Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

SƏNSƏN

Ay mənim qismətim, ay mənim payım,
Sənsiz bu dünyanı neyləyirəm mən.
İşıqlı səhərim, Günəşim, Ayım,
Qəlbimdən keçəni söyləyirəm mən.

Sənsən bağ-bağçanın yar-yaraşığı,
Səninlə necə də bəxtiyaram mən,
Sənsən gözlərimin nuru, işığı,
Səndən şəfəqlənən bir baharam mən.

Sən mənə xoşbəxtlik, sevinc vermisən,
Könül sarayımın sultanı sənsən.
Qurbanın olaram əgər istəsən,
Göylərin, yerlərin xoş nəğməsisən.

Yerlərin göylərin bir mələyisən.,
Sənsən çiçəklərin, güllərin təri,
Necə də gözəlsən ey nazlı süsən,
Sənsən gözəllərin ay bəxtəvəri.

Nəğmələr qoşuram hər zaman sənə,
Sənin eşqin ilə qanadlanıram,
Heyranam o gözəl , göyçək hüsnünə,
İlhamı hər zaman səndən alıram.

SÖYLƏ

Günəş iftar açıb, Ay oruc tutub,
Yuxumu danışım, qulaq as bir az,
Demə yollar, izlər bizi unudub,
Bizsiz gülərmi heç, söylə bahar, yaz.

Ay başımın tacı, gözümün nuru,
Bəxt yazan səni də yazıbdır mənə.
Sevgimiz təmizdi, eşqimiz duru,
Dərd, kədər qalama yanan qəlbimə.

Saçlarım nə vaxdır sığal görməyir,
Fikrim, xəyalım da, ruhum da sənsən,
Ayrılıq nə vaxtdır qəddimi əyir,
Səpmə saçlarıma vaxt, vədəsiz dən.

Susuz balıq kimi çırpınır ürək,
Dur gəl, bal eşqimin sən pətəyi ol,
Ah-nalə götürmür müqəddəs fələk,
Könlümün ən şirin bir istəyi ol.

Sənsiz öz köksünü ötürür bu yaz,
Yollara baxıram mən səhər , axşam,
Mənim tər bənövşəm, gəl eyləmə naz,
Sənsiz qanadları qırılmış quşam,

Ruhumu göylərdən qaytar geriyə,
Qoyma Əziz Musa qalsın avara,
Qoyma ayaq açıb, dərd, qəm yeriyə,
Dur gəl, qapımızı açaq bahara.