KitabxanalarUlu öndər xatirələrdə”

adlı videoçarx hazırladı

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Ucar rayon Mərkəzi Kitabxanası ilə birğə layihə əsasında Azərbaycan xalqının ümummilli lideri, dahi siyasətçi Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş videoçarx hazırladı. “Heydər Əliyev – milli sərvətimizdir” sözlər videoçarxin devizi olmuşdur.

Qeyd olunmalıdır ki, Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

Videoçarxda qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Burada Ümummilli liderin keçdiyi həyat yolu qısa şəkildə işıqlandırılır: Azərbaycan KP MK-nın birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və SSRİ-nin rəhbərlərindən biri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti.

Daha sonra vurğulanır ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Ümummilli lider Heydər Əliyev milli ideyanın yaranması, xalqa çatdırılması istiqamətində xalqımıza çox böyük, əhəmiyyətli elmi-nəzəri bir irs ərməğan etmişdir. Həmin irs üzərində bu gün müstəqil Azərbaycan dövləti sürətlə inkişaf etməkdədir. Ulu öndərin bizə qoyduğu bu irsin öyrənilməsi və tədqiqi baxımından son illərdə çox böyük işlər görülmüş, nailiyyətlər əldə edilmişdir. Ölməz öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlətin ideya prinsipləri yalnız bugünkü Azərbaycan üçün deyil, gələcəkdə də ölkəmizin inkişafı üçün başlıca mənbə rolunu oynayacaqdır. 

Videoçarxda Ulu öndərin məşhur sözləri, nitqlərindən fraqmentlər, maraqlı və tarixi fotoşəkillər, onun haqqında yazılan bir neçə kitabın fotoşəkilləri də əks olunmuşdur.

Videoçarxı https://www.youtube.com/watch?v=8wJeufV90rE

linkdə izləmək olar.