Xalq şairi Osman SARIVƏLLİ.”Bircə zərrəm də bəsdir…”

Yad ellərə düşəndə
qəriblik boğur məni…
Əyilməyə, sınmağa
qoymayır qürur məni…

İstər dən kimi üyüt,
un kimi yoğur məni,
İstər lap qovurğa tək
bir sacda qovur məni.

İstər tonqal qalayın,
siz məni atmaq üçün.
Bircə zərrəm də bəsdir
məni tanıtmaq üçün.

1976.