Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində Qazax ədəbiyyatının görkəmli nümayəndəsi, Qazaxıstan Yazıçılar Birliyinin sədri, Qazaxıstan Dövlət Mükafatı laureatı Uluqbəy Esdövlətin “Uluqbəy küçəsi” adlı yeni kitabı işıq üzü görüb. Müəllif dəfələrlə Bakıda olmuş, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin şeirləri Azərbaycan türkcəsindən qazax dilinə uyğunlaşdırıb.

Qeyd edək ki, layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzadır.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.