Post Views: 89 Bəzən susub-susub xəyala dalan! Bəzəndə çox danışıb gözləri dolan! Ürəyimdə yaşatdığım varlığım! Çox düşünə bilmirəm həyatimi! bilirəm bir gün tutacaqlar yasimi! heç vaxt ölməyəcək yaşayacaq varliğim! Zaman çox tez keçir! Dünən ən uşaq idim bu gün gənc oldum! Həyat məni sabah necə dəyişəcək bilmirəm! Bəlkə də zamanız öldürəcək! Amma heç vaxt yaşlanmayacaq …
Azərbaycan ədəbiyyatı
Günel ƏJDƏRQIZI.”Yaşın nə fərqi var ki…” (Esse)
Post Views: 100 Böyük bəstəkarımız Üzeyir Hacıbəyov “O olmasın, bu olsun” musiqili komediyasını yazmasaydı, biz indi, görəsən, neyləyərdik, ilahi?! 50-55 yaşlı qızlarla ailə quran kişiləri necə adlandırardıq?! Gözəl bəstəkarımız haradan biləydi ki, onun yaratdığı Məşədi İbad obrazı o dövrlə müqayisədə bu gün daha məşhur və aktual olacaq. Bəlkə də o, sağ olsaydı indiki Məşədi İbadları …
Hikmət Məlikzadə Şeir Esse
Post Views: 81 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü * * * Kölgəm, dünya savaşına ac adam… Sevdam, zirzəmi pilləkəni kimi uçuq. Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə. Allahım, neynim?! İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır. İndi qurbağalar oxuyur elçi daşlarının üstündə. İndi… Sən sənsən. Mən mən …
ZEYNƏB DƏRBƏNDLİ (Yeni şeirlər)
Post Views: 86 Azərbaycan Yazıçılar Birliyinin üzvü Gedəcəyik Allah, bizə özün yar ol Qıyma ürək döyünməsin. Arxalılar mənəm deyə, Qarşımızda öyünməsin. Bu dünya fani dünyadir, Hər kəs, qonağ gəlir bura. Hamı torpaqdan gəlibdir, Dönəcəyik, eyni gora.
Əlirza HƏSRƏT.”Kitabım”
Post Views: 100 Kövrəldim bu gəlişinə, Yubandın nədən,kitabım? İkimiz bir canıq elə, Sən ruh,mən bədən,kitabım. Qoy gəlsin sözə əl basan, Sevən könlü duyar asan. Bu qəribin yurd payısan, Ay mənim Vətən kitabım. Eşq nurudur sözün cəddi, Məğrurdur əyilməz qəddi. Gözəlliyə ibadətdi, Hər nazın,ədan,kitabım.
Gündüz SEVİNDİK.”Şeirlərimnən soydular…”
Post Views: 122 Gözlərim yada düşmədi, Məni içimnən soydular. Məni ürəyimnən asıb, Şeirlərimnən soydular… Daşladılar sol-sağımı, Yaxınımı, uzağımı – Kölgəmi, əl-ayağımı, Nə də “yeməkdən” doydular… Tərpəndim, gücə gəldim mən, Bilmədim necə gəldim mən… Dünyaya gecə gəldim mən – Adımı Gündüz qoydular!…
Hikmət MƏLİKZADƏ.”Kölgəm, dünya savaşına ac adam…”
Post Views: 102 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü * * * Kölgəm, dünya savaşına ac adam… Sevdam, zirzəmi pilləkəni kimi uçuq. Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə. Allahım, neynim?! İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır. İndi qurbağalar oxuyur elçi daşlarının üstündə. İndi… Sən sənsən. Mən mən …
Fidan ABBASOVA
Post Views: 93 Ömürlük həmdəmim olmayan gözəl daha başqa ömür gəzib arama sən ruhun özütək gözəldən gözəl yandırıb bağrımda ocaq qalama…. Ac qalmış ruhuna bəs deyil eşqim nəyi axdarırdın tapmadın məndə əgər aldadırdın deyə bilərdin günhakar olmuşuq biz iki bəndə…. Suallar içində qalmışam çaşıb indi zaman məndən nəyi gözləyir səbirdə inanki qalmayıb daşır içimin odunu …
Tural ADIŞİRİN (Yeni şeir)
Post Views: 137 AYB və DGTYB üzvü, Mən gördüm o qizı bir adı pünhan, Görüşə qaçırdı əlində dəftər. Bir vaxta düşmüşdü görüş, imtahan, Orda da, burda da gözləyirdilər. Müəllim, rəhm eylə çıxsa yadından, Bir az fikirləşsə, bir az macal ver, O da imtahandı, bu da imtahan, Məhəbbət fənnindən qıza sual ver. Ələ məqam düşüb, o, …
Şəhanə CƏFƏROVA.”Qoyma ağlayım!”
Post Views: 140 Qoyma ağlayım! Həyatım çox acılı! Sil göz yaşlarımı! Qoyma ağlayım! Həsrətim var, Sənsizliyim var! Acı çəkən dərdli ürəyim var! Sənsizlikdən parçalanan ürəyim var! Qoyma Sənsizlikdən ağlayım! Həyat məni hər addımda öldürür… Düşündükcə yoxsan həyatımda Bir daha gözlərim dolur… Gəl, qoyma, ağlayım! Mən də xoşbəxt olmaq istəyirəm. Mən yalnız həyatımda Səni istəyirəm! Ruhum …
Xəyalə SEVİL.”Gücüm çatmır”
Post Views: 150 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü O gətirən ümidlərin Yüzü gedər ,biri gəlməz. Günüm, ayım, ilim mənim Diri gedər, diri gəlməz. Bu dünyanın adamıyla Əyrim, düzüm düz gəlmədi. Mənim tər -təmiz hisslərim Qız getmişdi, qız gəlmədi. Vur ,yarala ürəyimi, Mən öləndə sağalaram. Tut başı …
Şafa KAMİLLİ.”Bu nədi, İlahi, dözə bilmirəm”
Post Views: 130 Bu nədi, İlahi, dözə bilmirəm , Bu qedr özüme, mən , zülm edirəm , Qarşimda bir ,duvar ,bir qaya sanki , Bu qedr ,pissemimi .,düşününürəm mən , Bilmirəm ne edim bu ağrilarla , Sadec qelbimde boyük nifret var , Qəlbimə ,biredki özü özemə , Sadece yaşmaq isdemirəm mən , Ne edim ,bilmirem …
Abdulla MƏMMƏD.”Qəribəm, yurdumda qəribəm, canım!”
Post Views: 155 QƏRİBƏM YURDUMDA, QƏRİBƏM, CANIM (“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən) Bir ovuc təsəlli, bir ovuc səbir, Bir ovuc ümid ver- çəkim başıma. Ağlıma gəlməyən, bağrımı dəlir, Haranın külünü töküm başıma ?! Yerinə düşmür heç, sözüm yerinə, Ha “İllah” edirəm- söz yerə düşür. Əyrilər ucalır düzün yerinə, Əyilə- əyilə düz yerə düşür. Yad əldə …
Qalib ŞAMXALOĞLU.”Ürək”
Post Views: 84 Nə vaxtdı baxıram yollara sənsiz , Düşmüşəm səhraya , çöllərə sənsiz . Dözə bilməyirəm illərə sənsiz , Bu qədər həsrətə dözərmi ürək ? Gündüzüm gecətək qaralanıbdır , Bu dərdli ürəyim paralanıbdır . Ürək pərdəsindən aralanıbdır , Bu qədər həsrətə dözərmi ürək ? Dərdi ürəyimə salası oldum , Kədərlə baş – başa qalası …
Nail DAĞLAROĞLU.”Sevirəm, sevirəm, sevirəm səni”
Post Views: 104 İcazə ver deyim sözün doğrusu, Qoy olum üzündən busə oğrusu. Ürəyimin bəlkə keçə ağrısı, Qulaq as sözümə incitmə məni, Sevirəm, sevirəm, sevirəm səni. Xumar baxışlara heyran olmuşam, Sənsizlikdən xəzan kimi solmuşam. Nə müddətdi mən də sənsiz qalmışam, Sənsiz çoxalıbdı saçımın dəni, Sevirəm, sevirəm, sevirəm səni. Sən eşid Naili yaxın gəl gülüm, Sənsiz …
Elnur RƏSULOĞLU.”İçində”
Post Views: 102 Gecə qonaq idin yuxuda mənə, Qapımı döyürdün qorxu içində. Bildim ki, bu sənsən duycaq ətrini, Ətirlər içində, qoxu içində. Yox oldun baxmamış gözlərinə mən, Səni tapdım düşüb izlərinə mən, Başımı qoymuşdum dizlərinə mən, Yuxuya getmişdim yuxu içində. Yuxudan oyandım, ayıldım sənsiz, Dözmədi ürəyim bayıldım sənsiz, Bir dəli, divanə sayıldım sənsiz, Hörmətdən də …
Elnur ABDİYEV.”Ömürdən”
Post Views: 158 Külək döyür,ömrümüzün yazını, Yarpaq-yarpaq günlər uçur ömürdən. Yaşayırıq Tanrı yazan yazını, Hər günümüz gün-gün köçür ömürdən. Kiçilirik böyüdükcə yaşımız, Ağır olur bəzən ömür daşımız. Dünya boyda bir qazanda aşımız, Qaynadıqca buğ-buğ içir ömürdən. Elnur Coşqun,sevgi ömrün marağı, Qəlb telini darar eşqin darağı. Həyat alıb əlinə bir orağı, Gün keçdikcə günü biçir ömürdən.
Hikmət MƏLİKZADƏ.”Ay, çöhrəsi duvaqsız”
Post Views: 89 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü * * * Ay, çöhrəsi duvaqsız, Namusu suvaqsız ləçər, Sən bildin nədi ayrılıq? …Sevgi yaralarımın qaysağını qopardana qədər pirdin mənimçün. Əlçatmaz, bakirə adamdın; İndi nəşəsi olmayan sığal kimisən. Gözlərinə de ki, bir də 30 il məhkumluq yaşamış bir kişi yeniyetmə …
Gülnarə İsrafilqızı (Esse) Səni gördüm uzaqdan
Post Views: 91 Səni gördüm uzaqdan bir nəfəs qədər uzaqdaydın. nəfəsimi çəksəm ciyərlərimə hopardın bəlkə də hava axını kimi uddum nəfəsimi ki, səni gözlərimlə sevim, sənsə az qala ürəyimi taptalayacaqdın yanımdan qızılquş kimi şığıyıb getdiyində. bənövşə boynumu büküb dəhlizdən uzaqlaşana qədər arxanca boylandım. özümü aldatdım, tənhalığımın təkliyində. yaxınlaşıb salam verə bilmədim gedişinə. yola salmağa həvəsli …
Nəcibə İLKİN.”Dözmürəm soyuqluğuna”
Post Views: 131 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının Baş redaktoru Nədəndi bu qədər soyuqsan mənə. Yoxsa eşqimizi kədərmi uddu? Dedin: «hər kəlmənlə dayaqsan mənə», Yoxsa sözlərin də sənə yad oldu? Bəlkə günahkaram, bəlkə suçunam? Düşmüşəm ömrünün sevgi payına. Mən həsrət qoxulu vüsal acınam, Nə zaman çağırsan gəlləm …
Təranə ŞƏMS, (yeni şeir) Buludam
Post Views: 88 “Elimiz.Günümüz” qəzetinin əməkdaşı, şairə, jurnalist, publisist Buludam, dolmuşam leysan tökərəm Torpağı yuyaram, sevgi əkərəm. Qəlbimdən keçəni, zilə çəkərəm. Kaş məni bir duyan, anlayan ola. Yağarsa yağışlar, daşqın qorxusu Ətrafa yayılar torpaq qoxusu, Duymaz gözəlliyi bəzən çoxusu, Uyarıb nadanı, qınayan ola. Buludlar dağılar, günəş nazlanar Səmadan, sayrışan şəfəq sallanar. Təbiət özü də, bəzən …
Qiymət MƏHƏRRƏMLİ (Yeni şeir) Getmisən
Post Views: 94 “Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru, Filologiya elmləri üzrə fəlsəfə doktoru Bəlkə xətrinə dəymişəm, Onunçün çıxıb getmisən. Həsrətini nar suyutək Qəlbimə sıxıb getmisən. Göynəyin mənə uyğunu – Aləmə bəlli duyğunu – Mənimçün kim olduğunu Başıma qaxıb getmisən. Ölsəm, gen qazı qəbrimi, Bircə gün çəkmə qəhrimi. Onsuz da dağca səbrimi Ovcuna yığıb getmisən. …
Mayisə ƏSƏDULLAQIZI (Yeni şeir) Elə səfadı ki
Post Views: 80 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru. Sevgi elə səfadı ki, Hər bir kəsi salar dərdə, Səfası nə havadı ki? Gözlərə də çəkər pərdə. Əzilmişi düz görərsən, Bədahətən söz deyərsən, Sağlığa yüz-yüz deyərsən. Yadına salarsan, dostum, Gəzdiyin bağçanı, bağı, Ovu itmiş səyyadsayağ, Sinəyə çəkilən dağı… …
Günay Həsənli (Şeirlər)
Post Views: 118 Dünya Söylə sənə neyləmişəm? Mənsiz olan, mənli dünya. Çoxlarına kef-damaqsan, Mənə niyə qəmli, dünya? Haqqımı yedizdirib, Nadanları gəl az güldür! Dəfələrlə göynətdiyin O həminki yazıq mənəm. Daha bəsdi, gəl göynətmə, Birdəfəlik öldür, öldür! Öldür məni, tezcə öldür! Öldürməsən, gözlərimdən axan yaşı Bir dərəyə, Damla-damla toplayacam. Dünya… Səni su basacaq. Diri-diri yandırırsan, Yandır …
Nicat KAMALOĞLU (Yeni şeir) Qoyma baxsın özgə göz saçlarına
Post Views: 123 Gülüm, aç saçını yandı qəlbimi, Qoyma baxsın özgə göz saçlarına. Sənin saçlarından gözəl saç varmı, Dünyanı qul eylə öz saçlarına. Gözəlsən, gözəlim, saçların gözəl, Sənsiz yazmağın yox mənaıi qəzəl. Sən təksən gözəlim yeganə, əzəl, Çatdıra bilmərəm söz saçlarına. Sevgimlə bu dövran yenə çönəcək, İnanmıram keçən zaman dönəcək. Sənin üçün yanan qəlbim sönəcək, …
Təranə TURAN RƏHİMLİ (Şeirlər)
Post Views: 153 SƏNƏ YAZMADIĞIM ŞEİR Anama Sənə yazmadığım şeir Yıxacaq içimdə məni. Öləndə ruhuma dolub Çıxacaq içimdən mənim. Boynumda haqq gedəcəyəm, Bu torpaq, daş bilməyəcək. Qoynunda sevgi tapdığım O yaz, o qış dönməyəcək. Yerə girəcək gözümdə Dost-tanışın dönük üzü. Axtaracaq məndən sonra Ruhum sənə layiq sözü. Sənə yazmadığım şeir Gizlicə enəcək qəbrə. Sən də …
“Şəfa EYVAZ.”Ehtiyac”
Post Views: 147 Mənim yuxularım qarışır, Ana! Qarışır, içindən çıxa bilmirəm. Darıxır ürəyim içimdə, Ana! Darıxır, özümü yıxa bilmirəm. Sənin əllərinin kəraməti var, Gəl, topla dağınıq ruhumu yenə. Qan verən yaramı ürəyinə sar, Bir tək ürəyini sıxa bilmirəm. Zaman tərs yellənir, ömür viranə, Dağıdıb küləklər könül evini. Ya ruhum sovrulub bir küncə yenə, Ya da …
Tural Sahab (Yeni şeir) Yenə görüşdük
Post Views: 92 Yenə görüşdük Şeirə dönən bir sevginin ilk hecasında Mənim baxışlarım, Sənin gözlərinin qarasında Ulduzlardan danışdın torpağı dinlədim Sən göy qurşağı idin Mən qarışqa Gör hardan, hara iməklədim Balaca bir uşaqdım Nağıllara inanan Ana laylasında Gül tarlasına yuvarlanan Sonra sən gəldin Nağıllar şeirə döndü O balaca uşaq O gül tarlasında öldü
Fidan Abbasova (Yeni şeir) Nədir?
Post Views: 111 Nədir həsrətini çəkdirir mənə Sanki ürəyimi , ruhumu alır Nədir hər addımla rastlaşıb sənə məni sevgisinə götürüb qatır…. Doldurur ruhumu sevgisiylə bol sarılır boynuma sanki iki qol bu çətin , enişli , yoxuşlu bir yol Məni hər gün , hər gün başdan yaradır… Duyğular , arzular, gerçəkləşincə insanlar daima bədbinləşincə fikirlər bir …
Gülnarə Sadiq (Yeni şeir) Mən anayam…
Post Views: 142 Mən Anayam! Mən Vətənəm! Gör nə qədər oğul dağı Verib mənə əzəl düşmən. Dərbəndimə yas tutmamış Borçalımı apardılar. Zəngəzura yas tutmamış, Bu həsrətə alışamamış Təbrizimi qopardılar. Bir yara var ürəyimdə, Şuşa adlı nazlı gəlin. Bir acı var ürəyimdə , Laçın adlı adlı dağlar qızı. Bu dərdim bu kədərim, Babəkimin,Koroğlumun Qeyrətinə yaman dəyib, …
İlkin Abbas ( Yeni şeir) KAŞ Kİ UŞAQ OLAYDIM…
Post Views: 240 Kaş ki uşaq olaydım, üz tutaydım nənəmə, “Nolar ay nənə mənə, nağıl danış”- deyəydim. Elə ki başlayardı, nağılı danışmağa, Danışıb bitirməmiş, mən yuxuya gedəydim. Kaş ki uşaq olaydım, məktəb vaxtı gələndə, Babam “qalx dərs vaxtıdır”, deyəydi, oyanaydım. Mətbəxdə yeyəndə biz, onla səhər yeməyi, Mən özümü dünyanın, ən xoşbəxti sanaydım… Kaş ki uşaq …
Şəfa Kamilli (Yeni şeir) Gecələr.
Post Views: 194 Kabusum ,düşmənim oldu, gecəlr . Sən yoxsan ,qatilim .oldu gecələr, Yarali qelbim kabus gecəlr , De ,görüm nə edim, kabus gecəlr . Uşuyən ruhumla tək -tənha ,qara gecələr , Qurbanin olduğum ,bilim bunu , Sənədə ,kabusd ,kədərdi ,dəhşətd , qara , gecələr . Yay günü ,qardi -borandi , Titreyen qelbime ,kozdu ,yaradi …
Hikmət Məlikzadə (Yeni şeir) Sosial peyzaj
Post Views: 86 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü *** Sosial peyzaj Saxta təbəssümlər Eşidə bilmədiyin pıçıltılar kimidi; Adama hicran verir. …Ruhun fikri göydə, özü darda. Açığı, alındakı qırışların sayı qədərdi Sürüşkən xəyallar da… …Bir də görürsən, duaların dodaqlarının arasında güvə tutub. Məyusluq canını sarır, Əllərini Allahdan aralayırsan. Kölgənsə, …
Afət VİLƏŞSOY (Yeni şeir) Sənə
Post Views: 89 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü O otaq saxlarmı dostluğumuzu? Gözümüz keçmişə dönə, ağlaya.. O kiçik kirayə otağındakı Toyda oynamırıq, sevincimiz qıt, Döndümü fələyin çarxı tərsinə? Atılıb-düşərdik, lap uşaq kimi Bir köhnə radio musiqisinə.. Bəlkə, tək bu çatmır xoşbəxt olmağa, Şirin xatirələr kövrəlir gendən. Orada bir parça …
Xəyalə Sevil (Yeni şeir) Yerə tullayıblar getdiyin yolu
Post Views: 117 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Ömrümü çəkmisən ayağım altdan, Düşmüşəm, düşmüşəm üzümün üstə. Mən sənsiz ağ günə çıxmamışam, yox, Dumandı, çökübdü gözümün üstə. Yerə tullayıblar getdiyin yolu, Axı sən gedəndə “göylə” getmişdin. Mənim həsrətini gəlin aparıb, Ağlayıb atdığım suyla getmişdin. Ulduz pəncərələr açılıb …
Günel Əjdərqızı (Esse) Şirinlik
Post Views: 94 Hardasan, ey mənim sevincli, qayğısız, həyat dolu uşaqlıq illərim….Kaş bir anlıq keçmişə qayıdıb uşaq olaydım. Dərdimi, problemlərimi unudub əziz atamın əlindən “şirinlik” payımı alaydım. Amma təəssüf ki , nə atam həyatdadır, nə də ki, zamanı geriyə qaytarmaq olur. Bir zamanlar – yəni avropaya inteqrasiya etməzdən əvvəl “şirinlik” deyəndə körpələrin üzlərində sanki gülüş, …
Şəfa VƏLİYEVA.”Sənsiz xoşbəxtəm, gülüm…”
Post Views: 95 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü sənsiz xoşbəxtəm, gülüm… güllər üzümə açır… ayrılığın əvvəli mənim sonuma qaçır… tənhadı baş hərflər sms yerlərində… səsi gələn “ölülər” axı, kimin eyninə? nəfəsin külək olub, Gəncə-Qazax yolunda… Yolda xatirəm tutub yıxılanda qolundan… neynək, işarələr kəm “Bakı-Gəncə” sözündən… sən gəldiyin …
Zeynəb Dərbəndli “Gəlir”
Post Views: 128 Azərbaycan Yazıçılar Birliyinin üzvü O qədər haqsızlıq görmüşəm ki, mən, Bezib bu dünyadan ölməyim gəlir. Azacıq tarixə düşsə də, adım, Adımı tarixdən silməyim gəlir. Bu dünya bürünüb fitnə, yalana, Az qalıb insanlıq qopa, talana. Yalandan insanam, deyən insana, Lap uşaqlar kimi gülməyim gəlir. Nə yazıq sözçü də söz deyən olub, Haqlını sındırb, …
Debüt: Mərhəmət ƏLİYEV (Şəki).”Ömrüm sənin olsun!” (Hekayə)
Post Views: 149 (Naməlum şəraitdə həlak olan bütün adsız qəhrəmanlara!!!) Yarası yüngül olmasa da ölümcül də deyildi. Yaxşı sarımışdı. Mühasirədən çətinliklə çıxsa da artıq təhlükədən uzaq idi. Ətrafa yaxşı bələd idi. Buraları ovuc içi kimi tanıyırdı. Uşaqlığı bu dağlarda, cığırlarda, meşələrdə keçmişdi… Ağır-ağır yeriyir, arabir çevrilib tüstülənən şəhərə baxırdı. Şəhər tam işğal olunana qədər döyüşmüşdü.Yaralanmış …
Abdulla MƏMMƏD.”Bu dərd- ayağı yalındı”
Post Views: 89 (“Didərgin şərqisi, qaçqın harayı” silsiləsindən) Kimə yuxu, kimə gerçək, Kimə çirkin, kimə göyçək, Kimə qanqal, kimə çiçək, Kimiyə də ağ yalandır. Bu dərd- ayağı yalandır. Bu dərd damarda oynamaz, Oynasa qanım qaynamaz… Başımıza dəyən qapaz. Gündə bir qana bulandı. Bu dərd- ayağı yalındı. Gör kim susar, kim haraylar- Dinən dilə daş qolaylar… …
Şafa KAMİLLİ. “Şübhələr …”
Post Views: 115 Yedilər bitirdilər,qəlbimi bu şübhələr, Düşnünürəm haqsızam, Yedi məni şübhələr. Yox, çox qərarsızam, Düşnünürəm nələr mən. Üzdü məni şübhələr. Heç çıxmırlar ağlımdan. Bezdirdilər, üzdülər, Ürəyimi üzdülər , Niyə belə etdilər, Qəlbimdəki şübhələr?! 28.05 2015
Təranə TURAN RƏHİMLİ.Həyatı və Yaradıcılığı
Post Views: 264 Təranə Yusif qızı Rəhimli (Turan) 20 fevral 1970-ci ildə Bakıda anadan olmuşdur. 1976-1986-cı illərdə Bakı şəhər 48 saylı orta məktəbində və Bərdə şəhər 1 saylı orta məktəbində təhsil almışdır. 1990-1995-ci illərdə ADPU-nun filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə həmin unuversitetdə laborant kimi başlamış, tələbəlik illərində “Gənc …
Şəfa VƏLİYEVA.”Yad ev” (Hekayə)
Post Views: 101 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bir gün açacağın qapın varsa, sevin, bala! O açıq qapıdan içəri girəndə üzünə üfürülən hava deyil, doğma bir nəfəsdi. Çünki, doğma evin də öz nəfəsi var. Açacağın qapını arxanda buraxma, bala! Buraxma! Babası qapını açıb içəri girdi. Elə bil …
Son üç günün imkanını qaçırmayın!
Post Views: 127 Gəncə Qarnizonu Zabitlər Evinin və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Vətən uğrunda” hərbi vətənpərvərlik mahnı müsabiqəsində səsvermənin bitməsinə son üç gün qaldı. 27 may saat 16:10-a olan məlumata görə, Rəşad İsmayıl 7165 səslə liderliyini qoruyur. Abdulla Medinov 3216 səslə ikinci, Sabir Əliyev 1983 səslə üçüncü yerdədir. …
Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kümbet” dərgisində çap olunub
Post Views: 173 Yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, …
Əziz MUĞANİ.”Şair xəyalımız özgə bir aləm”
Post Views: 141 Keçmiş xatirələr düşər yadına Bir masa önündə oturanda sən Fikirdən alışan sönməz ocağın Görünən tərəfi saçındakı dən Kaş gerçək ola hər cümlə, sətir Arzular ürəkdə yetirə barın Kədəri apara min yol uzağa Qazıya kökünü iztirabların Şerdə görüşmək sanki röyadı Gecələr yuxuma gəldiyin kimi Yuxuda əl ələ, nəfəs nəfəsə Aşkara nə deyim… Bildiyin …
Doktor Cavad Heyət Bilik Fondunda anıldı
Post Views: 118 May ayının 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin Beynəlxalq Komitəsi və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq dərgisinin təsisçisi və baş redaktoru olmuş, Türkologiyaya aid 7 cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif Universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri üzvü, …
Şəfa VƏLİYEVA.”Kirpiklərim yumulu…”
Post Views: 89 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Əlim saçlarım üstündə, Kirpiklərim yumulu… xəyalla sevinməkdən bu qız hələ yorulmur… hər gün boyuna baxır… bəxtəvərdi güzgülər… burda bir qız darıxır… dərd boyda…üzügülər… Gəncəyə yağış yağıb… deyirlər yaz leysanıdır… demirlər göy ağlayıb… payızın qisasıdır…
Rüfət AXUNDLU.”Gəlirəm”
Post Views: 116 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bir az insaf eylə, ADAM, Soruşma, hardan gəlirəm. Var olan yoxdan doğulub, Yox olan vardan gəlirəm. Harda vaxtsız yatan görsən, Çirkabına batan görsən. Alan görsən, satan görsən, Bax, elə ordan gəlirəm. Başqa bazara getmirəm, Başqa güzara getmirəm. Üzü məzara …
Nail DAĞLAROĞLU.”Dünyanın”
Post Views: 92 Yuxar qalxanın didir başını, Dəmirdən dişləri var bu dünyanın. Duyan ürəkləri dağlamaq üçün, Qızarmış neşdəri var bu dünyanın. Gönü su yumşaldar, dəmiri alov, Nalı mix saxlayar, köhləni cilov. Qanan fağır olur, qanmaz dəlisov, Beləcə işləri var bu dünyanın. Danışan dillərə salırmış düyün, Qəm-kədər içində qalırmış beyin. Naili üstünnən köçürər bir gün, Çox …
Elnur ABDİYEV.”Çor deyib vurarmı ada dam adam?”
Post Views: 84 Namərd yaratmayıb səni yaradan, Səndən yüksək varmı ad,adam,adam! Qan axır açdığın ağır yaradan, Çökür təməlindən ad,adam-adam. Bir məlhəm buyurub canana canı. Cananla ovuna can ana canı. Qanana deyirəm can, ana canı! Çor deyib vurarmı ada dam adam? Dünya bölünübdür,sudur,qurudur, Bu Kürə adanı günah qurudur. Quru oturmusan,bacar quru dur, Sən ki yaşayırsan,adada madam.
Elnur RƏSULOĞLU.”Qarışqa”
Post Views: 97 Dəyişib bir başqa olmaq istərdim, Doğula bilsəydim ikinci kərə. Zəhmətkeş qarışqa olmaq istərdim, Dünyaya gəlsəydim ikinci kərə. Tənbəl də deyiləm inanın mənə, Özümdən həmişə narazıyam mən. İç üzü açılıb insanın mənə, Qarışqa olmağa tam razıyam mən. Yayda soyuq qışa hazırlaşanda Qarışqa belində çox yük görünür. İnsan kiçiləndə, cılızlaşanda Qarışqa insandan böyük görünür.
“Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” ilə bağlı silsilə tədbirlər təşkil edilir
Post Views: 90 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” ilə bağlı silsilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biridə, Slavyan Unversitetinin Yaradıcılıq fakultəsinin tələbəsi Ülkər Piriyevanın vətənpərvərlik mövzusunda səsləndiriyi şerlərə həsr olunub…Hər …
Şafa KAMİLLİ.”Qəlbimdəki tək yaram…”
Post Views: 115 Bilmirəm niyə mən ,beləyəm axi , Nə edim özüm də hec bilmirəm , Səni yszmişam könlümə ,niyə? Bəs niyə ,yazmişam ,ağradir ,belə. Qəlbimdə ki ,yarasan, Sağalmirsan nə ,edim , Qaniyirsan ,ey mənim , Qəlbimdə ki , tək yaram , Qəlbimi ağridirsan , Könlümun ğözü, sensen , Könlümü ağrirdrsan , Könlümdəki ağrisan , …
Fidan ABBSOVA.”Asan deyil inanmaq o baxışa…”
Post Views: 127 Saxta idi baxışların eləmi? necə məni aldatmısan yamanca sandin ki sən inanıram eləmi asan deyil inanmaq o baxışa… Sən deməsən belə gözlərin deyir dodağ dinmir, əllər bilmir, üz deyir içindəki boş qədəhlər süz deyir içə bilmir o sərabı bağışla… Acı olsa fərqi yoxdur həqiqət insan üçün ən birinci ləyaqət sevgi üçün ən …
Xəyalə SEVİL.Yeni şeirlər
Post Views: 111 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Həyat bu qədər sadə… Bu küçə də Axırıncı vaqon kimi Boşaltdı adamlarını. Və bu gecə də Qaranlıq qara kəlağayını Saldı şəhərin boynuna. Yol boyu uzanan gecə işıqları Açdı gözlərini. Külək deyinə-deyinə Oyatdı yuxudan yarpaqları. Yəni, Həyat bu qədər …
Gülnarə Sadiq (Yeni şeir) Mən Anayam! Mən Vətənəm!
Post Views: 122 Mən Anayam! Mən Vətənəm! Gör nə qədər oğul dağı Verib mənə əzəl düşmən. Dərbəndimə yas tutmamış Borçalımı apardılar. Zəngəzura yas tutmamış, Bu həsrətə alışamamış Təbrizimi qopardılar. Bir yara var ürəyimdə, Şuşa adlı nazlı gəlin. Bir acı var ürəyimdə , Laçın adlı adlı dağlar qızı.
Gülnarə İsrafilqızını doğum günü münasibətilə təbrik edirik! (25 may 1981-ci il)
Post Views: 99 Gülnarə İsrafil qızı 25.05.1981-ci ildə Gədəbəy rayonunun Qarı kəndində doğulub. 2000-ci ildən respublika mətbuatında Gülnarə İSRAFİLQIZI imzası ilə şeirləri və məqalələri dərc olunur. “ Möhtəşəm Azərbaycan”, “Kaspi”, “Azad qələm” “Arqument” “İnam yolu” “Ruzigar” “Müasir həyat””Müəllimin sözü” və s. qəzetlərində, “Yurd” jurnalı” “Bir ağacın budaqları”, “Duyğulu Arazlar” və DGT Y-nin “ Ziya” antalogiyasında …
Şafa KAMİLLİ.”Gözlərin…”
Post Views: 116 Bilmirəm bu dərdli ,qəmli ömrümə , Sən hardn ,gəldin ? Qaranliq dünyama işiq gətirdin … Gözunə vuruldum ,yoxsa özünə , Bilmirəm ,özümdə ,bilə bilmirəm . Gəlişin gözlənməz, şad bir xəbər tək , Alıbdi könlumü ,qəlbim ələ, Ğözlərin ,nə deyir İlahi belə , Nə beyir bilmirəm ,belə qəlbimə, Aliblar ğözlərin ,məni, məndə, Bilmrəm …
Şəfa VƏLİYEVA.”Mən daşürəkli deyiləm!”
Post Views: 119 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü İlləri qovub gəlmişik, Əlimizdə dərd çomağı… Daşları yuva bilmişik, Daşlar da ürək qınağı… Ürək də daşa dönərmi? Bozararmı görən üzü? İnsan daşdan eşq əmərmi? Daş ağararmı dan üzü? Suallar… Daşlı suallar, Daşlayar, yaralar məni… Bu ahıl, yaşlı suallar, Didərlər, …