1902788_614529541965133_896121757_n

* * *

Sabah çərşənbə günüdü…
Sizə qonaq getməliyəm.
Muradıma yetməliyəm.
Saatıma baxa-baxa
Bir az gözdən itməliyəm.

Sabah çərşənbə günüdü…
Görüşünə gəlməliyəm.
Gülüşünü görməliyəm.
Sənli olan bu dünyada
Bir az deyib-gülməliyəm.

* * *

Ömrün ötən günlərindən,
danışdıqmı görəsən?
Sözdən inciyib küsəndə,
barışdıqmı görəsən?
danışdıqmı görəsən?

Bu gün də tale hökmünə,
qarışdıqmı görəsən?
Aydan, ulduzdan da səni,
soruşduqmu görəsən?
danışdıqmı görəsən?

* * *

Son dəfə səni görəndən,
Gözümdə kədər dayandı.
Dünyanın hər bir yerində,
Könlüm könlünə həyandı.

Bir vurursa iki ürək,
Deyib-gülməlisən gərək.
Tapa bilərsənmi görək,
Mənim bu kövrək qəlbimdə,
Hansı duyğular oyandı?!