23 İyun-Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür

Nigar Xudadat qızı Rəfibəyli (23 iyun 1913Yelizavetpol – 9 iyul 1981Bakı) — azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairəsi (1981), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1967).

Həyatı

Nigar Rəfibəylinin atası Xudadat bəy Rəfibəyli

Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932–1936). Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində (1930–1932), “Azərnəşr”də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor (1931)[1], “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor (1937–1939) vəzifələrində işləmişdir. Xidmətlərinə görə “Şərəf” nişanı, orden və medallarla təltif olunmuşdur.

“Çadra” adlı ilk şeri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc edilmişdir.[2] 1934-cü ildə nəşr olunmuş ilk “Şerlər” kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. “Dolores İbarruri” (1936) şeri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. “Cəmilə” şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.

Məhsəti Gəncəvinin rübailəriniEvripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Çexovun “Vanya dayı”, “Albalı bağı” dramalarını, E. L. Voyniçin “Ovod”, O. Qonçarın “Bayraqdarlar” romanlarını, Əlişir NəvaiAleksandr PuşkinMixail LermontovTaras Şevçenko, Ş. Petöfi, A. Mitskeviç, A. Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.

1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı II Fəxri Xiyabandadır.

Rəsul Rza və Nigar Rəfibəylinin Bakıda xatirə lövhəsi (Bakı)

Mükafatları

Kitabları

Təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan kitabları

  • Şerlər (1934)
  • Dənizin səsi gəlir (1964)
  • İşıqlı dünyam (1969)
  • Günəşdən gənclik istədim (1974)
  • Həzin bir axşamda düşsən yadıma (1982)
  • Şanlı nəsillərin yadigarısan (1982)

Müharibə movzusuna və müharibə əleyhinə həsr olunan kitabları

  • Zəfər nəğməsi (1943)
  • Şerlər (1949)
  • Anaların səsi (1951)
  • Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən (1957)

Uşaqlar üçün yazdığı kitablar

  • Balaca qəhrəman (1942)
  • Günəşin cavabı (1966)
  • Məstanın balaları (1968)
  • Bizə bahar yaraşır (1978)

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir