m

Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “aybkitab” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ulu Şirvan” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Mətanət Ulu Şirvanlının “Merinin nağıllar dünyası” kitabı işıq üzü görüb.Layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Mikayıl Müşfiq Komissiyasının sədri, şair-publisist Xəyal Rzadır.
Qeyd edək ki, bundan öncə 2015-ci ildə “Mütərcim” nəşriyyatı tərəfindən “Ağ ayaqqabı” kitabı işıq üzü görmüşdü.

Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan” qəzeti