Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Abşeron rayon nümayəndəliyində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümünə həsr olunmuiş tədbir keçirilib.
Xırdalan şəhər Heydər Əliyev Mərkəzində baş turtan tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova iştirak edib. İcra başçısı tədbirdə çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyətini təbrik edib, xoş arzularını çatdırıb.
Tədbirdə Abşeron rayon Mədəniyyət Mərkəzinin “Musiqili Komediya Xalq Teatrı”nın aktyorlarının ifasında “Ana mən əsgər gedirəm” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Daha sonra Mədəniyyət Mərkəzinin musiqi kollektivlərinin ifasında hərbi vətənpərvərlik mövzusunda musiqi nomrələri ifa olunub.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti