Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi 4 aylıq “Bölgələrdən səslər-3” layihəsinin yekunu olaraq “Bölgələrdən səslər-3” çap edilib.Qeyd edək ki, DGTYB indiyə kimi “Bölgələrdən səslər” toplusunun iki cildini nəşr edərək ictimaiyyətə təqdim edib. Toplunun birinci cildi 2012-ci, ikinci cildi isə 2014-cü ildə işıq üzü görüb. Azərbaycanın müxtəlif bölgələrində yazıb-yaradan və perspektiv vəd edən gənclərin ədəbi örnəklərini əhatə edən toplunun hər iki cildi ədəbi mühitdə maraqla qarşılanıb.

YARADICI HEYƏT

Layihə rəhbəri (və baş redaktor):Əkbər QOŞALI;

Tərtibçilər: Şəfa VƏLİ (Gəncə), Tural ADIŞİRİN (Şəki), Əfsanə ƏLƏSGƏRLİ, Nofəl ÜMİD;

Redaktorlar: Azər HƏSRƏT (əməkdar jurnalist), Sərdar ŞİRVAN;

Məsləhətçilər: Rəşad MƏCİD (şair-publisist, “525-ci qəzet”in baş redaktoru), XƏZANGÜL

(şair, AYB Gəncə filialının başqanı), dos.dr. Şəmil SADİQ (yazıçı-publisist);

Rəyçilər: İbrahim İLYASLI (şair, Əli Kərim ad. Poeziya Klubunun direktoru (Sumqayıt)),

Müşfiq XAN (yazıçı-publisist), İlham İSMİXANOĞLU (şair-publisist)

Mənbə: http://www.faktor.az