Sumqayıtın Tarixi Muzeyinin mühazirə zalında şəhərin 67-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirə 3 saylı orta məktəbin VI sinif şagirdləri qatılıblar.
Şagirdlərə Sumqayıtın yaranma tarixinin inkişaf mərhələləri və müasir dövrünü əhatə edən mühazirə oxunub, şəhərin tarixi ilə bağlı 1930-cu illərdən başlayaraq ən nadir fotoşəkillər əyani vəsait kimi təqdim olunub, Ə. Cəmilin “Təməl daşları” şeiri (Sumqayıta həsr olunmuş ilk şeir) ifa edilib.
Sonda məktəblilər Sumqayıtın tarixini özündə əks etdirən daimi ekspozisiya ilə yaxından tanış olublar. Digər tədbir isə Sumqayıt Texniki Kollecində təşkil olunub. Tədbirdə muzey əməkdaşları tərəfindən “Əfsanədən doğulmuş şəhər” adlı mühazirə oxunub.