This image has an empty alt attribute; its file name is 62343206_702250623526083_4229520764732178432_o.jpg

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Bənövşəli bağlar nigaran qalıb,
Lalənin bağrın yar, qanı tökülsün.
Nərgizin gözündə şeh damcılanıb,
Əyil öp, qızılgül sevinsin , gülsün.

Yanır pərvanənin qanadı odda,
Mən də bir dəliyəm Məcnundan betər,
İnad çəpərini sən özün adda,
Nazını çəkməyə bu ömrüm yetər,

Gəl isit qəlbimi, öz nəfəsinlə,
Yoxdu səndən özgə başqa bir kimim,
Ruhuma sığal çək, incə səsinlə,
Sənsiz ay camallım, mən necə dinim.

Göylərin üzünü buludlar alıb,
Sevgimə həyan ol, ruhuma qanad,
Taleyim eşqindən asılı qalıb,
Günəş tək nur çilə, qoy gülsün həyat.

İlk addım atmaq da ağrdı, ağır,
Çox həsrət çəkmişəm illər boyunca.
Gəlmirsən nə olar, onda sən çağır,
Gəlim görüşünə mən qaça-qaça.