Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 4921 - 4980 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Arzu RÜSTƏMSOY.Yeni şeirlər

Post Views: 111 Məni o küçədən keçirmə daha… Mənə nağıl danış,gələcəyimdən, Bəxtimdə var isə, güləcəyimdən. Hələ neçə küçə ,keçəcəyimdən, Söylə sən haqqımı bitirmə daha, Məni ,o küçədən keçirmə daha. Mənim o küçədən ayaq izim var, Bir cüt ağlargözlü ümidsizim var. Ona deyilməmiş sirrim-sözüm var. Qoy bir ümid olum,itirmə daha, Məni o küçədən keçirmə daha. Yağan …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Vatsonum” publisist yazısından….”

Post Views: 76 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Cılız mətbəx qadınları susmağı öyrənir.. çünki onları cəmiyyətlə qorxudublar… təsəvvür edə bilərsən bunu? Hər ikisi susdu… dəqiqələr sonra qaşlarını çataraq : -etməsən olar!-dedi.- onsuz da cəmiyyət ancaq təsəvvürdədi. Ətrafımızda heç zaman cəmiyyət yox, adamları düşünürük biz. Adamların cəmiyyət olub-olmamağı …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Yaxşı ki, soruşmadın”

Post Views: 96 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Yaxşı ki, soruşmadın Bu il də əhvalımı.. Gözümdən oğurladın Köhnə, nimdaş halımı… Sən soruşmadın deyə Mən də “sənsiz” olmadım… “Darıxmaqdan ölməyə” Bir il cığır salmadım… Amma… birdən inciyər O kiçik söz:-necəsən… Gərək elə mən deyəm?! Özün söylə! Necəsən?…

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.”Sevgiyə ibadət eyləsə bəşər”

Post Views: 88 Sənin yerişinin adı başqadır, Qalxır xumar-xumar toz ayağından. Bir sevda rəsmidir rəngsiz,boyasız, Yollara tökülür iz ayağından. Sevgiyə ibadət eyləsə bəşər, Yaxşı əməllərə məğlub olar şər. Boynuna məhəbbət kəməndi düşər,- Asılıb qalarsan öz ayağından. Mənim qəlbimdəki bu eşq təpəri, Ana təbiətin sirridir,pəri. Zirvəyə ucalmaq istəyənləri,- Sınağa çəkərik biz,ayağından.

Azərbaycan ədəbiyyatı

Təranə Turan RƏHİMLİ.”Dənizin qanı qaradı”

Post Views: 88 Bu dənizin sahilindən arzular uzaq görünür. Bu dənizin sularında balıqlar yazıq görünür. Adamlar axışıb axşam dəniz havası almağa, Yosunlar ilişib yenə balıq yerinə qarmağa. Bürküdən nəfəsi durub, Dənizin havası çatmır. Üzündə dərd qaysaqlayıb, Dalğalar hey vurur, batmır. İçindən qara qan axır, Gecə tək donu qaradı. Gəl qayıdaq, gedək evə, Dənizin qanı qaradı.

Azərbaycan ədəbiyyatı

Təranə Turan RƏHİMLİ.”Gözümdən düşdüyün yola düşürəm”

Post Views: 90 Məni tanımadın, körpə ağacdım, Vaxtsız doğradılar, kölğəm olmadı. Böyük ağacların kötüyü qalır, Bir kötük boyunda izim qalmadı. Sən hardan biləsən soyuqdu mənə, Ruhumun paltarı çoxdan çürüyüb. Elə dərd biçmisən boyuma gəlmir, Məni sabahımın dərdi bürüyüb. Nə deyib çıxasan haqqın üzünə, Belə ayrılıqlar dərddi Allaha. Gözümdən düşdüyün yola düşürəm, Səni axtarmağa gedirəm daha.

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Asaram özümü goyün üzündən”

Post Views: 80 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Buludların ac it kimi Elə hürür ki, üstümə, İlahi, Məni yağışın tutacaq. Qapından qayıdır dualarım da, Məni qarğışın tutacaq. Ömrüm il – il tökülür, Daşlayıblar ömrümü. Bir ulduzsuz gecəyəm, Bir kimsəsiz küçəyəm. Bu dəlisov yağışlar Xoşlayıblar ömrümü. Eh! …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Bətnimdə böyüyən adam”

Post Views: 124 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bətnimdə böyüyən adam, Bir ömür gözləyir səni. Ömrün yaşına gələcək, Həyat başına gələcək. Qoy səni aldatmayım ki, “Dünya xoşuna gələcək”… Bətnimdə böyüyən adam, Dünya bətnim kimi deyil, Enişi var, yoxuşu var. Bu dünyaya hər gələnin Torpağa bir qapı …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bütün bayramlara özəl… “

Post Views: 113 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Göydə ulduz əlçim-əlçim, Gözlərimə baxar, gedər… Bu həsrətə dözəcək kim, Həsrət məni yaxar, gedər… Göydə ulduz qatar-qatar, Sərnişini xəyalındı, Bəxtim elə yatar, yatar, Röyası da hicranındı… Göydə ulduz birər-birər, Hərəsi bir güvən, ümid… Məni məndən alar gedər, Vüsaldan üzülən …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bu yay torpağı oxşadı…”

Post Views: 87 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Inanma hər deyilənə Hələ sənə nə yazmışam? (Intiqam) Mənim sənə yazdıqlarım Bu yay torpağı oxşadı… Döndü üzü qiblə sarı Tərsa eşqimə baxmadı… Eşq-naməhrəm… eşq-səd günah… Eşq -beş ləçəkli zanbaqmı? Eşq-kitabsız bir səcdəgah Eşqli-məbəd Şamxatımı? Elə asan öldürürlər Sevgi rəngli …

Azərbaycan ədəbiyyatı

Xaliq MƏMMƏDOV.”Mən ki sevmək istəmədim”

Post Views: 83 Düşünərdim silməm səni. Getdin daha görməm səni. Necə sevdim bilməm səni. Mən ki sevmək istəmədim. Dönə-dönə dedim qəlbə. Daha çıxım gedim qərbə. Necə kömək edim qəlbə? Mən ki sevmək istəmədim. Çox saxlama gülüm məni. Qoy aparsın ölüm məni. Bağışlasın könlüm məni. Mən ki sevmək istəmədim. Tək yanında mən olmuşam. Bu həsrətdən yorulmuşam. …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Mənsizliyi sayırsanmı?”

Post Views: 87 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü bu sənsiz neçənci ildi? mənsizliyi sayırsanmı? qayıdıb gələn ümidi qapınıza qoyursanmı? yollarına tən gələcək, saçlarım qayçı tanımır… “bu yolla gedən gələcək”… təsəllilər nağıllanır… Əlahəzrət darıxmağı, möhtərəm kədəri dandım… sənsizlik vermədi ağıl, neyləyim, ağıllanmadım…

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Gözümdə əksin qalacaq”

Post Views: 90 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bilirsən, mən gənc öləcəm, Yarıtmıyacam bu bəxti… Bir bənd ağıya dönəcəm Ürəyində… müvəqqəti… Gözümdə əksin qalacaq, Ürəyimdə yara izin… Bir ilə unudulacaq… Bu da ki, sənə son sözüm: “Yolun düşsə, salam denən Qara-qırmızı lentlərə… Adımı əyninə geyən, Bəzənən qara …

Azərbaycan ədəbiyyatı

Təranə ŞƏMS.”Qısqanma, könül!”

Post Views: 97 Dəyməsin gülümə o kobud əllər Gülümün gül ömrü itər azalar Xəzanə bürünər qönçə güllərim Bülbülün qəlbini qüssə-qəm alar. Qoxusu dünyanı məst edən gülüm Səni vəsv etməyə gücüm yetərmi Eşqisiz gül ömrü yaşayan gülüm. Bu sevgim bu eşqim,sənə yetərmi? Xisləti naqislər, eşqi naqislər Duymaz ki, gül ömrü, gül sevgisi nə Alışan ürəkdi hər …

Azərbaycan ədəbiyyatı

Təranə ŞƏMS.”Get, get, biganə Aşiq!” (Esse)

Post Views: 78 Sevgini etiraf etdiyində sən mənsən dedin,səni özümdə tapdım. Bəs zaman ötdükcə bildinmi mən sən olmaq istəmirəm. Bir söz deyə bilərəm. Yetər ki, sən özünü sevə biləydin. Sən məni özünə dəyər verdiyin qədər sevdin. Sənin gözlərində öz dəyərin yox ki…Mən sən olmaq istəmirəm. Sən həmişə özünü hamıdan sonda gördün, amma öldün hammı üçün …

Azərbaycan ədəbiyyatı

Nəcibə İLKİN.”Ana, əllərinə yaman möhtacam”

Post Views: 95 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Ana, əllərinə yaman möhtacam, Gəl yenə tumarla, əzizilə məni. Bir ağız layla çal, laylasız acam, Kədərdən, nisgildən təmizlə məni. Həm mənə yol göstər, həm təsəlli ver, Günahım varsa da de, danla …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 79 G Ə M İ Q A Y A Daş dövrünün düşüncəsi, Daşdan qopan insan səsi. Əsrlərin daş nəğməsi Hər vərəği bir sal-qaya, Daş kitabım, Gəmiqaya. Tutub əldə ox-kamanı, Dayandırıb vaxt, zamanı. Tariximin əhd-peymanı Iffət, namus, qeyrət, həya, Daş kitabım, Gəmiqaya. Məkanıdır ilk insanın, Gündoğanın, günbatanın. Əkiz tayı Qobustanın, İlk əlifba bu dünyaya, …

Azərbaycan ədəbiyyatı

Rəhim MEHNƏT.Yeni şeirlər

Post Views: 99 ÜRƏYİNDƏ Öldürüb xəyalımı, Basdırma ürəyində. Mən olmasam dayanar, Döyünməz ürəyin də. Kipriyində yaş eylə, Mən axım yanağında. Hıçqırıq boğar səni, Dərd qoyar ürəyində. Sevgi baxmayır yaşa, Yolunda duran daşa. Dönərəm soyuq qışa, Don tutar ürəyin də. Başın üstə buludam, Şimşək olub çaxaram. Çevrilərəm yağışa, Yağaram ürəyində. 24.12.2015 SƏNSİZLİK Bu gün sənin fikirlərin, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 82 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru DAĞLARDA Can gətirdim qəlbim , ruhum, Qaldı dağlarda, dağlarda. Qartallar da qanadını, Saldı dağlarda, dağlarda. Köçdü elin ağbirçəyi, Yandı yurdun ən göyçəyi, O yerlərin tər çiçəyi, Soldu dağlardq, dağlarda. Qırildı kamanın simi, Aça bilmədik tilsimi, Gözlərimiz bulud kimi, Doldu …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.”Dünya”

Post Views: 101 Əl atırıq boşa çıxır, Hanı sənin yaxan,dünya? Yediyin şair ətidir, Qana batıb çuxan,dünya. Sevdim üzə gülən dərdi, Ürəyimi eşqə sərdi. Başa çıxardıb namərdi, Mərdə qurşun sıxan dünya. Məni vurub Yerə dayaq,- Nə fırlanırsan baş-ayaq? Gəl edam-edam oynayaq,- Gör necə çarmıxam,dünya!

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.Yeni şeirlər

Post Views: 85 BU BAHAR ALNİMA YAZİLİB MƏNİM Bu bahar alnima yazilib mənim, Göyün göz yaşlari həsrət payimdir. Bu yaz buludlari bəyaz kəfənim- Qüssəmə tələsən qismət payimdir. Bu yaz ürəyimdə kövrəlir sözüm, Bahar sevincimin yuxusu gəlir. Bu yazi tutubdur ayazin gözü, Bu yazdan payizin qoxusu gəlir. Çəkir pərdəsini buluddan göylər, Günəşin həyasi buluda cökür. Qaşi …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.Yeni şeirlər

Post Views: 142 GÜLƏ-GÜLƏ S.Vurğuna nəzirə Keçdi yağlı vəzifəyə, Cavan vaxtı gülə-gülə. Sağ cibinə , sol cibinə Rüşvət axdı gülə-gülə. Öz nəfsinin oldu qulu, Şirin bildi haram pulu. Yaman azdı bu düz yolu, Yoxuş çıxdı gülə-gülə. Dedim: Oğlan ayıq tərpən, Dedi: Mənə dərs demə sən. Dedim: Axı ilişərsən, Durub baxdı gülə-gülə. Tapdadığca həddi , qını, …

Azərbaycan ədəbiyyatı

Rauf Qərib Alagöz.Yeni şeirlər

Post Views: 76 OLDU (“SARVANİ” tərzi) Sənə “Gülüm” dediyim vaxt… … yəqin payız vaxtı imiş, Gülüm soldu! “Həsrət ölüm” dediyin vaxt… …arzunun bəxt taxtı imiş, Ölüm oldu! Sənsiz qaldım; tənha, yalnız… …dərdlərimlə dərdləşdim mən, Zülüm oldu! Ay ruhumu qoparan qız… …odlandıqca sərtləşdim mən, Külüm oldu! Küləklərlə sovruldum hey… …uc-bucaqsız səhralarda, Gölüm oldu! İçdən-içdən qovruldum hey… …

Azərbaycan ədəbiyyatı

Qədiməli ƏHMƏD.Yeni şeirlər

Post Views: 75 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq “Rəsul Rza” mükafatçısı BAXDIM Baxdım göyün dibsiz dərinliyinə, Atdım əllərimi nəfəs dərmədən. Bilmədim, çatdımı atdığım yerə? Hələ də havadan asılı qalıb… Qayıtmır əllərim,qayıtmır nədən? Batır qulaqlarım yabançı səsdən. Yer çəkir özünə ayaqlarımı, Gözlərim göylərdə düşür həvəsdən. Ayaqlarım batır bataqlıqlara, Görürəm bu,zaman qanunlarıdı… Kimsə də kimsənin çəkir nazını. …

Azərbaycan ədəbiyyatı

Şairə-jurnalist Mayisə Əsədullaqızının şeirləri “Azərbaycan” jurnalında dərc olunub

Post Views: 93 Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı “Azərbaycan” jurnalının dekabr sayında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, şairə-jurnalist Mayisə Əsədullaqızının şeirləri dərc olunub. …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

Post Views: 92 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru DÜŞÜNCƏLƏR …Elə bilirsiniz ki, Biz özbaşınayıq?! Tanrı nəzarət edir, Və bir gün bizi, Öz müqəddəs dərgahına Aparacaq. Aparacaq və sorğu-sual Başlanacaq. Mən qorxa-qorxa, öz günahlarımı, Alacam boynuma. Dəqiq bilirəm. Deyəcəm ki, Məktəbli olanda, bacım yuxudan Oyanmamış, Bantlarını hörüklərimə …

Azərbaycan ədəbiyyatı

Aqil SABİROĞLU.”Mən gedirəm, hələlik!”

Post Views: 93 (bəzən ötən illərə dönməmək olmur) Ölüm-nemətlər xası, Dönüm beş arşın ağa. Ürəyimin parçası, Daha durum ayağa. Köç etməmiş nə qalıb, Varlığım çilik-çilik- Mən gedirəm,hələlik. Şaxta vurub qurutdu, Od təpəmdən tökülmüş. Vaxt lil suyu durultdu, O qəlb yerim deyilmiş. Məgər kimsə kam alıb, Sevgi yoxkən bir qəpik?- Mən gedirəm,hələlik. Baxmadım ki özümə, Yara …

Azərbaycan ədəbiyyatı

Qalib ŞAMXALOĞLU.”Xalqın”

Post Views: 120 Әzəldən taleyi bəd gəlib deyə , Səfalət olubdur qisməti xalqın ! Zamanın amansız gərdişlərinə Getdikcə çoxalır heyrəti xalqın ! Həmişə düz yolu yoxuşa döndü , Dərdin rüzgarıyla ocağı söndü ! Elə parçalandı , elə bölündü , Bir yol alınmadı vəhdəti xalqın ! Qəflətdə yataraq biz batan olduq , Vazgenə , Aşota yurd …

Azərbaycan ədəbiyyatı

Qalib ŞAMXALOĞLU.”Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə!”

Post Views: 87 Bizə qaz çəkilməyib , odun da yoxdu vallah Tək odun dərdi deyil , qayğımız çoxdu vallah! Sənin hənirin gəlir , dəhşət soyuqdu vallah , Bizdə sıfırdı rifah , gəlmə biz tərəflərə , Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə! Bir az külək əsəndə işığı söndürürlər , Məmurlar bu milləti soyuqdan öldürürlər ! …

Azərbaycan ədəbiyyatı

Nofəl ÜMİD.Yeni şeirlər

Post Views: 108 QOYURAM… Kədərlə dolan ömrümə, Səadəti kəm qoyuram. Tanrı sevinc tumu səpib Mən çıxarıb qəm qoyuram. Dərdimi bilə bilmirəm, Özümə gələ bilmirəm, Ürəkdən gülə bilmirəm, Üzümə görkəm qoyuram. Qəlbimə eşq əkən qızın, Yoluma göz dikən qızın, Həsrətimi çəkən qızın Gözlərində nəm qoyuram. Subaylıq daşın tullayıb, Gəncliyi qəbrə yollayıb, Iyirmiyə əl sallayıb, Otuza qədəm …

Azərbaycan ədəbiyyatı

Sərvər KAMRANLI.Yeni şeirlər

Post Views: 105 SƏNSİZLİK Xəyalların qoluna girib, uzaqlarda özünü axtarmaqdır Sənsizlik. Zamanından, məkanından asılı olmayaraq, bəzən qollarını alnına yastıq edib görüşmək eşqilə özünü yuxuya məhkum etmək, Bəzən də gecələri yuxusuz açmaqdır Sənsizlik… Gündə geyilməkdən yamaq-yamaq olan yollarda yolunu azmaqdır Sənsizlik… …Telefonun bir zənginə həsrət qalmaq, Saatın əqrəbindən asılıb ötənlərə nəzər salmaq, səbəbsiz yerə gülüb, səbəbsiz …

Azərbaycan ədəbiyyatı

Şəhanə MÜŞFİQ.Yeni şeirlər

Post Views: 110 Qayıt bu həsrəti bitir, amandı… Səni itirdiyim gündən, a zalım, Ürəyimdən xəbərsizəm haçandı. Qayıt yaşamağı öyrət eləcə, Qayıt bu həsrəti bitir, amandı. Daha əllərimdən uzaqdı əlin, Daha nəfəsin də üzümə dəymir. Bayaqdan gəzirəm evi-eşiyi, Ürəyim hardadı, gözümə dəymir?! Gözümün əlindən qaçan yuxumu Axtarıb tapıram sən gedən yoldan. Nə ola oyanam, görəm gəlirsən …

Azərbaycan ədəbiyyatı

İradə ƏLİLİ.Yeni şeirlər

Post Views: 140 TANRIM Dərdlər gəlir uc-ucadır Tanrım sevgin çox ucadır Dərd dərdləri qocaldır Tanrım elimi sən qoru Acıları bizdən götür Sevinc sevgi səmasından Yağışların izlərində onu itir Tanrım elimi sən qoru Vermə daha nisgil acı Həsrət həsrətə calanıb Ürəklərdə qüssə seli Gözlərdə ələm qalanıb Dualarım səninlədir Tanrim pənahım sənlədir İradə sevən bəndəndir Tanrım elimi …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

Post Views: 116 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü DÜNYA Niyə biz bu qədər əzab çəkirik? Heç sənin abırın həyan yox dünya. Varlını ucaldıb uca göylərə, Pulu olmayanı …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRLİ.Yeni şeirlər

Post Views: 80 QIRAJAM SİZİ… Bu nə mitinq balam, bu nə şücaət? Qorxuram dövləti edəsiz qarət, Gərək ki, biləsiz bu bizim adət. Belə getsə artıq, qırajam sizi! Bir-bir qan uddurub tutajam sizi!… Bu nəyin hesabı, nəyin üsyanı? Bizlərin var sizə böyük gümanı, Siz də ki, bu yolnan tutduz hər yanı, Deyəsən bu yolda qırajam sizi! …

Azərbaycan ədəbiyyatı

Mehri ƏLİYEVA.Həyatı və Yaradıcılığı

Post Views: 139 Mehri ƏLİYEVA (Əliyeva Mehriban Əsəd qızı) 1973-cü ildə Ağdam şəhərində anadan olub.Onun şeirləri Mehri Qəmli adıyla çap olunur.1989-cu ildə Ağdam şəhər 3 nömrəli orta məktəbini bitirib.1989-91ci ildə tibb texnikomunu qurtarıb. 1992-94 illərdə Ağdam şəhər 48 nömrəli SMD –də kadrlar şöbəsinin müfəttişi vəzifəsində işləyib.1995-ci ildə ailə qurub .3 övlad anasıdı. 20 ildir Kiyevdə …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.”Ay Vətən!”

Post Views: 101 Adın da,eşqin də ayrılıq dadır, Doldun baxışlara sən çadır-çadır. Bu nə məmləkətdir, paramparçadır,- Məlhəm də götürmür yaran,ay VƏTƏN! Talanmış yurdunuq,əsir qalanıq, Göz yaşı qarışan suyun bulanıq. Biz ŞUŞA şəklində qərib balanıq, Necədir qürbətlə aran,ay VƏTƏN? Güllələr yaxanda açılan çiçək, Bu qanlı güllərin şehindən içək. Sərhəd telləriylə bir müttəhimtək,- Haçandır üz-üzə duran,ay,Vətən! Hüzn …

Azərbaycan ədəbiyyatı

Təranə ŞƏMS.Yeni şeirlər

Post Views: 91 GÖZLƏRİM… Dayanıb, göz-gözə ayna önündə, Baxıb gözlərimə sual edirəm. Nəyi, səndə görüb, nəyi axtarım, Sən ki, bir ömürsən səndən gedirəm. Baxdıqca gözümə,gözüm danışır, Qarası ağarır ağı alışır. Kölgələr içində səni tapıram, Nifrətim dil açıb sözə qarışır. Gözlərin mənasınecə dərinmiş, Görünən kölgələr sanki səninmış, Baş edib dərdimi daş olan könlüm, Yansa da , …

Azərbaycan ədəbiyyatı

Mehriban İBRAHİMOVA.Yeni şeirlər

Post Views: 78 ANA KƏLMƏSİ Sənə gözüm nuru deyə bilmərəm, Gözümün nurunu itirmişəm mən, Getdiyin yollara döşənib arzum, Səni o yollarda itirmişəm mən. Zamanın sərt üzü sıxdı canımı, Aldı istəyimi,arzu kamımı, İtirdim biryolluq mən gümanımı, Sənə sözüm çoxdu deyə bilmərəm. Fələk sərt oyunu oynadı birdən, Gözləyən mən oldum, gəlmədi gedən, Sənsiz fikirlərdi qəlbimi didən Özümə …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.Yeni şeirlər

Post Views: 114 SƏNƏ HARADAN GÜL TAPIM? Ürəyim dərdin oylağı, Hər gələn atinı çapır. Söz-söz axan göz yaşımda Hərə öz payını tapır. Nə bir iz var,nə bir yol var, Çəkilib qınına yollar. Məni qısqandığın yolla Tay gəlib tayını tapır. Gülər gözün sözü ələm, Fələk sayan gün gözü nəm. Toplandıqca qəm üstə qəm, Sayılan sayını tapır. …

Azərbaycan ədəbiyyatı

Pərviz HƏKİMOV.Yeni şeirlər

Post Views: 100 Azərbaycan bayrağı Könlümdə çalxalananan, İşığımdır,nurumdur, Səmada dalğalanan Şərəfim,qürurumdur Azərbaycan bayrağı Ayı,ulduzu ilə Cahanı nurlandırır, Qəlbimizdə fəxarət Çırağını yandırır Azərbaycan bayrağı Ruhudur bədənimin, Şücaətin izidir, Müstəqil vətənimin Əyilməzlik rəmzidir Azərbaycan bayrağı Mənə ruhumdan yaxın, Müqəddəsdir,uludur, Əbədi azadlığın Ən bariz simvoludur Azərbaycan bayrağı Odur səadət mehi, Düşmən baxıb utansın, Gün olsun ki,İlahi, Şuşada dalğalansın …

Azərbaycan ədəbiyyatı

Rəhim MEHNƏT.Yeni şeirlər

Post Views: 81 Anasını itirən balaca uşağın dilindən Sən mənim şəklimi arxadan çəkib, Saldın xəyalımı çölün düzünə. Həyat üzərimə qəm-kədər əkib, Bilmədim ki, yalanı nə düzü nə. Boyu məndən uca bu beton divar, Yalnızlıqdan başqa, söylə dərdmi var? Payız bitər, ətrafımı qar alar, Üşüdüb dondurar, baxmaz üzümə. Qısıldığım bu divarın arxası, Zaman-zaman dönübdü qan gölünə. …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

Post Views: 126 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü YALAN DOST Yorulmuşam bu dünyanın işindən, Çoxalıbdır yalan qardaş, yalan dost. Hərə bir cür tutur onun peşindən, Lovğalanır yalan …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Zeynəb Dərbəndli yaradıcılığının spesifik xüsusiyyətləri”

Post Views: 110 Ta qədim zamanlardan bu yana Azərbaycan xalqı dünyanın müxtəlif ölkələri ilə mədəni və ədəbi əlaqədar saxlamış, ticarət əlaqələrini daha da genişləndirilməsi üçün yorulmaq bilmədən çalışmışdı.Nəticədə Azərbaycan dilinin lüğət tərkibinə müxtəlif elm sahələrinə məxsus alınma sözlər, xüsusilə də ərəb-fars mənşəli alınma sözlər daxil olmuşdur.Təbii ki, Cənubi Qafqaz xalqları arasında münasibətlərin daha da genişləndirilməsi …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 85 QOPA BU DÜNYA Yenə qan içində, od içindədir, Yorulmuş, usanmış, qoca bu dünya. Mərmilər, güllələr öz işindədir, Az qalır kökündən, qopa bu dünya. Suçlular hökm edir suçsuz cahana, “Qanlı arayırlar”, tökülən qana. Qıyılır hər saat minlərlə cana, Az qalır kökündən, qopa bu dünya. Başacan yaşanmır, bəxtsiz ömürlər, Zavala gəlirlər, vaxtsız ölürlər. Çağalar, …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.Yeni şeirlər

Post Views: 76 FAİZ Verdiyi dərdlərə tapılmaz çarə, Ömrümüzə çökən bəladır faiz. Halal ruzumuzu harama, şərə, Günaha, qəzaya caladı faiz. Kredit, ipotek… gəldi meydana, Vurulduq, girdikcə o dondan-dona, Xeyrimiz, şərimiz bağlandı ona, Evdən bərəkəti yaladı faiz. Atıb qarmağını ovladı bizi, Döndərdi qozbelə gəncliyimizi, Rahatlığlmlzl, dincliyimizi, Gicitikan kimi daladı faiz. Evdə kilim, palaz, xalça qoynadı, Yorğan, …

Azərbaycan ədəbiyyatı

Təvəkkül GÖRÜŞLÜ.Yeni şeirlər

Post Views: 85 XILASKAR İMİŞ Düşünüb içimdən gələni yazdım, Gah barlı payızdım, gah güllü yazdım, Gah çalan tar idim, gah da ki, sazdım, Sən demə şeirlər xilaskar imiş. Ruhlara qidaymış, xəstəyə dərman, Sahili mərcan tək, özü bir ümman, İlıq nəfəsindən dururmuş zaman, Sən demə şeirlər xilaskar imiş. Vəsf edib çəkdikcə gülü, çiçəyi, Öpüb qoxladıqca məxmər …

Azərbaycan ədəbiyyatı

İsa HƏSƏNOĞLU.”Gözümə dəymirsən uzun zamandı”

Post Views: 93 Gözümə dəymirsən uzun zamandı, Ölüb-qalmağından xəbər də yoxdu, Bu həsrət bilmədim nə imtahandı?!… Könlüm sən gedəndən hər şeyə toxdu. Zaman da qoşulub səninlə getdi, Ruhum bədənimdən öncə qocaldı. Sənsizlik qəlbimi tamam keyitdi, İllər sevincimi əlimdən aldı. Mən səni görəndə uşaqlaşardım Tez-tez kövrələrdim, tez-tez gülərdim. Var olan dünyadan uzaqlaşardım, Səndə yaşayardım, səndə ölərdim. …

Azərbaycan ədəbiyyatı

Xaliq MƏMMƏDOV.”Evlisən”

Post Views: 89 Qəlbində bir ümüd bəsləmə geri. Düşünüb ümüdülə səsləmə geri. Yanıma sən dönmək istəmə geri. Sən özgə biriylə evlisən daha. Nə qədər səsləsən çönə bilmərəm. Qayıdıb bir daha dönə bilmərəm. Bağışla mən səni görə bilmərəm. Sən özgə biriylə evlisən daha. O ötən günlərə qayıtmaq çətin. Ölübdü bu qəlbim ayıtmaq çətin. O qədər acıdır …

Azərbaycan ədəbiyyatı

Müsahibimiz Prezident təqaüdçüsü Şəfa Vəliyevadı

Post Views: 101 -Şəfa xanım, ədəbi-bədii yaradıcılıq fəaliyyətinə neçənci ildə hansı yazı ilə başlamısınız? 1. Yaradıcılığa başlamanın məncə, yaşı olmur. İnsan yaratmaq eşqiylə doğulur. Doğuluşdan onunla ömür yolunda yoldaş olur istedadı. Və beləcə, harda olur-olsun yazır… Beş yaşım olanda nənəm anama deyib ki, “bu uşaq nə söyləyirsə, onu heç yerdə eşitməmişəm, gətir bunu yaz”. İlk …

Azərbaycan ədəbiyyatı

Etibar VƏLİYEV.Yeni şeirlər

Post Views: 82 MƏNDƏN GÜL İSTƏDİN Məndən gül istədin, çiçək istədin. Səndən gözəlini tapa bilmərəm. Bağçada sənin tək ğözəl olmayan. Çiçəyi dərmərəm, gülü dərmərəm. Gəl məni gül bilib, al qucağına. Apar o illərə, gənclik çağına. Sənsiz bu dünyada cənnət bağına, Bağçaya girmərəm, bağa girmərəm. Eşq ilə alışan köz verim sənə. Baxıban yandıran göz verim sənə. …

Azərbaycan ədəbiyyatı

İsa HƏSƏNOĞLU.”Dəli olmaq istəyirəm”

Post Views: 88 Dəli olmaq istəyirəm… Bilirəm… bu istəyimin Onsuz özü dəlilikdir. Soruşma heç bu nə arzu, nə istəkdir?!.. Necə deyim… Necə deyim bəyəndiyim bir xanımın Qəbuluna bayramlarda düşmək olur, Məktubuma bayramlarda cavab yazır, Bayramlarda ürəyimə Sevinc dolur, fərəh dolur. Bu bayramdan o bayrama Zaman axmır, zaman donur, Camalıma həzin-həzin kədər qonur. Bu bayramdan o …

Azərbaycan ədəbiyyatı

İlkin ABBAS.”Daha bir sənli yuxu”

Post Views: 96 Bizim görüşümüz imkansız, uzaq, Düyünə düşübdür bu pak eşqimiz. İndi qaranlığa çevrilib otaq, Təkcə yuxulardı görüş yerimiz. Bu gecə yuxuma gəlmişdin qonaq, Qəlbimi gözünlə naxışlayırdın. Yenə də xətrinə dəyirdim sənin, Yenə də sən məni bağışlayırdın. Baxdım gözlərinə dəqiqələrcə, Gözlərin daldırdı röyaya məni. Doqquz ay bətnində daşıyan anam, Səninçün gətirib dünyaya məni. Düşündüm …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Evim kimi qucaq yoxdu”

Post Views: 76 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Yenə tutulub göy üzü, Tutulub, yağan olub. Dəymədüşər buludlar Yaman ağlağan olub. Ağaclar payız fəslidi, Yarpaqlar sarı qız kimi. Torpağın soyuq qoynuna Yıxılır qarı qız kimi. Bir tənha külək üşüyür, Qızınmağa ocaq yoxdu… Pəncərəmi açıq qoydum, Evim kimi …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.”Xəcalətliyəm”

Post Views: 81 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vətən, nələr gəldi sənin başına, Min dərdin yazılıb, qan yaddaşına. İndiki gənclərin dovranışına, Şəhid məzarına xəcalətliyəm. Elə hey atılıb düşürlər hop hop, Söz söhbət düşəndə cox …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

Post Views: 89 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru SONU YOXDUR Zaman gələr darıxarsan, Yarpaqları tökülmüş, Payıza təslim olmuş ağacın quru Budağı kimi. Peşman olub, soluxarsan, Körpəmizin köhnəlmiş Qundağı kimi… Bir gün anlayarsan ki, Çəkdiyin əzabların, Sonu yoxdur… Ətrafında dövrə vuran, Dostlarının, insanlıqdan Donu yoxdur!! Həyatından gəlib-keçən, …

Azərbaycan ədəbiyyatı

Rəhim MEHNƏT.Yeni şeirlər

Post Views: 84 SƏNSİZLİK Fikirlərim firar edib, Həbslərdə dayanmayır. Sən olmayan sabahlarda, O da yatır, oyanmayır. Hecalarım düzülübdü, Cümlələrim süzülübdü. Əlim haqdan üzülübdü, Ocağım da qalanmayır. Sən olmayan günüm dərddir, Sənsizliyin üzü bərkdir. Ürək dəmir deyil, ətdir, Göz yaşlarım dayanmayır. Sən olanda gülər üzüm, Sevincdən parlayar gözüm. Mənə sahib çıxar özüm, Dərd qəlbimə sarmanmayır. 15.12.2015 …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 79 SƏNİ SORUŞDU Eşq adlı dünyamı, tərk edən gündən, Ruhum candan çıxıb, Haqqa qovuşdu. Qarşıma hər çıxan dost, tanış –məndən, Dərdimin çarasın, səni soruşdu. Qoşa gəzdiyimiz dağlar, yamaclar, Çiçəkli, qönçəli kollar, ağaclar, Cüt səkən sevdalı kəklik, turaclar, Qəlbimin yarasın, səni soruşdu. Mehman olduğumuz mərhəm oylaqlar, Bizə qucaq açan, xalı otlaqlar. Gözüyaşlı, ağlar, ayna …

Azərbaycan ədəbiyyatı

Xaliq MƏMMƏDOV.”Görməyəcəksən”

Post Views: 92 Gedəcəm ömürlük mən bu şəhərdən. Sən məni bir daha görməyəcəksən. Öləcəm dözməyib mən bu qəhərdən. Sən məni bir daha görməyəcəksən. Gələcək yadına düşəcəm bir yaz. Artacaq həsrətim daha da bir az. Nə qədər bu qəlbim keçməsədə vaz. Sən məni bir daha görməyəcəksən. Çalacaq həsrətim bir ilan kimi. Hər dəyqə yadına sən salan …