BU ACI HƏSRƏTƏ DÖZMƏLİYƏM MƏN

Ayrılıq zamanı yetib, sevgilim,
Sabah yola düşüb getməliyəm mən.
Gözlərim dolubdur artıq, sevgilim,
Bu acı həsrətə dözməliyəm mən.

Ailəm bir yanadır, sənsə bir yana,
Bağışla məcburam tək gedirəm mən.
İnşallah gələcəm doğma məkana,
İndi bu həsrətə dözməliyəm mən.

İndi son gecəmdə sən ol yanımda,
Son dəfə baxaraq gülümsə mənə.
İndi son gecədə söylə Sevirəm,
Bir daha həsrətlə gözləyərəm mən.

Mən çıxıb gedirəm əsla unutma,
Mən yoxkən gülümsə, əsla ağlama.
Ağlayıb qəlbimi əsla dağlama,
Döz bu həsrətə, dözməliyəm mən.

Sevirəm, Sevirəm, Sevirəm Səni,
Bağışla tək qoydum o kövrək qəlbi.
Səni düşünürək açıb səhəri,
Böyük bir ümidlə gedirəm əsgər.

ONSUZ DA BU CİSMİN YAŞAMAYIR Kİ

Əzab ver, acı ver düşünmə,
Bu qəlbim olubdur yaşamayır ki…
Al silahı, çək tətiyi vur məni,
Onsuz da bu cismin yaşamayır ki…

İstər ağlat məni, istərsən güldür,
Onsuz da gülüşüm duyulmayır ki…
İstər həyatımdan çıx get əbədi,
Birgəlik heç mənə yaraşmayır ki…

Düşünmə mən sənsiz nə hallardayam,
Bu mənim həyatm sənin deyil ki.
Mən indi mümkünsüz xəyallardayam,
Sənli xəyallarım gerçək deyil ki.

Yanımda olanlar heç getməzdilər,
Bəs niyə gələnlər ani gedir ki?!
Dünən sağ, solumda gördüklərim də,
Bəs indi nə üçün görünməyir ki?!