Category: Azərbaycan ədəbiyyatı

  • Azərbaycanlı şair Əziz MUSA.”Sən gəlməsən”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    SƏN GƏLMƏSƏN

    Sənsiz gözüm gecə-gündüz ağlayır,
    Ayrılığın bu sinəmi dağlayır,
    Həsrət, hicran yollarımı bağlayır,
    Selə dönər, göz yaşlarım, durulmaz,
    Sən gəlməsən, göz yaşlarım, qurumaz.

    Sən Günəşsən, sənsiz solan Ay, mənəm,
    Həsrətindən coşub, daşan çay, mənəm,
    Qismətinə düşən qismət, pay, mənəm,
    Sənsiz güllməz vallah güllü bahar, yaz,
    Sən gəlməsən, göz yaşlarım qurumaz.

    Dərdin, qəmin yuva seçib sinəmi,
    Ay cənnətin məleykəsi, sənəmi,
    İnsafsızlıq elə qalıb sənəmi?
    Gəl az eylə, gülüm mənə işvə, naz.
    Sən gəlməsən, göz yaşlarım, qurumaz,

    Mən dönmüşəm bir səməndər quşuna,
    Dolanaram gecə-gündüz başına,
    Vurulmuşam o gözünə, qaşına,
    Yanar dilim yar deməkdən, yorulmaz,
    Sən gəlməsən, göz yaşlarım, qurumaz.

    Yaz qarı tək tez ərisin, bu həsrət,
    Çiçək açsın bu sevgi, bu məhəbbər,
    Üzə gülsün sevinc, şadlıq, səadət,
    Sənsiz kimsə bu yaramı sarımaz,
    Sən gəlməsən, göz yaşlarım, qurumaz.

    Mən Məcnunam, mən Fərhadam, mən Kərəm
    Hüzurunda dizi üstə çökərəm,
    Ömrü boyu, hər qayğını çəkərəm
    Əziz Musa, sənsiz bilməz xoş avaz,
    Sən gəlməsən, göz yaşlarım, qurumaz.

  • Şəfa VƏLİYEVA.”Altdan-altdan qımışıram”

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı

    Altdan-altdan qımışıram,
    Daha ürəkdən gülmürəm…
    Aşikara alışıram,
    Gizlincə sevə bilmirəm…

    Dəliyəm… Sənə oxşadım,
    Öyrətdin özünə məni…
    Bəxtim bəxtinə oxşasın,
    Sözüm də sözünə sənin…

    Aşiq yarın görsün deyə,
    Dağlar başını əyməz ki?
    Getdin… Arxanca səpməyə,
    Gözümün yaşı yetməz ki…

  • Coşqun XƏLİLOĞLU.”Qoşqardan əla dərs”

    Azərbaycan Yazıçılar Birliyinin üzvi

           Qoşqardan əla dərs

    Kürdəmirin Şilyan (Qarasu) kəndindən olan Qarabağın azad edilməsi uğrunda döyüşlərdə şücaət göstərmiş, ölümündən sonra “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə”, “Xocavəndin  azad olunmasına görə”, medalları ilə təltif edilmiş, Şuşanın Daşaltı kəndi uğrunda döyüşlərdə şəhid olmuş  Qoşqar Səxavət oğlu Ömərovun ölməz xatirəsinə  ithaf edirəm!

    Vətənin nə qədər igidləri var,

    Bunlardan biridir-nur üzlü Qoşqar.

    İstəyirəm, onun haqda danışım,

    Olmasa da, nə dostum, nə tanışım,

    İndi doğmadan da əzizdir mənə,

    Canın fəda edib ana vətənə.

    Doğulsa da Kürdəmir Şilyanında,

    Sevilir yurdumun o, hər yanında,

    Uşaqlıqdan dəqiq, ləyaqətliydi,

    Ağıllı, çalışqan fərasətliydi,

    Məktəbdə əlaydı  onun qiyməti,

    Kəndlərində vardı, xətir-hörməti.

    Atası Səxavət müəllim kimi,

    Sevirdi, təhsili, sevirdi elmi.

    Oxuyub məktəbi, beşlə bitirdi,

    Ali məktəbə də uğurla girdi.

    Riyaziyyata tükənməyən marağı

    Asan etdi, ona neçə sınağı.

    Oxuyub qurtardı ali məktəbi,

    Ürəyində vardı yenə mətləbi.

    Magistr diplomu alması üçün,

    Daha səviyyəli olması üçün,

    Çalışdı, gecəni gündüzə qatdı,

    Nəhayət, bu ülvi arzuya çatdı.

    Vaxt gəldi, yollandı hərbi xidmətə,

    Əsgəri borcunu verdi dövlətə.

    Qayıtdı xidmətdən,  verdi imtahan,

    Müəllim olmaqçın- bilindi məkan.

    Həyat çarpışmaqdır, həyat yarışdı,

    Masazırda müəllim tək çalışdı.

    Qoşqar çox saf idi, çox təmiz idi,

    Məktəbdə hamıya dost, əziz idi.

    Torpaq düşməndəydi, dözə bilmirdi,

    Ürəkdən danışıb gülə bilmirdi.

    Nəhayət,  gün gəldi, çağırdı vətən.

    Sevindi: -Bu günü gözləyirəm mən.

    Yollandı döyüşə bir aslan  kimi,

    Vuruşdu hünərlə, qəhrəman kimi,

    Kəşfiyyatçı oldu, mərdlik göstərdi,

    Yağını məhv etdi, heçə döndərdi.

    Qoşqar dağ adıdır- yüksəklik, zirvə,

    Əsgər dostlarıyla aldı çox zirvə.

    Utan, yox ol, düşmən, sənə, olsun ar,

    Daşaltı uğrunda döyüşdə Qoşqar,

    Göstərdi şücaət, göstərdi mərdlik,

    Taleyində varmış onun şəhidlik.

    Doğma el-obanın yurdun igidi,

    Qazandı ölməz ad-vətən şəhidi.

    Qoşqar,  sən, əbədi yaşayacaqsan,

    Zirvəsən, adını saxlayacaqsan.

    Dünyaya nə qədər Qoşqar gələcək,

    Evlərə ucalıq, vüqar gələcək.

    Atana deyirəm,-Əziz Səxavət,

    Övladın yurduma gətirdi şöhrət.

    O, köçdü cənnətə, göyə ucaldı,

    Gənc nəsil Qoşqardan əla dərs aldı.

    Düşməndən alınıb doğma torpağım,

    Sevin Qarabağım, gül Qarabağım.

    Şuşamız bir yolluq  olubdur azad,

    Yurdumda qalammaz heç vaxt düşmən, yad

    14.02.2021

  • Coşqun XƏLİLOĞLU.” Ürəklərdə yaşayacaqsan”

                 Azərbaycan Yazıçılar Birliyinin üzvi

                                     Ürəklərdə yaşayacaqsan

    Əslən Kürdəmir rayonunun Carlı  kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, “Vətən uğrunda”, “Hərbi xidmətə görə” medallarına layiq görülmüş Elnur Vəfadar oğlu İmamverdiyevin əziz xatirəsinə ithaf edirəm.     

    Kürün sol sahilində, sən, Carlıda doğuldun,

    Təkcə bu kəndin deyil, vətənin oğlu oldun.

    Uşaqlıqdan ağıllı, mərifətli böyüdün,

    Heç yadından çıxmadı, uluların öyüdü.

    Atan sənə demişdi, bala, vətən bizimdir,

    Bu yurdda həm daş-qaya, həm də çəmən bizimdir.

    Yağılarda qalammaz, bir qarış torpağımız,

    Oğul,  bizi gözləyir, əziz Qarabağımız.

    Atanı dinləyərək düşündün lap dərindən;

    -Vaxtdır qurtarmalıyıq, erməninin şərindən.

    Əsgərliyə gedəndə  sevinirdin, necə də…

    Anan xatırlayır ki, yatmamışdın gecə də…

    Qulluğun nümunəvi, özün qoçaqdan qoçaq,

    Ancaq bir arzun vardır, düşməni yurddan qovmaq.

    Başladı müharibə, nəhayət, o gün çatdı,

    Sən oldun vuruşlarda, xüsusi təyinatlı.

    Döyüşdün Füzulidə, Cəbrayılda şir kimi,

    Qubadlı-Zəngilanda, bir möcüzə, sir kimi.

    Məhv eyləyib düşməni, belini qırdın şərin,

    Əfsanəyə çevrildi, Elnur, sənin hünərin.

    Vətən sevgisi ilə, sən bayrağa büküldün,

    Əbədi yaşamaqçın, doğma Carlıya döndün.

    Hər kəsə örnək oldu, qeyrətin, igidliyin,

    Səni cənnətlik etdi əbədi, şəhidliyin.

    Elnur  yaşayacaqsan, ürəklərdə hər zaman,

    Unutmaz qəhrəmanın, heç vaxt doğma el-oban.

    20.02.2021.

  • Coşqun XƏLİLOĞLU.”Cəsur Rahib”


    Qarabağın azad edilməsi uğrunda döyüşlərdə şücaət göstərmiş, şəhid olduqdan sonra “Vətən uğrunda” medalı ilə təltif edilmiş Şəhid Rahib Məmmədemin oğlu Hacıismayılovun ölməz xatirəsinə ithaf edirəm!

    Sən Şəkinin balası,
    Cəsur bir igidisən,
    Torpağı vətən edən
    Nur üzlü şəhidisən.

    Vətəni qorumaqçın,
    Döyüşlərə atıldın,
    Qəhrəman əsgərlərin
    Cərgəsinə qatıldın.

    Səni cürətli etdi,
    Bu vətənə məhəbbət,
    Səni yenilməz etdi,
    Düşmənə həsiz nifrət.

    Bir qəbahət sayırdın
    Kişiyə qorxaqlığı,
    Qoxaqda ola bilməz,
    Ləyaqət, üz ağlığı.

    Vuruşdun düşmənlərlə,
    Əsil cəngavər kimi,
    Məhv eylədin yağını
    Aslan kimi, nər kimi.

    Bu vətən torpağından,
    Qüvvət aldın, güc aldın.
    Hər gün, hər saat, hər an
    Zirvələrə ucaldın.

    Bu yurdda qala bilməz
    Şərəfsiz düşmən-gədə,
    Şəhidlik məqamına
    Yüksəldin Ağdərədə.

    Elə məqama çatdın,
    Əbədi cənnətlisən,
    Yurdumun hər yerində
    Əzizsən, hörmətlisən.

    Bu torpağın bu daşın
    Yiyəsi, sahibi var,
    Doğma elin-obanın
    Cəsur, nər Rahibi var.
    Doğulsan da Şəkidə,
    İşləsən də Bakıda,
    Anam Azərbaycanın
    Sevimli balasısan,
    Qalib diyarımızın
    Əzəmət qalasısan!

    18-19.02.2021-ci il.

  • Coşqun XƏLİLOĞLU.“Azərbaycan muğamı”

    Azərbaycan Yazıçılar Birliyinin üzvi

    Azərbaycan muğamı

    Sevincimdir, ahımdır,

    Zabulum, Segahımdır,

    Rastım, Çahargahımdır,

    Azərbaycan muğamı.
    Anamın laylasıdır,

    Ruhumun qidasıdır,

    Könlümün sevdasıdır,

    Azərbaycan muğamı.

    Min sualdır, tap, ayır,

    Bizi hara aparır?

    Özümüzdən qoparır,

    Azərbaycan muğamı.

    Nağıldır, əfsanədir,

    Keçmişdən nişanədir,

    Köhnəlmir, səbəb nədir?

    Azərbaycan muğamı.


    Solmayan baharımdır,

    Kamanımdır, tarımdır,

    Xanımdır, Cabbarımdır,

    Azərbaycan muğamı.

    Bir kamillik dastanı,

    Artır şöhrəti, şanı,

    Fəth eyləyir dünyanı,

    Azərbaycan muğamı.

    2011-ci il.

  • Coşqun XƏLİLOĞLU.“Torpaq”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Döşündən süd verib doğma anatək
    Bizi əzizləyib bəsləyir torpaq.
    Açır qucağını nəvaziş ilə,
    İşıqlı sabaha səsləyir torpaq.
     
    Soyuqdan, istidən, oddan qoruyur,
    Xaindən, namərddən, yaddan qoruyur,
    Ləkədən, gərəksiz addan qoruyur,
    Hara gediriksə izləyir torpaq.
     
    Torpaqda çiçəyin, gülün ətri var,
    Torpaqda məhəbbət, həyat sətri var.
    Sən ona sadiq ol, göstər etibar,
    Hər vaxt yolumuzu gözləyir torpaq.
     
    Ulu babaların əmanətidir,
    İnsanın xoş günü, səadətidir,
    Əbədi məbədi, ziyarətidir,
    Bizə çox hikmətlər söyləyir torpaq.
     
  • Xalq şairi Zəlimxan YAQUB.”ŞAİR UNUTMURSA”

    This image has an empty alt attribute; its file name is ustadzelimxanyaqub.jpg

    Mәhәbbәtsiz yer üzündә tanrı heç nә yaratmadı,
    Bulaqların zümzümәsi, dәnizlәrin lәngәri var.

    Hәr gülüstan çiçәklәrin hәyat eşqi, görüş yeri,
    Hansını istәsәn qoxla, min cür әtri-әnbәri var.

    Mәğlubolmaz igidlәrә güc torpaqdan bağışlanar,
    Qaya döşü, dağ arxası, yurd adlanan sәngәri var.

    Yerdә olan sevgilәri göylәrә çatdırmaq üçün,
    Hәr zamanın öz Bilalı, öz mәscidi, minbәri var.

    Şair әgәr unutmursa haqqın ona verdiyini,
    Demәk, başının üstündә Allahı, peyğәmbәri var.

  • Xalq şairi Zəlimxan YAQUB.”MƏNİ DƏ GÖNDƏRDİ BUĞDA DALINCA”

    Yunus Əmrəyə
    Mәni dә cavankәn çöllәrә saldı,
    Bir çarıq, bir әsa, bir әba verdi.
    Mәni dә göndәrdi buğda dalınca
    Yol verdi, at verdi, araba verdi.

    Tapdım әrәnimi, tanıdım әri,
    Ona hizmәtdәyәm o gündәn bәri.
    Dedi abad elә bu könüllәri,
    Nә qәdәr dağılmış xaraba verdi.

    Tanrıya sirdaşam, haqqa yaram mәn,
    Dünәn yox olmuşdum, bu gün varam mәn.
    Tәk olan Allaha minnәtdaram mәn,
    Mәnә Yunus kimi bir baba verdi.

    2010, 21 mart

  • Kənan AYDINOĞLU.”İlahi gözəlliyə səcdə qılsam da, azdı”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Qadının gözündə ovsun da varmış… İlahi gözəlliyin Sahibi Aynurə xanım üçün

    Tarixi-qədimdən də üzü bəri şairlər,
    Gözəllərin eşqinə Gözəlləmə* də yazdı.
    ALLAH, Sən nura boya bu dünyanı hər səhər,
    İlahi gözəlliyə səcdə qılsam da yazdı.

    Bakı şəhəri. 9 aprel 2021-ci il.

  • Coşqun XƏLİLOĞLU.”Babam” (Sənədli hekayə)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    (Qulaməli babamın əziz xatirəsinə ithaf edirəm.)
    Dünyaya gəlirik, günlər, aylar, illər keçir, yavaş-yavaş böyüyürük, yaşa doluruq. Oğul, qız oluruq, bacı, qardaş oluruq. Vaxt ötür, müxtəlif adamlardan bizə müraciət forması dəyişir. Sonralar baba oluruq, nənə oluruq, ağsaqqal, ağbirçək oluruq.
    Nəvəm İlham kiçik qızımdan – xalasından soruşub ki, mənim iki babam var, bəs sənin baban yoxdur? Xalası İlhama nə deyib, nə deməyib, onu necə başa salıb, bilmirəm, amma həmin söhbətdən sonra babam haqqında bir yazı yazmağı özümə borc bildim.
    Babamgil Kürdəmirin Mollakənd kəndinin yuxararı başında, biz isə aşağı başında yaşayırdıq. Kəndin şərti olaraq iki əraziyə bölünməsi Kür çayının axın istiqaməti ilə əlaqədardır. Tez-tez ya biz babamgilə gedərdik, ya babam bizə gələrdi. Orta boylu, qırmızı yanaqlı, bir az da kök bir kişiydi. Çox söhbətcil idi, xüsusi zövqlə danışar, necə deyərlər, müsahibinə fikrini çatdırmaq üçün sözə bəzək-düzək vurar, mübaliğələrdən bacarıqla istifadə edərdi.
    Babam qonaqpərvər insan idi. Dəfələrlə evlərində, süfrə başında müxtəlif insanları görmüşdüm. Onlar olanlardan-keçənlərdən elə şirin, elə səmimi söhbət edərdilər ki, bu gün mən həmin günləri həsrətlə xatırlayıram.
    Babam köhnə kişilərdən idi. Az da olsa, onun söhbətlərindən Sovet hakimiyyəti qurulmasından, kolxozların təşkilindən, komsomolçuların fəaliyyətindən eşitmişdim. Cavan yaşlarında selpoda (kənd istehlak cəmiyyətində), pamblq qəbulu məntəqəsində müxtəlif məsul vəzifələrdə işləmiş, sonradan kolxozda pambıqçılıq briqadiri olmuş, bir müddət siravi kolxozçu kimi çalışmışdır.Briqadir olduğu dövrdə işçilərə qarşı çox tələbkar olduğundan tənbəllərin, işinə soyuq yanaşanların ondan xoşu gəlməzmiş. Belələri hər yerdə babamı tələbkar kimi yox, qəddar, zalım kimi qələmə vermiş, hətta ona məzəli şeir də qoşmuşdular.
    Əslində babam çoxlarında olmayan, bəzilərinin isə qibtə etdyi incə yumor hissinə, geniş qəlbə malik bir insan olmuşdur. İşçilərə başa salmaq üçün incə yumordan istifadə etməsi isə, yəqin ki, onun xeyrinə işləməmişdir.
    Zaman daim irəliləyir, hər anın, öz hökmü var. Biz çox zaman ətrafımızdakıları dəyərləndirə bilmirik. Onların yoxluğunu anlayanda isə artıq çox gec olur…
    Babam təbiəti, gülü, çiçəyi çox sevirdi. Bir dəfə bizə gələndə əkdiyim gülləri görüb çox maraqla baxdı və onun üçün də həyətlərində güllər əkməyi xahiş etdi. Bir neçə gün sonra onların aynabəndlərinin qarşısında gül-çiçək əkdim. Bir müddət sonra onlara gedəndə körpə güllərə baxan babamın necə sevindiyinin şahidi oldum. O zaman mən üçüncü sinifdə oxuyurdum. Babama bir şeir yazmışdım:
    Mənim babam hər səhər
    Bağçamızda gəzərdi.
    Əkdiyi gül-çiçəkdən
    Dərib mənə verərdi.

    Mən də alıb gülləri
    Dəstə-dəstə bağlardım,
    Babamdan bu gülləri
    Xatirətək saxlardım.

    Şeiri ”Azərbaycan pioneri” qəzetinə göndərdim. Bir müddət sonra cavab gəldi ki, görünür, baban səni çox sevmir. Sevsəydi, sənə gül-çiçək verməzdi, axı gül-çiçək tez solur.
    Bir dəfə babam kolxoz idarəsindən çıxarkən Molla Tağı babagilin evinin yanında cavan bir gəlinə rast gəlir. Salamlaşdıqdan sonra, babam, ay qızım nə gəzirsən? – deyə soruşanda gəlin cavab verir ki, inəkləri doğub, amma onu sağmağa qoymur. Molla Tağı babaya qələm çaldırmağa gəlmişəm ki, inək məni vurmasın, onu sağa bilim. O da evdə yoxdur, rayona gedib.
    Babamın gəlinə yazığı gəlir və ona kömək etmək istəyir:
    -Ay bala, molla evdə yoxdur, mən yazaram.
    -Sən yaza bilirsən, əmi?

    • Əlbəttə, bu saat. O həmişə əlində gəzdirdiyi dəftərdən bir vərəq kəsib onu iki yerə bölür, əyri-üyrü xətlə nəsə yazıb üçkünc qatlayır, verir gəlinə:
      -Gedirsən evə, bunu yaşıl parçaya büküb tikirsən donunun yaxasına. İnəyi sağmağa gedəndə həmin donu geyinirsən.
      Gəlin elə də edir və həmin gündən başlayaraq inəyi rahatca sağır.
      Babam təqaüdə çıxmışdı, heç bir yerdə işləmirdi. Bir gün eşidir ki, Kür çayından su gətirmək üçün kəndin kənarından su arxı çəkilir.Maraq üçün gedir, görür ki, bir nəfər orta yaşlı kişi həvəslə işləyir, ekskavatorla yer qazır, arx çəkir. Babam onun işinə tamaşa edir, bir azdan kişi traktordan düşür, gəlib salam verir. Bir az söhbət edirlər. Babam öyrənir ki, bu kişi Ucar rayonunun Bağman Bərgüşad kəndindəndir. Bağman Bərgüşad mənim atamın doğma kəndidir. Atam Xəlil İbrahimov ali məktəbi bitirəndən sonra təyinatla babamgilin kəndinədil-ədəbiyyat müəllimi işləməyə gəlib. Babam traktorçudan qudasını – mənim Mədinə nənəmi, tanıyıb-tanımadığını soruşur.
      -Əlbəttə tanıyıram, bəs sən onu haradan tanıyırsan? –traktorçu babamın üzünə baxır.
      -O, mənim əsgər yoldaşım olub.
      -Əsgər yoldaşın? Heç onun əsgər olduğunu eşitməmişəm.
      -Bu hərbi sirdir, ona görə deməyib, – babam ciddi görkəm alıb.
      Bir müddətdən sonra traktorçu öz həmkəndlilərinə nənəmin keçmiş hərbçi olduğunu təsdiqləmək üçün and içməsi haqqında xəbər yayılmışdı.
      Babam ali təhsil diplomu olan, müəyyən vəzifədə işləyən, amma bacarıqsız, səriştəsiz, özündən razı insanları yerində otuzdurmaq istəyəndə qəribə üsullardan istifadə edirdi. Bir dəfə babam pambıq tarlasının sahəsini hesablamağı bacarmayan, cavan, ədəbaz aqronomdan soruşur:
      -Sənin, tarix müəllimin kim olub?
      -Tarix müəllimimin kim olmağının hesaba nə dəxli? –aqronom suala sualla cavab verir.
      -Dəxli olmasaydı, soruşardım ki, hesab müəllimin kim olub?
      Yazıq aqronom gözlərini döyərək daha heç nə deməyib.
      Bir gün hərbi xidmətdə olan həmkəndlilərimizdən bir nəfərinin atası vəfat edir. Bununla əlaqədar həmin əsgəri məzuniyyətə buraxırlar. Rəhmətə getmiş atasının heç yeddisi də çıxmamasına baxmayaraq nəinki atasının qəbrini ziyarətə gedir, əksinə tay-tuşlarını, dostlarını yığaraq yeyib-içir. Təbii ki, bu hadisə kənddə yaxşı qarşılanmır. Bir neçə gün sonra babam təsadüfən bu cavan oğlanla qarşılaşır, ciddi, bir az da kədərli görkəm alaraq deyir:
      -Ay bala, Allah rəhmət eləsin, bilirəm, ağır dərddir. Sən də dədəni çox istəyirdin. Amma düz eləmirsən, o nədir, deyirlər, gedib dədənin qəbrinin üstündə saatlarla ağlayırsan. Belə etmə, kişinin ruhu səndən inciyər.
      Oğlan eyhamı başa düşür, rəngi qaralır, amma heç nə deyə bilmir, səhvini anlayır.
      Kənddə babamın tay-tuşlarından biri at alıbmış. Harada söhbət düşsə, yeri gədi-gəlmədi atını tərifləyir, lovğalanırdı. Bir gün həmin kişinin oğlanları çöldən ot daşıyırlarmış, babam da pambıq sahəsindən qayıdırmış. Rastlaşırlar və babam görür ki, uşaqlar nə qədər etsələr də at arabanı çəkmək istəmir, gah sağa, gah sola qaçmaq istəyir.
      -Ay bala, bu eşşək niyə belə edir? – babam soruşur.
      Uşaqlardan nisbətən böyüyü bir az hirslə:
      -Əmi, bu eşşək deyil, atdır.
      Babam:
      -Mən eşşəklə atı ayırd edə bilmirəm? At olsaydı, düz gedərdi, sağa-sola qaçmazdı.
      Bir dəfə babam bizə qonaq gəlir. Yay vaxtı olduğundan nahar vaxtı anam babama və bizim hər birimizə bir boşqab qatıq verir. Yeməyi yeyib qurtarmağa az qalmış qonşu həyətdə oynayan qardaşlarımdan biri içəri daxil olur. Anam qazanın dibində qalmış qatığı qardaşıma vermək istəyəndə, babam deyir:
      -Daşqın əvvəllər qatıq yemirdi, indi də yemir?
      Qardaşım babamın sualına nədənsə, yox baba, yemirəm. – deyərək cavab verir. Maraqlıdır ki, Daşqın bu hadisədən sonra bir neçə il qatıq yemədi.
      Babam yaşlı vaxtlarında bir müddət sıravi kolxozçu kimi çalışmışdır. Yadımdadır, pambıq kollarının məhsul verməsi ərəfəsində güllərini yeyən, onun bar gətirməsinə imkan verməyən həşəratları (sovka qurdlarını) məhv eləmək üçün zəhərli kimyəvi maddələrdən istifadə edirdilər. Xüsusi yük təyyarələrinin köməyi ilə bu zəhərli maddələr pambıq kollarının üzərinə çilənir və ziyanvericilər məhv edilirdilər. Lakin bu parazitləri bəzi hallarda tamamilə məhv etmək mümkün olmur, təsərrüfatlar ziyan çəkirdi. Zəhərli maddələr istifadə edildikdən sonra boş çəlləklər kolxozçular tərəfindən yuyulur, sonra nə qədər riskli olsa da, kənd yerlərində təsərrüfat işlərində istifadə edilirdi. Babam bu çəlləklərdən bir neçəsini iş yerinə yaxın olduğu üşün bizim həyətə gətirmişdi ki, sonradn öz həyətlərinə aparsın. Çəlləklər səliqə ilə tövləyə yığılmışdı. Tövlənin qapısı açıq olduğundan hinduşkalr ora girmiş, 6-7ətli-canlı quş zəhərlənərək ölmüşdü. Babam bunu eşidəndə özünəməxsus şəkildə gülərək, ay bala, yəqin ki, hinduşkalarınız xəstələnib ölüblər, bu zəhərin güçü heç balaca sovka qurdlarına çatmır, demişdi.
      Babamgilin yaxın qonşularından biri oğlunu evləndirir. Toydan bir müddət keçir, təzə gəlin özünü işgüzar, hər işi, evdarlığı bacaran, qadın kimi göstərməyə çalışır. Babamgilin qonşuları zəhmətkeş, fağır insanlar olduqlarından təzə gəlinin yavaş-yavaş həyətdə səsi yüksəlir, toyuğa-cücəyə, qoyuna-quzuya qışqırmağa başlayır. Bir gün babam qonşularının həyətinə keçir. İpəkqurdlarının bəslənmə vaxtı imiş. Qonşunun oğlu ilə gəlini ipək qurdlarına tut yarpaqları verirlərmiş. Babam görür ki, təzə gəlin özünü elə aparır ki, guya otuz ilin kümçüsüdür. Yaxınlaşıb deyir:
      -İşiniz avand olsun, yaxşı yemləyirsiniz, amma deyəsən su verməyi unutmusunuz.
      Gəlin gözlərini döyərək:
      -Suyu ona necə verək?
      -Sən suyu gətir, mən başa salacam.
      Qonşunun oğlu nəsə demək istəyəndə babam onu baxışları ilə başa salır ki, sən danışma.
      Gəlin su gətirəndə babam ona üzünü tutub:
      -Qızım, görürəm, zirəksən, diribaşsan, amma heç zaman özünü hər bir işi bacaran kimi göstərmə. Heç kim hər bir işi bacara bilməz. Yadında saxla, ipəkqurdlarına su verilməz.
      Gəlin bir az utansa da babamın sözündən incimir, bundan sonra bir daha həyətdə -bacada səsini ucaltmır.
      Babam imkan daxilində yeməyə-içməyə pul xərcləməkdə xəsislik etməzdi. O vaxtlar Kürün bərəkətli-ruzili vaxtlarıydı. Kürdən bol-bol şirbit, şahmayı, xəşəm, çəki balıqları tutulardı. Hələ nərəni, ağbalığı demirəm… Hamının evində tez-tez balıqdan hazırlanmış müxtəlf xörəklər bişirilərdi. Babam balıq çığırtmasını çox sevirdi. Bir gün onlara getmişdim. Nahar vaxtı nənəm süfrəyə balıq çığırtması gətirdi. Babam “Bismillah, hə, başlayaq yeməyə”, dedi. Insafən balıq çığrtması çox dadlı idi. İştahla yeyirdik. Amma balıqda nəsə qəribə tam hiss olunurdu. Xörəyimizi yeyib qurtaranda babam üzünü mənə tutub:
      -Ay bala, sənin anan (babamın qızı) təzə balığı köhəldib ondan belə ləzzətli yemək bişirə bilər?
      Cavab verə bilmədim. Gözüm Zibeydə nənəmə sataşdı. Nənəm də gülümsünərək babama baxdı və dinmədi.
      Onu da deyim ki, Zibeydə nənəm təhsil almasa da folkloru, ağız ədəbiyyatını, el məsəllərini yaxşı bilirdi. Məntiqli, dərin düşüncəli qadın idi. Böyük qardaşım Akif müəllim bir müddət kolxoz sədri işləmişdi. Kolxoz əsasən taxılçılıq və pambıqçılıqla məşğul idi. Pambığın becərilməsi və yığımı dövründə kolxozçular, o cümlədən təsərrüfat rəhbərləri çox əziyyət çəkirdilər. Bir dəfə nənəm bizə gələndə qardaşıma dedi:
      -Bu pambıqda nə görmüsünüz, əkin boranı, qapız, yemiş… əziyyəti az, həm məhsulu, həm də faydası çox.
      Doğru sözə nə deyəsən… Amma o dövr başqa zaman idi. Dövlət planı var idi.
      Bir gün babam təbiətin əbədi qanunlarına uyğun olaraq dünyasını dəyişdi. Təbii ki, digər doğmaları və yaxınları kimi mən də çox kədərləndim. Bir müddət sonra Almaniya Demokratik Respublikasında hərbi xidmətini başa vuran qardaşım evə qayıtdı. Onun gətirdiyi hədiyyələrin içərisində gözəl bir əsa da var idi. Əsa babama qismət olmadı.

    Avqust 2020-ci il

  • Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (VIII hissə)

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    BAŞIMIN TACISAN

    Mən şeyda bülbüləm, sən tər bənövşə,
    Eşqimiz düşübdü tay dilə, dişə,
    Göylər də sevinir, gülüm, bu işə,
    Mənim qara gözlü, bir ceyranım var,
    Sənin tək sevimli, mehribanım var.

    Qəlbim eşqin ilə alışıb yanır,
    Ruhum bu sevgidən nura boyanır,
    Gözümün önündə, gözün dayanır,
    Bu eşqə, sevgiyə bir inamım var,
    Sənin tək sevimli, mehribanım var.

    Hüsnün bədirlənmiş aya bənzəyir,
    Gözəlliyin yeri, göyü bəzəyir,
    Ulduzlar hər gecə, səni gözləyir,
    Xoşbəxtəm sənin tək, bir cananım var,
    Sənin tək sevimli, mehribanım var.

    Ömrümsən, günümsən, səadətimsən,
    Arzu, istəyimsən, məhəbbətimsən,
    Dilimdən düşməyən söz, söhbətimsən,
    Eşqinlə ucalan, adım, sanım var,
    Sənin tək sevimli, mehribanım var.

    Olmusan Leyliyə, Şirinə bacı,
    Dərdimin, qəmimin sənsən əlacı,
    Gözümün nurusan, başımın tacı,
    Sən varsan, dünyada din, imanım var,
    Sənin tək sevimli, mehribanım var.

    Layladır, nəğmədir, o şirin səsin,
    Könlümə məlhəmdir isti nəfəsin,
    Safdır, müqəddəsdir, eşqin , həvəsin,
    Nə yaxşı, nə yaxşı, balım, şanım var,
    Sənin tək sevimli, mehribanım var,

    HAMIDAN GÖZƏLSƏN

    Eşqi dastan olan, bir aşiq mənəm,
    Elə yandırmısan, inanma sönəm,
    Ruhumu canımdan almısan, sənəm,
    Hamıdan gözəlsən, nazlı ceyranım.

    Həsrətdən dil açan, şeyda bülbüləm,
    Əhdimdən, sözümdən dönən deyiləm,
    Hüsnünü vəsf edir, əlimdə qələm,
    Hamıdan gözəlsən, nazlı ceyranım.

    Bir nalə çəkərəm, candan can çıxar,
    Göz yaşım quruyar, gözdən qan çıxar,
    Səni görən günəş, səhər, dan çıxar,
    Hamıdan gözəlsən, nazlı ceyranım.

    Eşqin qanad verdi, dünyanl gəzdim,
    Sənin həsrətinə illərlə dözdüm,
    Heç kimi bu qədər əzizləməzdim,
    Hamıdan gpzəlsən , nazlı ceyranım.

    Adın çox əzizdi adlar içində,
    Adını çəkmərəm yadlar içində
    Gəl qoyma sən məni, odlar içində,
    Hamıdan gözəlsən, nazlı ceyranım.

    Məhəbbət bəzəkdir bu yerə, göyə,
    Hökm etmək olmur ki, sevən ürəyə,
    Gəl qoyma, Əzizi dərddən ölməyə,
    Hamıdan gözəlsən, nazlı ceyranım.

  • Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (VII hissə)

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    QIZ UŞAĞISAN

    Ürəklər deyəni dil deyə bilmir,
    Oxu gözlərimi qurbanın olum.
    Dərdindən gecələr yuxum da gəlmir,
    Qoyma ki, gül kimi saralım, solum.

    Sən tər bənövşəsən, sən yaz gülüsən,
    Şəfəqlər hüsninlə oynayır hələ,
    Səni çox sevirəm, bunu bilirsən,
    Boylanıb baxırsan sən gülə-gülə.

    Könlüm ayrılığa dözməyir daha,
    Qorxuram ruhumu canım itirə,
    Dilim öyrənibdi naləyə, aha,
    Ovunmur sinəmdə neçə xatirə.

    Düşünmə mən səndən küsəm, inciyəm,
    Sənsiz ötən günə, gün demərəm mən.
    Məcnundan, Kərəmdən mən birinciyəm,
    Bülbülü yox isə, nə lazım çəmən.

    Nurlu bir günəşsən sən bəbəyimdə.
    Şimşəkdən sonrakı göy qurşağısan,
    Gəl səni gizlədim bu ürəyimdə,
    Hələ öpülməmiş qız uşağısan.

    ARZU, İSTƏYİMSƏN

    İlahi nuru var, o gül üzündə,
    Baxmaqdan doymuram, gül camalına,
    Günəş şəfəqlənir, qara gözündə,
    Aləm heyran olub, qara xalına,

    Arzu, istəyimsən, xoş baharımsan,
    Ruhuma qanadsan, gözümə işıq,
    Canımsan, gözümsən, eşqim, yarımsan,
    Sənsən bu dünyaya vallah yaraşıq.

    Onsuzda bu dünya eşq dünyasıdır,
    Məcnun eyləmisən yeri, göyü sən.
    Qaşların elə bil, ay parasıdır,
    Canım sənə qurban, öldür istəsən.

    Hər gözəl könlümü, oxşaya bilməz,
    Mənim qismətimsən, bəxt ulduzumsan,
    Sənsiz ruhum ağlar, ürəyim gülməz,
    Sən mənim tər gülüm, nurlu yazımsan.

    Mənə çox əzizsən, doğmasan inan,
    Çöhrən bu dünyaya işıq, nur saçır,
    Mənəm eşqin ilə, alışıb yanan,
    Səni görən zaman, qəlbim gül açır.

    Başımın tacısan, ay ömrüm, günüm,
    Könül sarayımın sultanı sənsən,
    Pirim , ocağımsan başına dönüm,
    Əzizin ümidi, gumanı sənsən.

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXIV hissə)

    NƏ BİLƏK?

    İtmiş ümidlərtək sındı havalar,
    getdi yarpaqlarla min arzu,diək,l
    bizim obalardan köçən durnalar
    hansı xurmalıqda endi,nə bilək?

    Öküzü qaldırdı sayqılı “ho–ho!”,
    zalım,nəyimişsən,a dünya?-paho!!
    ucaldan da Odur,endirən də O,
    təkər nə səbəbdən döndü,nə bilək?

    Daşa nə fərqi var–unut da,sev də?
    Nağıllar qəsrindən “Cırtdan” da,”Dev” də!
    qonaq gözləməsək,doğmalar evdə,
    döyən qapımızı kimdi,nə bilək?

    İndi hər sahibi durmaz sözündə,
    inanma hər yaşa gözəl gözündə!
    ülkər görümürsə göyün üzündə,
    kimin ulduzudur söndü,nə bilək?

    Həyat–səksəkələr,şübhələr dolu,
    tamah düşmən edir “Sağ” ilə “Solu”!!
    səhərdən-axşama bir ömür you,
    baş vuran nə cürə Gündü,nə bilək?

    Batar,eşələmə sısqa bulağı,
    dırmaşa bilməsən danlama dağı!
    baxırsan–adamdı: gözü,qulağı…
    örtüyü dəridi,göndü,nə bilək?

    İlxılar qaçırdıb oynatdı şallaq,
    kökəldib arana yolladı yaylaq,
    a “Mıxı–mismara döndərən Allah”,
    səbrin haçanadək gendi,nə bilək?!

    Bu,dartır:”Mənimdir! “,o,çəkir: “Mənim!”,
    dərdi nə çoxumuş yazıq Vətənin!!
    “Barışıq ovcunu” açan düşmənin,
    qəlbində- hiylədi,kindi,nə bilək!?

    Yaşamaq bahalı,ömürlər ucuz,
    hər zaman möhtacdı pulluya–pulsuz,
    vaxtdı,Vahid ƏZİZ,ya ud,ya uduz,
    qandakı zəhərdi,qənddi,nə bilək..

    22.02.2019..

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXIII hissə)

    Müəllim

    Yaşar, ucalar, qalar bu zəhmət
    Hər sözün işıqdı, duzdu,çörəkdi ,
    Müəllim ,sən bizə susmağı öyrət
    Həyat danışmağı öyrədəcəkdi!

    Ordular məktəbdən döyüşə girər,
    Hər şagird bu yurdun igid əsgəri,
    Zülmə ağ olmağı müəllim öyrədib,
    Çox şey var tarixin öyrətmədiyi.

    Məktəbdən bizlərə sevgilər qalar,
    Sevinclər qüsələr durar göz-gözə,
    Doğma var,Vətəni gözdən saldırar
    Düşmən var-sədaqət öyrədir bizə.

    Müəllimin borcundan çıxarmı insan!
    Bir parça torpağam,bir ovuc dənəm,
    Sən məni bir azca danlamalısan
    Başımı heç kəsə əyə bilmirəm!

    Kitabdan oxunmas namusla qeyrət
    Bu yolda gözünün işığı gedər.
    Müəllim sən bizə yanmağı öyrət
    Gerçəyi, qeyrəti ocağ oyrədər!

    BAĞIŞLA,MƏN SƏNİ YANLIŞ ANLADIM…

    İllərlə boylandım-gözün gülmədi;
    taleyi qınadım,bəxti danladIm,
    irad söyləməyə üzüm gəlmədi-
    sədaqət andını danmış anladım,
    bağışla,mən səni yanlış anladım.

    Bilmədim-hardasan,kimə bağlısan?
    nədən şübhəlisən,nədə haqlısan?
    Əlin qırılardı tutub saxlasan!?
    Məndən ürəyini sınmış anladım,
    bağışla,mən səni yanlış anladım.

    Səni-yad sevginin əsiri bildim,
    hardaydın?-nə ölü,nə diri bildim,
    nə aşkar olanı,nə sirri bildim:
    Olmayan günahı-olmuş anladım,
    bğışla,mən səni yanlış anladım.

    Qoy gəlim yanına-inamın olsa,
    təqsirdən keçməyə gumanın olsa,
    üz-üzə dayanmaq imkanın olsa;
    Qəlbimlə göz-gözə danış,anladım!

    Bağışla,mən səni yanlış anladım.
    Qəmli gözlərində seli görəndə,
    qoynunda soluxan gülü görəndə,
    sevdiyim saçlarda külü görəndə-
    özgə alovlarda yanmış anlarım;
    BAĞİÇLA,MƏN SƏNİ YANLIŞ ANLADIM…

    11.10.2012. “SƏNİNLƏ” kitabımdan

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXII hissə)

    ODLA–SUDUR UNU ÇÖRƏK ELƏYƏN…

    Qalib gələr eşqdə ürək eləyən,
    neçə canlar puç elədi bu sevgi!?
    odla–sudur unu çörək eləyən;
    yalan sözdür:”Tutmaz odla-suyunki”

    Dəyişərək xarab etdik dünyanı,
    indi həyat ara-sıra güldürür,
    namaz üstə ilan vurmaz insanı,
    amma,insan mərmi salıb öldürür!

    Sarayların çoxu bağlı qapılı,
    sayqıları görməmişdən umuruq,
    söz veririk–dilmanc edib lalları,
    oğrulara gözümüzü yumuruq!

    Deyirlər ki:”Bəla yayıb yarasa”!!
    daha olub Haqqı danmaq bir adət,
    daddığımız nə cür tiryək olubsa,
    neyniriksə ayılmayır bu millət!

    Biri qaçır,biri güclə sürünür,
    yaxın yollar uzaqlardan salındı,
    sabahlarım dumanlarda görünür,
    tufan,dağıt,duman yaman qalındı…

    QIRIQ-QIRIQ…

    Hamar yaşaya bilmirəm-
    zamanım qırıq-qırıq,
    qızıl başlı bir sünbüləm-
    samanım qırıq-qırıq.

    İçim Cəhənnəmdən betər,
    cəfalarım gedər hədər,
    istək nəyə ümid edər?
    gumanım qırıq-qırıq.

    Ömrün yolu-uzun örkən,
    ya doğulma,ya öl erkən!
    İstəmədim-kiçilməknən
    yamanın qırıq-qırıq!

    Vaxtın çönüb altı-üstə,
    bitmədi etdiyim bəstə,
    çörək kimi,dizim üstə,
    kamanım qırıq-qırıq.

    Deyir üzündəki həya:
    “Ehtiyacın var qayğıya!”-
    daha mənim,yetim dünya,
    imkanım qırıq-qırıq!

    Vahid ƏZİZ,nə tapdın sən
    qazanmaqnan,itirməknən?
    Haqq yolunda sürünməkdən
    imanım qırıq-qıqıq…

    30.07.2018.

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXI hissə)

    DƏYİŞMƏ…

    Eşqə düşən xırda ürək,dəli nər;
    bəxtdən gələn qismətinlə deyişmə!
    köhnə yurdun qədri sonra bilinər-
    sınamadan yenisinə dəyişmə.

    Pis soyular naşı qəssab astığı,
    dua olmaz hən uləmə yazdığı,
    baş qoyduğun ağ birçəkli yastığı
    işvəlilər sinəsinə dəyişmə.

    Bir turşməzə baxışından tez küsən,
    bu dünyada hələ nəyi görmüsən?
    el-obasız harda olsan-qəribsən,
    yurdu şöhrət həvəsinə dəyişmə.

    Ayırmasaq ucuzludan-bahanı,
    şər əməllər xırdalayar cahanı,
    halal olan “Abbasını”,”Şahını”
    haram “altun” siftəsinə dəyişmə.

    Tanrı vurar həqiqətlər böğanı,
    gödək olar yalanların yorğanı,
    komandakı pendir,çörək,soğanı
    binəvalar süfrəsinə dəyişmə.

    Mizrablarnan könül verər tel-telə,
    Vahid ƏZİZ,yetər yandın bir belə!
    görsən–həyat gah”elədir”,gah “belə”;
    “eləsini”-“beləsinə” dəyişmə…

    QƏLƏM…

    Var ol ki,mənimlə çıxdın bu yaza,
    indi bu yazı da yaz görək,Qələm!
    aşıqlar güc versin sözə,avaza;
    tar görək,kamança,saz görək,Qələm!

    Hökmündə agaran saçın dənləri,
    peşində ötüşən qaçdın günlərin,
    sayı xeyli oldu namərd illərin,
    neynəyib onlardan az görək,Qələm!?

    Hər misran qəlbimdən süzülən gerçək,
    qorxmadan nadandan,dedin-“Hücum çək!”,
    qonaq da çağırsaq,mehman da getsək,
    halal çörək görək,duz görək,Qələm!

    Bəzən harayımız ərşə dayanıb,
    eh,səndən o qədər tonqallar yanıb!
    bədbəxt gözlərimiz elə yaranıb-
    çətin ki,”əyrini”-“düz”-görək,Qələm!

    Bilirdim-bəxtimə Tac olacaqsan,
    fərq etməz-“tox”,yoxsa “ac” öləcəksən;
    torpağa mənimlə gömüləcəksən-
    başla,qəbrimizi qaz görək,QƏLƏM…

    29,08,2020.

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXX hissə)

    OLAYDI…

    Oxu,bülbül,səngiməsin avazın;
    qulaq asan O,tay ilə Bu,taydı,
    nə olaydı–sahilləri Arazın
    Kürdəkitək get-gəlişlı olaydı,

    Geri dönməz yox olanlar,itənlər,
    solar özgə kölgəsində bitənlər,
    xoş günlərdə hökümranlıq edənlər
    dar məqamda bir az “dişli” olaydı,

    Vay o günə fürsət düşə əlinə-
    qəddar olan xəncər taxa belinə!
    sahib çıxıb yol göstərən elinə-
    ədalətli göstərişli olaydı,

    Əl ağacı aldatmaya korları,
    Azan səsi yatırtmaya karları,
    ilıq yellər tərpədəndə qarları
    mən istəyən tərpənişli olaydı,

    Mənə baxma,şeyda bülbül,sən oxu-
    çin olmadı yozdurduğum çox yuxu,
    hicran salan ayrılıqlar sonluğu
    çal-çağırlı,şən gülüşlü olaydı,

    Vahid ƏZİZ,heç olmazsa bu fəsil,
    bəxtəvər ol-nə qəm yaşa,nə dərd bil,
    bu,zay çıxdı,güzəşt edək–gələn il
    bərəkətli,mərd yerişli olaydı…

    19,12,2020.

    KÖNÜL SEVSƏ,QIZ OCAĞI PİR SAYILAR…

    Məhəbbətdən qız ürəyi odlansa da,
    cavabında canlar üzən soraq gələr,
    vədə alıb yar sözünə inansa da,
    oğlan qəlbi ilk görüşə qorxaq gələr.

    Göz gəzsə də bir dalda yer,xəlvət guşə,
    nazlar satar ürək çəkən ilk öpüşə,
    döyən bilər–qız qapısı tərsə düşsə,
    ayağına o dağ düşər,bu dağ gələr!!

    Kim qayıdar? Qız evindən”Əl çək” nədir?!
    Elçi nə çox! Biri gəlir,biri gedir,
    bu Məbədə sovqat üstdə çiçək nədir?
    Yer üzündən güllər budaq-budaq gələr!

    Ülviyyət var-nişanadək sirr sayılar,
    yar qucağı Cənnət-məkan yer sayılar,
    könül sevsə,qız ocağı Pir sayılar,
    əzəl-sevgi,sonra-başa duvaq gələr.

    Taleyinə bəxt ulduzu seçər qızlar,
    pərvanətək işığına uçar qızlar,
    kim deyi ki: “Yad evinə köçər qızlar”
    ev qızındı,ata-ana qonaq gələr.

    Bir söz də var: “Qız ağacı,qoz ağacı”-,
    keşikçisi ata,ana,qardaş,bacı,
    bir gözəl var–Taxtındakı Şair Tacı,
    özgə elçi bu qapıya nahaq gələr…

    04.07.2007.

  • Xalq şairi Zəlimxan YAQUB.”Toxumdayam, torpaqdayam, şumdayam”

    Ey şairi saraylara qısqanan,
    Daxmadayam, saraydayam, damdayam.
    Yağışımla, işığımla, odumla,
    Toxumdayam, torpaqdayam, şumdayam.

    Bahar vaxtı ana çölün havası,
    Hər qadanı başımızdan sovası.
    Bir saraydı hər qarışqa yuvası,
    Əkindəyəm, səpindəyəm, şumdayam.

    Şair olan neylər evi-eşiyi,
    Başı üstə Tanrı çəkər keşiyi.
    Mən özüməm Məcnunların beşiyi,
    Zərrədəyəm, səhradayam, qumdayam.

    Yağan yağış günahları yuyurmuş,
    Şükür haqqa, Tanrı məni duyurmuş.
    Allah özü mənə belə buyurmuş,
    Bişmişdəyəm, yanmışdayam, xamdayam.

    Həm sevincəm, həmi yasam, həm qəhər,
    Həm komayam, həmi kəndəm, həm şəhər.
    Günəş özü məndən doğur hər səhər,
    Qəndildəyəm, çıraqdayam, şamdayam.

    Heç olmadı haqq yolundan sapdığım,
    Sazdı, sözdü yoğurduğum, yapdığım.
    Gəl-gəl dedi ulu şeyxim – Tapdığım,
    Yunus adlı bütövdəyəm, tamdayam.

    Yuva mənəm, ocaq mənəm, yurd mənəm,
    Nəsimitək dönməz mənəm, sərt mənəm.
    Füzulinin özü boyda dərd mənəm,
    Bağdaddayam, Hələbdəyəm, Şamdayam.

    Sular kimi ax, məndə gör dünyanı,
    Şimşək kimi çax, məndə gör dünyanı,
    Gözün varsa, bax, məndə gör dünyanı,
    Cahandayam, Cəmşiddəyəm, Camdayam.

    2007, 23 mart

  • Xalq şairi Zəlimxan YAQUB.”Qoy yatım, yuxudan qaldırma məni”

    Qışda doğulmağım bəs edər mənə,
    Məni öldürəndə yaz öldür, Allah!
    Bilim hansı gündü gedəcəyim gün,
    Ölüm tariximi yaz, öldür, Allah.

    Qoy yatım, yuxudan qaldırma məni,
    Əcəlin cəngindən saldırma məni,
    Zarıya-zarıya öldürmə məni,
    Öldürə bilirsən, saz öldür, Allah!

    Acı gülüşlərin ürəyimdə xal,
    Dodağım qıfıllı, baxışlarım lal.
    Alırsan canımı birdəfəlik al,
    Bu qədər ağrıyla az öldür, Allah!

    2004, 29 sentyabr
    Cenevrə

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Daşlarda iziniz varmı?”

    This image has an empty alt attribute; its file name is mirvarid-dilbazi.jpg

    Avey dağın kəklikləri,
    Görüşmədik çoxdan bəri.
    Bu ətirli yaz səhəri,
    Mənə bir sözünüz varmı?

    Səsiniz düşübdür kəndə,
    O kəndin qızıyam mən də.
    Axtarıram hər gələndə,
    Daşlarda iziniz varmı?

    Uşaqlığım sizə bağlı,
    Saçlarım qaralı, ağlı,
    Ayrılıqdan köksü dağlı
    Uzaqda qızınız varmı?

    1970

    *Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Osman SARIVƏLLİ.”Aranım, dağım”

    Qonşu mənə baxıb, gileylənirdi:
    -Nə vaxtıdır şəhərdən heç çıxmayırsan?
    Qış çətin deyil, lakin yayları
    Burada yaşamaq deyildir asan.

    Qorxulu deyildir mənim üçün heç,
    İstidə, bürküdə yayda qalmağım.
    Güzəranım keçir aranlı, dağlı,
    Evim aranımdır, eyvan yaylağım.

    1977

    *Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Hüseyn ARİF.”Qızılquş”

    Yadlar sağdan-soldan baxdı həsədlə,
    Atıla güllələr ona çatmadı.
    Ölsə də, qızılquş keçməz yad ələ,
    Daşına sığınmadı, yerə yatmadı.

    Ölçdülər, biçdilər kəsib hər yanı,
    Nəhayət, yorulub əldən düşdülər.
    O geniş açmışdı qol-qanadını,
    Vurmaq istəyənlər gecikmişdilər.

    *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Özümdən narazıyam”

    This image has an empty alt attribute; its file name is 118563526_1552827504924140_505143189830121002_n.jpg

    ÖZÜMDƏN NARAZIYAM

    Təbiətin könül açan
    Min rəngi, min səsi var.
    Hər könülün min arzusu,
    Min səsli nəğməsi var.

    Bu arzular, bu nəğmələr,
    Bu səslər bir saz kimi
    Mənim solğun sözlərimdə
    Heç dil aça bildimi?

    Hissim dərin, sözüm solğun,
    Qəlbim geniş, sinəm dar.
    Məndən əvvəl doğulubdur
    Sinəmdəki duyğular.

    Səhv atılan addımları
    Sonradan anlayıram.
    Baxıb vicdan güzgüsünə
    Özümü danlayıram.

    Six ey yanlış addımlarım,
    Məni dərdə saldınız.
    Mən sizinlə döyüşdükcə,
    Gün-gündən çoxaldınız.

    Mən haqq-hesab istəyirəm
    Gecələr gündüzümdən.
    Narahatam, narazıyam
    Ömrüm boyu özümdən.

    Bizim sənət dünyasının
    Qırıq telli sazıyam.
    Bircə ondan razıyam ki,
    Özümdən narazıyam.

    İyul, 1960, Riqa

    *Bu şeir Xalq şairi Bəxtiyar Vahabzadənin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Süleyman RÜSTƏM.”AZƏRBAYCANDAN AYRILMAZ”

    This image has an empty alt attribute; its file name is %D0%91%D0%B5%D0%B7-%D0%BD%D0%B0%D0%B7%D0%B2%D0%B0%D0%BD%D0%B8%D1%8F.jpg

    Gözəllik, incəlik, sevgi, vəfa insandan ayrılmaz,
    Coşan sellər, axan çaylar necə ümmandan ayrılmaz.

    Uzaq düşsə gözümdən dilbərim, könlüm dözər, çünki
    Sevənlər bilməmiş olmaz, vüsal hicrandan ayrılmaz.

    Vəfasızdan vəfa ummaz, vəfadan yoğrulub eşqim,
    Canından ayrılar aşiq, fəqət canandan ayrılmaz…

    Bütün dünya yerindən, mehvərindən qopsa, ayrılsa,
    Süleyman Rüstəmin qəlbi Azərbaycandan ayrılmaz.

    *Bu şeir Xalq şairi Süleyman Rüstəmin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Şairə-publisist Xalidə NURAY.”Aprel şəhidləri”

    Aprel döyüşünün nər igidləri
    Əbədi ürəkdə, baxışlardasız.
    Bu zirvəyə qalxan, bir daha enməz,
    Şəhidlik adıyla yaddaşlardasız.

    Şığıyıb Qartal tək mavi səmada,
    Vətən deyə-deyə şəhid oldunuz.
    Haqqın sədasnda, haqqın səsində,
    Yandırdı düşməni vətən odunuz.

    Dağlar əksinizi köksünə çəkdi,
    Torpağa qarışdı axan qanınız.
    Çiçəklər su içdi göz yaşınızdan,
    Cənnətə qovuşdu şəhid canınız.

    Yaradan veribdi ən yüksək adı,
    Şəhidin ləqəbi qürur, ləyaqət!
    “Aprel şəhidləri” bu hünəriylə,
    Şəhid vətəninə gətirdi şöhrət!

    03.04.2019.

  • Şairə-publisist Xalidə NURAY.”Azadlıģa çıxan məhbus “Qarabağım”!”

    Azadlıģa çıxan məhbus
    “Qarabağım”!

    Zümrüdqaşlı bulaqların
    zümzüməsinə,
    Xarıbülbülün aşiqi,
    bülbüllərin eşq nəğməsinə,
    Cıdır düzündə, qonur libaslı
    köhlənlərin kişnəməsinə
    həsrət qaldığımız Qarabağım…
    Məhbusu olduğun zülmətin
    çiliklənməsini,
    yağmalanmış arzularının,
    qırılmış ümidlərimizdən
    yandırdığımız ocaqların
    hənirinə qısılıb,
    dan yerinin sökülməsini
    səbrsizliklə gözləyirik.
    Arabir mirvari yağmur damcıları
    gah içimizi göynədən yaralarımızı,
    gah da günəş şəfəqlərini gözləyən
    utancaq bənövşələrin
    ləçəklərinə qonan şeh kimi,
    çatlamış dodaqlarımı isladır.
    Vətənin sinəsinə tuşlanan
    güllə səslərindən yağan damcılar
    özüylə həm kədəri, həm sevinci ovlayır.
    Torpağın hər qarışında
    şəhid olur igidlərin gözlərindəki
    vətən sevdalı həsrətli gülüşlər.
    Azad etdiyi torpaqlarda
    otuz ilin yurd həsrətilə
    titrəyən ürəklərdə gerçəkləşir
    doğma ocaqlarıyla görüşlər.
    Kimisi illərlə həsrətində olduğu
    ata ocağında boynubükülü qalan
    ağacları bağrına basır,
    kimisi dizin-dizin doğmalarının,
    ruhları qarşısında baş əyir,
    illərdi tərk etdikləri ata-babalarının
    məzarları önündə sürünür.
    Kimisi şəhidlərin daģlara,
    daşlara çökən naləsini,
    vətən harayını nəfəsində duyur,
    Kimisi qələbə sevincindən
    kipriklərində intihar edən
    göz yaşlarında boģulur.
    Oğullarımız günahsız
    qız-gəlinlərimizin,
    doğulmamış körpələrin inləyən,
    eşidilməyən fəryadını
    qaytarır düşmənə, zəfər qoxulu
    güllə yağışlarında .
    İgidim bilmir ki, zəfərinə sevinsin…
    Ya, əyninə geyindiyi
    acı xatirələrin arxasınca sürünsün…
    Ya Rəbbim, çox şükür deyərək,
    öpüb gözləri üstünə qoyduğu
    vətən torpağında tapır təskinliyini.
    Tarixə qanla yazılan
    bu vəhşətlər içərisində anlayır,
    Tanrının bizə bəxş etdiyi,
    heç nə ilə əvəz olunmayan,
    “Vətən” sevgisinin
    dəryalar tək dərinliyini.
    Şükranlıqla körpə uşaq
    anasının qoxusuna sığındığı kimi,
    dağın-dərənin gül-çiçək qoxuyan,
    vətən ətirli havasını
    içinə çəkərək deyir:
    Mənim Məkkəm, Mədinəm,
    İslamiyyət günəşi doğan
    qibləmsən Vətənim!

    04.11.2020.

  • Şairə-publisist Xalidə NURAY.”İntizar nəğməsi”

    Qəmdən zər-zibalı yazılan bəxtim.
    Rüzgarı telimə hey sığal oldu.
    Uşaqkən yıxıldı atalı təxtim,
    Bu nisgil qəlbimə qara xal oldu.

    Duyduqca kövrəldim ata nəğməsin,
    Həsrətin sazağı göynətdi məni.
    Dindi xatirəmdə dərd için-için,
    Biçib qəm köynəyin inlətdi məni.

    Zamanın ovcunda sıxılıb qaldım,
    Xəzana büründü ömür çiçəyim.
    Üzdüm əllərimi haqsız dünyadan,
    Töküldü ömrümün küsən ləçəyi.

    Sevgi ümmanında uçan duyğular,
    Dalğalar qoynunda çırpıldı daşa.
    Hicran şərbətini süzdü badəmə.
    Bil, sənsiz yaşadım səninlə qoşa.

    Azdı eşq yuxulu xəyallarımda,
    Gənclik illərimin qoxusu itdi.
    Cavab tapmadığım suallarıma,
    Ruhumda bir həsrət nəğməsi bitdi.

    03.01.2021.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Ay ötən günlərim…”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Bilmirəm haraya uçub getdiniz,
    Yanımdan gizlicə keçib getdiniz,
    Bir uzaq mənzilə köçüb grtdiniz,
    Hərdən harayıma yetən günlərim,
    Ay ötən günlərim, ötən günlərim.

    İndi qırov düşüb iziniz üstə,
    Kimsə qovrularmı közünüz üstə,
    Niyə durmadınız sözünüz üstə,
    Ömrümdən tökülüb itən günlərim,
    Ay ötən günlərim, ötən günlərim.

    Həsrətli baxışım soraqlar sizi,
    Üşüdər hardasa sazaq, qar sizi,
    Ürəyim həmişə arzular sizi,
    Sinəmdə dərd kimi bitən günlərim,
    Ay ötən günlərim, ötən günlərim.

    Saçıma qar kimi yağıb getdiniz,
    Hansı bir ömrəsə sığıb getdiniz,
    Nəcibə nə dedi, çıxıb getdiniz,
    Məni tərk eyləyib atan günlərim,
    Ay ötən günlərim, ötən günlərim.

    2014.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Bu axşam bir şeir yazmağım gəlir”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Baxıram həyata necə buz kimi,
    Qaldım xəyallarda yuxusuz kimi,
    Eşqi qərib düşən nakam qız kimi,
    Bu axşam bir şeir yazmağım gəlir.

    Könlümün səhrası düzəndi, düzdü,
    Boylandım gümanlar gözünü süzdü,
    Ürəyim dərd yeri, kösövdü, közdü,
    Bu axşam bir şeir yazmağım gəlir.

    Halına çox yandım əriyən şamın,
    Fələk də dadına yetmir nakamın,
    Qalaraq küncündə bir uçuq damın,
    Bu axşam bir şeir yazmağım gəlir.

    Bəxtin naxışına üz tutanda qəm,
    Kədər yar deyib oluram həmdəm,
    Qəlbimdə göz yaşı, yanağmda nəm,
    Bu axşam bir şeir yazmağım gəlir.

    Dərdi var dünyanın, yerin, göyün də,
    Dərd səni tapanda sevin, öyün də,
    Ölmüş arzuların lap ətəyində,
    Bu axşam bir şeir yazmağım gəlir.

    Dəli gülüşlərin hay-harayında.
    Sevən könüllərin neçə sayında,
    İtən ümidlərin lap o tayında,
    Bu axşam bir şeir yazmağım gəlir.

    Bilmirəm səhrayam, bilmirəm çöləm,
    Bəılkə də ümmanam, bəlkə də göləm,
    Bu axşam sinənə baş qoyub öləm,
    Bu axşam bir şeir yazmağım gəlir.

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXIX hissə)

    BAYQUŞUN….

    Məskəni bilinməz bu qarışıqda,
    ulamaq-sevdiyi peşə-bayquşun,
    bütün canlıların yurdu işıqda,
    meşədə qaranlıq guşə-bayquşun.

    Elə bil dünyaya əbədi gələr,
    köçər dövranından neçə nəsillər,
    palıdlar quruyar,şamlar kəsilər,
    görməz ölməyini meşə-bayquşun

    Yer üzü yansa da-düşmədi oda!
    nəyin qüdrəti var bayquşluğunda?!
    nə olur,İlahim,bu gen dünyada
    mənə də bir işi düşə bayquşun!

    Kar olar könüllər yaxan fəryada,
    o, varkən-sərçələr yetməz murada!
    nəğməkar aşiqin səsi batsa da,
    batmasın bülbülə dişi bayquşun!

    Görüb-xəbardardı “Nuh gəımisindən”,
    o vaxtdan nələri xəlbirləmisən,
    a Dünya,bayquşla əlbimisənim sən?-
    hər yerdə baş olur işi bayquşun…

    14.01.2017.

    İncimə

    Eşidəndə dəyişmişəm dünyamı,
    Çiçəklər də haray salsa, incimə,
    Demirdinmi: “Alacaqsan canımı”
    Ruhum getsə,canım qalsa, incimə.

    Heç bildinmi, sənnən nələr çəkdi can?
    Dərdlərinnən bildin necə çökdü can?
    Bir dənəydi, elə bildin çoxdu can?
    Vicdanında qanım qalsa, incimə.

    İstəməzdim ömrüm solan bağ olsun,
    Mənsizliyin bir dözülməz dağ olsun,
    Qoymadın ki, bircəciyi ağ olsun
    Günlər sənə qənim qalsa, incimə.

    Yurdum-yuvam oldu hara?-Bilməsən,
    Ürəyimi bir də qıra bilməsən,
    Məzarıma yaxın dura bilməsən
    Məni cahan yola salsa, incimə.

    Kar qəlbini daha necə səsləyim?
    Sevgidənsə bəlkə nifrət bəsləyim?
    Daş ürəklim, can çürüdən tərsliyin,
    Məni sənnən vaxtsız alsa, incimə….

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXVIII hissə)

    VƏTƏNDAŞ SƏRÇƏLƏR…

    Olsa da hər zaman elnən iç-içə
    ona dənli yerdə sədd hörübdülər,
    Vətəndir,neynəsin balaca sərçə?
    arpa kəpəyin də çox görübdülər.

    O qədər kövrəkdir doğma görkəmi;
    Mil-Muğan,Şirvanlı,Qarabağlıdı,
    o da mən gündədir–ölənə kimi
    hara Vətəndirsə,ora bağlıdı!

    Sapandla vurular,ölər,qovrular-
    saraylar,məclislər yasaqlı yerdi!
    əsgər də,şəhid də sərçələr olar,
    yekəpər durnalar fərarilərdi!

    Sərçə taleyi də,özü də kiçik,
    vəfalı qəlbini duyan olmayıb,
    ədası-pırıltı,hədəsi-“Cik-cik”,
    odur ki,sərçəni sayan olmayıb!

    Payızda qayıdar,baharda gələr-
    durnalar qonaqdır;gəlib-gedəcək,
    Vətən çəpərinə sadiq sərçələr
    çəpərlər dibində ölüb-gedəcək…

    Binəsi-kollarda,Vətən daşında,
    nə mükü,nə gölü,nə adası var;
    amma ki,köçəri qaranquşun da
    yerliyə şəriklik iddiası var!

    Bizimlə birlikdə gülüb-ağlayan
    bu Yurdun balaca sərçələridir,
    bəlkə də sərçəni cılız saxlayan
    millət təəssübüdir,Vətən dərdidir?

    Bir döyüş şeypuru çalın ucadan,
    düşməni döyməyə görün–kim gedir!?
    sərçə taleyini yaşayan insan
    taleysiz yaşayan sərçə kimidir…

    AÇIN BÜLBÜLLƏRİN QƏFƏSLƏRİNİ…

    Durnalar qürbətdə gəzər dənini,
    qar yağdı–sərçələr acdır dünəndən,
    açın bülbüllərin qəfəslərini–
    ya eşqdən oxuyar,ya da Vətəndən.

    Açın bülbüllərin qəfəslərini;
    güllərlə ayrılıq bu qədər olmaz!
    qəfəsdə çəksə də candan əlini,
    könül nəğmələri qəfəsdə qalmaz.

    Qəfəs nəğmələri-azadlıq himni,
    gah zülmət,gah işıq qələbə çaldı,
    qəfəs sahibləri–Vətən xaini,
    qəfəsə salınan Vətəndaş oldu!

    Vaxt oldu xəyanət torlar toxudu,
    Yurdumun tarixi ala-buladı!
    uca budaqlarda qarğa oxudu,
    yaşıl ormanlarda bayquş uladı.

    Açın bülbüllərin qəfəslərini,
    nəğməli ömürlər getməsin hədər,
    xainlər olmasa hamıya dəni,
    Vətənin havası hamıya yetər…

  • Xalq şairi Zəlimxan YAQUB.”OXUYA BİLMƏDİM AXIRA QƏDƏR”

    Kim deyir, bu dünya kefdi-damaqdı,
    Kefi olanlar da kefdə deyilmiş.
    Yüz il bu dünyada yaşasan belə,
    Göz açıb görürsən həftə deyilmiş.

    Vəfası yalandı, dostluğu hədər,
    Ötərgi sevincdi, əbədi kədər.
    Oxuya bilmədim axıra qədər,
    Dünya kitab kimi rəfdə deyilmiş.

    Min ürək qırıla, min könül sına,
    Fələyin qılıncı çəkilməz qına.
    Verir verdiyini can bahasına,
    Tanrının heç nəyi müftə deyilmiş.

    30 aprel 2004

  • Xalq şairi Zəlimxan YAQUB.”QƏBRƏ APARDIĞIM SİRR”

    Batmış haraydı, ündü,
    Ən ağlamalı gündü.
    İçimdə bir düyündü
    Qəbrə apardığım sirr.

    Daşa dəymiş oxumdu,
    Haram olmuş yuxumdu,
    Cücərməz bir toxumdu,
    Qəbrə apardığım sirr.

    Dərdim şişər, fil olar,
    Ölümüm qəfil olar,
    Məzarda qıfıl olar,
    Qəbrə apardığım sirr.

    Göz yaşım bilməz nədir,
    Baş daşım bilməz nədir,
    Qardaşım bilməz nədir,
    Qəbrə apardığım sirr.

    Çörək olub yeyilməz,
    Paltar olub geyilməz.
    Allaha da deyilməz
    Qəbrə apardığım sirr.

    28 iyul 2004

  • Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (VI hissə)

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    ŞÜKÜR EYLƏ

    Günəşdən qamaşır həmişə üz-göz,
    Ürək işıq içir göz bəbəyindən,
    Xoş gündə Allahı unuduruq biz,
    Dar gündə tuturuq tez ətəyindən.

    Əslində borcu yox bizə Allahln,
    Əslində heç bizə ehtiyacı yox.
    Yeri ürəklərdi nalənin, ahın,
    Şeytana uyanın bir əlacı yox.

    Gərək qırılmasın kəndiri göydən,
    İnsan nəçidir ki, bəxtini yaza.
    Kim ayıra bilər təndiri yerdən,
    Qış ötüb keçməsə, çıxmarıq yaza.

    Taxtı da, baxtı da o göylər verir,
    Tanrı bağışlayıb cənnəti bizə,
    Hər sözü eşidir, hər şeyi görür,
    Odur qiymət verən hər kəlmə sözə.

    Hər şeyi nizama salan da odur.
    Özün bu dünyada zəhmət çək, ək, ye.
    Gəldin bu dünyaya yaxşısı budur,
    Allaha şükr eylə, halal çörək ye.

    AĞLAMA

    Göz yaşınla gəl kövrəltmə məni sən,
    Dərd olmasın, yolumuzda çiləkən,
    Bilirsən ki, dərd çəkənəm, dərd çəkən,
    Qoyma dinsin, ağrım, acım, ağlama.

    Sən şəkərim, sən şərbətim , balımsan,
    Sən sevgilim, sən qanadım, qolumsan,
    Demirəm ki, sən insafsız, zalımsan,
    Təkcə sənsən, ehtiyacım, ağlama.

    Haqq özüdü, hər insanın pənahı,
    Aşiqinin vallah yoxdu, günahı,
    Hər gecənin, gülüm, vardır sabahı,
    Əlindədir hər əlacım, ağlama.

    Sevgi varsa, yoxdu hicran, dərd, kədər,
    Boylanacaq nurlu günəş hər səhər,
    Gül ki, döysün, qapımızı xoş xəbər,
    Yoxdu daha anam, bacım, ağlama.

    Göz yaşına dəyməz vallah bu dünya,
    Mələkləri gəl çağırma bu haya,
    Şükür eylə, bu qismətə, bu paya,
    Tale yazan bar ağacım, ağlama.

    Sən güləndə, gülür yer- göy, bu cahan,
    Qoyma gəlsin üstümüzə qəm , hcran,
    Əziz deyir, qurban olsun, sənə can,
    Ömrüm, günüm, taxtı- tacım, ağlama.

  • Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (V hissə)

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Şam Işığında

    Gecələr bəyaz olsun,
    Həzinləşsin duyğular,
    Nəğmələr qanad açsın,
    Şirinləşsin nağıllar,
    Ürək yansın, alışsın,
    Gülüm, şam işığında.

    Həsrət, hicran ərisin,
    Həyat nəşəli olsun,
    Gözlər sevgi paylasın,
    Baxışlar nurla dolsun,
    Ömrümün mənasını ,
    Bilim, şam işığında.

    Dara qara saçını,
    Tökülsün sinən üstə.
    Qoy yox olsun qəm, kədər,
    Sən məndən nəğmə istə,
    Gözlərimin yaşını,
    Silim, şam işığında.

    Məni əsir eyləsin,
    O baxışın, o gözün,
    Nazlan bir mələk kimi,
    Can olsun hər bir sözün,
    Əllərinə toxunsun
    Əlim, şam işığında.

    Ətrindən bihuş olum,
    Unudum bu dünyanı,
    Sən məni xoşbəxt eylə,
    Al əlimdən bu canı,
    Gözəl, dizinin üstə,
    Ölüm, şam işığında.

    CƏBRAYIL

    Bir cənnətdir Cəbrayılın qucağı,
    Bir şərbətdir hər çeşməsi, bulağı,
    Bir qaladı hər qayası, hər dağı,
    Belə yerdə, könül barsız olarmı?

    Cəbrayıldı şeir, sənət ocağı,
    O yerlərin çoxdu piri, ocağı,
    Sönməz heç vaxt el, obanın ocağı,
    Nəğmə sözsüz, söz qatarsız olarmı?

    Bu yerlərdə büsat qurub təbiət,
    Qurbanidən bir dastandı məhəbbət,
    Şərəflidir bu yerlərdə hər sənət,
    Uca zirvə, söylə qarsız olarmı?

    Kim vurulmaz bu gözəlin hüsnünə,
    Heyran oldum gözəlliyin büstünə,
    Şəfəq saçır, günəş hər gün üstünə,
    Belə yerdə, insan yarsız olarmı?

    O yerlərdə qalıb neçə xatirəm,
    O gözələ mən Məcnunam,mən Kərəm,
    Bu sevgidən heç vaxt dönən deyiləm,
    Sevən könül yadigarsız olarmı?

    Q dağlarda, hey dolaşır xəyalım,
    İstəyirəm o diyarda mən qalım,
    Doğma yerin qadasını mən alım,
    Əziz Musa, etibarsız olarmı?

  • Əli Rza XƏLƏFLİ.”BİR ŞEİRİN XOCALI TABLOSU”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru 


    Aida Adıgözəl adlı,
    bəxtinin qaralıgı gözəl
    bir şairənin
    xalı, gəbə timsallı
    şeirini oxudum.
    Çeşnisini
    gözlərimin önünə çəkib,
    dərd hanasını
    ürəyimdə toxudum.
    Azərbaycan qan-qırmızı
    xalılar, gəbələr ölkəsidir,
    Bu da bir şairənin
    Xocalı kölgəsidir.
    Şeir oxudum
    qan süzülürdü misralardan.
    Yaralı sözlər
    ruhumun agrısına dönüb
    varlıgıma çökürdü.
    Dəhşətin üstünə
    örtük çəkmişdi qardan,
    Deyəsən,
    Tanrı gördüyündən xəcalət çəkirdi.
    Gecədən çıxmış səhər
    zorlanmış gəlin kimi
    dünyaya gəlişinə peşman idi.
    Bəxti çiliklənmiş güzgü kimi
    qar üstündən göz-göz baxırdı.
    Qənim kəsilmişdi taleyinə bu bəxt-
    yagıdan betər düşmən idi.
    Dünyanın kar qulagından,
    kor gözlərindən,
    biganəlik seli axırdı.
    …Yaddaşımın
    sinəsini sökdü Aida Adıgözəlin
    Xocalı tablosu…
    Bir qərinəlik
    vaxtın içindən qisasa yol çəkdi,
    Şair iztirablarının
    agrılı-acılı tablosu…
    Aida Adıgözəl adlı.
    bəxtinin qaralıgı gözəl
    bir şairənin xalı,
    gəbə timsallı şeirini oxudum.
    Çeşnisini
    gözlərimin önünə çəkib
    dərd hanasını
    ürəyimdə toxudum.
    …Azərbaycan
    qan-qırmızı xalılar,
    gəbələr ölkəsidir.
    Bu da bir şairənin
    xocalı kölgəsidir.
    Əli Rza XƏLƏFLİ
    18.02.2019

  • Coşqun XƏLİLOĞLU.”Telli saz”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Sən, Dədə Qorqudun yadigarısan
    Xalqımın kimliyi, etibarısan,
    Bütün Türk elinin iftixarısan,
    Harada səslənsən əhval olur saz,
    Necə də doğmasan bizə, telli saz.

    Yolların çətindir, daşlı – kəsəkli,
    Daima olmusan aydın məsləkli,
    Nəğmələr demisən təmiz diləkli,
    Qarda, sərt boranda gətirmisən yaz,
    Necə də doğmasan bizə, telli saz.

    Hər zaman kökdəsən, həyatcanlısan,
    Ələsgər, Azaflı, Tufarqanlısan,
    Koroğlu, Qurbani, Bozalqanlısan,
    Qoşaca qanaddır xoş söz, xoş avaz,
    Necə də doğmasan bizə, telli saz.

    Saz ilə söhbətin yeri başqadır,
    Evlərdə məkanın daim başdadır,
    Sənlə keçən ömür, vallah, bal dadır,
    Sənsiz məclislərin ləzzəti olmaz,
    Necə də doğmasan bizə, telli saz.

    Xəbər gətir böyük Turan elindən,
    “Şikəstə,” “Dübeyti,” “Sarı tel”indən,
    “Ruhani,” “Dilqəmi,” “İncəgülü”ndən –
    Dinləsəm, heç zaman ürəyim doymaz,
    Necə də doğmasan bizə, telli saz.

  • Şairə-publisist Xalidə NURAY.”Bahar gəlir”

    Çəməndə çiçəklər işvə-naz ilə,
    Qayıdan durnalar xoş avaz ilə,
    Çağlayan bulaqlar telli saz ilə,
    Deyir yurdumuza ilk bahar gəlir.

    Oyanır təbiət, canlanır meşə,
    Boylanır qar altdan nərgiz, bənövşə,
    Üşüyən tellərə şeh düşə-düşə,
    Deyir yurdumuza ilk bahar gəlir.

    Azalır dağların dumanı,çəni,
    Yağış sanki yuyur üzlərdən qəmi,
    Günəşin istisi, torpağın nəmi,
    Deyir yurdumuza ilk bahar gəlir.

    Bağlarda ağaclar ilkçiçəyiylə,
    Qızılgül bəzənir tər ləçəyiylə,
    Xalidə yaz ünlü söz gerçəyiylə,
    Deyir yurdumuza ilk bahar gəlir.
    17.03.2018

  • Şairə-publisist Xalidə NURAY.”Rəcəb Tayyip Ərdoğan”

    Haqdan yaranmısan nurdu əməlin,
    Tanrı dərgahından üzülməz əlin,
    Səninlə öyünür bütün türk elim,
    Yaradan göndərib bizə ərməğan,
    Yenilməz sərkərdə Tayyip Ərdoğan.

    Zalıma, zülümə vermədin aman,
    Məzluma olmusan güvənli ünvan,
    Arzu-diləklərə sən oldun guman,
    Xalqa həqiqətin gözüylə baxan,
    Yenilməz sərkərdə Tayyip Ərdoğan.

    Dar gündə yetişdin Qarabağıma,
    Nur kimi səpildin qəm ocağıma,
    Doğma qardaş oldun yaman çağıma,
    Könlümüzə zəfər sevinci yaxan,
    Yenilməz sərkərdə Tayyip Ərdoğan.

    Sən türk dünyasının yenilməz dağı,
    Gətirdin bizlərə zəfər soraģı,
    Yazdın yaddaşlara bu gözəl çaģı,
    Zülmətə daģ çəkib Günəş tək doģan,
    Yenilməz sərkərdə Tayyip Ərdoģan.

    Yoğurdun təməldən qüdrətli Turan,
    Ulu Türk önündə səcdəyə duran,
    Tarixin ən uca taxtını quran,
    Haqqın bayraqdarı, ey böyük insan,
    Yenilməz sərkərdə Tayyip Ərdoğan.

  • Şairə-publisist Xalidə NURAY.”Aprel şəhidi”

    Aprel döyüşündə gedən şəhidlər,
    Əbədi ürəkdə,baxışlardasız.
    Bu zirvəyə qalxan,bir daha enməz,
    Şəhidlik adıyla yaddaşlardasız.

    Yaralı qartal yək uçub səmada,
    Vətən deyə-deyə şəhid oldunuz.
    Oxşadı gözünüz yanar ulduza
    Yandırdı düşməni Vətən odunuz

    Dağlar əksinizi köksünə çəkdi,
    Torpağa qarışdı axan qanınız.
    Çiçəklər su içdi göz yaşınızdan,
    Cənnətə qovuşdu yanan canınız.

    Yaradan veribdii ən yüksək adı,
    Şəhidin ləqəbi qürur ,ləyaqət!
    Şəhid vətənimin “Aprel şəhidi”,
    Adıyla gətirdi Vətənə şöhrət!

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Bu eşq şair xəyalıymış”

    Nə dostdan bir xəbər gəldi,
    Deyəm əhdə vəfalıymış.
    Nə şadlıq, nə kədər gəldi,
    Deyəm ömrü cəfalıymış.

    Nə bildi, ağladım, güldüm,
    Nə bilsə, bildiyin bildim.
    Nə bildi qəm yeyib öldüm,
    Bu eşq şair xəyalıymış.

    1993

    *Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Mən ölmək istəmirəm”

    Mən ölmək istəmirəm
    Hələ beynim düşünür,
    Hələ qələmim yazır.
    Mən ölmək istəmirəm,
    Buna deyiləm hazır.

    Dost mənə yaşa deyir,
    İllər qəbrimi qazır.
    Qələm düşməz əlimdən,
    Günlərim, ötmə hədər,
    O son mənzilə qədər.

    Qoca köklər üstündə
    Olur meyvəli budaq.
    Mən ölmək istərəm
    Gözlə, məkanım torpaq.

    1984

    *Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Osman SARIVƏLLİ.”Təbiət”

    Sirlər dünyasıdır bu dünya başdan,
    Tükənən deyildir onu deməklə…
    Təbiətdən güclü, qadir, möhtəşəm,
    Bir qüdrət, bir qüvvət bilmirəm hələ.

    Mən ona şadam ki, hələ canlıyam,
    Ayrılmaz üzvüyəm mən təbiətin.
    Kim bilir, bəlkə də, sirri bundadır,
    Təbiətə olan bu məhəbbətin!

    1976

    *Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Osman SARIVƏLLİ.”Təbiətin qanunu”

    Təbiət! Sevirəm, demişəm müdam-
    Sənin hikmətinə alqış, min alqış!
    Yerə çiləyirsən çox səxavətlə
    Yayı bolca isti, qışı qar, yağış.

    Təbiət! Həm məftun, həm minnətdaram
    Sənin dövlətinə, sənin varına.
    Bir də ona görə çox sevirəm ki,
    Sadiqsən öz möhkəm qanunlarına.

    1976

    *Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Hüseyn ARİF.”Dözərdim”

    Oğluma

    Əzəl ovçuluğa saldım meylimi,
    Tikanı tapdayıb, budağı əydim.
    Aşırıb boynumdan qoşalüləni,
    Meşələr qoynunda özünə bəydim.

    Dolu da başlayıb, külək də əsib,00
    Dovşan da atılıb, qurd da tələsib,
    Ağacda turacın üstünü kəsib,
    Qayada kəkliyin xətrinə dəydim.

    Azmı peşimanam öz əməlimdən,
    Əbəs ələnməyib saçlarıma dən?!
    Xəlvəti açılan bir gülləylə mən
    Məğrur dağ kəlinin qəddini əydim.

    Sevinci yarıda verməzdim bada,
    Ağrını, acını salmazdım yada,
    Alagöz ceyranın bir dar məqamda,
    Ömrünü yarıda bitirməsəydim.

    Hüseyn ARİFəm, közə dözərdim,
    Enişə, yoxuşa, düzə dözərdim,
    Səksənə, doxsana, yüzə dözərdim,
    Əllidə Arifi itirməsəydim.

    *Bu şeir Xalq şairi Hüseyn Arifin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Hüseyn ARİF.”Ölümə qurban olum”

    Oğluma

    Həyat ətirli güldür,
    Gülümə qurban olum.
    Dağdı, dənizdi, göldü,
    Gölümə qurban olum.

    Coşub, çağlayan könül,
    Açıb, bağlayan könül,
    Gülüb, ağlayan könül,
    Könlümə qurban olum.

    Dağ sökülüb, -dedilər,
    Bel bükülüb, -dedilər,
    -ARİF ölüb, -dedilər,
    Ölümə qurban olum.

    *Bu şeir Xalq şairi Hüseyn Arifin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Səməd VURĞUN.”Muğan” poemasından bir parça

    De, yolun düşdümü Muğan düzünə?
    Piyada gəzdinmi çölləri sən də’?
    Söz qoşub ceyranın qara gözünə,
    Dincini aldınmı bir göy çəməndə?

    Yerdən ayağını quş kimi üzüb,
    Yay kimi dartınıb, ox kimi süzüb,
    Yenə öz sürünü nizamla düzüb,
    Baş alıb gedirsən hayana, ceyran?

    Əzəldən meylini salıb çöllərə,
    Bəxtini tapşırdın bizim ellərə,
    O qara gözlərin düşdü dillərə.
    Dişlərin oxşayır mərcana, ceyran!

    Bir məsəl qalmışdır ata-babadan:
    Uçarda turacdır, qaçarda ceyran
    Bir mən deyiləm ki, hüsnünə heyran,
    Şöhrətin yayılıb hər yana, ceyran!

    Sükuta qərq olmuş ürəyimlə mən
    Keçirəm yenə də Muğan çölündən.
    Yanında balası, yağış gölündən
    Əyilib su içir bir ana ceyran!

    Elə ki, son bahar min büsat qurur,
    Kolları-kosları yıxıb uçurur,
    Sıxlaşıb bir yerə baş-başa durur
    Düşəndə çovğuna, borana ceyran.

    On addım kənarda yatmayır təkə,
    Gəzinir, oylağa baş çəkə-çəkə.
    Gələn qaraltıdır, yoxsa təhlükə?
    Bir özünə baxır, bir ona ceyran!

    Ovçu, insaf elə, keçmə bu düzdən!
    O çöllər qızını ayırma bizdən!
    Qoyma ağrı keçə ürəyimizdən, –
    Qıyma öz qanına boyana ceyran!
    Nə gözəl yaraşır Muğana ceyran!

  • Xalq şairi Səməd VURĞUN.”Ala gözlər”

    Yenə qılıncını çəkdi üstümə,
    Qurbanı olduğum o ala gözlər.
    Yenə cəllad olub durdu qəsdimə,
    Qələm qaş altında piyala gözlər.

    Başımdan getmişdi sevdanın qəmi,
    Xəyalım gəzirdi bütün aləmi.
    Bu dustaq könlümü, deyin, yenəmi
    Çəkdiniz sorğuya, suala, gözlər?

    Sevda yolçusuyam əzəl yaşımdan,
    Könlüm ayrı gəzir can sirdaşımdan;
    Dağıdır huşumu alır başımdan
    Süzülüb gedəndə xəyala gözlər.

    Gərdənin minadır, boyun tamaşa,
    Ay da həsəd çəkir o qələm qaşa.
    Bir cüt ulduz kimi verib baş-başa,
    Yanıb şölə salır camala gözlər.

    Mənim sevgilimdir o gözəl pəri,
    Qoy üzə vurmasın keçən günləri.
    Mən qədirbilənəm əzəldən bəri,
    Sizinlə yetmişəm kamala, gözlər.

    Cahanda hər hökmü bir zaman verir,
    Dünən dövran sürən bu gün can verir.
    İllər xəstəsiyəm, yaram qan verir,
    Siz məni saldınız bu hala, gözlər.

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Yaddaşıma tövbə demişəm burda”

    Yaddaşıma tövbə demişəm burda,
    Doğma gözlərini döndərib yada.
    Yuxuma girməyə qoymuram səni
    Bu dar palatada, dəlixanada…

    Sını yalvarıram, əmr eyləyirəm,
    Səsin qulağıma burda dəyməsin.
    Sanitar Babanın ağır əlləri
    Səsinin üstündə məni döyməsin…

    Burda xatirəyə iynə vururlar,
    Odur bir an belə düşmə yadımda.
    Burda bilsələr ki, yaddaşım vardır
    Atamın adı da yetməz dadıma…

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Yol çəkir gözləri dəlilərin də”

    Yol çəkir gözləri dəlilərin də,
    Tamam unutmayıb dünyanı onlar.
    Güzgüdə özünü tanımasa da,
    Dəlinin öz dəli xatirəsi var.

    Qəfəsə bənzəyən pəncərələrdən,
    Siz görən səmanı görür dəlilər.
    Heç olmasa ildə cəmi bir dəfə,
    Dəli gözlərinə görünür səhər.

    Gözləri dikilib yolsuz yollara,
    Dəli gözlərində yaşarmır kədər.
    Baş çəkin onlara, ancaq gələndə
    Əliboş gəlməyin, acdır dəlilər.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Şəhid ayım, aprelim”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru.

    Bahar nəfəsli sinən güllələrə tuş gəldi,
    Ağu dedi bülbülün, qaranquşun nəğməsi.
    Çiçəklərin, güllərin gözlərindən yaş gəldi,
    Daraldı hər bir yerdə təbiətin nəfəsi.
    Şəhid ayım, aprelim!

    Qönçə-qönçə gül açan güllərin güllələndi,
    Şəhid ətrin yayıldı, qara geydi buludlar.
    Hər arzun, hər diləyin qəlbində düyünləndi,
    Torpağına, daşına başın əydi buludlar.
    Şəhid ayım, aprelim!

    Dalğalandı dəniz tək, çaxdı ildırım kimi,
    İgidləri hayladı azadlığın işığı.
    Ölümə sinə gərən ərən oğullarına,
    Əbədiyyət yaratdı o bahar yaraşığın.
    Şəhid ayım, aprelim!

    Nəfəsində igidlik toxumları səpildi,
    Şəhidlərin ruhunda açıldı danın gözü.
    Qönçələrin qan əmdi, küləklərin acıdı,
    Çiçək açdı dilində azadlıq adlı sözün.
    Şəhid ayım, aprelim!

    İnamından güc aldı, igidlərin nərəsi,
    Könlün qana boyandı, nəfəsin lalə rəngi.
    Səngəri salamladı qaranquşun müjdəsi,
    İntiqam, qisas dedi azadlığın çələngi.
    Şəhid ayım, aprelim!

    Vətən adllı tarixin düşüb igid payına,
    Aprel şəhidlərimin qızıl səsli bu ünü.
    Şəhidlərim doğuldu dil açdı sinən üstdə,
    Apeliin ikisində yazıldı doğum günü.
    Şəhid ayım, aprelim!

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Şeirimin bahar gözü”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru.

    Şeirimin bahar gözü,
    Yaşla dolub, kövrəlibdi.
    Yaz nəfəsli ürəyimdə
    Qış yenidən dirçəlibdi.

    Hər sözümün bənövşəsi,
    Qara xallı laləsi var.
    Vətən deyən dillərimin
    Göyə qalxan naləsi var.

    Misra-misra qocalıram,
    Kəlmə-kəlmə can verirəm.
    Şeir-şeir ucalıram,
    Vətən boyda qan verirəm.

    Sözlərimin soyqrımı,
    Dillərimdən asılıbdı.
    Qələm tutan əllərimi
    Gör kimlər daşa basıbdı.

  • Xalidə Hicran SEYİDOVA.”OĞULLAR TARİX YAZIR”


    Şəhidim əfsanə, şəhidim dastan,
    Ey şəhid, alınmaz sən bir qalasan.
    Yeni Tarix yazdın, sən qalacaqsan,
    Vətən yaşadıqca, yaşıyacaqsan!

    Hər ovuc torpaqda, şəhid qanı var,
    Gələcək nəsillər, onu qoruyar.
    Vətəndə doğulan hər bir igidin,
    Adında yenidən bir şəhid yaşar!

    Səmanda üçrəng vətən bayrağı,
    Adınla boy atar vətən ovladı,
    Qanınla gül açar vətən torpağı,
    Ey şanlı vətənin, şanlı övladı!

    Şəhidim köç etdi, hamısı nakam,
    Dedi: doğulmuşam, səni qoruyam!
    Dağına, vuqaram, düzə torpağam,
    Vətənim yaşasa, mən də yaşaram!

    Əzmini qıramaz, bir mənfur düşmən,
    Vətən, əl çəkməyir, düşmənlər səndən,
    Tarixlər yazırsan, yenə bu gündən!
    Qarabağ, azadsan, yenə bu gündən!

    Hər oğul bir evdir, hər şəhid vətən,
    Nə anadan doydun, nə anan səndən.
    Ey vətən doğuldun, yenə bu gündən!
    Qarabağ doğuldu, yeni tarixdən!

  • Xalidə Hicran SEYİDOVA.”ŞƏHADƏTİN MÜBARƏK!”

    Şəhadətin mübarək!
    Şəhid olan oğullar!
    Gözlərin aydın olsun,
    Şəhid doğan analar!

    Şəhadətin mübarək!
    Vətən bölünməyəcək.
    Şəhid yatan torpaqda,
    Düşmən ta gəzməyəcək.

    Şəhadətin mübarək!
    Qurban oldun vətənə.
    Anan fərəhlə deyir:
    “Südüm halaldır sənə”!

    Al qoynuna ey torpaq!
    Şəhidi əziz saxla.
    Ana deyibdir sənə,
    Onu, bərk- bərk qucaqla!

    Gözün aydın ey vətən!
    Igid oğulların var.
    Vətən yaşasın deyə,
    Şəhid oldular onlar!

    Şəhadətin mübarək!
    Şəhid olan əsgərim.
    Canını sipər etdin,
    Sənə qurban ürəyim!

    Vətənimdir müqəddəs,
    Çün şəhid məzarı var.
    Torpağım azad olsa,
    Şəhidim rahat yatar!

    Vətən başımız tacı,
    Gavur çəkdirir acı.
    Yağılar, əl-ələdir,
    Çəkdilər şəhid dağı.

    Şəhadətin mübarək!
    Ey vətən oğulları!
    Lənət olsun gavura,
    Yox olsun havadarı!

    Vətənsiz yox diləyim,
    Vətən can! Vətən ana!
    Vətən, hava, duz- çorək,
    Vətənsiz can nə gərək!

    Analar qəlbi dağlı,
    Bacılar gözü yaşlı.
    Yağılar dağ səkdilər,
    İgidlər atlanmalı!

    Yaşa sən Azərbaycan!
    Sənə vətənim deyən!
    Bayrağı kəfən etdi,
    Yaşasın, Azərbaycan!

  • Xalidə Hicran SEYİDOVA.”ZƏFƏR”



    Qalibliyin məğrurdur,
    Zəfər, əbədi Zəfər!
    Qarabağda gün doğur,
    Bu gün, zəfərli səhər!

    Zəfər, zəfər deyərkən,
    Şəhidlər gələr gözə.
    Qarabağ yaşadıqca,
    Minnətdarıq biz sizə.

    Kimlər gözün çəkməsə,
    Müqəddəs vətənimdən.
    Gec- tez “dərsin” alacaq,
    Nər Igid əsgərimdən.

    Qarabağ bizə pirdi,
    Şəhid oldu oğullar.
    Daşında, torpağında,
    Şəhidin qan izi var.

    Ən müqəddəs məkandır,
    Qədim Qarabağ bizə,
    Şəhidlərimin qanı,
    Şuşada çıxıb dizə.

    Göz üstə saxlamalı,
    O, müqəddəs dəyəri.
    Qarabağ oldu bizə,
    Sözümüzün kəsəri!

    Dünya yaranan gündən,
    Belə savaş görmədi.
    Əlbəyaxa döyüşən,
    Elimin əsgəridi!

    Ey əsgərlərim, sizdən,
    Filimlər çəkiləcək.
    Qəhrəmanlıq tarixi,
    Sizdən öyrəniləcək!

    Dünya heyrandı sizə,
    Sizdəki şücaətə.
    Dərs verdiniz əbədi,
    Eşq olsun bu qeyrətə.

    Zəfərini qazandın,
    Dişində, dırnağında.
    Bayrağın dalğalanır,
    Yenə də Qarabağda!

    Buludlar ağı deyir,
    Şəhid əsgərlərimə.
    Dağlar vüqarın tökür,
    İgid ərənlərimə!

    Vətən bayrağın büküb,
    İgidlərin nəşinə.
    Torpağının danəsi,
    Heyran olub şəninə!

    Yeni bir tarix yazdın,
    Qanın oldu mürəkkəb.
    Hətta döyüşündə də,
    Gözləyərək sən ədəb.

    Bir ana oğulları,
    Talış, yəhudi, avar.
    Kürd, ləzgi, malakanlar,
    Udin, Tatar, Saxurlar.

    Bunlar qardaşdı, dostdu,
    Birlikdə vuruşanlar.
    Hamısı bir evdəndir.
    Zəfərdə payları var!

    Dərs verdilər əbədi,
    Özgə fikrə düşənə.
    Torpağına göz dikən,
    Düşər əcəl izinə!

    Azərbaycan əsgəri!
    Haqq yanında hörmətin!
    Vətən unutmaz səni,
    Şəhidim dağ qeyrətim.

  • Terane TURAN RAHİMLİ.”MERYEM” (hikâyə)

    Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas

    Hava yeni kararmıştı. Avluda sessizlik vardı. Ninem kümese bakıp tavukları-civcivleri yokladı, hepsinin tünekte büzüşüp yattığını görünce kümesin kapısını kapattı. Parmaklıktan tutup her zamanki gibi yavaş adımlarla iki katlı evin ikinci katına çıkan merdivenlerden yukarı çıkıyordu ki, avlu kapısı açıldı. (Avlu kapısını kapatmayı unuttuğunu da şimdi anladı.) Avlu kapısı önünde komşu Ruhsare göründü. O, «buraya gel, burasıdır» diye avluya davet ettiği yaşlı kadınla açık kapıdan içeri girdi. Ninem bu vakitsiz misafirlerin gelişine şaşırsa da bunu belli etmedi. Ruhsare kapı komşusu idi, avlu kapıları birbirine bakıyordu. Lakin konu-komşuya gidip-gelmezdi, nadiren birisinin kapısını açardı. Üstelik, avludan el-ayağın çekildiği karanlık düşen bir vakitte. Ninem hemen bu vakitsiz gelişin Ruhsare’nin önüne düşüp yol gösterdiği bu yaşlı kadınla ilgili olduğunu anladı. Gelenlerle selamlaşıp rahatsız bakışlarını onlara dikti. Ruhsare de onu beklemede bırakmayıp çabucak konuya girdi. Güzel haberi çabuk verme telaşıyla meraklı bir üslupla nineme sordu:
    – Tavat, iyi bak bakalım, kim olduğunu biliyor musun?
    Ninem 65 – 70 yaşlarında görünen, uzun boylu, beyaz tenli, ela gözlerinin bebekleri heyecandan titreyen bu garip kadını dikkatlice süzdü. Kadının aşağı sarkmış örtüsünün altında görülen düz saçları da, mucize bekliyor gibi düğümlediği kaşları da bembeyaz idi. Bu beyazlık onun aydınlık çehresine özel bir güzellik veriyor, simasını daha da nurlu gösteriyordu. Tahminen aynı yaşta görünen bu iki kadın uzun bir süre bakıştılar. Birden ninemin bakışları kadının gözlerinin derinliğine takılıp kaldı. «Meryem» sözünün dilinden düşmesi ile onların biri birilerine sarılması, gözyaşlarının biri birine karışması aynı anda gerçekleşti. Bu sahne, izlemeye duran çoluk-çocuğu da, komşu Ruhsare’yi de hüzünlendirdi.
    Ninem, «Allah-Allah! Kamboy’umun can-ciğeri» diye diye adı Meryem olan bu kadını öpüp kucaklamaya doymuyordu. Artık evdekiler de bu adı işittiklerinde misafirin kimliğini anlamışlardı. Hepsi şaşkınlıkla Meryem’e bakıyordu. Efsanenin gerçekleşmesi imkânsız göründüğü gibi Meryem’in uzak geçmişteki hatıralardan gelişi de masal kahramanının gerçek hayatta görünmesi gibi inanılmaz şaşkınlık doğurmuştu. Çocuk yaşlarından ninemin mutlu genç kızlık çağları, bey konağındaki bolluk günleri, daha sonra babası Dadaş Bey’in sürgün edilmesi, yeni evlenmiş, henüz çoluk-çocuk sahibi olmayan kardeşi Kamboy’un ahretliği Meryem’in sevgili erkeğinden zorla koparılıp sürgüne gönderilmesi, sonra Kamboy’un savaşta yitik düşmesi, anası Zabite Hanım’ın üzüntüden azap çekerek ölmesi… Bütün bu hatıraları döne döne dinlemiştim.
    Ninem ansızın karşılaşmanın heyecanından yerinde donup kalmıştı. Meryem’e baktıkça baktı, baktı… Sanki birden ayılıp aziz misafirini geldiğinden beri ayakta beklettiğinin farkına vardı: – Uzak yoldan geliyorsun, yorgunsun. – dedi. Bir birinin beline sarılmış halde basamakları çıktılar. Ninemin sevincinin de, kederinin de haddi hududu yoktu. Tanrı’nın izni ile hepi topu altı aycık aziz kardeşi Kamboy’a zevcelik, babası Dadaş Bey’e gelinlik eden Meryem – anası Zabite Hanım’ın sevimli büyük gelininin sürgünde ölüp gitmediğine, Sibirya’nın vahşetinden sağ salim çıkıp bu karşılaşmaya gelebildiğine seviniyordu. (Sibirya vahşetlerini ise bir süre sonra Meryem’in konuşmalarından daha açık şekilde anlayacak, saçının tüyleri dik dik olacaktı.) Dadaş Bey’in sürgün edildiği, aslında izinin kesin kaybedildiği, üç katlı bey konağından – dede-baba ocaklarından zorla göçürüldükleri, kardeşlerinin birbirinden ayrı düştüğü, anasının üzüntüden ateşlere düştüğü, kendisinin türlü türlü belalara düçar olduğu günler yeniden gözlerinin önünde canlandığı için de kederleniyordu.
    O, Meryem’i lafa tutmazdan önce çay-çörek sofrasını hazırladı. Dolabı açıp oradaki emanet kutusundan ikiye katlanmış, sararmış bir defter yaprağı çıkarıp Meryem’e uzattı: Bak bakalım ne mektubu?
    Okuma – yazma bilmeyen ninem kırmızı kalemle alel-acele yazılmış olan bu mektuptaki metni önceleri oğluna, sonraları ise torunlarına o kadar çok okutmuştu ki, orada yazılanları birebir ezberden biliyordu. Mektubu açar açmaz Meryem’in iri ela gözleri buğulandı. Yanaklarından aşağı doğru yuvarlanan bir damla yaş kâğıttaki «daha» sözcüğünün üzerine düştü. Ondan önceki satırda yazılı olan «belki» sözünün üzerindeki gözyaşı hangi vakit düşmüştü. Meryem, bu mektubu yazdığı sırada, sürgüne gönderildikleri o gam yüklü katardaki uğursuz gecelerden birinde akıttığı bu gözyaşını tanıdı. O acı hatıraları anınca her iki eli ile yüzünü kapatarak yürek yakan hıçkırık ile ağladı. Evde bulunanların hiçbiri, bu anda, dünyadaki bütün haksızlıklar nedeniyle, bütün dünyanın yerine, dünyadaki bütün dertlilerin gözyaşıyla ağlamak isteyen bu yaşlı kadına teselli vermek istemedi. Çünkü bu gözyaşlarını hiçbir teselli avutamazdı. Ninem de onunla birlikte bu gözyaşlarına katılıp bütün bir neslin asilzadeliği yüzünden düştüğü durumlara ağladı.
    Meryem gözyaşlarını dindirip bir süredir eğleştiği odanın duvarlarında göz gezdirdiğinde ilk olarak Kamboy’un fotoğrafını gördü. Ninem Tavat Hanım’ın Kamboy’un yanında durduğu bu fotoğraf aslında ayrı ayrı çekilmişti. Kamboy savaşta kaybolduktan sonra ninem her iki sureti birleştirip büyütmeyi fotoğrafçıdan istemişti. Fotoğrafçının ustalıkla birleştirip büyüttüğü bu fotoğraf o zamandan evde en mukaddes bir hatıraya dönüşmüştü. Meryem öne çıkıp fotoğrafın karşısında durdu. Geçen yıllar boyunca hayalinde yaşattığı, halen de gençlik şevki ile sevdiği sevgilisinin gözlerine baktı, baktı… Babası Elbrus Bey’in evinden gelin çıktığı günü, büyüklerin hayır duasını, Dadaş Bey’in büyük oğlu Kamboy’a kavuşacağı anı gizli hasretle beklediğini, o anın anlatılamaz güzelliğini… Daha neleri, neleri hatırladı. Sanki Kamboy’un kendisi ile yüz yüze duruyormuş gibi söze başladı: – 70 yaşı devirdim, Kamboy! Sensiz neler gördüm, bilsen… Sibirya, işkence, hakaret, açlık, susuzluk, hastalık… Ölümden döndüm, yollar beni çok yordu. İnsanlar gördüm, merdi de oldu, namerdi de. Ancak senin gibisini görmedim Kamboy!
    Sonra gözlerini fotoğraftan ayırmadan: –Bir bilebilseniz o nasıl bir insan idi… Allah onu tek yaratmıştı. Kamboy gibi yiğit o vakit de yok idi, şimdi de yoktur– dedi.
    Gece sabaha kadar uyumadılar. Ninem, Bakü asilzadelerinden olan meşhur Ağacanlılar soyunun en yakışıklı, Petersburg’da yüksek eğitim görmüş oğlu Mehdi ile düğünlerinden, gelin gittiği faytonun Bolşevikler tarafından alıkonulmasından, sevgili nişanlısından zorla koparılmasından, Bolşevik İsrafil’le (babamla) ailesinin kalan üyelerini kurtarmak maksadıyla evliliğe razı olduğundan, kocasın düzenlediği, on altı yaşındaki genç kızın mağduriyeti pahasına gerçekleşen sahte boşanma belgesi nedeniyle anasının, kardeşlerinin ve kendisinin Sibirya’ya sürğün edilmemesinden, 1941 yılında savaş başladığı zaman Meryem’siz kendine bir yer bulamayan Kamboy’un kendini ölümün ağuşuna atıp ön cepheye yollanmasından, kaybolmasından… ve birçok başka meselelerden bahsetti.
    Meryem de kendi başına gelenleri anlattı. Sibirya’ya giden trende nasıl hakarete uğradıklarından, yol boyunca askerlerin onları alçaltmasından, fırsat bulan kimi asilzadelerin intihar etmesinden, kendinin başarıya ulaşmayan intihar girişiminden, yer altı maden ocağındaki ağır çalışma şartlarından…
    –Saçımızı da kesmişlerdi, Tavat. Aylarca banyo yapamıyorduk, herkesin başı bit-sirkeyle dolu idi. Hem de öyle ağır çalışmadan sonra saç örgüsü de başa ağırlık ediyordu. Saçımızı keseceklerini biliyordum. O nedenle önceden saç örgülerimi kesip saklamıştım. Kamboy’un elinin sıcaklığı vardı onlarda, kıyıp da atamazdım…– sözünü tamamlayamadı, birden yaşça kendinden büyük baldızı ile (aralarında beş yaş fark vardı) konuştuğunu hatırlayıp utancından yanakları kızardı. Tıpkı gençliğindeki gibi…
    Ninem Meryem’in yüzünde bundan elli yıl önceki kızarıklığı gördü. Deminden beri onu meraklandıran soruyu sordu; – Nasıl oldu da kaçabildiniz?
    – Yer altı maden ocağında iş çok ağır idi. Bir yandan da açlık, hastalık. Açlık olan yerde hastalık da eksik olmuyor. Kızamık, verem, astım… Hemen hemen her gün ölen var idi. Cenazeleri defnetme işlemini de bize yaptırıyorlardı. Bize hayvandan da kötü muamele ediyorlardı. Havasızlıktan herkesin rengi sapsarı olmuştu. Sadece cenaze defnederken hava yüzü görüyorduk. Cenaze defnetmek sana kolay gelmesin. Sibirya’nın kışını anlayamazsın. Erkeklerin tükürüğü havada donup sakalından sallanıyordu. Yer, ayazdan nasıl donup taşa dönüşüyorsa, orda en hünerli erkek bile mezar kazamazdı. Her seferinde mezar kazma görevini üç kişiye veriyorlardı. Bu üç kişi de ellerine balta alıp buz tutmuş, ayazdan taşa dönüşmüş toprağı yarmaya başlıyordu. Öyle oluyordu ki, sabahtan bu minval üzere mezar kazmaya başlıyor gece yarısı ancak bitirebiliyorduk. Bir deyişle, mezar kazmak madende yaptığımız en ağır işten de ağır idi.
    Bir gün Karabağ beylerinden birinin güzel kızı kendini asmıştı. «Güzel» diyorum ama güzel olduğunu o kızın belki kendisi de unutmuştu, her gün yüzüne-gözüne kömür isi çalıp geziyordu.
    – Neden?
    – Orada namusumuzu korumak için çoğumuz böyle yapıyorduk. Kendimizi kasten çirkin göstermek için neler yapmıyorduk? Hatta kaşlarımızı da tamamen yolup dökmüştük… Ha! O kız da fırsat bulup kendini öldürmüştü. Sibirya’da bu başlı başına bir hüner idi. İntihar etmeye de bırakmıyorlardı. Biz sağ kalıp çalışmalı, açlık ve işkence görmeliydik. Çünkü biz, Sovyet hükümetini tanımak istemeyen adamların karıları, kızları idik. İnsanı yakan nedir bilir misin? Suçsuz cezalandırılmak. Bu nedenle biz durumumuzla uzlaşamıyorduk. Suçumuzun sadece asilzade olmamız olmasıyla, sadece bu suçla Sibirya’ya gönderilmemizle uzlaşmamız mümkün değildi. Ha! O kadının öldüğü gün hava her zamankinden daha soğuk idi. Mezar kazma görevini, anama, bana ve başka bir kadına vermişlerdi. Aslında bu taş kırmakla eşitti. Baltaları götürüp güçlükle işe başladık. Hava o kadar soğuktu ki, ayaz eldivenin içinden geçip insanın iliğine işliyordu. Büyük baltaların ağırlığı da insanı güçten düşürüyordu. Baltayı her kaldırıp indirişte taşa dönen topraktan küçük bir parça kopuyordu. Mezar kazılıp bitmek bilmiyordu. Aç-susuz akşamadek kazdık. Mezarı henüz yarı etmemiştik. Nöbetçiler söyleniyor, bize en kötü küfürleri ediyor, işin gecikmesinden dolayı sinirleniyorlardı. Artık hava kararmıştı. Eli silahlı nöbetçiler sigaralarını çeke-çeke karın üstünde dolaşmaktan bezmişlerdi. Onlar iki kişi idiler. Kendi aralarında fısıldaşıp bir şeyler konuşuyorlardı. Fırsattan istifade anam ve öbür kadın ellerinde balta ile onlara doğru saldırdılar. Anam elindeki baltayı şiddetle nöbetçilerden birinin başına indirdi. Öbür kadın ise baltayı hedefe vuramayıp diğer nöbetçiyi omzundan yaralamıştı. O, yere çöktüğü gibi kadın da onun göğsüne çöküp boğmaya başladı. Onları öldürmeleri o kadar ani oldu ki, yaşananlardan kendime gelemiyordum. Lakin artık kaçmak fırsatını geri tepmek olmazdı. Biz yakınlardaki meşeliğe yöneldik. Kaçıp sığındığımız köydeki ev sahibi çok iyi bir insan idi. O, bizi bir yıl evinde sakladı. Sonra… Çok köyler, çok evler gördük. Bir askere rastladık, o bize çok iyilikler etti, üçümüze de sahte kimlikler düzenledi, iş buldu. Tatar milletindendi, Albay idi, – Meryem’in sesi burada kesildi. Ninem heyecanla sordu: – Ya sonra?
    –O, bizim bütün sıkıntılarımıza katlanmaya söz verdi. Bize öyle gönülden davranıyordu ki, anamın da takdirini kazanmıştı. Anamı ki, tanıyorsun… Böylece… – Meryem’in seni yine titredi, Kamboy’un duvardaki fotoğrafına baka-baka: – Şimdi o benim kocamdır. Emekli Albay Atabiyev.
    – Ya çoluk–çocuktan neyiniz var? –Ninem bu soruyu özel merakla sordu.
    – İki kızım var, – sonra ninemin merakını gidermek için ilave etti: –Oğlum olmadı, olsaydı Komboy’un adını koyacaktım. Kızlarıma da Kamboy’an bahsettim. Beni iyi anlıyorlar. O da iyi adamdır (kocasını aklına getiriyordu), ama çok asabidir. Lakin baldızının gözlerinde bir yığın soru görüp dedi: –Benim hayatım Kamboy’la sona erdi, bahtım–talihim onunla gitti. Şimdiki Meryem bir cisimdir, bir de hatıra yumağı. Ruhum çoktan uçup Kamboy’un yanına gitti. Öylece nefes alıp veriyorum… Sizden haber almak için uzun yıllardır kavruluyorum. O, korku, o hüzün henüz canımdan çıkmamıştı, o nedenle arzumu kimseye belli etmeye cesaret edemiyordum. Allah’ın merhameti büyüktü, geç de olsa gerçekleşti. Şükür ki, talihimde seni, bu toprağı bir daha görmek varmış.
    Günün aydınlanması yaklaşıyordu. Yetmiş yaşında gelin, yetmiş beş yaşında baldız mutlu gençliğin, çok kısa süren mutlu günlerin birbirinden tatlı anılarını hatırladılar. Yıllardan beri yüreklerinde dolaştırdıkları en ulvi duygularla hafızalarındaki mukaddes hatıra sandığını «döküp-döküştürdüler». Birlikte yaşadıkları bey konağındaki günlerin en kötü hallerini de sevinçle yâd ettiler. Bu hatıraların varlığından aldıkları lezzet kalplerini öyle bir refahla doldurmuştu ki, sanki her ikisinin de bir ömürlük mutluluk payını saklayıp-saklayıp bir gecede onlara hediye etmişlerdi.
    Sohbet esnasında ninem: –Meryem, İsfendiyar’ı görmek ister misin? – diye sordu. Meryem geldiğinden beri cevabını almak istediği, lakin kötü haber korkusundan sakındığı için sustuğu, biricik kaynının sağ–salim olduğunu duyunca düşüncelerini dile getirdi: –Sormaya cesaret bulamıyordum, Tavat! Senin kardeş acının bir değil iki olduğunu işitmekten korkuyordum.
    –Allah’a şükür, İsfendiyar sağ–selamettedir. Önceki muzipliği, hazırcevaplığı da yerindedir. Mingeçevir’de yaşıyor. İstersen sabah gidebiliriz.
    …Mingeçevir’den ayrılırken Meryem İsfendiyar’ı kucaklayıp: –Bu son görüşmemizdir gardaş – dedi, – çok kocadım, aslında ben kendi sıcak yurdumdan uzak düştüğümde kocadım.
    Bu söz her üçünü de hüzünlendirdi. Gerçekten her üçü de kocamıştı. Ve her üçü Meryem’in dediği vakitte kocamıştı. Külfet, Dadaş Bey’in alındığı geceden başlamıştı, bey konağından kovulup kiralık eve taşındıkları günden. Bolşeviklerin okul binası yaptıkları evlerinin yanından geçtiklerinde gizli-gizli gözyaşı akıttıkları andan… Çoktan kocamışlardı, uzun zaman önce…
    …Bakü’den Nalçik’e giden tren yavaş yavaş ilerliyordu. Tekerlerin sesi onu koynuna alıp aheste-aheste uzaklara götürüyordu. Bomboz çorak çöller de, tek-tük dikenlik dallarından başka dalı-budağı olmayan çıplak dağlar da, tren gelip geçtikçe tek-tük «əğilip-yıkılan» elektrik direkleri de onu bu ana yurdundan koparıp ayırıyordu. Bu ayrılıkta memnuniyetsizlik, üzüntü karışımı bir sükûnet vardı. Bu ayrılık bundan elli yıl önceki o dehşetli ayrılığa benzemiyordu. Bu tren de o tren gibi yedeğinde çekilmez dert yükü taşımıyordu.
    Meryem’in içinde bir hafiflik vardı. Elli yıldan beri ilk defa kendini bu kadar rahat hissediyordu. Sanki dünyaya yeniden gelmiş gibiydi. Onu seven kalplerin sıcaklığını, ateşini buluyordu kendinde. Kamboy’un fotoğraftan bakan emin bakışları ona – kendi vefalı güzeline «İyi ki geldin!» diyordu.
    Bakü, 2006
    Türkçeye çeviri: Alpaslan Demir

  • Təranə Turan RƏHİMLi.Yeni şeirlər

    Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas

    Burdan qərib Bezansona –
    Hüqoya beş addım yoldu,
    Ruhum qalan Panteona
    Qatar yolu neçə əsr?

    Yenə fikrim uzaqlarda,
    Qraf Tolstoyda qaldı
    Payız… Yasnaya Polyana…
    O kədərli, köhnə qəsr.

    Ryazanda meşə yolu,
    Ağcaqayın sağda, solda.
    Bir şeirlə zəncirlənib,
    Ruhum Yeseninə əsir.

    Qocalıb Puşkin dağında,
    Bir ağacın gözü doldu.
    Bu yaz da gedə bilmədim,
    Yenə hər ilki kəm-kəsir…

    Peterburqda bir tələbə
    Ömründən-günündən oldu.
    Edamdan dönən yazarın
    Səsi qulağımda gəzir.

    Gecəyarı… könül yenə
    Gör kimləri yada saldı?!
    Gör nə qədər doğmalar var,
    Həsrəti qəlbimi əzir.

    ElLƏ SUSDUM DAŞ BİLDİLƏR

    Bu nə yerdi, bu nə dövran,
    Kim göndərdi bura məni?
    Bir yol gördü div adamlar,
    Yüz yol çəkdi dara məni.

    Duyduqlarım duymadılar,
    Dərd yedirib doymadılar,
    İçimdə yer qoymadılar,
    De, gizlədim hara məni?!

    Hər gün bir ümid yıxıram,
    Qalaq-qalaq qəm yığıram,
    Daha özümdən çıxıram,
    Özgələrdə ara məni.

    Baharımı qış bıldilər,
    Nə etdim çaşbaş bildilər,
    Elə susdum daş bildilər,
    Hördülər divara məni.

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXVII hissə)

    HAÇANSA,DÜNYADA BİZ OLMAYANDA…

    Ruhlar yurd salacaq özgə məkanda,
    canlar–ləçək,çiçək,böcək olacaq,
    haçansa dünyada biz olmayanda
    bizdən deyilənlər gerçək olacaq,

    Şairə gor qazar korşalan qələm,
    sözlər həm “ağamdır”,nəm də ki,”köləm”,
    bir daha dünyaya gələn deyiləm,
    nə olsun–daha da göyçək olacaq!

    Dünya həm “müştəri”,həm də ki,”baqqal”,
    məkanı paylaşar “şir” ilə-“çaqqal”,
    məndən–nəsillərə sanballı saqqal,
    ismətdən danışan birçək olacaq!

    Zülmün çərçivəsi sınıb haçansa,
    Haqqın məğrur səsi donub haçansa,
    bilirəm–torpağım yanıb haçansa,
    ən azı bir gülə dibçək olacaq!

    İnsaf,niyə boşdur yüyənin belə?
    əli niyə bərkdir döyənin belə?!
    “gözümün yağını yeyənin” belə,
    üzümə son sözü: “Əl çək!”-olacaq!

    Ruhlar yurd salacaq özgə məkanda,
    canlar–ləçək,çiçək,böcək olacaq,
    pislər,Vahid ƏZİZ,həddən-ziyada,
    yaxşılar–olanda; tək-tək olacaq…

    MƏRC MƏKANI…

    Büs-bütün qarışıb xarab-babatla,
    dəyirəm ya yerə,ya kəlləçarxa,
    ağlını itirmiş dəli həyatla,
    ya cici-biciyəm,ya əlbəyaxa.

    Bu cürmü qoyulub Haqdan təməli?
    hər kəs yaxasını çəkir qırağa!
    bilmirsən doğrudur kimin əməli,
    kim “qara qarğadır”,kim “ala qarğa”.

    Dedilər:”Darıxma,olur,həyatdı,
    əsası tapdığın zəmzəmdi,qutdu!”,
    bir Mələk təqsiri boynundan atdı,
    Şeytan sifətini Tanrıya tutdu.

    Şairlər söz qoşur,yazır,dərc edir,
    öyrəndim,Şeytan da,Cin də Mələkdi;
    Şeytanla arada hələ mərc gedir,
    kaş ki,Tanrı deyən üstün gələydi…

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXVI hissə)

    NAMƏLUM ŞƏHİD MƏZARI…

    Düşmən cumdu,Vətən dedi -“İrəli!”,
    İgid əsgər səhid oldu, dönmədi,
    Qəbri üstə yanan nurlu məş”əli,
    Ürəyinin alovuydu,sönmədi!

    Qocalmazdı!-qalar cavan yaşında,
    Doğmaların gözlərinin yaşında,
    O,Şəhidin uca dağlar başında
    Ucaltdığı Bayraqları enmədi!

    Uzaq gəzər ruhu giley-güzardan,
    Yer qoruyar hər cür ağrı-azardan,
    Ad soruşdum bir “Naməlum məzardan”,
    Qəhər boğdu,məzar daşı dinmədi;

    Daş yerinə-açan güllər danışdı,
    Oxşadığı ipək tellər danışdı,
    Vahid ƏZİZ,ondan ellər danışdı,
    Anladım ki-“Qurban gedən can nədi?”

    01,04,2021.

    BU ÇAĞLARDAN…

    Qocalsam da ürəyimin
    Coşub-daşan çağlarıdı,
    Məni torpağa bağıayan
    Düyün tutan ağaclardı,

    Ömür olsa da quş kimi,
    Saçlarım xam gümüş kimi,
    “Çağlardan”söz düşmüş kimi,
    İndi həmən o çağlardı!

    Günlər-ömrün varaqları,
    Xatirələr-soraqları,
    Alovladan çıraqları
    Biz qalayan ocaqlardı,

    Cavanlıyıq,qocalıyıq,
    Əli körpə uşaqlıyıq,
    Bizlər Vətənə bağlıyıq,
    “İpiqırıq”-qaçaqlardı,

    Düyün tutan meyvə dəydi,
    Bərəkət budaqlar əydi,
    Vahid ƏZİZ sevməsəydi,
    Cavanikən qocalardı…