DGTYB nəşri: “Şeir çələngi”nin II hissəsi işıq üzü görüb

sc

“Şeir çələngi”nin II hissəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Türk Dünyası gənc yazıçılarının (əsərlərindən ibarət antologiyanın nəşri və) Bakı Toplantısının keçirilməsi” layihəsi çərçivəsində respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “QHT” nəşriyyatı tərəfindən 216 səhifə həcmində, 300 tirajla işıq üzü görüb.Layihənin rəhbəri DGTYB Yönətim Kurulunun Başkan yardımcısı, gənc xanım yazar Əfsanə Bayram Ələsgərlidir.Kitabın redaktorları şair-publisist Əkbər Qoşalı və Sərdar Şirvandır.Ön sözün müəllifi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, millət vəkili dr.Cavanşir Feyziyevdir.Tərtibçilər Şəfa VƏLİYEVA, Gülnar SƏMA, Rübabə SAHİB, Sərvər KAMRANLI və Nofəl ÜMİDdir. Məsləhətçilər millət vəkili, şair-publisist, Musa URUD, Əli Kərim adına Poeziya Klubunun direktoru, AYB üzvü, Prezident təqaüdçüsü, şair İbrahim İLYASLI, “DünyaDER” başqanı (Ankara) Osman BAŞ, Türk Dünyası Gənc İlətişimçilər Birliyinin başqanı (Ankara) dr. Şəmsəddin KUZƏÇİ, “İDEL” Tatar Dövlət Gənclər Mərkəzinin direktoru (Kazan) Leysan SAFİNAdır.Rəyçilər millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru dos.dr. Hikmət BABAOĞLU, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri İbrahim YILDIRIM, İLESAM başqanı (Ankara) Mehmet Nuri PARMAKSIZ, AMEAnın aparıcı elmi işçisi, prof.dr. Güllü YOLOĞLU, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru Dəyanət OSMANLIdır.
Kitabda Türk dünyasının ünlü yazarlarının məruzələri, bədii yaradıcılıq nümunələri toplanıb.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Ədəbiyyatsevərlər və poeziya həvəskarları tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü