İlahə BAYANDUR.Yeni şeirlər

Çıxaq gedek bu dünyadan

Yığışdır şələ-küləni
Çıxaq gedek bu dünyadan.
Dost sandım üzə güləni
Çıxaq gedek bu dünyadan.

Ya ona, ya mene verə,
Gedek geldiyimiz yere.
Bura yer deyil ay dede,
Çıxaq gedek bu dünyadan.

Doğuldum günaha batdım,
Doğrunu, eyrini qatdım,
Hansın aldım, hansın satdım.
Çıxaq gedek bu dünyadan.

Tanrı məni qul elədi
Qış günü göydən ələdi
Aha-naləyə bələdi
Çıxaq gedek bu dünyadan.

Ruhum can evime qonaq
Bu dünyanı fani sayaq
Axtarma özünə dayaq
Çıxaq gedek bu dünyadan.

Gedir fitnenin badına
Yaş yanır quru oduna
Damğa vurulur adına
Çıxaq gedek bu dünyadan.

Temiz idik, pasa batdıx
Bişmiş aşa çiyi qatdıx.
Geldik yolbaşına çatdıx
Çıxaq gedek bu dünyadan.

Hansı yaxşıdı özün seç
Al çantanı qabağa keç.
Öz kefenini özün biç
Çıxaq gedek bu dünyadan.

İlahenin gözü yaşlı
Bextinin yolları daşlı
İncidim emelli-başlı
Çıxaq gedek bu dünyadan.

Nerdesin?

Bu dünyaya gelişimiz göz yaşıdı-haykırtı,
Son menzilin son nidası-hıçkırtı.
Baştan-başa sırr kokuyan masal dolu –pıçıltı,
Gözü yolda ayrılarsam, dünya malım, nerdesin?

Beni-Adem evladının ne ilki, ne sonusan,
Doğulanda lüt-üryandın, indi süslü, donlusan.
Yaşıl ağac misallısan, beherlisen, barlısan,
Mumyalanan Tutanxaman cah-celalı, nerdesin?

Sıkmaz seni gözel dünya , sabr eleyib, yetirsen,
Taş yürekli insanları hakk yoluna getirsen.
Günbezleri bir andaca yeksan olub, bilesin,
Çar Nemrutun tahtı-tacı, kül kalesi, nerdesin?

Leyakata, adalete mekan olsa yüregin,
Mutlakdır ki, son makamda çiçek açar dilegin.
Yüzü güzel, kalbi hain, taş yürekli melegin
Aişenin temtarağı, dil hatası, nerdesin?

Çarklarına sevgi hörmüş, zaman geçer, fırlanar,
Tiranlardır gelip-gedir, yattaşlarda saklanar.
Gah seviler, gah sineler lanet ile dağlanar,
Vefasızdı geçer, gider, öter zaman, nerdesin?