaycan ədəbiyyatı

Tural ADIŞİRİN (Yeni şeir)

Post Views: 40 AYB və DGTYB üzvü, Mən gördüm o qizı bir adı pünhan, Görüşə qaçırdı əlində dəftər. Bir vaxta düşmüşdü görüş, imtahan, Orda da, burda da gözləyirdilər. Müəllim, rəhm eylə çıxsa yadından, Bir az fikirləşsə, bir az macal ver, O da imtahandı, bu da imtahan, Məhəbbət fənnindən qıza sual ver. Ələ məqam düşüb, o, …

Azərbaycan ədəbiyyatı

Gülnarə İsrafilqızı (Esse) Səni gördüm uzaqdan

Post Views: 32 Səni gördüm uzaqdan bir nəfəs qədər uzaqdaydın. nəfəsimi çəksəm ciyərlərimə hopardın bəlkə də hava axını kimi uddum nəfəsimi ki, səni gözlərimlə sevim, sənsə az qala ürəyimi taptalayacaqdın yanımdan qızılquş kimi şığıyıb getdiyində. bənövşə boynumu büküb dəhlizdən uzaqlaşana qədər arxanca boylandım. özümü aldatdım, tənhalığımın təkliyində. yaxınlaşıb salam verə bilmədim gedişinə. yola salmağa həvəsli …

Azərbaycan ədəbiyyatı

Təranə ŞƏMS, (yeni şeir) Buludam

Post Views: 32 “Elimiz.Günümüz” qəzetinin əməkdaşı, şairə, jurnalist, publisist Buludam, dolmuşam leysan tökərəm Torpağı yuyaram, sevgi əkərəm. Qəlbimdən keçəni, zilə çəkərəm. Kaş məni bir duyan, anlayan ola. Yağarsa yağışlar, daşqın qorxusu Ətrafa yayılar torpaq qoxusu, Duymaz gözəlliyi bəzən çoxusu, Uyarıb nadanı, qınayan ola. Buludlar dağılar, günəş nazlanar Səmadan, sayrışan şəfəq sallanar. Təbiət özü də, bəzən …

Azərbaycan ədəbiyyatı

Qiymət MƏHƏRRƏMLİ (Yeni şeir) Getmisən

Post Views: 37 “Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru, Filologiya elmləri üzrə fəlsəfə doktoru Bəlkə xətrinə dəymişəm, Onunçün çıxıb getmisən. Həsrətini nar suyutək Qəlbimə sıxıb getmisən. Göynəyin mənə uyğunu – Aləmə bəlli duyğunu – Mənimçün kim olduğunu Başıma qaxıb getmisən. Ölsəm, gen qazı qəbrimi, Bircə gün çəkmə qəhrimi. Onsuz da dağca səbrimi Ovcuna yığıb getmisən. …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI (Yeni şeir) Elə səfadı ki

Post Views: 31 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru. Sevgi elə səfadı ki, Hər bir kəsi salar dərdə, Səfası nə havadı ki? Gözlərə də çəkər pərdə. Əzilmişi düz görərsən, Bədahətən söz deyərsən, Sağlığa yüz-yüz deyərsən. Yadına salarsan, dostum, Gəzdiyin bağçanı, bağı, Ovu itmiş səyyadsayağ, Sinəyə çəkilən dağı… …

Publisistika

Rafiq Oday

Post Views: 40 Şair-publisist, respublikanın Əməkdar jurnalisti Dərd, Şəhidlər xiyabanı, Səməd Vurğun, Cəfər Cabbarlı, Nizami Gəncəvi və böyük Allah Ailə üzvlərimizdən birinin ciddi xəstəliyi səbəbindən bir müddətdir ki, özümdə, sözümdə deyiləm. Çox qərarsızam. Nə edəcəyimi, hara, kimə üz tutacağımıbilmirəm. Ümidimi göydə Allaha, yerdə həkimlərin zəmanətsiz müalicəsinə, bir də yaxınların, əzizlərin və dostların dualarına bağlamışam. Kövrəkliyim …

Azərbaycan ədəbiyyatı

Günay Həsənli (Şeirlər)

Post Views: 52 Dünya Söylə sənə neyləmişəm? Mənsiz olan, mənli dünya. Çoxlarına kef-damaqsan, Mənə niyə qəmli, dünya? Haqqımı yedizdirib, Nadanları gəl az güldür! Dəfələrlə göynətdiyin O həminki yazıq mənəm. Daha bəsdi, gəl göynətmə, Birdəfəlik öldür, öldür! Öldür məni, tezcə öldür! Öldürməsən, gözlərimdən axan yaşı Bir dərəyə, Damla-damla toplayacam. Dünya… Səni su basacaq. Diri-diri yandırırsan, Yandır …

Azərbaycan ədəbiyyatı

Nicat KAMALOĞLU (Yeni şeir) Qoyma baxsın özgə göz saçlarına

Post Views: 43 Gülüm, aç saçını yandı qəlbimi, Qoyma baxsın özgə göz saçlarına. Sənin saçlarından gözəl saç varmı, Dünyanı qul eylə öz saçlarına. Gözəlsən, gözəlim, saçların gözəl, Sənsiz yazmağın yox mənaıi qəzəl. Sən təksən gözəlim yeganə, əzəl, Çatdıra bilmərəm söz saçlarına. Sevgimlə bu dövran yenə çönəcək, İnanmıram keçən zaman dönəcək. Sənin üçün yanan qəlbim sönəcək, …

Azərbaycan ədəbiyyatı

Təranə TURAN RƏHİMLİ (Şeirlər)

Post Views: 54 SƏNƏ YAZMADIĞIM ŞEİR Anama Sənə yazmadığım şeir Yıxacaq içimdə məni. Öləndə ruhuma dolub Çıxacaq içimdən mənim. Boynumda haqq gedəcəyəm, Bu torpaq, daş bilməyəcək. Qoynunda sevgi tapdığım O yaz, o qış dönməyəcək. Yerə girəcək gözümdə Dost-tanışın dönük üzü. Axtaracaq məndən sonra Ruhum sənə layiq sözü. Sənə yazmadığım şeir Gizlicə enəcək qəbrə. Sən də …

Azərbaycan ədəbiyyatı

Tural Sahab (Yeni şeir) Yenə görüşdük

Post Views: 42 Yenə görüşdük Şeirə dönən bir sevginin ilk hecasında Mənim baxışlarım, Sənin gözlərinin qarasında Ulduzlardan danışdın torpağı dinlədim Sən göy qurşağı idin Mən qarışqa Gör hardan, hara iməklədim Balaca bir uşaqdım Nağıllara inanan Ana laylasında Gül tarlasına yuvarlanan Sonra sən gəldin Nağıllar şeirə döndü O balaca uşaq O gül tarlasında öldü

Azərbaycan ədəbiyyatı

Fidan Abbasova (Yeni şeir) Nədir?

Post Views: 35 Nədir həsrətini çəkdirir mənə Sanki ürəyimi , ruhumu alır Nədir hər addımla rastlaşıb sənə məni sevgisinə götürüb qatır…. Doldurur ruhumu sevgisiylə bol sarılır boynuma sanki iki qol bu çətin , enişli , yoxuşlu bir yol Məni hər gün , hər gün başdan yaradır… Duyğular , arzular, gerçəkləşincə insanlar daima bədbinləşincə fikirlər bir …

Azərbaycan ədəbiyyatı

Gülnarə Sadiq (Yeni şeir) Mən anayam…

Post Views: 45 Mən Anayam! Mən Vətənəm! Gör nə qədər oğul dağı Verib mənə əzəl düşmən. Dərbəndimə yas tutmamış Borçalımı apardılar. Zəngəzura yas tutmamış, Bu həsrətə alışamamış Təbrizimi qopardılar. Bir yara var ürəyimdə, Şuşa adlı nazlı gəlin. Bir acı var ürəyimdə , Laçın adlı adlı dağlar qızı. Bu dərdim bu kədərim, Babəkimin,Koroğlumun Qeyrətinə yaman dəyib, …

Azərbaycan ədəbiyyatı

İlkin Abbas ( Yeni şeir) KAŞ Kİ UŞAQ OLAYDIM…

Post Views: 121 Kaş ki uşaq olaydım, üz tutaydım nənəmə, “Nolar ay nənə mənə, nağıl danış”- deyəydim. Elə ki başlayardı, nağılı danışmağa, Danışıb bitirməmiş, mən yuxuya gedəydim. Kaş ki uşaq olaydım, məktəb vaxtı gələndə, Babam “qalx dərs vaxtıdır”, deyəydi, oyanaydım. Mətbəxdə yeyəndə biz, onla səhər yeməyi, Mən özümü dünyanın, ən xoşbəxti sanaydım… Kaş ki uşaq …

Azərbaycan ədəbiyyatı

Şəfa Kamilli (Yeni şeir) Gecələr.

Post Views: 98 Kabusum ,düşmənim oldu, gecəlr . Sən yoxsan ,qatilim .oldu gecələr, Yarali qelbim kabus gecəlr , De ,görüm nə edim, kabus gecəlr . Uşuyən ruhumla tək -tənha ,qara gecələr , Qurbanin olduğum ,bilim bunu , Sənədə ,kabusd ,kədərdi ,dəhşətd , qara , gecələr . Yay günü ,qardi -borandi , Titreyen qelbime ,kozdu ,yaradi …

Azərbaycan ədəbiyyatı

Hikmət Məlikzadə (Yeni şeir) Sosial peyzaj

Post Views: 32 Azərbaycan Yazıçılar və Jurnalistlər  Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü *** Sosial peyzaj Saxta təbəssümlər Eşidə bilmədiyin pıçıltılar kimidi; Adama hicran verir. …Ruhun fikri göydə, özü darda. Açığı, alındakı qırışların sayı qədərdi Sürüşkən xəyallar da… …Bir də görürsən, duaların dodaqlarının arasında güvə tutub. Məyusluq canını sarır, Əllərini Allahdan aralayırsan. Kölgənsə, …

Azərbaycan ədəbiyyatı

Xəyalə Sevil (Yeni şeir) Yerə tullayıblar getdiyin yolu

Post Views: 39 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Ömrümü çəkmisən ayağım altdan, Düşmüşəm, düşmüşəm üzümün üstə. Mən sənsiz ağ günə çıxmamışam, yox, Dumandı, çökübdü gözümün üstə. Yerə tullayıblar getdiyin yolu, Axı sən gedəndə “göylə” getmişdin. Mənim həsrətini gəlin aparıb, Ağlayıb atdığım suyla getmişdin. Ulduz pəncərələr açılıb …

Azərbaycan ədəbiyyatı

Günel Əjdərqızı (Esse) Şirinlik

Post Views: 37 Hardasan, ey mənim sevincli, qayğısız, həyat dolu uşaqlıq illərim….Kaş bir anlıq keçmişə qayıdıb uşaq olaydım. Dərdimi, problemlərimi unudub əziz atamın əlindən “şirinlik” payımı alaydım. Amma təəssüf ki , nə atam həyatdadır, nə də ki, zamanı geriyə qaytarmaq olur. Bir zamanlar – yəni avropaya inteqrasiya etməzdən əvvəl “şirinlik” deyəndə körpələrin üzlərində sanki gülüş, …

Ana səhifə

Mayisə Əsədullaqızı (Yeni şeir) NƏ SÖYLƏYİM…

Post Views: 34 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru. Sən hakimsən, mən bir şair, Nə söyləyim sən dair? Mənim işim-həyat adı, Sevgi ətri, haqq övladı. Ürək coşsa, qəlb alışsa, Sevinc kədərə qarışsa, Odum bu torpağa ocaq, Ruhumdan çiçək açacaq, Cürətim ulu olacaq, Sən hakimsən, mən bir şair, …

Ana səhifə

Şəfa Kamilli (Yeni şeir) Ruhu mənimdi …..

Post Views: 37 Mənimlə deyilse ,ruhm yaninda , Qəlbimi inçidən ,bu sən dryilsən , Həsrətdən ,hicrandan ,üzən ,inçidən , Bu sən ,deyilsən ,sən deyilsən , Məni xoşbət etmək isdeyen , Ömrumu ,qülüşə qer edmək isdeyen , Hər an mənsiz darixan , Məndən ,çox məni hiss eden , Qözümdə ,bir qilə yaşa gözməyən, Hardadi ,görəsən ,ağ …

Ana səhifə

Rəşad Məmmədoğlu (Debüt) MƏNİ TƏRK ETSƏN ƏGƏR!..

Post Views: 31 Nəfəsim bir küləkdir, Yollarından əsənki. Sevgim daşı əridir, Sən yanımda nəsən ki. * Kinimdəki nifrətin, Təsirin görməmisən. Sən bağlı məhbəsimin, Əsirin görməmisən. * Məni tərk etsən əgər, Bir müqəssir olarsan. Məhbəsimdə müxtəsər, Həmin əsir olarsan. * Sənə verdim qəlbimi, Sevirsənsə yaşad sən. Qismətində ismini, Oxu, yazılıb, Rəşad, sən

Ana səhifə

Aqil Kəngərli BU GÖZƏLİN NƏ DƏRDİ VAR, GÖRƏSƏN?

Post Views: 43 Dilindədir yüz naləsi,min ahı, Bilməyirəm,nədir suçu,günahı, Hey səsləyir peyğəmbəri,Allahı, Bu gözəlin nə dərdi var,görəsən? Gözlərindən tökülür yaz yağışı, Qüssə dolu,kədər dolu baxışı. Yeri,göyü yandıracaq qarğışı, Bu gözəlin nə dərdi var,görəsən? Kim dağ çəkib,kim qanadıb yarasın, Yarı ölüb,itiribmi balasın? Kim incidib,Tanrı versin bəlasın, Bu gözəlin nə dərdi var,görəsən? Rəngi qaçmış,qəm içində boğulmuş, Bir …

Ana səhifə

İslam Azimov Mən nağıl deyiləm axı!!!

Post Views: 49 Çox da dünya boyda dərdim ,qəmim var. Çox da göz yaşımda batmış gəmim var, Demə yüz kəsirin , minbir kəmin var Məni ürəyimdən , gözümdən oxu , Mən nağıl adamı deyiləm axı . Buraxma hicrana tənha, tək məni , Bircə yol əlimdən qaldır , çək məni Özün ilmə -ilmə doğra, tök məni. …

Azərbaycan ədəbiyyatı

Zeynəb Dərbəndli “Gəlir”

Post Views: 39 Azərbaycan Yazıçılar Birliyinin üzvü O qədər haqsızlıq görmüşəm ki, mən, Bezib bu dünyadan ölməyim gəlir. Azacıq tarixə düşsə də, adım, Adımı tarixdən silməyim gəlir. Bu dünya bürünüb fitnə, yalana, Az qalıb insanlıq qopa, talana. Yalandan insanam, deyən insana, Lap uşaqlar kimi gülməyim gəlir. Nə yazıq sözçü də söz deyən olub, Haqlını sındırb, …

Ana səhifə

Hikmət Məlikzadə. Yeni Şeir…

Post Views: 32 Azərbaycan Yazıçılar və Jurnalistlər  Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, * * * Bir ac canavar ulartısı kimi gəlir mənə qışqabağı lüt çöllərə mərsiyə deyən küləyin səsi. İkisifət buludlar sinəsi xalı qızlar kimi iç atır. Bir az qarşıda beş-on sərçə ağız-ağıza verib aclıq nəğməsi oxuyur. Koroğlu cüssəli bir gənc də …

Ana səhifə

Şəhanə İsmayıllı (Debüt)..Birgün geri gəlsən…

Post Views: 31 Şəhanə Cəfərova 1996 -cı ildə  İsmayıllı rayonunda doğulub. Həvəskar şer yazardı. addımlarını yenicə atır. Çətin sənin üzünə gülüm, son gedişin elə ağlatdı ki… Bir gün geri gəlsən çətin gözlərinə baxım.. YUxuda görsən məni, sənsiz qalmış görəcəksən. Ağladığım günlərin heyifini, çÇıxacam bir gün geri gəlsən. susub -susub göz yaşlarım axanda Sənsizlikdən ürəyim parçalananda, Bİr …

Azərbaycan ədəbiyyatı

Gülnarə İsrafilqızını doğum günü münasibətilə təbrik edirik! (25 may 1981-ci il)

Post Views: 34 Gülnarə İsrafil qızı 25.05.1981-ci ildə Gədəbəy rayonunun Qarı kəndində doğulub. 2000-ci ildən respublika mətbuatında Gülnarə İSRAFİLQIZI imzası ilə şeirləri və məqalələri dərc olunur. “ Möhtəşəm Azərbaycan”, “Kaspi”, “Azad qələm” “Arqument” “İnam yolu” “Ruzigar” “Müasir həyat””Müəllimin sözü” və s. qəzetlərində, “Yurd” jurnalı”  “Bir ağacın budaqları”, “Duyğulu Arazlar” və  DGT Y-nin “ Ziya” antalogiyasında …

Azərbaycan ədəbiyyatı

İslam Azimov.”Yaman darıxmışam səninçün, yaman !”

Post Views: 61 Nur oldun, şam kimi yandın ömrümə, Mələk tək səmadan yendin ömrümə, Yüz nəzir, niyazla döndün ömrümə Ta vermə həsrətə , hicrana aman Yaman darıxmışam səninçün, yaman ! . Dostdan daldalayıb, eldən gizlədib, Dərdiyim çiçəkdən , güldən gizlədib, Qəlbimdən keçəni dildən gizlədib, Özünə deyəcəm, görüşən zaman, Yaman darıxmışam səninçün, yaman ! . İslam …

Azərbaycan ədəbiyyatı

Məhəmməd Nərimanoğlu Sadıqzadə (Debüt)

Post Views: 56 Məhəmməd Nərimanoğlu (Sadıqzadə) 1957-ci il fevral ayının 18-də Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olmuşdur. 1974-cü ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbini, 1982-ci ildə Gəncə Politexnik Texnikumunu, 1990-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu, 1993-cü ildə Jurnalist Peşəkarlığı İnstitutunu bitirmiş, ixtisasca rejissor-jurnalistdir. Azərbaycan Elmlər Akademiyasının dissertantıdır.

Azərbaycan ədəbiyyatı

Zeynəb Dərbəndli (Yeni şeir) Laçınım….

Post Views: 45 LAÇINIM Sənə dağ çəkdilər,yara vurdular, Yol, cığırlarını kəsib durdular. Milləti arı tək əzib, qırdılar, Oldu kənd, şəhərin talan Laçınım. Ay gözü yollarda qalan Laçınım. Körpələr tank altda əzdi, boğuldu, O cənnət el oba yandı, dağıldı. Sanmayın, yazdığım keçmiş nağıldı, Çöl, çəməni xəzan olan Laçınım. Ay güzləri yolda qalan Laçınım. Səni əsir edib, …

Azərbaycan ədəbiyyatı

Debüt: Aqil KƏNGƏRLİ (Göyçay rayonu).Yeni şeir

Post Views: 68 Aqil Kəngərli (Cəfərov Aqil Abbas oğlu) 1972-ci il 1 sentyabrda Göyçayda anadan olub. 1995-ci ildə BDU-nu, 2002-ci ildə Azərbaycan Müəllimlər İstitutunu bitirib.Tarixçidir. Bir neçə il “Azərbaycan” nəşriyyatında, müxtəlif redaksiyalarda jurnalist kimi çalışıb.”Xalq”, “Millət”, “Vətən səsi”, “Press-əks səda”, “Hünər”, Sabaha inamla”, “Hürriyyət”,”Azad yeni fikir” və s.qəzetlərdə müxbir,şöbə müdürü,redaktor işləyib. 2001-ci ildən pedaqoji sahədə …

Ana səhifə

Fidan Abbasova (Yeni şeir) Bu dünyada vəfa yoxdur….

Post Views: 79 Bu dünyada vəfa yoxdur olsa – olsa qəm gətirər gül sandığın tikan olub çəmənlikdə kol bitirər sevən insan vicdan bilib ürəyində yar götürər niyə mənim taleyimi belə yazdım ulu tanrım? yəqin məndə günhakaram öz yolumu bir az azdım…………….. Qəlbində bir insaf varsa doğru görüb doğru düşün nə mənası acı sözlə , təhqir …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI (Yeni şeir) TANRI BUYURUBSA….

Post Views: 40 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru TANRI BUYURUBSA Ay sevgilim, gəlsən əgər, Xoş arzuma yetərəm. Qəlbimdəkin bilsən əgər, Çiçək olub, bitərəm! Axı özün bilirsən ki, Sənsiz bir bənövşəyəm. Səni uzaqdan görüncə, Şirin nar, gülövşəyəm. Ürəyini verəsən, Qədrini bilənlərə. Daim dua edəsən, Sevib-sevilənlərə! Sevgi ətri …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA (Yeni şeir) “Bizim” dediyimiz ömür qurtarıb

Post Views: 37 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü nə eləsən elə… yadıma gəlmir, necə açılmışdı tale qapımız… Bakı küçələri tapa da bilmir harda dolaşıbdı addımlarımız… bizim pəncərəmiz yaman utanıb, örtüb rübəndini yanaqlarına… “bizim” dediyimiz ömür qurtarıb, yaşam artıq “sənin”, “mənim” adında… o qız ölüb… məzar daşı ömrünün …