Tanınmış yazıçı Seyran Səxavətin “Kenquru” adlı povest və hekayələr toplusu işıq üzü görüb

Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, şair, nasir, tərcüməçi Seyran Səxavətin Xalq yazıçısı
Yusif Səmədoğlunun əziz xatirəsinə həsr olunmuş “Kenquru” adlı povest və hekayələr toplusu işıq üzü görüb.

Qeyd edək ki, layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzadır.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.