Kənan AYDINOĞLU.Qəzəllər (2007-ci il)

1902788_614529541965133_896121757_n

Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

* * *

İncə gözlərdən axan yaşları sən tökmə, gözəl,
Sənə yaraşıq olan incə beli bükmə, gözəl.

Mil-Muğan düzdən əgər küçsə neçə cavan,
Ürbəndi başdan atıb onlara sən baxma, gözəl.

Ehtiyac duysan sığal çəkib şanə tellərinə,
Şəfəq saçan gözünə sürmə filan çəkmə,gözəl.

Sənə könül verən oğlan gəlməsə ilk görüşə,
Gözlərin yolda qalıb sən iztirab çəkmə,gözəl.

Canını eşq oduna yandırıb,yaxma heç də,
Sənə yaraşıq olan incə beli bükmə,gözəl.
Sentyabr,2007.

* * *

Ruhu tanrıdan alıb insanın qidası muğam,*
Dərdləri bölüşməyin ən asan çarası muğam.

Bircə tar, bircə kaman səs salaraq tez yayılır,
Füzuli məskəninin gah ağı,qarası muğam.

Neçə il arxasında ürək dolu səslənməyən,
Qarabağ qızlarının könlünün yarası muğam.

Onu dinlədikcə bax,min sınıq qəlbə yol tapır,
Çənlibeldə yurd salan Koroğlu narası muğam.

Sarı bülbül, sona bülbül deyərək tez yayılır,
Bu ana torpağımın ən şirin balası muğam.
Sentyabr,2007

*Bu şeir ilk dəfə olaraq İctimai Radioda yayımlanan “Muğam albomu” verlişində səslənmişdir.