Post Views: 54 Qəbələ rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qəbələnin musiqi mədəniyyətinə misilsiz xidmətləri olan incəsənət xadimi, xanəndə Asim Əliyevin 75 illik yubiley mərasimi keçirilib. Yubiley tədbirində mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, YAP Qəbələ rayon təşkilatının, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nümayəndələri, incəsənət xadimləri və musiqiçilər, A.Əliyevin yaxınları və rayon …
Mədəniyyət
Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan nəşriyyatları uğurla təmsil olundu
Post Views: 81 15–19 oktyabr 2025-ci il tarixlərində Almaniyanın Frankfurt şəhərində dünyanın ən böyük nəşriyyat tədbirlərindən biri — Frankfurt Beynəlxalq Kitab Sərgisi keçirilib. Sərgi bu il də minlərlə nəşriyyat, müəllif, tərcüməçi, kitab satıcısı və mədəniyyət nümayəndələrini bir araya gətirib.Azərbaycan bu mötəbər beynəlxalq tədbirdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə geniş pavilyonla təmsil olunub. Pavilyonda ölkəmizin tanınmış yazıçı …
İstiqlalçılıq və türkçülük timsalı – Xəlil Rza Ulutürk
Post Views: 64 Azərbaycanın azadlığı və istiqlalı yolunda çarpışan, bütün həyatını, yaradıcılığını bu müqəddəs amala həsr edən Xəlil Rza Ulutürk milli poeziyamızın qranit sütunlarından biridir. O, bütün ömrü boyu ictimai-siyasi fəaliyyəti ilə xalqımızın gələcəyinə xidmət etmişdir. Dünyasını vaxtsız dəyişsə də, Xəlil Rza Ulutürk həmişə ruhumuzda yaşayan, bizimlə birlikdə sabaha addımlayan, daha obrazlı desək, bu günün …
Milli Kitabxanada Zəngilan Şəhəri Gününə həsr olunmuş sərgi açılıb
Post Views: 42 Bu gün Zəngilan Şəhəri Günüdür. Bu tarixi gün münasibətilə Milli Kitabxanada “20 Oktyabr – Zəngilan Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Zəngilan şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Zəngilana Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi, Vətən müharibəsi və …
İstanbulda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd edilir
Post Views: 53 Türkiyənin İstanbul şəhərində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə uzun illər Türkiyədə Azərbaycan mədəniyyətini tanıdan “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyi tərəfindən şairin yubileyi münasibətilə hazırlanan ikigünlük layihə çərçivəsində təşkil olunub. Layihənin ilk günü “Axı dünya fırlanır” mövzusunda keçirilən …
Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
Post Views: 43 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “Müstəqilliyimizin bərpası ən böyük nailiyyətimizdir” adlı daycest, virtual və ənənəvi kitab sərgiləri hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda Azərbaycan dövlətçiliyinin müstəqillik tarixi, qurucuları haqqında məlumatlar əks olunub. Materialda görkəmli şəxslərin müstəqillik haqqında söylədikləri dəyərli fikirlər, “Ümummilli Lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan …
Milli Kitabxanada Füzuli Şəhəri Günü ilə bağlı sərgi açılıb
Post Views: 65 Bu gün Füzuli Şəhəri Günüdür. Bu tarixi gün münasibətilə Milli Kitabxanada “17 Oktyabr – Füzuli Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Füzuli şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Füzuliyə Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi, Vətən …
Ustad tarzən, Xalq artisti Ramiz Quliyev vəfat edib
Post Views: 47 Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyev 15 oktyabr 2025-ci il tarixində, 78 yaşında vəfat edibRamiz Əyyub oğlu Quliyev 30 aprel 1947-ci ildə Ağdam şəhərində anadan olub.1960-cı ildə Ağdam şəhər 7 illik musiqi məktəbini tar ixtisası üzrə bitirib. Həmin ildən Ü.Hacıbəyli adına …
Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib
Post Views: 45 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimovun rəhbərliyi ilə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycanda səfərdədir. Oktyabrın 13-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş olub. Qonaqları salamlayan nazir Adil Kərimli Azərbaycanda …
Gənclər Kitabxanasında “Azərbaycan poeziyasında Fikrət Qoca imzası” adlı metodik vəsait hazırlanıb
Post Views: 79 Bu il Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Azərbaycan poeziyasında Fikrət Qoca imzası” adlı metodik vəsait hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan vəsaitdə Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti …
Kopenhagendə Azərbaycanın Zəfər Günü və Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunub VİDEO
Post Views: 43 Kopenhagenin “Albertslund” Mədəniyyət Mərkəzində Azərbaycanın İkinci Qarabağ müharibəsində Zəfərinin 5-ci ildönümü və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir İsveçdə yaşayan azərbaycanlı pianoçu Aynur Məlikovanın təşəbbüsü ilə baş tutub. Konsertdə 200-dən çox …
Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək
Post Views: 42 Türk dünyası ailəsinin üzvü olan Azərbaycan Respublikası ilə Türkmənistan Respublikasını qədim tarix, ortaq köklər və birgə mədəni-mənəvi dəyərlər birləşdirir. Son illər iki ölkə arasında münasibətlər sürətlə inkişaf edir, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq dərinləşir.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək.Bu münasibətlə qardaş ölkənin mədəniyyət xadimləri …
Xalq artisti Əminə Yusifqızı vəfat edib
Post Views: 104 Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Görkəmli aktrisa və bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızı 2025-ci ilin 9 oktyabr tarixində, ömrünün 89-cu ilində vəfat edib.Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. 1961-ci ildə M.F.Axundzadə adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. O, məktəbli …
“Xalq şairi Bəxtiyar Vahabzadə 100” elektron məlumat bazası yaradılıb
Post Views: 56 Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron məlumat bazası yaradılıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında bir sıra rəsmi sənədlərin tam mətni, şairin zəngin həyat və …
Türkiyədə “Suverenliyimizə qovuşduran şanlı Zəfər” adlı sərgi keçiriləcək
Post Views: 99 Türkiyədə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Suverenliyimizə qovuşduran şanlı Zəfər” adlı sərgi keçiriləcək. Tədbir ölkəmizdə elan olunmuş “Konstitusiya və Suverenlik İli”, habelə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyi münasibətilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Rəsm və Heykəllər Muzeyi ilə birgə layihəsi əsasında reallaşacaq. AZƏRTAC xəbər verir ki, sərginin Təşkilat Komitəsi nümayiş …
XI Bakı Beynəlxalq Kitab Sərgisində “Sev” romanının təqdimatı keçirilib
Post Views: 45 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, tarix elmləri namizədi, Əməkdar jurnalist Natiq Məmmədlinin yeni əsəri – “Sev” romanının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Əməkdar jurnalist və yazıçı Yunis Orucov açıb. O qeyd edib ki, roman …
“Milli qəhrəmanlarımız” layihəsi çərçivəsində növbəti videoçarx təqdim olunub
Post Views: 40 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Milli qəhrəmanlarımız” layihəsi çərçivəsində 2025-ci ildə yubileyləri olan Milli qəhrəmanlar haqqında silsilə videoçarxlar hazırlanır. MKS-dən AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin sonuncu 7-ci videoçarxı Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin şəhidlər və qəhrəmanlıq haqqında sitatları ilə başlayır. Videoçarxda Milli qəhrəmanlar Niyazi Aslanovun, …
Azərbaycan Milli Kitabxanası beynəlxalq əməkdaşlıq memorandumu imzalayıb
Post Views: 42 XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan və Türkiyə Milli kitabxanaları arasında ikitərəfli, həmçinin Milli Kitabxana, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Mərakeş Milli Kitabxanası arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb. AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitabxananın beynəlxalq əməkdaşlığı barədə məlumat …
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi TÜRKPA-nın təşkilatçılığı ilə qeyd olunub
Post Views: 48 Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) tərəfindən Yunus Əmrə İnstitutu Bakı Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının dəstəyi ilə Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə Bakı və Şəki şəhərlərində dostlarının görüşü təşkil olunub. TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın …
Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək
Post Views: 56 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək. “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş builki sərgidə hazırda iştirak üçün 22 ölkədən 61 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib. Dövlət …
Divarları danışan evlər: Şəki memarlığının sirli gözəlliyi
Post Views: 60 Bir ev yalnız daşdan qurulmur… Azərbaycanın qədim şəhərlərindən biri olan Şəki təkcə tarixi ilə deyil, ev memarlığındakı zəriflik və ağıllılıqla da seçilir. Şəki evləri, sadəcə, yaşayış məkanı deyil-onlar bir dövrün dünyagörüşünü, zövqünü və təbiətlə harmoniyasını əks etdirən taxta, daş və rənglə yazılmış hekayələrdir. İqlimə uyğun ağıllı tikinti Şəki dağətəyi zonada yerləşdiyi üçün …
HƏR BİRİNİZİ TƏQDİMATA DƏVƏT EDİRİK!
Post Views: 55 HƏR BİRİNİZİ TƏQDİMATA DƏVƏT EDİRİK! Əziz oxucular, sizi Eyvaz Zeynalovun müəllifi olduğu “Səlimin sehirli plastilinləri” kitabının təqdimat və imza gününə dəvət edirik! Qeyd edək ki, təqdimatdan dərhal sonra uşaqlar üçün mükafatlı plastilin master-klası keçiriləcək. Tarix: 4 oktyabr Saat: 13:00 Məkan: Bakı Ekspo Mərkəzi, “Nizami Gəncəvi” təqdimat zonası
Bəxtiyarşünaslığa qiymətli töhfə
Post Views: 54 Bu il görkəmli ədəbiyyatşünas-alim, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyidir. Azərbaycan Prezidenti İlham Əliyev 21 fevral 2025-ci il tarixində “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamına uyğun olaraq paytaxtda və bölgələrdə Xalq şairinin yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir. Mahmud Kaşqari adına Beynəlxalq …
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq
Post Views: 46 Azərbaycan UNESCO-nun 2025-ci il 29 sentyabr – 1 oktyabr tarixlərində Barselonada keçiriləcək Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında (MONDIACULT 2025) təmsil olunacaq. Tədbirdə ölkəmizi mədəniyyət naziri Adil Kərimli başda olmaqla Azərbaycan nümayəndə heyəti təmsil edəcək. MONDIACULT 2025 çərçivəsində sentyabrın 28-də Barselonada “Mədəniyyət əsaslı iqlim fəaliyyəti üzrə 3-cü Yüksək Səviyyəli Nazirlər Dialoqu” …
Sumqayıt Dövlət Dram Teatrı mövsümü “Ölməz” tamaşası ilə açıb
Post Views: 43 Sumqayıt Dövlət Dram Teatrı 57-ci mövsümünün açılışını yazıçı Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında səhnələşdirilən “Ölməz” monotamaşası ilə edib. AZƏRTAC xəbər verir ki, tamaşadan öncə Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmov 44 günlük Vətən müharibəsinin Azərbaycanın müstəqillik tarixində oynadığı …
Milli Kitabxanada Anım Günü ilə bağlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub
Post Views: 41 Milli Kitabxananın əməkdaşları tərəfindən “27 Sentyabr – Anım Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Anım Gününün təsis edilməsi haqda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, kitablar və məqalələr nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/27_sentyabr-Anim_Gunu/index.htm linkindən istifadə edə bilərlər. Ənənəvi sərgidə …
Azərbaycanlı bəstəkar Londonda keçirilən müsabiqədə birinci yerə layiq görülüb
Post Views: 65 Bəstəkar Lalə Cəfərova Londonda keçirilən “Golden Time Talent” müsabiqəsinə göndərdiyi simfonik orkestr üçün “Sumela” poemasına görə I yerə layiq görülərək diplom və sertifikatla təltif olunub. Bu barədə AZƏRTAC-a bəstəkarın özü məlumat verib. Lalə Cəfərova Şərq aləmində Azərbaycanın ikipərdəli balet yazan ilk qadın bəstəkarıdır. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) əvvəlcə fortepiano …
Tahir Salahovun “Təmirçilər” əsəri – neftin və təsviri sənətin qovuşduğu an VİDEO
Post Views: 106 Hər sənət əsərinin ilham qaynağı müxtəlifdir, bəzən gözlənilməz bir anda möhtəşəm ideyalar yarana bilir. “Təmirçilər” tablosu da təsadüfi hadisə nəticəsində ərsəyə gələn möhtəşəm əsərlərdəndir. Rəssam Tahir Salahov xatirələrində qeyd edib ki, neftçilərin qrup portretlərini yaratmaq üçün Neft Daşlarına yollansa da, dənizdə baş vermiş qəza onu bu fikrindən daşındırır. Rəssam kəşf etdiyi yeni …
“Tbilisoba 2025”: Tbilisidə Azərbaycan mədəniyyətinə böyük maraq
Post Views: 51 Bu gün Gürcüstan paytaxtında ənənəvi “Tbilisoba” bayramı keçirilir. AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək bayram ilə əlaqədar şəhərin mərkəzi küçə və parklarında – Rike parkı, Orbeliani meydanı, Abanotubani rayonunda Heydər Əliyev Parkının qarşısında müxtəlif pavilyon və guşələr yaradılıb. “Tbilisoba” çərçivəsində Abanotubani rayonunda Heydər Əliyev Parkının qarşısında Tbilisi şəhər Şurasının dəstəyi ilə …
Sentyabrın 18-i Milli Musiqi Günüdür
Post Views: 41 Bu gün Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü tamam olur 18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. AZƏRTAC xəbər …
Milli Kitabxanada “18 sentyabr – Milli Musiqi Günü” adlı kitab sərgisi açılıb
Post Views: 48 Milli Kitabxanada “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm linkindən istifadə edə bilərlər. Ənənəvi sərgidə Milli Kitabxananın və Mədəniyyət …
Xalq artisti Hacı Murad Yagizarovun yaratdığı obrazlar yaddaşlarda daim yaşayacaq
Post Views: 48 On ildir ki, xəstəliklə mübarizə aparırdı, çox təəssüf, biz onu itirdik. AZƏRTAC xəbər verir ki, bu sözləri Xalq artisti Hacı Murad Yagizarovun qardaşı Rəsul Yagizarov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu müddət ərzində qardaşına kifayət qədər dəstək və qayğı göstərilib: “Bu mənada, ona diqqət və qayğı göstərən hər kəsə təşəkkür edirəm”. “Xalq …
İncəsənət təhsilində fərqlənən müəllimlər “Üzeyir Hacıbəyli Mükafatı” ilə təltif olunacaq
Post Views: 45 Azərbaycan bəstəkarlıq məktəbinin banisi, görkəmli sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Bu yubiley münasibətilə incəsənət təhsilində fəaliyyət göstərən müəllimlərin əməyinin qiymətləndirilməsi və stimullaşdırılması məqsədilə yeni mükafat təsis edilib.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə layihəsi olaraq həyata keçirilən “Üzeyir Hacıbəyli Mükafatı” musiqi və …
Attestasiyanın nəticələrinə əsasən təlimlərin üçüncü mərhələsi başlanıb
Post Views: 84 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz və Mil-Muğan regionları üzrə musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyasının nəticələrinə uyğun olaraq nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) dəstəyi ilə keçirilən təlimlər davam edir.Sentyabrın 12-də təlimlərin üçüncü mərhələsinə başlanılıb. Xor-dirijorluğu, vokal, violin, klarnet, fleyta və …
Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılıb
Post Views: 107 Sentyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” adlı sərginin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxış edərək rəssamın yaradıcılığı, Azərbaycan xalça sənətinin dünyada təbliği istiqamətində uğurlu fəaliyyəti və sərginin əhəmiyyətindən danışıblar.Sərgidə yer alan unikal xalçalar indiyədək …
Bu gün görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür
Post Views: 67 Bu gün Azərbaycanın dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür. AZƏRTAC xəbər verir ki, anadan olmasının 138-ci ildönümü tamam olan Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı bu gün də öz aktuallığını qoruyub saxlayır. Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub. Atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri …
Kino tariximizdə layiqli iz qoyan görkəmli sənətkar
Post Views: 50 Kino tariximizdə iz qoyan, dərinməzmunlu yaradıcılığı ilə yaddaşlarda əbədiləşən sənətkarlarımızdan biri də tanınmış rejissor, Xalq artisti Muxtar Dadaşovdur. Muxtar Dadaşov ustad operator olmaqla yanaşı, həm də kinorejissor kimi fəaliyyət göstərib. Onun lentə aldığı sənədli filmlər tariximizin əsl kino salnaməsidir. AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti, kinorejissor, ssenarist, aktyor və operator Muxtar …
“Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihə çərçivəsində hazırlanmış eyniadlı kitab işıq üzü görüb
Post Views: 59 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin həyata keçirdiyi “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihə çərçivəsində hazırlanmış eyniadlı kitab işıq üzü görüb. İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, bu gün aktual olan Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək məqsədilə hazırlanmış kitabda XVII əsrdə yaşamış …
“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab nəşr olunub
Post Views: 60 Azərbaycan Aşıqlar Birliyində (AAB) “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihə çərçivəsində hazırlanmış eyniadlı kitab işıq üzü görüb. AAB-dən AZƏRTAC-a bildirilib ki, kitabda Qərbi Azərbaycan aşıqlarının repertuarından seçmə dastanlar yer alıb. Layihənin rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, kitabın elmi redaktoru Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru, professor …
Milli musiqi salnaməmizdə müstəsna yer tutan bənzərsiz kamança ifaçısı
Post Views: 80 Onun həzin və əsrarəngiz ifaları Azərbaycan mədəniyyətinə sanballı töhfə olub, milli musiqi salnaməsində müstəsna yer tutur. O, XIX əsrin 50-ci illərinin sonunda böyük sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan geniş dinləyici auditoriyasının məhəbbətini qazanmışdı. Habil Əliyev qısa müddət ərzində qədim Azərbaycan musiqi aləti kamançada xalq mahnılarının, muğam və təsniflərin nadir istedada malik …
Venesiya festivalında Azərbaycan kinosunun möhtəşəm təqdimatı
Post Views: 46 82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar bədii filmlər” (Out of Competition Fiction) bölməsində tanınmış azərbaycanlı rejissor Hilal Baydarovun “Boşluğa xütbə” (Sermon to the Void) filminin təqdimatı olub. Mədəniyyət Nazirliyi və Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə sentyabrın 5-də nümayiş olunan ekran əsəri mütəxəssislər və tamaşaçılar tərəfindən …
Bu gün Xalq artisti İlham Əsgərovun anım günüdür
Post Views: 43 Azərbaycan səhnəsində aktyorluq məharəti, ecazkar səsi ilə yaddaqalan obrazlar yaratmış aktyorlar çox olub. Onların sırasında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Möhsün Sənani və başqalarının adlarını qürur hissi ilə çəkə bilərik. Özünəməxsus sənəti ilə seçilənlər arasında Xalq artisti İlham Əsgərovun də öz yeri var. Onun istər klassik, …
Kiyevdə “Ukrayna məkanında Azərbaycan ruhu!” adlı sərgi açılacaq
Post Views: 51 Sentyabrın 16-dan Kiyevdə Ukraynada yaşayan və yaradıcılığı ilə tanınan soydaşımız, diaspor fəalı, tətbiqi incəsənət ustası Rəna Səfərovanın sərgisi açılacaq. Bu barədə AZƏRTAC-a məlumat verən Rəna Səfərova bildirib ki, “Ukrayna məkanında Azərbaycan ruhu!” adlanan sərgi bir ay davam edəcək. Ukrayna Milli Kitabxanasında açılacaq sərgidə Azərbaycanın milli geyimləri, atributları, musiqi alətləri və milli əsərləri nümayiş …
Bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin vəfatından 22 il ötür
Post Views: 51 Azərbaycanın nəsr tarixində tarixi roman janrı görkəmli ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əzizə Cəfərzadə qələmi ilə yenidən canlanıb. 1963-cü ildə ərsəyə gətirdiyi “Natəvan haqqında hekayələr”də Xurşidbanu Natəvanın həyatını dolğun ifadələrlə qələmə alan Xalq yazıçısı Əzizə Cəfərzadənin ədəbiyyatımızda öz yeri var. AZƏRTAC xəbər verir ki, bu gün Xalq …
Bu gün görkəmli aktyor, Xalq artisti Yaşar Nurinin doğum günüdür
Post Views: 57 Vaxtilə böyük ingilis ədibi Vilyam Şekspir bildirirdi ki, həyat bir səhnədir, bizlərsə aktyoruq, hərə öz rolunu bir şəkildə səhnədə canlandırır. Vilyam Şekspirin bu bənzətməsi ilə razılaşsaq, onu da qeyd etmək lazım gəlir ki, bəziləri bu “həyat səhnəsi”ni vaxtından əvvəl tərk edir. Elə insanlar da var ki, həyatda elə aktyor olaraq rol oynayır. …
Bülbül Vokal Məktəbi yeni tələbələrini seçib
Post Views: 59 Azərbaycanda ilk və yeganə ödənişsiz vokal təhsil ocağı olan Bülbül Vokal Məktəbi yeni tələbələrini seçib. AZƏRTAC xəbər verir ki, 2025-2026-cı tədris ili üzrə məktəbdə təhsil almaq üçün 300-dən çox namizəd müraciət edib. Namizədlərdən 47 nəfər növbəti mərhələyə buraxılıb. Dinləmə zamanı yeni tədris ili üçün 10 tələbə seçilib. Müsabiqəyə Azərbaycanın müxtəlif bölgələrindən (Gəncə, Mingəçevir, …
Bu gün böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anım günüdür
Post Views: 69 Bu gün Azərbaycanlı milyonçu, xeyriyyəçi, Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı, II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureatı Hacı Zeynalabdin Tağıyevin anım günüdür. AZƏRTAC xəbər verir ki, vəfatından 101 il ötməsinə baxmayaraq xalqımız Hacı Zeynalabdin Tağıyevin xatirəsini hər zaman əziz tutur, onu böyük hörmət və sevgi ilə …
Bu gün Xalq artisti Oqtay Zülfüqarovun anım günüdür
Post Views: 41 Görkəmli bəstəkar Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaradıb və neçə-neçə nəsil bu mahnılarla böyüyüb. AZƏRTAC xəbər verir ki, bu gün görkəmli sənətkar, Xalq artisti Oqtay Zülfüqarovun vəfatından 9 il …
İçərişəhərdə Əliağa Vahidin yaradıcılıq gecəsi keçirilib
Post Views: 45 Avqustun 29-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə dahi şair Əliağa Vahidin yaradıcılıq gecəsi keçirilib. AZƏRTAC xəbər verir ki, proqram İçərişəhərdə, Vahidin abidəsi önündə təqdim olunub. Azərbaycanın Əməkdar artisti Loğman Kərimov şairin yaradıcılığının milli poeziyamız üçün əhəmiyyətindən danışaraq, onun əsərlərinin bu gün də aktual olduğunu vurğulayıb. Aktyor, dramaturq və teleaparıcı Kamran Ağabalayev …
Bu gün görkəmli tarzən Qurban Pirimovun anım günüdür
Post Views: 48 Bu gün Xalq artisti, əfsanəvi tarzən Qurban Primovun anım günüdür. AZƏRTAC xəbər verir ki, bu gün tanınmış tarzən Qurban Pirimovun vəfatından 60 il ötür. Azərbaycan musiqisi tarixində özünəməxsus yeri olan Qurban Pirimov 1880-ci ilin oktyabr ayında Ağdamın Abdal Gülablı kəndində anadan olub. O, məşhur aşıq Valehin nəticəsidir. Q.Pirimov on beş yaşında ikən müəllimi, …
Bu gün görkəmli yazıçı Əlibala Hacızadənin anadan olmasından 90 il ötür
Post Views: 47 Kitabları hər zaman böyük tirajla çap edilən görkəmli yazıçı Əlibala Hacızadənin doğum günüdür. AZƏRTAC xəbər verir ki, ötən əsrin 60-cı illərində, durğunluq adlandırdığımız dövrdə artıq SSRİ Yazıçılar İttifaqının üzvü olan gənc yazıçı oxucular tərəfindən böyük maraqla qarşılanan bir sıra hekayə, povest və romanların müəllifi olub. Bunlar “Heykəl gülür”, “Məhəbbət olmayan evdə”, “Unutmaq olmur”… …
Bu gün dramaturq Seyfəddin Dağlının doğum günüdür
Post Views: 46 Azərbaycan ədəbiyyatını öz əsərləri ilə zənginləşdirən və ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərmiş yazıçılardan biri də nasir və dramaturq Seyfəddin Dağlı olub. AZƏRTAC xəbər verir ki, bu gün yazıçı, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Dağlının anadan olmasından 104 il ötür. Seyfəddin Dağlı ( Seyfəddin Əliağa oğlu Abbasov) 1921-ci il avqustun 27-də Azərbaycana Cəfər …
Bu gün Xalq artisti Həsən Məmmədovun anım günüdür
Post Views: 45 O, milli kinomuzda Mirzə Səfər, Dədə Qorqud, Bəxtiyar, Qəmərlinski və başqa neçə-neçə unudulmaz obrazlar yaradıb. “Böyük dayaq” filmində çəkildiyi ilk rolu – Qaraş obrazı ilə kino aktyoru kimi özünün böyük potensialı olduğunu sübut edib. Yaratdığı rolların xarakterik xüsusiyyətləri həm də həmin obrazların qəhrəmanlardan ibarət olması idi… AZƏRTAC xəbər verir ki, bu gün kino …
Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür
Post Views: 82 Fikrət Qoca yaradıcılığında milli ədəbi-bədii ənənələrdən bəhrələnərək çağdaş problemləri, qayğıları, müasir dövrü, zamanın bədii lirikasını canlandırıb. Şair, həmçinin tarixə, keçmişə, milli-mənəvi dəyərlərə, qan yaddaşının oxunmamış səhifələrinə nəzər yetirib, vətənpərvərlik və milli ruhda şeirlər, hekayələr qələmə alıb. Onun poeziyasında müqəddəs vətən torpağına sonsuz məhəbbət, vətən şəhidlərinin əziz xatirəsinə böyük ehtiram, yurdumuzun əsrarəngiz təbiət …
Mindən çox abidəyə məlumat lövhəsi quraşdırılacaq
Post Views: 52 Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix-mədəniyyət abidələrinə məlumat lövhələrinin yerləşdirilməsi ilə bağlı yeni layihənin icrasına başlayıb. Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi abidələrin mühafizəsinin gücləndirilməsi, bu sahədə ictimai maarifləndirmənin təmin olunması, insanların diqqətinin abidələrin qorunmasına yönəldilməsi, həmçinin abidələrin təbliği ilə qanunsuz müdaxilələrin vaxtında qarşısının …
Bu gün Xalq rəssamı Mikayıl Abdullayevin anım günüdür
Post Views: 49 Azərbaycan təsviri sənət tarixində elə şəxslər olub ki, onlar hansı dövrdə, hansı şəraitdə yaşamasından asılı olmayaraq, sənət ideallarını daha uzaq zamanlara hesablayaraq əsərlər yaradıblar. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı professor Mikayıl Abdullayevin yaradıcılığı bu qəbildəndir. Sənətkarın ilham mənbəyi, yaradıcılığının mayası doğma vətəni Azərbaycan, onun gözəllikləri idi. Rəssamın …
Bu gün maestro Niyazinin doğum günüdür
Post Views: 48 O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır. Bəli, maestro Niyazinin traktirovkasında milli bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Koroğlu” operası Azərbaycan musiqisinin qızıl …
Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür
Post Views: 49 Özünün yazdığı kimi, od üstündə doğulmuşdu. Ölümlər, sürgünlər, qadağalar, milli qırğınlar və milli əsarət görmüş nəslin nümayəndəsi idi Mirvarid Dilbazi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu günlərin sevinci, süqutunun kədəri, kəndlərinə qəfil erməni hücumları, Qırmızı ordunun işğalı, sinfi mübarizə adı altında həbslər, repressiya tufanı bu nəsildən də yan ötməmiş, onun zərif nümayəndəsi Mirvaridin yaddaşında …
Azərbaycanlı yazıçı Vidadi Babanlı vəfat etdi
Post Views: 96 Yazıçı Vidadi Babanlı bu gün günorta saatlarında 98 yaşında vəfat edib. Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fılologiya fakültəsində təhsil alıb. “Azərbaycan müəllimi” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, “Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi, sonra şöbə …
“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” kitabı çap olunacaq
Post Views: 61 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Aşıqlar Birliyində həyata keçirilən “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihə uğurla davam etdirilir. Rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı olan layihə çərçivəsində hazırlanan kitab çap olunması üçün artıq nəşriyyata təhvil verilib. Çap prosesinin sentyabrın əvvəllərində …