Noyabrın 16-da «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə bir sıra idarə, müəssisə və təşkilatların komandaları arasında Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Xəmsə” bilik yarışması keçirilmişdir.
“Azərikimya” İB-nin də təmsil olunduğu və Birliyin akt zalında keçirilən yarışlara Karbamid zavodunun, Bakı Ali Neft Məktəbinin, Sumqayıt Dövlət Universitetinin, MDU-nun Bakı filialının, YAP Sumqayıt şəhər təşkilatının, FHN-nin Sumqayıt Regional Mərkəzinin, “N” saylı hərbi hissənin, Respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, təhsil şöbəsinin, Sumqayıt Gənclər evinin, Mərkəzləşdirilmiş Kitabxanalar sisteminin, Asan xidmətin və digər müəssisələrin komandaları da daxil olmaqla 20 komanda qoşulmuşdur.
Bilik yarışması bütün komandaların xüsusi fəallığı, münsiflər heyətinin, o cümlədən “Xəmsə” yarışları üzrə mütəxəssislərin ciddi nəzarəti altında keçirilmişdir. Ənənəvi olaraq üç seçim və bir final mərhələsindən ibarət olmaqla dörd saata qədər davam edən yarışmada yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən “Asan Xidmət”in komandası birinci, Respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin və Bakı Ali Neft Məktəbinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar.
Qalib komandalara «Azərikimya» İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunmuşdur.
Həmçinin dördüncü yerdə qərarlaşan “N” saylı hərbi hissənin komandası həvəsləndirici mükafata layiq görülmüş, Sumqayıt Dövlət Universitetinin komandası isə bilik yarışında fəal iştirak etdiyinə və 4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib gəldiyinə görə mükafatlandırılmışdır.

Qeyd: Yüksək idarəçilik nümayiş etdirdiklərinə görə Sabir Əsgərova, Seymur, Salamova, Teymur Salamova, Vüqar Ağayevə minnətdarlığımızı bildiririk.
Həmçinin Cəmilə Fəyyaza xüsusi təşəkkürlər.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti