Author: Delphi7

  • Rahilə DÖVRAN.”Bir insan ömrünə nələr sığarmış”

    rahileanam

    BİR İNSAN ÖMRÜNƏ NƏLƏR SIĞARMIŞ…
    Proloq

    Nə zamandır düşünürəm dərin-dərin,
    Dərdləşirəm mən gecələr əqlim ilə.
    Yaratmaqçün dastanını mən Öndərin,
    Toplayıram dürr-incilər gilə-gilə.

    Mən bir qorxmaz əsgəriyəm həqiqətin,
    Yazdıqlarım ümmandakı bir damladır.
    Söz, sənət də fövqündədir məhəbbətin,
    Mənim gecəm, həm gündüzüm ilhamladır.

    Ümümmilli liderimə olan sevgi,
    İnanıram çağlayacaq qələmimdən.
    Hər qafiyəm, hər bir hecam nizə,süngü,
    Söz qılıncdır,düşməyəcək heç əlimdən.

    Ötsə də çox əbədiyyət səfərindən,
    Ölməzdir O,sıramızda bizimlədir.
    Məst olmuşam müstəqillik zəfərindən,
    Ulu Öndər aramızda, bizimlədir.

    Şəfəqləri al günəşdir doğma elə,
    Azadlığın, hürrüyyətin şöləsidir.
    Qəhrəmanlıq nəğməsidir düşüb dilə,
    Ataların, babaların haqq səsidir.

    Koroğlutək sinəsində dəli nərə,
    Düşüncəsi nə savaşdır, nə də qandır.
    Millətimin dərdlərinə məlhəm, çarə,
    Ümidləri qərq eyləyən bir ümmandır.

    Cəsarəti nuş eylədi udum-udum,
    Qalib oldu cahangirlər meydanında.
    Müstəqillik… Azad ölkəm… Güclü ordum…
    Oxa döndü zəmanənin kamanında.

    İdeyası istiqlalın rəmzi olub,
    Adı zəfər bayrağıdır dalğalanır.
    Heydər eşqi, Haqq sədası qəlbə dolub,
    Günü-gündən məşəl kimi alovlanır.

    Belə ömrün hər zərrəsi bir günəşdir,
    Qaranlığa, zülmətlərə qatı düşmən.
    O, qəlblərdə yaşayan eşq, nur, atəşdir,
    Hara getdim ancaq bunu eşitdim mən.

    Şah əsəri azad, yeni Azərbaycan,
    Xoşbəxt-xoşbəxt gülümsəyir baxanlara.
    Düşmənlərə qənim olan şimsək, tufan
    Yollar açır zəfərlərlə xoş anlara.

    HEYDƏR ƏLİYEV MUZEYİNDƏ

    Xəyallarım bələdçitək yol göstərir,
    Dayanmışam muzeyində Öndərimin.
    Göz önündən xatirələr keçir bir-bir,
    Axan yaşın əzizlərəm gözlərimin.

    Söz açılıb həyatının hər anından,
    Ona bağlı sənət, foto, lal əşyalar.
    Ötmək olmur həyacansız yanlarından,
    Hər birində gizli hikmət ,gizli əsrar…

    Çevirirəm zəmanənin illərini,
    Təsbeh kimi düzüm-düzüm cərgələnib.
    Ümman olub mən içirəm sellərini,
    Qara saça qırov düşüb, qar ələnib.

    Min doqquz yüz iyirmi üçün may ayında,
    Böyük Tanrı əta etdi bir körpəni.
    Ay sevindi kəhkəşanlar sarayında,
    Nur şəfəqə boyanmışdı beşik,nənni.

    Böyüdü O, İzzət ana qucağında,
    Atəş aldı Əlirza kürəsindən.
    Poladlaşdı ömrünün lap gənc çağında,
    Tük ürpəndi qoç Koroğlu nərəsindən.

    Dayanmışam nəhəng rəsmin önündə mən,
    Zaman donub, xəyal coşur, silkələnir.
    Kiçik Heydər süzür bizi çərçivədən,
    Baxışından qəlbə həzin nur çilənir.

    Eksponat, hər nə varsa bir dastandır,
    Səhifələnən ömründən varaq-varaq.
    Tər-təmizdir, ləkəsizdir, gülüstandır,
    Uşaq kimi təəccüblə baxır maraq.

    Bu insanla necə qürur duymayasan?
    Hər bir anı vətən üçün qəhrəmanlıq.
    Necə öpüb göz üstünə qoymayasan?!
    Qılıncını saxlamayıb bircə anlıq.

    Baxıram mən Onun qiymət cədvəlinə,
    Qardaş kimi qucaqlaşıb, baxır beşlər.
    Baş əyirəm cəfakeşlik heykəlinə,
    Köhnəlməyən xatirələr, təzəcə-tər.

    Hərbi mundir sıxır enli sinəsini,
    Çox yaraşır cüssəsinə bu şux geyim.
    Yeni-yeni qurur şöhrət binasını,
    Hünər dolu xidmətlərin hansın deyim?…

    Zərli-zərli, ulduzludur paqonları,
    Qamətinə biçilibdir sanki Haqqdan.
    Əzəməti titrədəcək nadanları,
    Vətn üçün qurban deyib canı çoxdan.

    Düymələri cərgələnən əsgər kimi,
    Ordenləri qəhrəmanlıq mayağıdır.
    Həyəcanım bir romantik əsər kimi,
    Düşüncələr ilhamımın bulağıdır.

    Cəngavərdir təltifləri,medalları,
    Hər birinin ayrıca bir dastanı var.
    Sıldırımlı,sərt qayalı o yolların,
    Yaddaşına həkk olunmuş çox anı var.

    Kəmənd atıb ram eylədi O,zirvəni,
    Qartal kimi uçrumlardan süzüb keçdi.
    Şəfəqiylə aydınlatdı duman, çəni,
    Neçə-neçə zirehləri dəlib keçdi.

    * * *

    Dalıb fikir dünyasına, xəyal gedir o çağlara,
    Sovet dövrü… Ağır zaman… İnləyirdi Azərbaycan…
    Odlar yurdu tapdaq idi həm qırmızı, həm ağlara,
    Kommunistə, ateistə, qan qoxuyan alçaqlara.

    Varidatım bəxşiş kimi paylanmışdı sağa-sola,
    Yem olmuşduq ağzı qanlı çaqqallara, quzğunlara.
    Talanmışdı nemətlərim, dikilmişdi gözlər yola,
    Sürünürdüm ilan kimi, özüm qartal ola-ola.

    Bu bağrı qan, viran olmuş yurda oldun sahib duran,
    Öz xalqına, millətinə arxa oldun, dayaq oldun.
    Ulu öndər, Baş Komandan, alqışladı səni zaman,
    Varlığınla fəxr eylədi, hey öyündü qoça Turan.

    Al günəştək yayılanda zərrin-zərrin şəfəqlərin,
    Həyat verdi hərarətin buz bağlamış ölkəmizə.
    Nurlandırdın vətənimin səmasını, üfüqlərin,
    Qamaşdırdın ğözlərini düşmənlərin, rəqiblərin.

    Ümman kimi boy göstərdin tüğyan eden nəhənglərə,
    Hər dəqiqən, hər saniyən xalqın üçün, vətən üçün.
    Qəhrəmanlıq nəğməsidir boyük adin al səhərə,
    Yatmış vulkan, fırtınadır, zəlzələdir zəhmin,gücün.

    * * *

    Canlı bir şahiddir foto, sənədlər,
    Dövrün, zamanənin aynası kimi.
    Yurdun həm gecəsi.gündüzü zəhər,
    Rəhbərlər xalqına bir asi kimi.

    Naşı siyasətdən pəjmürdə vətən,
    Qartal caynağında qanlı ov kimi.
    Hər rayon, bölgədə boran, duman çən,
    Bürüyub olkəni qar, qırov kimi.

    Vətən səmasında parlaq Günəştək,
    Can verdi çiçəyə,gülünə birdən.
    Əldə misri qılınc hücum çəkərək,
    Heydər qisas aldı fələk, qədərdən.

    İntibah yol açdı Azərbaycana,
    Keçici bayraqlar ard-arda gəldi.
    Dönüb örnək olduq bütün cahana,
    Vətənin şöhrəti, adı yüksəldi.

    İttifaq hörmətlə baş əydi Ona,
    Mərkəzi Komitə Ondan danışdı.
    Odlar ölkəsinin mətin oğluna,
    “Siyasi Büro da dostdu, qardaşdı.”

    * * *

    Heydər dönür ittifaqda əfsanəyə,
    Moskvanın gözündə o,bir incidir.
    Zəfərlərə mahnı, nəğmə deyə-deyə,
    Neçə ildir Azərbaycan birincidir.

    Mərkəzdəki rəhbərləri ovsunladı.
    O,dünyanı valeh etdi hünəriylə.
    Nə etdisə bunuVətən borcu saydı,
    Qürur duydu Ulu millət Heydəriylə.

    Çox ciddiydi “Böyük qardaş” nəzarəti,
    Amma Heydər bu sədləri yıxdı, aşdı.
    Onun böyük siyasətdə məharəti,
    Kəhkəşana, ümmanlara ayaq açdı.

    O qaytardı sahibinə doğma dili,
    Ad verərək alqışladı Dədə Qorqud.
    O, Xaqani, O, Nizami, O, Füzuli,
    Fəxr eylədi: Öndəriylə bu ulu yurd.

    Hey içdikcə onun zəka bulağından,
    Süslənirdi böyük sovet, rus dövləti.
    Nur alırdı parlaq idrak çırağından,
    Mayak idi ər Öndərin güc-qüvvəti.

    Tanınmayan bir ölkəni məşhur etdi,
    Dünya duydu Azərbaycan,Bakı adın.
    Susuz,şoran səhralarda güllər bitdi,
    Xoşbəxt etdi bu diyarın hər övladın.

  • Ərşad NİHAD.”HEYDƏR BABANIN”

    Ershad Nihad

    şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

    Ulu öndər, Ümummilli lider Heydər Əliyevə

    Qəlbi Vətən eşqiylə
    Dolu – Heydər babanın.
    Bizik indi qanadı,
    Qolu – Heydər babanın.

    Bir fəxarət yoludur,
    Şan-şərafət yoludur,
    Haqq-ədalət yoludur
    Yolu – Heydər babanın.

    Xoş müjdə, xoş niyyətdir,
    Sözü əbədiyyətdir,
    Özü əbədiyyətdir,
    Ulu Heydər babanın.

  • Kamran MURQUZOV.”Heydər Əliyev-Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin hamisi”

    10730926_708473925888118_1815156677351752954_n

    Dünyanın müxtəlif ölkələrində yaşayan və bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan şəxslər, xüsusilə də yazarların böyük bir qisminin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunması, ədəbiyyata göstərilən qayğı kimi qəbul olunur.Hətta bəzən dövlət başçılarının özləri belə bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olurlar. Məsələn, Osmanlı dövlətinin başçısı Sultan Süleyman Qanuni dövləti idarə etməklə yanaşı, həm də vaxt və imkan daxilində könül duyğularını varağa köçürməyə də müəssər olmuşdu.Bəzi dövlət başçıları isə rəhbərlik etdiyi ölkədə bədii yaradıcılıq fəaliyyət ilə məşğul olan şəxslərə-yazarlara diqqət və qayğı göstərməkdən məmnunluq hissi duyur.Mədəniyyət və incəsənət xadimlərinin fəxri adlara və təqaüdlərə layiq görülməsi dövlət tərəfindən uğurla gerçəkləşdirilən daxili siyasətin tərkib hissəsidir.
    Doxsanıncı illərin əvvəllərində öz müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişaf səviyyəsinə görə dünyanın ən inkişaf etmiş ölkələri sırasında özünəməxsus yer tutan müasir və gənc dövlətlərdən hesab olunur.Gündən-günə qloballaşan dünyada baş verən hadisələr deyilənləri bir daha sübut edir. Müasir standartlara cavab verən və mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində baş verən ən son yeniliklərlə ictimaiyyət nümayəndələrini yaxından tanış edən media təmsilçiləri dövrümüzdə informasiya mübadiləsi aparmaqla, mədəniyyət və incəsənət xadimlərini təbliğ etmiş olmuş olurlar.
    Çağdaş dönəmdə öz müstəqilliyini qoruyub, saxlayan dövlətimiz Azərbaycan keçən əsrin 90-cı illərinin sonlarına qədər gərginlik şəraitində şərəfli bir ömür yolu keçmişdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi xadim Heydər Əliyev hətta sovet hakimiyyətinin ən çətin günlərində belə dünya mədəniyyətinə, incəsənətinə Müslüm Maqomayev, Polad Bülbüloğlu kimi daha çox xalq ruhunda mahnı ifa edən və milyonların rəğbətini qazanan korifey sənətkarları, Fikrət Əmirov, Qara Qarayev kimi dahi Azərbaycan bəstəkarları, Məmməd Araz, Cabir Novruz, Xəlik Rza ULUTÜRK kimi ədəbiyyat aləmində daha çox əsərləri oxunan şairlər yetişdirmiş Ulu bir xalqın-AZƏRBAYCANIN istedadlı övladlarının fəaliyyətini böyük məmnunluq və fəxr hissi ilə izləmiş, diqqət və qayğısını əsirgəməmişdir.Xalq şairi, Əməkdar mədəniyyət işçisi, tərcüməçi-şairə Mirvarid Dilbazini “Əsrimizin anası” adlnadırmaqla, qucaqlayıb, bağrına basması ən gözəl nümunə kimi qeyd oluna bilər. Məmməd Araz, Cabir Novruz, Xəlik Rza ULUTÜRK kimi istedadlı şairlərin geniş və zəngin yaradıcılıq yolu keçməklə, ədəbiyyatımızın inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikasının “Xalq şairi” fəxri adlarına layiq görməsi ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə göstərdiyi diqqət və qayğının təzahür forması kimi qəbul olunmalıdır.
    Ümummilli lider, ulu öndər Heydər Əliyevin 1997-ci ilin noyabr ayının 24də imzaladığı “Azərbaycan yazıçılarına dövlət qayğısının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yazıçılara-ədəbiyyat xadimlərinə göstərilən diqqət və qayğı bir az genişləndi.Fərmana uyğun olaraq, Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları dövlət büdcəsinin hesabına nəşr olunmağa başlandı, fərdi təqaüdlər müəyyən olundu.
    1998-ci ilin fevral ayının 19-da Azərbaycan Yazıçılar Birliyinin X qurulyatında gözəl və səlis nitqi ilə çıxış edən ümummilli lider, ictimai-siyasi Heydər Əliyev Azərbaycan yazıçılarının uğurlarından ürəkdolusu danışdı. Azərbaycan Yazıçılar Birliyinin qərarı ilə, Azərbaycan yazıçılarını dövlət qayğısı ilə əhatə edən Heydər Əliyev Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq, Azərbaycan Yazıçılar Birliyinin Fəxri üzvü seçildi.
    Dövlət müstəqilliyimizin bərpasının 13-cü ili tamam olmamışdan öncə-2004-cü ilin yanvar ayının 12-də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən imazalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncama uyğun olaraq, Azərbaycan ədəbiyyatının ən qədim dövrlərindən ən yeni dövrünə qədər yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan söz sənətkarlarımızın-şair və yazıçılarımızın əsərləri kütləvi tirajla-25000 çap olunmaqla, respublikada fəaliyyət göstərən müxtəlif ali təhsil müəssələrinin və orta məktəblərin kitabxanalarına hədiyyə edildi.
    Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı cənab İlham Əliyevin 12 iyul 2005-ci il tarixli “Azərbaycan Yazıçılar Birliyi üzvlərinin təltif edilməsi haqqında” sərəncama uyğun olaraq, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, Nəriman Həsənzadə, Zəlimxan Yaqub və Sabir Rüstəmxalı Azərbaycan Respublikasının “Xalq şairi”, Çingiz Abdullayev isə Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adına layiq görüldülər.
    Çağdaş Azərbaycan ədəbiyyatının ideya-məzmun, forma-sənətkarlıq baxımından inkişafındakı xidmətlərinə görə, görkəmli söz sənətkarlarımızın-Xalq şairi və Xalq yazıçılarımızın da həmçinin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, “Şərəf”, və “Şöhrət” ordenləri ilə təltif olunmaları, Azərbaycan Respublikası Prezidnetinin Təqaüd Fondunun fərdi təqaüdünə layiq görülmələri cənab Predient İlham Əliyev tərəfindən yubilyarlara göndərilən təbrik məktubları (Məsələn, cari ilin fevral ayında Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 85 illik yubileyində göndərməsi), əsərlərinin kütləvi tirajla çap olunması əsası və bünövrəsi Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, ictimai-siyasi xadim Heydər Əliyev tərəfindən qoyulan söz sənətkarlarına-şair və yazıçılarımıza göstərilən dövlət qayğısının davamı kimi xarakterizə olunmalıdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü
    Bakı şəhəri.11 oktyabr 2016-cı il.

  • Kənan AYDINOĞLU.”Heydər Əliyev-“Müasir Azərbaycan” əsərinin müəllifi”

    1902788_614529541965133_896121757_n

    Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, ictimai-siyasi xadim Heydər Əliyev öz xalqına, millətinə, dövlətinə bütün varlığı ilə bağlı olan və dünya liderlərinə nümunə olacaq tarixi şəxsiyyətlər içərisində həyatı və geniş fəaliyyəti öyrənilməsi və təbliğ olunması vacib olan dövlət başçısıdır.Yeni bir möhtəşəm və əsrarəngiz bir əsərin- “Müasir Azərbaycan” əsərinin müəllifidir.Rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində qısa zaman kəsiyində ölkənin iqtisadi və siyasi baxımdan tərəqqisi və inkişafı üçün yorulmaq bilmədən çalışması, dünyanın müxtəlif ölkələrinin dövlət başçıları tərəfindən bu humanist addımların rəğbətlə qarşılanması uğurlu daxili və xarici siyasətin əsas konsepsiyası kimi xarakterizə olunmalıdır.Mənsub olduğu xalqın zəngin adət-ənənəsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi haqqında geniş biliklərə malik olması ümummilli lider Heydər Əliyevin Azərbaycana bütün varlığı ilə bağlı olduğunu göstərən növbəti faktor kimi diqqəti cəlb edir.
    Ümumiyyətlə, ulu öndər Heydər Əliyev müəllifi olduğu Müasir müstəqil Azərbaycanın dünya miqyasında tanınması və düzgün təbliğ olunması məsələsini həmişə ön plana çəkmiş, hətta sovet hakimiyyəti illərində belə dünyanın müxtəlif ölkələrinə rəsmi səfəri zamanı keçirilən tədbirlərdə və iclaslarda dünya xəritəsində Azərbaycanı-Ana yurdumuzu dünya ictimaiyyətinin və media təmsilçilərinin nəzərinə çatdırmışdır.Vətəndaş cəmiyyətinin inkişafı üçün böyük əhəmiyyət kəsb edən məsələlət ətrafında fikir mübadiləsi aparmış, müzakirələrdə iştirak etmiş, ölkənin tərəqqisi və çiçəklənməsi naminə böyük işlər görmüşdür.Ən qısa zaman kəsiyində Azərbaycanın iqtisadi və siyasi baxımından inkişaf etdirilməsini təmin etmişdir.Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, dünyanın ən inkişaf etmiş ölkərinin sırasında adının hallanmasına nail olmuşdur.Rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət dünya mediasının diqqət mərkənizdə saxladığı ən ümdə məsələlərdən biri olmuşdur.
    Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycan çağdaş dönəmdə öz iqtisadi inkişaf səviyyəsinə görə məhz ümummilli lider Heydər Əliyevə borcludur.Mənsub olduğu milləti ilə daima qürur və fəxarət hissi keçirən ulu öndər Heydər Əliyevin illər öncə söylədiyi fikir hər bir azərbaycanlının yaddaşına həkk olunub:
    “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir.Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”.
    2013-cü ilin may ayının 10-da ulu öndərin anadan olmasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin və Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevə olan sonsuz sevgi və sayqısının, hörmət və ehtiramının, diqqət və qayğısının bariz nümunəsidir.
    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığında ümummilli lider Heydər Əliyevin mənsub olduğu xalqa-Azərbaycan xalqına olan sonsuz sevgi və ehtiramı fəxr və qürur hissi ilə qeyd olunur.Ən yeni dövr Azərbaycan ədəbiyyatının ikinci-sonuncu mərhələsində Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Odayın “Sən ulu öndərisən bu xalqın, bu millətin” şeirini və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, şairə-publisist Rahilə Dövranın “Bir insan ömrünə nələr sığarmış” poemasını deyilənlərə ən bariz nümunə kimi göstərmək olar.Sadalana bədii yaradıcılıq nümunələrinin hər biri çağdaş Azərbaycan ədəbiyyatının uğurları kimi də qeyd etmək daha doğru olardı.
    Təbii ki, çağdaş dönəmdə yetişməkdə olan yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin də bədii yaradıcılıq fəaliyyətlərində ümummilli liderə olan sonsuz sevgi və ehtiramlarını yüksək sənətkarlıqla əks etdirməyə müəssər olmuşdular.
    Müstəqil müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpasının 25 illik yubileyinə həsr olunmuş “Azərbaycanın” şeirini nümunə göstərmək olar:

    Ruhuma dopdoğma duyğular kimi,
    Sevinir Xəzəri Azərbaycanın.
    İslam dünyasında sülh tərəfdarı,
    Tanınır səfəri Azərbaycanın.

    Günü başlayasan Haqqın sözündən,
    Aləm yaradasan, dünya, özündən.
    Şükürlər olsun ki, yenə gözündən,
    Dağılır kədəri Azərbaycanın.

    Yenə dilə gəldi könlümün simi,
    Dar günə düşəndə çağırım kimi?!
    Gözümün önündə qapılar kimi,
    Açılır səhəri Azərbaycanın.

    Danışma sən mənə o Şah Qacardan,
    Könlümü oxşayan bu ilk bahardan.
    Bu doğma torpaqdan, doğma diyardan,
    Duyuolur zəfəri Azərbaycanın.

    Mən hələ Gəncədən söhbət açmıram,
    Sözümü ortada qoyub, qaçmıram.
    Süleyman mülkündən hələ köçmürəm,
    Gözəldi gülləri Azərbaycanın.

    Dünyanın yolunu Haqqa döndərin,
    Sevgidən bir pay da mənə göndərin.
    Çiçəklər ölkəsi-ULU ÖNDƏRİN,-
    Möhtəşəm əsəri-Azərbaycanın.

    Haqqın vergisinə Haqq kimi baxan,
    Dağılmış evlərdə min büsat quran.
    Elə arxalanan, elə inanan,
    Yaşasın RƏHBƏRİ Azərbaycanın.

    Sadalanan bu uğurlar isə ən yeni dövr Azərbaycan ədəbiyyatının ikinci-sonuncu mərhələsində yeni bir ideyanın (Azərbaycançılıq ideologiyasının və ideyasının) forma və məzmun, ideya və sənətkarlıq baxımından inkişafına təkan verdiyini göstərən əsas amillərdən biri kimi həm dünya ictimaiyyətini, həm media təmsilçilərini, həm də ədəbiyyatşünas alimlərin diqqətini cəlb etməyə bilmir.

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
    Bakı şəhəri.10 oktyabr 2016-cı il

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    OYANDIR RUHUMU

    Ayrılıq min ildir qol-qanad gərib,
    Qara kölgəsini üstümə sərib,
    Orda sən qəribsən, burda mən qərib,
    Təbrizim, Dərbəndim, Borçalım, Şuşam.

    Dolaş addım-addım ulu vətəni,
    Dağıt üzərindən dumanı, çəni,
    Tarixi axtaran oxusun məni,
    Yurdun özülündə qranit daşam.

    Varmı bu dünyada bizə tay, Dədə,
    Kimlərə verildi bu yurd pay, Dədə,
    Qəzəblən, səsimə hay ver, hay, Dədə,
    Qoyma bu yollarda büdrəyəm, çaşam.

    İnanmaq, aldanmaq qismətimizmiş,
    İllərcə uyuyan qeyrətimizmiş,
    Təkcə oyaq qalan həsrətimizmiş,
    O da fayda verməz yüz il çalışam.

    Vətən gözümüzdə dağ idi, itdi,
    Səbr kasamız da tükəndi, bitdi,
    Nə fərqi, sən verdin, mən verdim, getdi,
    Mən bu itkilərlə çətin barışam.

    Oyandır ruhumu tanrım, amandır,
    Yatmaq ölümdən də mənə yamandır,
    Bu gün gözlədiyim həmin zamandır,
    Gərək önümdəki dağları aşam.

    BU YOLUN

    Elə tutdu gözəlliyi gözümü,
    Ürəyimdə hay qoparmış bu yolun.
    Sinəsində saxlamadı izimi,
    Təməli buz, üzü qarmış bu yolun.

    Ümidlrim əl oldular, yaxa mən,
    O mənzildən əl götürdüm daha mən,
    Qırovlandı saçlarımda duman, çən,
    Hər addımı intizarmış bu yolun.

    A Müzəffər, arzuların ilk bahar,
    Həsrətini ürəyinə yığ, apar…
    Düşünürdüm, bir əbədi gediş var,
    Nə biləydim sonu varmış bu yolun.

  • Abdula MƏMMƏD.Yeni şeirlər

    am

    ƏNİ ƏVVƏLKİ TƏK SEVƏ BİLMİRƏM

    Yenə ərşə çəkir yuxumu sevgi,
    Gecə-gözlərimdə gülümsər üzün.
    Dərdi at oynadan didərgin kimi
    Sənli xəyalımda gülümsər üzün.

    Yuxumu qaçıran sənli fikirlər
    Ahıma qoşulub, ərşə çəkilir.
    Dincliyi qaçıran sənli fikirlə
    Gözlərim sübhədək yola dikilir.

    Gündüz yol çəkməkdən bezdirir ,məni
    Səni xəyallarda oxşayan gözüm.
    Məni məndən alıb-gəzdirir məni
    Sırğa tək qulaqda yaşayan sözün.

    Səni ağlayıram varağın üstə,
    Səni yaşatdığım misralar qədər.
    Dərdəm-özüm boyda, ayağım üstə,
    Hicranam-içimi göynədir qədər.

    Qədər məni qovur,mən də yuxumu,
    Qara buludlar tək qaralır qanım.
    Tutub silkələyir həsrət yaxamı,
    Gözümün kökündə saralır canım.

    Yolur saçlarını ürəyimdə qəm,
    Həsrətin əlində nəbzim tərs vurur…
    Səni əvvəlki tək sevə bilmirəm,
    Dərdimə göz yuman gözümün nuru.

    Getdiyin yollara yağan yağışlar,
    Yağır yaddaşıma yad daşı kimi.
    Bir gün geri dönsən dalğın baxışla,
    Məni görəcəksən baş daşı kimi.

    SƏN MƏNİM YOLUMU GÖZLƏYƏCƏKSƏN!

    Hər axşam qoşulub tənha qüssənə.
    Qəlbində qəmini közləyəcəksən.
    Elə od qoyacaq intizar sənə,
    Bu odu hamıdan gizləyəcəksən,
    Sən mənim yolumu gözləyəcəksən.

    Gündüzlər qəlbində yaşaran ümid.
    Gecələr yuxunu ərşə çəkəcək.
    Donacaq gözündə yaşaran ümid,
    Qəmli baxışın da hey yol çəkəcək,
    Sən mənim yolumu gözləyəcəksən.

    Gözünün odunu alacaq yollar,
    Yenə düyünlənib baxışlarına.
    Bu yollar həsrəti gözünə yollar…
    Düşərək xatirə yağışlarına,
    Sən mənim yolumu gözləyəcəksən.

    Mənə qalan olsa-gözün qalacaq-
    Sevinci,kədəri yaradan baxış.
    Sənin o günlərdə gözün qalacaq,
    Gözündən gələcək yar atan baxış,
    Sən mənim yolumu gözləyəcəksən.

    Nə qədər gec deyil-bir daşın,düşün,
    Nə qədər düşməyib işlər düyünə.
    Belə at oynatma,atından düşüb
    Üz tutub qarşıdan gələn hər günə,
    Sən mənim yolumu gözləyəcəksən!

    Azərbaycan.Quba.
    1985-ci il.

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    Mətləb verib

    Həmişə qayğımla, diqqətimlə mən,
    Oqədər üzləri güldürdüm qağa.
    Öz bəxtim üzümə gülmədi , heyif,
    Hissimi içimdə öldürdüm qağa.

    Könlüm meyl etmədi bərə, bəzəyə,
    Ömrümün bəzəyi adım sanımdı.
    Tənə vurmadım mən sınmış ürəyə,
    Halalıq, dürüstlük tək ünvanımdır.

    Kimin cibi dərin, aglı dayazsa,
    Bəyənməz ağıldan güc alanları.
    Allah el içində uca saxladı,
    Halal zəhmətiylə ucalanları.

    Dünyanı dərk edib duyandan bəri,
    Gözümə yolları göründü qəmin.
    Ah çəkdim yerindən tərpətdim yeri,
    Pislər dörd tərəfin tutub aləmin.

    Alnımın yazısı alın tərimdi,
    Əlimin qabarı , fərəhim mənim.
    Çoxu sevincindən sığmır dünyaya,
    Sevinc göz yaşlarım bəh-bəhim mənim.

    Tək bircə gümanım təbimə gəlir,
    Şükür ki, Allahım mənə təb verib.
    Hər yazı yazanda ruhum dincəlir,
    Ay Polad, hərəyə bir mətləb verib.

    22.11.2016.

    Güvənir

    Məni alıb gedir bu düşüncələr,
    Tamahkar yalmanır, yala güvənir.
    Axtara-axtara itirdim nələr,
    O qədər adam var , mala güvənir.

    Daşı mum edərəm,daş da olaram,
    Yaşı qurudaram, yaş da olaram,
    Başsız da qalaram, baş da olaram,
    Mən yara, mənə də bala güvənir.

    Sevginin ləzzətin dadın görmüşəm,
    Ömrümün doğmasın yadın görmüşəm,
    Kişi hünərində qadın görmüşəm,
    Elə papaqlı var şala güvənir.

    Göynəyə-göynəyəközə sığındım,
    Sözə arxalandım, sözə sığındım,
    Əyriyə dikəldim, düzə sığındım,
    Heyif ki, çoxları fala güvənir.

    Gözümü oxşayan xal şirin olur,
    Hər güldə çiçəkdə bal şirin olur,
    Sinədə dəyməmiş kal şirin olur,
    Polad nar bağında kala güvənir.

    29.06.2015.

    Necə deyim

    Kiminsə səhvinə, bəd əməlinə,
    Göz yumub qəlbimə döz necə deyim?
    Uymayıb dünyanın gəlhagəlinə,
    Haqqa qul olana söz necə deyim?

    Verie misql-misqal alır bir ətək,
    Yanan tapılmırsa, halına tək-tək,
    Kəsirsə yolunu düzün daş kəsək,
    Külə od, tüstüyə köz necə deyim.

    Nə ağıl kəsmirsə, nə qəlb yanmırsa,
    Yaxşını bilmirsə, pisi anmırsa,
    Əyrin görmürsə, düzü qanmırsa,
    Qanmaza hər işi çöz necə deyim?

    Mənim söz dünyama, söz mülkümə gəl,
    Ləli cəvahiri gəzirəm əl-əl.
    Əsli çirkin qızı edərsə, gözəl,
    Atlasa, qumaşa bez necə deyim?

    Kimi baş girləyir baş qata-qata,
    Kimi də söz tutur, söz ata-ata,
    Kiməsə, gözündən gəlirsə xəta,
    Sonra mən o gözə göz necə deyim?

    Ömrüm haqq işiçün keçdi savaşda,
    Qardaş atsa daşı, günah yox daşda,
    Nadan alimdən durursa, başda,
    Polada səbr elə, döz necə deyim?

    15.08.2015.

    Gəlir

    Allah özün qoru bizi,
    Arvad ərə kələk gəlir.
    Pərdələnib, cildə girib,
    Tutub üzə ələk gəlir.

    Sönmüş ocaq alışanda,
    Ağ qaraya qarışanda,
    Haqsız haqdan danışanda,
    Ağzımdan lap ürək gəlir.

    Ümid gəlir güman altdan,
    Ay boylanır duman altdan,
    Su yeridir saman altdan,
    Elə bil ki, mələk gəlir.

    Əzməmişəm bir kimsəni,
    Əzə bilməz heç kim məni,
    Haqqı uca tutub, yəni,
    Kişi gəlsə də tək gəlir.

    Vay o gündən ki, mərd sına,
    Namərdi sən onda qına,
    Qohum qardaş qarşısına,
    Polad əldə çörək gəlir.

    30.05.2014.

  • Azərbaycan Dövlət Aqrar Universiteti “Ulu öndər Heydər Əliyevin anım günü” nü qeyd edib

    Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları Aqrar iqtisadiyyat və Aqrobiznes və idarəetmə fakültələrinin tələbə müəllimləri ilə birgə “Ulu öndər Heydər Əliyevin anım günü” nü qeyd edib. Tədbir Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla başlayıb.
    Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, tədbirdə universitetin rektoru, professor, AMEA-nın müxbir İbrahim Cəfərov çıxış edib və bildirib ki, Ümumilli lider H.Əliyev bəşəriyyətin yetişdirdiyi dahi şəxsiyyətlərdən biridir ki, o da bizim xalqa qismət olub və onun taleyinə yazılıb. Heydər Əliyevi zirvələrə qaldıran, onu Ulu öndər səviyyəsinə yüksəldən daim öz xalqına arxalanması və onun yanında olması idi. 34 illik hakimiyyəti dövründə o Azərbaycanı bütün dünyaya tanıtdı, onun yüksək sosial – iqtisadi, mədəni və siyasi inkişafına nail oldu.
    İctimai elmlər və multikulturalizm kafedrasının müdiri professor A.Bayramov çıxışında Ulu öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövrünə nəzər saldı, Azərbaycanı geridə qalan aqrar ölkədən ittifaqın ən qabaqcıl aqrar sənaye ölkəsinə çevirməyindən danışdı. Ümumilli lider Heydər Əliyev həmişə Azərbaycan xalqının çətin anlarında bütün ağırlığı öz çiyinlərinə götürüb və xalqını ən ağır bəlalardan xilas edib, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi tarixə yazılıb. Bu gün isə Heydər Əliyev kursunu rəhbər tutan prezident İlham ƏliyevAzərbaycanın bütün dünyada tanıdılması və onun beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində mühüm işlər görür.
    Daha sonra çıxış edən İctimai elmlər və multikulturalizm kafedrasının müəllimi S.Abdullayeva, menecment ixtisası üzrə IV kurs tələbəsi G.İbrahimova, qida məhsulların mühəndisliyi ixtisası üzrə II kurs tələbəsi E.Əzizov, iqtisadiyyat ixtisası üzrə I kurs tələbəsi G.Seyidova ümumilli lider Heydər Əliyevin keçdiyi həyat yolu və zəngin fəaliyyəti haqqında ətraflı danışıblar.

  • ŞAGIRDLƏRIM SEVƏ-SEVƏ YAZDIĞIM ƏSƏRLƏRIMDIR

    Sədayə Əliağa qızı Həmidova 1962-ci ildə Siyəzən rayonunda anadan olub. 1979-cu ildə Siyəzən rayon 1 nömrəli orta məktəbi bitirib. 1981-ci ildə indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə daxil olmuş, 1985-ci ildə bitirmişdir. Pedaqoji fəaliyyətinə Siyəzən payon Böyük Həmyə kənd məktəbində ibtidai sinif müəllimi kimi başlamışdır. Daha sonra Siyəzən rayon 8-illik məktəbdə və rayonun Gənclik qəsəbəsindəki 4 nömrəli orta məktəbdə ibtıdai sinif müəllimi, sonra isə ibtidai siniflər üzrə direktor müavini işləmişdir. Ailə vəziyyəti ilə əlaqədar olaraq fəaliyyətini Sumqayıt şəhərindəki 13 nömrəli orta məktəbdə davam etdirmişdir. 2003-2004-cü illər ərzində Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə ibtıdai siniflər üzrə direktor müavini işləmişdir. Hazırda həmin məktəbdə ibtıdai sinif müəllimi işləyir. Ailəlidir, iki övladi var. Hər insan canlı bir kitaba bənzəyir. İnsan ömrünün səhifələrini vərəqlədikcə sanki arzular qatarının ümidlərə, üfüqlərə, gerçəklərə doğru yürüşünü seyr edirsən. Gah sevincli, gah kədərli olan bu yürüşlər hansi səmtə yol almağından asılı olmayaraq bir nöqtəyə doğru irəliləyir. Xoşbəxtlik nöqtəsi insan üçün əlçatmaz olsa belə, o anlarla, hadisərlə, yaşam tərzi ilə xoşbəxt olmağı bacarır. Elə təcrübəsi, xeyirxah əməlləri, səmimiliyi, təvazökarlığı ilə seçilən, orta məktəbdə və müxtəlif ali məktəblərdə təhsil alan şagirdlərinin, onların valideynlərinin, həmkarlarının hörmət etdiyi, sevdiyi Sədayə Həmidova kimi. Hər insan haqqında ilk təəssürat müəyyən fikirləri ifadə edir. Hər dəfə dəhlizdə sinfinin şagirdlərini cərgəyə düzüb evə yola salan Sədayə müəllimənin gözlərindəki işığı gördükdə ilk müəllimimi xatırlayıram. Bu işıq sözün həqiqi mənasında sönməz, istı bir çırağa, övladlarının yoluna şəfəq saçan günəşə bənzəyir. Bu mənzərəni seyr etdikcə fikirləşırəm, xoşbəxtdir o uşaqlar ki, Sədayə müllimənin qayğısı, sevgısı ılə böyüyürlər, bilik adlı xəzinəni mənimsəyirlər. Məncə elə budur ilk müəllimin unudulmazlığı, müqəddəsliyi… “Bilik tükənməz xəzinədir, o xəzinənin açarı isə soruşub öyrənməkdir. Soruşun, öyrənin, Tanrı rəhmət etsin sizə, çünki soruşanda 4 adama savab düşür: soruşana, öyrədənə, dinləyənə, bunları sevənə.” Məhəmməd Peyğəmbər (s.ə.s) Bu rəhməti, savabı qazanmaq hələ orta məktəbdə oxuyarkən filoloq olmaq arzusunda olan Sədayə Həmidovaya Tanrı tərəfindən bəxş edıldi, illər keçdikcə müqəddəs müəllimlik peşəsi onun ömrünün mənasına çevrıldı. Cəmiyyətimizın qurucularının bünövrəsi möhkəm olmalıdır, çünki cəmiyyətdə yaşamaq və yaşatmaq əsası məhz bu fidanların pöhrələnməsindən, torpağa, vətənə bağlılığından başlanır. Əbəs yerə deməyiblər ki, ibtidai sinif şagirdləri bir çox xüsusiyyətləri ilə ilk müəllimlərinə bənzəyirlər. Sədayə müəllimənin şagirdləri vətənpərvərlikləri, müstəqil fikir yürütmələri, şüurlu və sürətli oxumaları, yaradıcılıq qabiliyyətləri, ən əsası isə səmimilikləri ilə ona bənzəməyə çalişirlar. 3-cü sinfə daxil olduqda oradakı uşaqların ayrı-ayrı ailələrdən gəldiyini hiss etmirsən. Müəllimin daxili gözəlliyi, ədalətli münasibəti, həssaslığı, pedaqoji məharəti, hər işdə ölçü hissini gözləməsi olduqca gözəl surətdə sinifdə öz nəticəsini vermişdi. Sədayə müəllimə dərslərin tədrisi haqqında olduqca maraqlı və dolğun məlumat verdi: “Müasir təlimin başlıca vəzifələrindən biri öyrənməyi öyrətmək, şagirdləri biliklərin müstəqil əldə edilməsinə yiyələndırməkdir. Təlim prosesində motivasiyanin yaradılması, sinifdə fəallığın artırılması, məzmununun hərtərəfli aşılanması və şagirdlərdə müasir dünyagorüşünün formalaşmasında kurikulumun rolu danılmazdır. Əvvəlki təlim metodlarıyla işləyərkən müəllim hər şeyi özü hazırlayırdı, indi əksinə, şagirdlər görülən işlərin ən yaxşı tərtibçisi olur. Əvvəlki proqramlardan fərqlənən Kurikulumun üstün cəhətlərindən biri də ondan ibarətdir ki, məhz müəllim şagirdlərin fikirlərini daha geniş ifadə etməsi üçün sinifdəki şagirdlərin ümumi fikrindən sonra yekun nəticəyə gəlməli, hər bir şagirdin bacarığını aşkar etməklə yüksək, texnoloji, rəqabətli dünyaya hazır olan şəxsiyyət formalaşdırmağı bacarmalıdır. Sinif müllimi kimi onu da qeyd etmək istəyirəm ki, kurikulum əyani vəsaitlər vasitəsilə daha tez mənimsənilir. Belə ki, tablolar üzərində düşüncələr şagirdlərdə düşünmək qabiliyyətini, təfəkkürü ən yaxşı formada inkişaf etdirir. Bu zaman hər şagirdin özünəməxsus fikri və düşüncəsi yaranır, müəllim onların bilik və bacarıqlarını asanlıqla kəşf edir.” Şəhərimizdəki təhsil ocaqlarındakı sinif otaqlarının tərtibatı həmişə diqqətimi çəkib. Nədənsə sinflər əsaslı təmiri, gözoxşayan pərdələrlə deyıl, əyani vəsaitlərlə, daha dəqiq desəm, düzgün tərtıbatı ilə hər zaman məni valeh edib. Sədayə müəllimənin sinfinin gözəl tərtibatını təəccüblə, heyranlıqla seyr etməmək mümkün deyıl. Mən sinif otağındaki skafların üzərindəki qeyri-adi əl işlərinə, divardakı əyani vəsaitlərə, xüsusi yaradiciliq qabiliyyəti ilə düzəldilmiş qalaktikaya, planetləri əks etdirən maqnit lövhələrə, həftənin, ayın və ilin əlaçı şagirdlərinin şəkillərini əks etdirən lövhələrə, əlaçı şagirdlərin bir-birinə bənzəməyən nişanlarına, idmanda, rəqsdə, müxtəlif tədbirlərdə müvəfəqiyyət qazanan şagirdlərin mükafatlarına baxdıqca müsahibim olan Sədayə müəllimə ilə, onun işlədiyi təhsil ocağı ilə qürur duydum. Təvazökarlıq edib deməsə də, öyrəndim ki, özünün, hətta ailə üzvlərinin zəhməti, əl əməyi ilə araya-ərsəyə gəlib bu sinif otağı. Təkrarçılığı sevməyən Sədayə müəllimə hər zaman yenilik axtarışındadır. Tərtib etdiyi, hər gün yenilənən testlər, əyani vəsaitlər, müasir dərsə verilən əsas tələblərdən biri olan fəndaxili və fənlərarası inteqrasiyanin rəngarəngliyi, şagirdlərə fərdi yanaşma tərzi, valideynlərin maarifləndirilməsi onun işinin əsasına çevrılıb. Həyatda əldə etdiyi naliyyətlərə görə Sədayə Həmidova 9 övlad tərbiyə etmış valideynlərinə – atası Əliağa Yaqubova, anası Nurcahan xanıma, müəllimlərinə, işlədiyi məktəbin direktoru Xanım Həsənovaya minnətdarlığını bildirir, həyat yoldaşı Rüstəm Həmidovla birgə tərbiyə etdiyi övladları Azərbaycan Neft Akademıyasını bıtırən oğlu Ramiz Həmidovun, Azərbaycan Dövlət Dillər Universitetinin avropaşünaslıq fakültəsini bitirən, hazırda Təhsil Nazirliyində çalışan qızı Nərmin Həsənovanın, şirin-şəkər nəvəsi Nəzrinin, şagirdlərinin timsalında xalqının bütün övladlarına sağlamlıq, xoşbəxtlik arzulayır. “Şagirdlərim sevə-sevə yazdığım əsərlərimdır, məni yaşadan, stimul verən, sabaha səsləyən uğur mələkləridir”, – deyir Sədayə müəllimə. Arzu edirəm bu mələklər Sədayə müəllməyə daim xoş müjdələr versinlər, onun mənalı ömrünə ömür qatsınlar.

    Nisə Qədirova,
    şairə-publisist,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

  • Əliağa KÜRÇAYLI.Şeirlər

    eks

    YADİNA DÜŞÜRƏMMİ?

    Qaldı arxada artıq ömrün xöşbəxt illəri,
    İndi mənim əlimə dəyməz sənin əllərin.
    Söylə hərdən əsəndə soyuq payız yelləri,
    Dağılanda üzünə o pərişan tellərin,
    Deyirsənmi olaydıq eşqin gənclik yazında?
    Heç olmasa xəyalın dumanlı aynasında
    Səninlə bir anlığa gəlıb görüşürəmmi?
    Yadına düşürəmmi?

    Səadət fürsətini qaçırtdıq sən də, mən də,
    Onu köhlən at kimi salmalıydıq kəməndə,
    Hərdən sevda yolunu azıb dumanda, çəndə,
    Sənə ümid verəcək bir işıq görməyəndə
    Bələdçi olurammı cığırlar arasında?
    Heç olmasa xəyalın dumanlı aynasında
    Səninlə bir anlığa gəlıb görüşürəmmi?
    Yadına düşürəmmi?

    Gəl indi xatırlayaq bütün olanları biz,
    Özümüz yazmalıykən hökmü biz, qərarı biz,
    Taleyin əllərinə verdik ixtiyarı biz,
    Günah kimdədir görən? Mən bilmirəm! Barı biz
    Bir nişanə qoymadıq xatirə dünyasında.
    Heç olmasa xəyalın dumanlı aynasında
    Səninlə bir anlığa gəlib görüşürəmmi?
    Yadına düşürəmmi?

    ƏBƏDİYYƏT

    Mən sənin nəğmənin əks sədası,
    Könlünün tükənməz arzularıyam.
    Qışında- bir ilıq payız havası,
    Yayında- bir sərin quzey qarıyam.

    Gecə zülmətində, qaranlığında
    Qəfildən parlayan qəmərinəm mən.
    Kədərli çağında, qəmli çağında
    Dərdini dağıdan xəbərinəm mən.

    Səadətli keçən illərinəm mən,
    Mənsiz itirirsən bu səadəti.
    Günəşə uzanan əllərinəm mən
    Məndədir qəlbinin od hərarəti.

    Mən sənin yaşanmış dəqiqələrin,
    Hələ yaşanacaq ayın, ilinəm.
    Mən sənin məhəbbət adlı əsərin,
    Sevgi xallarıyla ötən dilinəm.

    Mən sənin….
    Təsviri mümkünmü məgər?
    Hər şeyi söyləmək çətindir, çətin.
    Axı necə deyim… Dağlar, dərələr
    Kiçik zərrəsidir əbədiyyətin.

    YADIMA SƏN DÜŞÜRSƏN

    Hər çiçəyin öz ətri,
    hər gülün öz rəngi var,
    Hər qəlbin öz istəyi,
    öz sözü, ahəngi var.

    Hər insan öz ömrünə
    dost seçir, həmdəm seçir.
    Mənimsə ürəyimdən
    qəmli bir nisgil keçir,
    Yadıma sən düşürsən.

    Göydə bulud dolaşır
    axşam düşür, yel əsir,
    Heç bilmirəm nədəndir
    könlüm belə tələsir.
    Yollarına baxıram,
    nə gələn var, nə gedən.
    Qəlbimdəki intizar
    nədir, düşünürəm mən.
    Yadıma sən düşürsən.

    Təklik üz verir mənə,
    çıxıram otağımdan,
    Sevgililər küçədə
    deyib-gülür mehriban…
    Onları belə xöşbəxt
    belə məsud görəndə
    Duyğular dalğa kimi
    çırpınır bu sinəmdə,
    Yadıma sən düşürsən.

    BAKI

    Uzaq elli əziz dostum soruşdu
    -Sizin Bakı söylə, necə şəhərdir?
    Dedim: -Qardaş, mənim doğma şəhərim
    Yazılmamış, oxunmamış əsərdir.

    Çıiçək desən- könül açan çiçəyi,
    Külək desən- ev uçuran küləyi,
    Qasırğada ağ dalğalar ləçəyi,
    Sakit gündə gözü mavi Xəzərdir.

    Nəğməsidir zavodların fit səsi,
    Suya düşüb buruqların kölgəsi.
    Ətirlidir bağlarının meyvəsi,
    Ağ şanısı elə bil ki, şəkərdir.

    Dost görəndə tükənməyir hörməti,
    Düşmən görsə, dərya olur nifrəti,
    Bir qədər də dəlisovdur adəti,
    Əziz dostum, Bakı belə şəhərdir.

    LÖVHƏ

    Səmada dövrələnirkən buludların düzümü
    Zillədim göylərə həsrətlə yol çəkən gözümü.
    İldırımlar mənə göstərdi nurlu gündüzümü.

    Sübhədək mən belə süzdüm bahar yağışlarını,
    Saplı mirvaritək üzdüm bahar yağışlarını,
    Güllərin boynuna düzdüm bahar yağışlarını.
    * * *
    Qüssəli çağlarında
    Sənin dodaqlarında
    Təbəssüm görünübsə,
    Gülüşə bürünübsə
    Kədərlərin bir anda-
    Bu uğurlu zamanda
    Demək hələ mən varam!

    Ümid dumanda, çəndə
    Səni atıb gedəndə,
    Qəlbinə şölə kimi,
    Kiçik bir gilə kimi
    Təzə ümid dolubsa,
    Belə günün olubsa,
    Demək hələ mən varam!

    Qış şaxtadan qılıncı,
    Çiynində ağ yapıncı
    Əlini kəsən zaman,
    Sərt yellər əsən zaman
    Bir çiçək görmüsənsə,
    Əyilib dərmisənsə,
    Demək hələ mən varam!

    Baharınam xəzanda,
    Bələdçinəm azanda.
    İşığınam zülmətdə,
    Həyatınam qürbətdə,
    Sənin çətin anında
    Mən hazıram yanında,
    Demək hələ mən varam!

  • “Qış lövhələri” adlə əyləncəli tədbir keçirilib

    Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində “Qış lövhələri” adlə əyləncəli tədbir keçirilib.
    Tədbirdə balaca oxucular qış mənzərələrini əks etdirən əl işləri hazırlayıblar. Rəngli kağızlardan və küknar ağacının qozalarından istifadə olunaraq hazırlanan əl işləri uşaq şöbəsi tərəfindən sərgilənib.
    Kitabxanada növbəti tədbir NAKO Edu club tədris mərkəzi ilə birgə baş tutub. “Sehirli kitabların yaşadığı ev “adlı tədbirdə nağıl qəhrəmanları Cırtdan, Göyçək Fatimə və Tıq-tıq xanım tərəfindən qarşılanan qonaqları şöbənin müdiri Yeganə Hüseynova salamlayıb və kitabxana haqqında məlumat verərək onları böyük və kiçik abonement, qiraət zalı, multimedia və nağıl otaqları ilə tanış edib.
    Nağıl otaqında balaca qonaqlara nağıl qəhrəmanları Cırtdan və Göyçək Fatimə Azərbaycan xalq nağıllarını oxuyub, əyləncəli oyunlar keçiriblər.
    Daha sonra oxu zalında qonaqlar cizgi filmi izləyib, oxucuların əl işlərindən ibarət hazırlanan “Qış lövhələri” sərgisi ilə yaxından tanış olublar.
    Sonda NAKO Edu club tədris mərkəzinin müəllimləri əməkdaşlıq və səmimi qarşılanmaya görə təşəkkürünü bildirib və əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıblar.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    OLAN OLDU

    “Könül dəftərim” – silsiləsindən

    Lənət olsun kor şeytana,
    Sevgim, sevdam, yalan oldu.
    Həyat çəkdi imtahana,
    Sənli dünyam, talan oldu.

    Qəfil çarpdı, zalım fələk,
    Arzularım getdi hədər.
    Məsum vüsal, hey dərbə-dər,
    Fələk qisas, alan oldu.

    Həyat eşqi, inam söndü,
    Dünya gözə dar göründü.
    Üz- üvandım, tərsə döndü,
    Könül ağlar, nalan oldu.

    Kimlər qurdu bu qurğunu?
    Hər həsrətin, var bir sonu.
    Ala gözlər yol yorğunu,
    Möhlət, vədə,dolan oldu.

    Bir az qeyrət, bir az hünər,
    Fitnə odu susar, sönər.
    Dövran, sevən geri dönər
    Sən də söylə;- “olan- oldu”…

    GÖRÜŞƏCƏYİK

    “Könül dəftərim” – silsiləsindən

    Ayrılıq gör necə haxladı məni,
    Çökdü başım üstə, həsrətin çəni.
    Qəflətən gələrmiş, ayrılıq dəmi,
    Qismətdə vardısa, görüşəcəyik.

    Odlanıb yanırıq, bax için- için,
    Karvanı yetişdi, bu qəmli köçün.
    Qəlbimdə söylədim, təsəlli üçün;-
    Qismətdə vardısa, görüşəcəyik.

    Yollar zənci saçı, çözə bilmədik,
    Qanadsız quş kimi, süzə bilmədik.
    Adadan- adaya, üzə bilmədik,
    Qismətdə vardısa, görüşəcəyik.

    Vüsalın uzaqda, bir güman kimi,
    Qəddimi əyibdir, yay- kaman kimi.
    Hicran sarsa belə, sis- duman kimi,
    Qismətdə vardısa, görüşəcəyik.

    Vardır zərbi- məsəl, atalar sözü;-
    “Kül altda qorunar, ocağın közü”.
    Yollardan yığışar, Dövranın gözü,
    Qismətdə vardısa, görüşəcəyik…

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    İNSANLIĞA

    Bir günahkar bəndə varsa, yox nicat insanlığa,
    Hər bir insan saf əməl versin zəkat insanlığa.

    Qoy arınsın büs-bütün hər cür günahdan bəndələr,
    Eyləsinlər çox savab işlər barat insanlığa.

    Durmadan karvan gedir, yollar uzaqdır, yük ağır,
    Sən də ver öz töhfəni, vaxtında çat insanlığa.

    Vermə əldən insafı, fürsət var ikən adil ol,
    Pak əməllər bəxş edər sonsuz həyat insanlığa.

    Sözlərinlə, gəl, Müzəffər, qəlbləri abad elə,
    Mənəviyyat müjdəni şövq ilə qat insanlığa.

    KİMİYƏM

    Sənin eşqinlə, gülüm, cismə gələn can kimiyəm.
    Sən küləksən, mən isə kükrəmiş ümman kimiyəm.

    Sevgimiz nur selidir, qərq eləyib ömrümüzü,
    Sən günəş, mən işığından ağaran dan kimiyəm.

    Ömrümüz güllü-gülüstandı bütün, sayəndə,
    Sevgimiz bal, sən arı, mən dolu bir şan kimiyəm.

    Sən mənim eşqimə təşnə çiçəyimsən, mən isə,
    Bir məhəbbət buludu, eşq dolu leysan kimiyəm.

    Tapdı xoşbəxtliyini səndə Müzəffər əbədi,
    O zamandan elə öz ömrümə mehman kimiyəm.

  • Uşaq bağçasında əyləncəli şənlik keçirib

    Sumqayıt şəhər C.Cabbarlı adına mədəniyyət evinin özfəaliyyət kollektivi 34 saylı uşaq bağçasında əyləncəli şənlik keçirib.
    “Şənlik edək, əylənək” adlı tədbirdə məzhəkəçilər Elgiz Məmmədov və Rauf Sadıxovun ifasında müxtəlif əyləncəli oyunları sevinclə qarşıayılayan uşaqlar şeirlər ifa edib, mahnı oxuyublar.
    Daha sonra mədəniyyət evinin “Turan” milli rəqs qrupunun üzvlərinin ifasında uşaqlara milli və dünya xalqlarının rəqsləri təqdim olunub.
    Tədbir uşaqlar və tərbiyəçilər tərəfindən maraqla qarşılanıb.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Beynəlxalq Əlillər günü münasibətilə Sumqayıtda tədbir keçirilib

    3 Dekabr Beynəlxalq Əlillər günü münasibətilə Sumqayıtın Şəhər Mədəniyyət Evində tədbir keçirilib.
    Tədbirdə Azərbaycan Gözdən Əlillər Cəmiyətinin Sumqayıt şəhər təşkilatı idarə heyətinin üzvü İlham Səməd çıxış edərək cəmiyyətin fəaliyyəti haqqında məlumat verib, əlillər üçün yaradılan şəraitdən danışıb.
    Daha sonra Şəhər Mədəniyyət Evinin “Xəyal” insturmental ansamblının müşayiəti ilə müğənnilər Allahverdi Xəyal və Elşən Quliyev öz mahnı sovqatları ilə tədbiri rövnəqləndiriblər.
    Tədbirdə həmçinin gənc müğənnilər Zaur Yusifli, Türkan Orucova, İlkin Əlizadə, Kamil Ağazadənin ifasında xalq və bəstəkar mahnıları, Əlipaşa Paşayevin ifasında Zəlimxan Yaqubun “İmzalı, möhürlü həqiqətimsən” şeiri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    s

    * * *

    Bir arzum var içimdə,səni deyib uçunar,
    Qanadı bərkiməmiş qaranquş balasıdı.
    Su içməsə bir dəfə titrəyən əllərindən
    Ömrüboyu ümidi gözündə qalasıdı…

    Hər gecə yuxusunda uçar səsinə sarı,
    Hər səhər yuxusundan durar hamıdan öncə.
    Çırpar qanadlarını ürəyimin başına,
    Səsi tutular,ancaq susmaz sən gəlməyincə.

    Bircə sözünə bənddi,min ildi yol gözləyir,
    Bir anda təslim olar gəlsən dodaqlaına.
    Barı insafın olsun,bir gün gəlib çıxmasan
    Özünü çırpıb ölər qəlbimin divarına…

    ***
    Yenə damır ürəyim,
    Isladır ağ varağı.
    Azalır yavaş-yavaş
    Ömrün-günün marağı.

    Islanır pəncərəmiz
    Payızın nəfəsindən.
    Gecələrin yuxusu
    Qaçır addım səsindən.

    Üşüyür qaranquşun
    Eyvanda boş yuvası.
    Özümə qəsd edirəm
    Hər gecə sözdən asıb…

    Narın yağışlar yağır
    Kövrək xatirələrdən.
    Bürünüb həsrətinə
    Yenə üşüyürəm mən.

    ***

    Məni yollar çağırar,
    düşüb yola gedərəm.
    Bir ömrü sonunacan
    bir sağ ola gedərəm.

    Yolum adsız dağacan,
    ya qaradan ağacan.
    Ürəkdən yanağacan
    dola-dola gedərəm.

    Bir sevda məni danıb,
    bu yolda əlim yanıb…
    Ya sevgiyə aldanıb,
    ya xəyala,gedərəm…

    ***

    İçinə su dolan gəmi kimiyəm,
    Elə qərq olmuşam ümidsizliyə.
    Qəfil yıxılmışam arzularımdan,
    Daha bircə kimsə yetməz köməyə.

    Tufanlar qabartmaz ağ yelkənimi,
    Mənə yoldaş olan yellər susdular.
    Yolumu gözləyən gözlər yoruldu,
    Arxamca əl edən əllər susdular…

    Mənsiz qəribsəməz bir doğma liman,
    Adım bir sahilin yadından çıxar.
    Ürəyim bir qara qutudan betər,
    Yanmış xatirələr altından çıxar.

    Ömür bir səfərdi,bitər nə vaxtsa…
    Yalan elə şirin, həqiqət acı.
    Mən elə ölmüşəm biganəlikdən,
    Daha təsəlliyə yox ehtiyacım.

    ***

    Qanadım çıxmışdı dünən,
    Təzə qalxmışdım göylərə.
    Sənə güvənmişdim,heyif…
    Alıb məni vurdun yerə.

    Sənə sığınmışdım bir az,
    Yağışa düşən quş kimi.
    Dedim bahar olub isit,
    Demədim dondur qış kimi.

    Hamıdan üzdüm əlimi,
    Üz tutmağa yox bir adam.
    Üzdə hamının doğması,
    Könüldə hər kəsə yadam.

    Daha buz tutub ürəklər,
    Yoxdu sevgi,yoxdu qılıq…
    Gözlə, gəlirəm,təkliyim!
    Sevin,səninəm,ayrılıq!

    ***

    Mən tez gəldim dünyaya,
    Yoxsa sənmi gecikdin?
    Nə yollarda durmaqdan,
    Nə baxmaqdan bezikdim.

    Of…bu görüş nə imiş,
    Bəs nəymiş ayrılıqlar?!
    Necə çəksin bu dərdi
    Mənim kimi yazıqlar?

    Axı indi neyləyim,
    yoxsa gülüm bəxtimə?
    Ya sən bir asca ağla
    Mənimtək bəxti kəmə.

    Bu gecə elə uzun…
    Ahımdan asılmışam.
    Kimsəsiz uşaq kimi
    Adına qısılmışam.

    Könlüm sığala həsrət,
    Bir xoş sözə acam mən.
    Məni qırma nə olar,
    Tək sənə möhtacam mən.

    ***
    Unutmuşam nə vaxtdı,
    xəbərim yox… adımı.
    beləmi çıxardırlar
    darıxmağın dadını?!

    Təklənib sığınmışam
    içimdəki kədərə.
    Daşıyıram gecəni
    kipriyimdə səhərə.

    Gəl,külümlə oynama,
    çoxdan sönmüş təndirəm.
    Nə adamdan-adamam,
    nə qəbirdən qəbirəm…

    Mən getdiyim yol deyil,
    bəlkə də elə sondu…
    Əlimdən tutanların
    əli çibində dondu…

    Boşla,nə varsa,getsin…
    dərd etmə,ömrüm-günüm!
    Başının üstündən as
    səni gördüyüm günü.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    ÖMÜR

    Bu payızı qışa calaq eylədim,
    Əkdiyimi yazda alaq eylədim,
    Kimi gördüm, öz sözümü söylədim,
    Eylədim yağır yolu.

    Aran çılpaq, dağlar yaşıl donludu,
    Axan selin ağzı qurd tək qanlıdı,
    Dağ da, daş da möcüzədi, canlıdı,
    Açdım bir cığır yolu.

    Naz eyləyir şəlalə dağ çayına,
    O, buz bulaq gözəllərə bir ayna,
    Öyrənmişəm qartalların qıyına,
    Yordum mən fağır yolu
    .
    Bu dağların hər qayası qızıldı,
    Elə bilmə var-dövləti azaldı,
    Taleyimə qəmli günlər yazıldı,
    Ümidim sıxır yolu.

    Qış işində, yaz işində tarazdı,
    Dərdə düşən Həkəridi, Arazdı,
    Əziz Musa dərddən, qəmdən çox yazdı,
    Keçdi bu ağır yolu.

    OLUR

    Sözünə vəfalı, sadiq çıxanın,
    Ömrü uzun olur, günü xoş olur.
    Öz evi yıxılır, evlər yıxanın,
    Könlü tox olanın, cibi boş olur.

    Kaş ki, ilk məhəbbət daşa dəyməsin,
    Heç kimin işini fələk əyməsin,
    Ana məhəbbəti görməyən kəsin,
    Ürəyi daş olur, qəlbi daş olur.

    Eşqdir bəzəyən ömrü, həyatı,
    Sevgidi insanın qolu, qanadı,
    Ürəyi kövrəldir həzin bayatı,
    Sevgisiz bir ömür qarlı qış olur.

    Gülün bülbülü var, gölün sonası,
    Gözlərdi ürəyin billur aynası,
    Ağlamaz igidin, mərdin anası,
    Namərdin qazancı qan-qarğış olur.

    İnsandı dünyanın əşrəfi, tacı,
    Qardaşı hörmətə mindirər bacı,
    Həyat gah şirindi, gahda kı, acı,
    Sevinc də, kədər də gözdə yaş olur.

    İnsaf da, mürvət də dinlə yarıdı,
    Qeyrət də, namus da ömrün varıdı,
    Kim ki haqq, ədalət tərəfdarıdı,
    Əziz Musa ilə dost, qardaş olur

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    VAR

    Görünən hər bir şeyin,
    İlkini, təməli var.
    Yaxşılığın, pisliyin,
    Mütləq bir bədəli var.

    Dünya tək şənlik deyil,
    Dərdləri sənlik deyil.
    Uyma, beş günlük deyil,
    Axırı, əvvəli var.

    Varın artsa öyünmə,
    Qürurdan don geyinmə,
    Bəxtin yatsa deyinmə,
    Eniş-yoxuş, bəli, var.

    Asi olma heç zaman,
    Çıx şübhə dumanından,
    Qorxmaz haqq divanından,
    Kimin düz əməli var.

    Həyatın hikmətində,
    İnsanın xislətində,
    Hər kəsin qismətində,
    Allahın öz əli var.

    SÖZÜN

    Kül altında qoyma sönə,
    Odunu qaçırma sözün.
    Yoğur, vəzlə dönə-dönə,
    Zatını qaçırma sözün.

    Boşa atma tilovunu,
    Vermə yelə alovunu,
    Möhkəm saxla cilovunu,
    Atını qaçırma sözün.

    Varlığına odur xoca,
    Qoy əbədi dönsün taca,
    Gün kimi, ay kimi uca
    Adını qaçırma sözün.

    Dur amadə yedəyində,
    Yerin olsun ətəyində,
    Yığ, ballansın pətəyində,
    Dadını qaçırma sözün.

  • TÜRK DÜNYASINDA SEVİLEN BESTECİ SEVİNÇ TOFİQQIZI İLE SÖYLEŞİ

    “Sevinç Tofiqqızı kimdir?” diye sorsam kendinizi nasıl anlatırdınız?
    “Sevinç Tofiqqızı öncelikle Türk dünyasını, vatanını, milletini çok seven ve bu uğurda canını feda etmeye hazır olan bir Türk kadınıdır. Sonra bestecidir aynı zamanda da çocuklara müzik dersi vermektedir.” derdim.

    Beste yaparken kimlerden destek ve teşvik gördünüz?
    Her şeyden önce yüce Allah’ımın yardımıyla bugünlere geldim. Allah’ımın bana verdiği özgücümle ayağa kalktım. Allah’ın izniyle de bestecilik yolunda başarıyla azimle yürümeye devam ediyorum.

    İlk albümünüz hangisidir?
    İlk ışık gören birinci albümümün adı “Bir Meleyin Yürek Sesi”dir. Türk dünyası çocuklarına 23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı için “Benim Meleklerim” adını verdiğim bir beste yaptım. Bu albümümde o eserimle beraber 12 kompozisiyam vardır:
    1. Bir meleğin Yürek Sesi 2. Gözlere Nur Veren Melek 3. Benim Atatürk’üm 4. Unutulmaz anlar 5. Umut köprüleri 6. Sevgi Nağmesi 7. Hayaller Kanadında 8.Hasretindeyim 9. Arzular Prelyudiyasi 10. Benim Meleklerim 11. Rüyalar 12. Ayrılan Yollar… İkinci ve üçüncü albümüm de bu yakınlarda ışık yüzü görecek.

    Besteleriniz sizin deyiminizle kompozisiyalarınız hakkında bilgi alabilir miyim?
    Elbette… Kompozisiyalarım (bestelerim) şunlardır:

    1.”Ulu Önderim Hatıralar” kompozisiya ve klipi Heyder Aliyev’in aziz hatırasına hesr olunur.
    2. “İlhamlı Azerbaycan’ım”
    Müzik: Sevinc Tofiqqizi (Cenab prezidentimiz İlham Aliyev’in ad günü için bu eseri besteledim.)
    3. “Gözlere Nur Veren Melek”
    Müzik: Sevinc Tofiqqizi (Bu kompozisiya ve klipi Zerife Hanım Aliyeva’nın aziz hatırasına hesr ettim.)
    4. “Hocalı Feryadı”
    Müzik: Sevinc Tofiqqizi (Bu kompizisiya ve klip Hocalıların aziz hatırasına hesr olunmuştur. Ayrıca bu klipin kompozisiyanın takdimi Susha İcra Hakimiyyetin Rehberi Bayram Seferov tarafından yapılmıştır ve büyük takdimata geçirilmiştir.)
    5. “Umut Köprüleri”
    Kompozisiya ve klip: Sevinç Tofiqqizi (20 Yanvar şehidlerimizin aziz hatırasına hesr olunmuştur.)
    6.”Hasretindeyim”
    Müzik: Sevinç Tofiqqizi Kompozisiya ve klip: rejisör Rauf Sahiboglu. (Vatana olan sevgimi hesr ettim.)
    7. “Kalbim Türkiye’m”
    Müzik: Sevinç Tofiqqizi (Bu kompizisiya klip Türk dünyası için bestelediğim eserimin kompozisya ve klibini TRT Avaz hazırladı, TRT Avaz ve TRT’nin diğer kanallarında yayımlandı.)
    8. “Menim Meleklerim”
    (23 Nisan bütün dünya çocuklarına hediye ettim. Müzik: Sevinc Tofiqqizi kompozisiya ve klipi bütün TRT kanallarında yayımlandı.)
    9. “Can Azerbaycan” 2014 yılında Türkiye’nin değerli şairi Harika Ufuk’un“Can Azerbaycan” adlı şiirini besteledim. İki devlet, bir milletiz. Bu eser bu yönden Türk dünyası için çok değerlidir. En kısa zamanda aranjesini yaptıracağım ve klip çekerek size sürpriz yapacağım.
    10. “Çanakkale” 2015
    Çanakkale’nin 100. Yılı için güzel bir kompozisya eseri yazdım. Türk sefirliğinden diploma ödül aldım.
    11.”Erdoğanlı Türkiye’m”
    Müzik: Sevinç Tofiqqizi kompozisiya ve klip (Türkiye’nin Cumhurbaşkanı Recep Tayyip Erdoğan’a hesr ettim. Cumhurbaşkanımız için bu eseri hem besteledim ve hem de ona klip çektirdim.)
    12. “Futbol Himni”
    Müzik: Sevinç Tofiqqizi Söz: Baba Veziroglu İfa(Yorum): Aslan Huseynov
    13. “Mekke’de”
    Müzik: Sevinç Tofiqqizi Söz: Halk şairi Zelimxan Yagub. Bu mahnimi İbrahim Tatlises’e yazmıştım.
    14. “Hayaller Kanadında”
    Müzik: Sevinç Tofiqqizi kompozisiya ve klip
    15. ” Ya Tak Xocu S Toboy Poqovorıt” (Ben Seninle Konuşmak İstiyorum)Ve sonuncu bu yakınlarda yeni çıkan mahni sözleri Heyder Aliyev Fondunun Vitse prezidenti Leyla Aliyeva
    Müzik: Sevinç Tofiqqizi İfa(Yorum): Ceyhun Bakinskiy tarafından seslendirilen mahnimdir.
    16. “Yiğitler Yurdusun Ey Azerbaycan” Vatanperver mahni 2016
    (Müzik: Sevinc Tofiqqizi Söz: Asif Fermanov Söyleyen Yorumcu: Aslan Huseynov ve Leyla Nur)
    17. “Çağır Beni” 2016
    (Müzik: Sevinc Tofiqqizi Söz: Hanim İsmayilqizi İfa-Yorum: Aslan Huseynov – Klip ve film Karabağ şehitlerinin hatırasına april dövüşlerinde şehit olanların anısına adadım. Hem beste yaptım hem de klipte ve filmde bir şehidin hanımını oynadım. Bu filmdeki başarım dolayısıyla ödül aldım. Bu film yurt dışında da oynatılacaktır.)
    18. “Hayat Güzeldir”
    Müzik: Sevinç Tofiqqizi (Yeni kompozisiyam 2016)
    Aldığım tüm ödüllerin dışında benim asıl ödülüm yaptığım bestelerin dilden dile dolaştığını ve severek dinlendiğini görmektir. Bu nedenle gurur duyuyorum.

    Türkiye’de de çok sevilen ve tanınan bir hanım milletvekiliniz var. Ben de çok iyi tanıyorum, o da beni iyi tanır. Ganire Paşayeva Hanımefendi sizin de en iyi dostunuz, arkadaşınız… Onun eserlerine de beste yaptınız. Bu konuda bize bilgi verir misiniz?
    Azerbaycan Milletvekili Sevgili Ganire Paşayeva Hanımın pek çok şiirini besteledim:

    1. “Seni Gözleyeceğim” Yorumlayan sanatçı: Halk artisti Flora Kerimova, Mahni ve Klip Rejisörü Nail Naiboğlu
    2. “Söyle senmisen? “ ( Söyle sen misin?) Yorumlayan sanatçı: Emektar Artist Manana Japaridze
    3. Senin Olum” (Senin Olayım) Yorumlayan sanatçı: Nadir Qafarzade
    4. “Qayit” Yorumlayan sanatçı: Akper Aliyev
    5. “Söyle” Yorumlayan sanatçı: Aysel Alizade
    6. “Seni uzaglardan sevmek de xowdur” (Seni Uzaklardan Sevmek de Zordur) Yorumlayan sanatçı: Emektar Artist Semed Semedov
    7. “Aradım” Yorumlayan sanatçı: Shebnem Qehremanova
    8. “Sensizlik” Yorumlayan sanatçı: Resad Ilyasov
    9. “Deyılsen” (Değilsin) mus.Sevinc Tofiqqizi Yorumlayan sanatçı: Nuriyye Huseynova
    Yorumlayan sanatçı: İlham Askeroğlu
    10. “Turan Eli” Yorumlayan sanatçı: Aslan Huseynov (Türk dilli himn mahni)
    11. “Görmürsen meni” (Beni Görmüyorsun) Yorumlayan sanatçı: Halk artisti Fidan Haciyeva
    12. “Hardasan” (Neredesin) Yorumlayan sanatçı: Niyam Salami

    Bestekârlık ve film alanındaki ödülleriniz hakkında bilgi verebilir misiniz?
    Hatırladığım ödüllerimden bazıları şunlardır:

    2009 yılında Oskar Medeniyet Gazetesi’nin “Qızıl Açar” Milli Musiki Ödülü
    2010 yılında Bakü Geceleri Türkü Festivalinde “Çağır Beni” eserimle “En iyi Türkü Bestecisi” Ödülü (Müzik: Sevinc Tofiqqizi Söz: Xanim Ismayilqizi Yorumlayan sanatçı: Aslan Huseynov)
    2011 yılında Azerbaycan ailesi film festivalinde bestekârı olduğum “İşıqlı Zülmət” filmi “En iyi film” ödülünü kazandı. (2011 yılında Heyder Aliyev Fondu. Azerbaycan Ailesi 2011 Filmler Festivalinde “Işıklı Zulmet” senetli filminde Müzik: Sevinc Tofiqqizi -Rejisör ve senaryo yazarı Mehsim Muellim’di. Bu filmde (Olimpiyat Şampiyonu) Paralimpiyaci İlham Zekiyev’in aile hayatından bahsedilmektedir.
    Hayat Varsa, Hayat Dersi, Hayat Varsa, Qürur filmlerinde başrolde oynadım. 2012’de Hayat Varsa ile Kelimeyi Şehadet filmlerine göre “The First 2012″ yılının en iyi oyuncusu mükâfatına layık görüldüm. Bu mükâfat bana Ankara’da Milletvekili Nurdan Şanlı tarafından verildi.
    2012’de”TheFirst 2012” ödülü yani “Yılın En İyi Oyuncusu Ödülü”
    2013’te “Azerbaycan’ın En İyi Bestekârı Ödülü”
    Ağustos 2014’te “Azerbaycan’ın En Çalışkan Bestekârı Ödülü”
    Eylül 2014’te Türkiye’de “Türk Dünyası Hizmet Ödülü”
    2014’te “Azerbaycan’ın En Sevilen Bestekârı Ödülü”nü 3. kez kazandım.
    2014’te Ankara Etimesgut Belediyesinin her yıl düzenlediği “Uluslararası Anadolu Günleri Medeniyet ve İnce Sanat Festivali” çerçevesinde ödüllendirildim.

    2014 yılının Eylül ayında Ankara Kültür Sanat Platformu Başkanı Sultan Özateş bana “Kültür ve Sanata Katkı Sağlayanlar Başarı Ödülü” takdim etti.
    2014 yılında Azerbaycan Gençler Merkezi tarafından gençlerin en çok sevdiği bestekâr olarak seçilerek “Gençlerin Dostu “ödülüne layık görüldüm.
    Rejisör Sirac Mustafayev’in “Bir Ovuc Torpag” (Bir Avuç Toprak) dizi filminin de bestekârıydım. Bu filmde de Rasim Balayev oynuyordu.
    2014 yılında Millet Vekili Ganire Paşayeva tarafından “Fahri Ferman” “Azerbaycan ve Türk Dünyasının Değerli Sanatçısı” ve Azerbaycan- Türkiye Türk devletleri ve halkları arasında medeni alakaların oluşmasında gösterdiğim hizmetler çerçevesinde taltif edildim.
    2015’te “Azerbaycan’ın En Çalışkan Favori Bestekârı Ödülü”nü aldım.
    2015’te “Azerbaycan’ın En Sevilen Bestekârı Ödülü” nü aldım.
    2015’te “Bakü Oskarı” film festivalinde “Yetim” filminin bestesiyle de “En İyi Bestekâr” ödülüne layık görüldüm.

    2015’te Türkiye Cumhuriyeti Bakü Büyükelçiliği tarafından “Çanakkale” 100. Yılı için bestelenmiş Kompozisiya ile hazırlanan klipe göre Fahri Diploma ile taltif edildim.
    2016’da “İki Devlet Bir Millet Türk Dünyası Hizmet Şeref Ödülü”nü Ankara Kültür Sanat Platformu Başkanı Sultan Özateş tarafından layık görüldüm.
    2016’da Irak Kerkük Türkmenleri tarafından Türk Dünyası Kültür Sanat Platformu Onur Belgesi mükâfatına layık görüldüm.
    2016’da Irak’ın Kerkük şehrinde (TERT) Türkmeneli Radyo Televizyonunun Rehberi Türkeş Salihi tarafından mükâfata layık görüldüm. Bu TERT Televizyonunda bütün bestelerim, kliplerim ve filmlerim yayınlanmaya devam etmektedir.

    Bestekârlık dışında çalışmalarınız var mıdır? Bilgi alabilir miyim?
    Ben Naci Çelik Berksoy tarafından 30 dakikalık kısa bir filmde oynamak üzere davet almıştım. “Kelime-i Şehadet” adlı bu filmde oynadım. Bu, benim ilk oyunculuk çalışmamdı. Film beni çok etkiledi. Günlerce etkisi altında kaldım. Bu filmdeki oyunculuğumla “The First 2012 ” ödülünü aldım. Yani yılın en iyi oyuncusu seçildim. Çok mutlu oldum.

    Beş film çevirdim: Birinci filmim az önce sözünü ettiğim “Kelime-i Şehadet”adlı bana ödül kazandıran kısa metrajlı film… İkinci filmim “Oğurlanan Çocuk”yani “Çalınan Çocuk”; üçüncü filmim “Hayat Dersi”; dördüncü filmim ise “Qurur”yani “Gurur”; beşincisi “Yetim” 2015
    “Yetim” adlı filmin başrol oyuncusuydum. Hem anne rolünü oynadım hem de bu filmin bestecisiydim. Bu film festival için özel olarak çekilen ön beş dakikalık kısa metrajlı bir filmdi.
    Sonra başka dizilerden de davet aldım.”Senden Sonra” dizisinde Vekil rolünde, sonra 2015 “Bakü Oscarı Film Festivalinde “Yetim” filmindeki ana rolünde hem de filmin bestekârına göre de festivalde üç ödül kazandım.
    Bana vakit ayırdığınız için çok teşekkür ederim. Başarılarınız daim olsun. Okurlarımıza son olarak söylemek istediğiniz bir şey var mı?
    Ben bütün Türk Dünyasının her zaman birlik beraberlik içinde olmalarını canı gönülden arzu ediyorum. Allah, Türk’ü korusun diyorum. Türkiye benim ikinci vatanımdır. Size de bu güzel röportaj için çok teşekkür ediyorum.

    HARİKA UFUK
    TÜRKİYE
    ARALIK 2016

  • “Ay işığı” ədəbi məclisinin üzvü Mürfəttar Seyidməmmədovun “Nəyi qalıb bu dünyanın”ilk şeirlər kitabının imza günü qeyd olunmuşdur

    4-Dekabr Qubada ustad şair Ramiz Qusarçaylının rəhbərlik və təsis etdiyi “Ay işığı” ədəbi məclisinin üzvü Mürfəttar Seyidməmmədovun “Nəyi qalıb bu dünyanın”ilk şeirlər kitabının imza günü qeyd olunmuşdur. Qubanın və Qusarın görməli yerlərini gəzəndən sonra dəvət olunan qonaqlar Qusarda “Ay işığı” istirahət zonasına toplaşmışlar. Dəyərli şairin sənət dostları onun yaradıcılığı haqqında çıxış edərək öz ürək sözlərini söyləmişlər. Musiqili-ədəbi gecəni nura, şeirə qərq edən sənət adamları şairi təbrik edərək yeni-yeni yaradıcılıq uğurları arzulamışlar.

    Şakir RƏHMAN,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Sumqayıt şəhəri üzrə xüsusi müxbiri,
    (FOTOQRAF-Foto müxbiri)

  • Elvin Rəhimovu doğum günü münasibətilə təbrik edirik! (5 dekabr 1987-ci il)

    14701079_1813689672241558_4076808877490831360_n

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və Kollektivi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti arzulayır!
    XOŞBƏXT OLUN!!!

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    NAZ SAÇIRSAN

    “Könül dəftərim” – silsiləsindən

    Görən nədir qəbahətim?
    Tükənmişəm, yox taqətim.
    Yaya dönüb, şah qamətim,
    Əda, işvə, naz saçırsan.

    Yaradana alqış, əhsən,
    Gözəllikdə yeganəsən.
    Lalə, Nərgiz, Yasəmənsən,
    Günü- gündən gül açırsan.

    Kiçik deyil gülüm,- yaşın,
    Gəlin olub dost- sirdaşın.
    At ətəkdən inad daşın,
    Niyə məndən gen qaçırsan?

    Yetər qaldım, bəxti qara,
    Daha dözüm gəlmir kara.
    Gəl, son qoyaq intizara,
    Qəlbə qəmə, ox sancırsan.

    Ey qəlbimin həyəcanı,
    Insaf elə, Haqqı tanı.
    Asiliklə, mən Dövranı,
    Sönməz oda, sən atırsan…

    YADINDAMI

    Yadındamı, aylı gecə,
    Bulaq başı, salxım söyüd?
    Qəlb unutsun onu-necə?
    Mən bir pəri, sən bir igid.

    Yadındamı, sevgi dolu,
    Söylədiyin bal kəlmələr?
    Gözlərində samanyolu,
    Necə gözəl, xoş ilmələr.

    Yadındamı, pıçıldaşan,
    O, baş-başa cüt qumrular?
    Sevdasıyla qucaqlaşan,
    Gah kövrələn, gah da ağlar.

    Yadındamı, sən də mənim,
    Gözlərimdən öpüb dedin:-
    “Mən səninəm, sən də mənim?!”
    Sonra həmən, gülümsədin.
    Yadındamı???…

    03.12.2015.

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    DÜŞÜNCƏ

    Küləklər səmanın silgiləridir,
    Sıxdı buludları, yudu göyləri.
    Şəfəqlər Günəşin gölgələridir,
    Bir anda yandırdı odu göyləri.

    Təzadlar olmasa yaşamaz aləm,
    Kainat görünməz nizamla dönür.
    Qiyamət yaradar təbiətdə kəm,-
    Bir ulduz yananda bir ulduz sönür.

    Bu sonsuz kəhkəşan nurdan yaranıb,
    Günəşi, ulduzu, ayı da nurdur.
    Torpağa can verən yağışın, qarın,
    Göylərdən süzülən suyu da nurdur.

    Üzür Yer gəmimiz öz ləngəriylə,
    Sonsuz kainatın ənginliyində.
    Hələ də qorunur sirr səngəriylə,
    Dünya öz tükənməz zənginliyində.

    BİLƏ-BİLƏ

    Düşmən danır haqqımızı,
    Həqiqəti bilə-bilə.
    Min fəsadla ləkələyir,
    Əmanəti, bilə-bilə.

    Olan-olmazı talayır,
    Kökümüzü baltalayır,
    Hər fürsətdə tapdalayır,
    Ləyaqəti, bilə-bilə.

    Dörd yanımız şeytan, iblis,
    Bəd fikirli xain-xəbis,
    Hər yandan yağdırır pis-pıs,
    Həqarəti, bilə-bilə.

    Böhtan yayır barəmizdə,
    Qurdalanır yaramızda,
    Qarışdırır aramızda,
    Ədavəti, bilə-bilə.

    Nə həs qanır, nə hüs qanır,
    Nə yorulur, nə usanır,
    İrişə-irişə danır,
    Ədaləti, bilə-bilə.

    Söz gəzirlər sözümüzdə,
    Qıl çəkirlər gözümüzdən,
    Axtarırlar özümüzdə,
    Qəbahəti, bilə-bilə.

    Qalmışıq bu çilədə biz,
    Çırpınırıq tələdə biz,
    Aldanırıq hələ də biz,
    Bəd niyyəti bilə-bilə.

    Nədir bəla, nədir illət?
    Yetər, çırpın, oyan millət,
    Bəsdir çəkdin bunca zillət,
    Xəyanəti bilə-bilə.

    Birləş, qoru torpağını,
    Qoru vahid bayrağını,
    Qeyrətinlə poz yağının,
    Vəhdətini bilə-bilə.

  • Şair-jurnalist Rafiq Odayın şeirləri “Azərbaycan” jurnalında çap olunub

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisinin Başkanı, şair-publisist cənab Rafiq Odayın şeirləri Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Azərbaycan” jurnalının noyabr sayında işıq üzü görüb.
    Qeyd edək ki, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, şair-publisist Rafiq Odayın şeirləri keçən ilin oktyabr ayında Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Professor Əli Həsənovun “Geosiyasət” kitabı Daşkənddə özbək dilində çap edilib

    Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Geosiyasət” kitabı Daşkənddə özbək dilində çap edilib.
    Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və AZƏRTAC-ın birgə layihəsi əsasında “Tamaddun” nəşriyyatında çap olunan kitabı orijinaldan alim və tərcüməçi Babaxan Məhəmməd Şərif tərcümə edib. Nəşrin redaktoru Leyla Xasanovadır.
    Kitab “Siyasətin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyasi ideya və nəzəriyyələrinin tarixşünaslığı”, “Klassik geosiyasət: XIX əsrin ikinci, XX əsrin birinci yarısında Qərb geosiyasi məktəblərinin əsas ideya və nəzəriyyələri”, “İkinci Dünya müharibəsi dövründə əsas iştirakçı dövlətlərin geosiyasi konsepsiyaları və hədəfləri”, “XX əsrin ikinci yarısı və müasir dövrdə Qərb ölkələrinin geosiyasəti”, “Rusiya geosiyasət məktəbi: formalaşması, nəzəri mənbələri, xarakterik xüsusiyyətləri və əsas konsepsiyaları”, “Türklərin geosiyasi baxışları və nəzəriyyələri”, “Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)”, “Dünyanın siyasi strukturunun formalaşdırılması: geosiyasi dövrlər və modellər”, “Müasir dünya sistemi və onun geosiyasi reallıqları” adlı fəsillərdən ibarətdir.
    Nəşrdə geosiyasətin elm sahəsi kimi meydana gəlməsi, əsas anlayışlarının yaranması, formalaşması və inkişafının tarixşünaslığına nəzər salınır, onun nəzəri mənbələri, qanunauyğunluqları, obyekt və predmeti, kateqoriyaları, aktorları ilə bağlı klassik geosiyasət xadimlərinin və müasir tədqiqatçıların baxışları təhlil edilir.
    Kitabda müxtəlif dövrləri və fərdi geosiyasi məktəbləri təmsil edən siyasətşünasların elmi nəzəriyyələri araşdırılır, qarşılıqlı şəkildə müqayisə olunur. Həmçinin orta əsrlərdən başlayaraq müasir dövrə qədər dünyada cərəyan edən əsas geosiyasi hadisələr, Planetin geosiyasi xarakteristikası, geosiyasi güc mərkəzləri və onlar arasındakı münasibətlər, qloballaşan dünyada geosiyasi məsələlərə yeni baxışlar, milli dövlət maraqları uğrunda mübarizə və yeni dünya nizamı ilə bağlı məsələlər təhlil olunur.
    Kitabda bəşəriyyəti təhdid və məşğul edən əsas iqtisadi, siyasi, enerji təhlükəsizliyi, qlobal nəqliyyat-kommunikasiya, ticarət, xammal, beynəlxalq daşımalar kimi məsələlərin mövcud vəziyyəti və perspektivləri haqqında müfəssəl məlumat verilir, oxucuların geosiyasi biliklərini, təsəvvür və anlayışlarını dərinləşdirən zəngin materiallar təqdim edilir.

    “Olaylar” İnformasiya Agentliyi

  • Sofya Tolstayanın “Mənim həyatım” adlı kitabı işıq üzü görüb

    XIX əsr dünya ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-mütəfəkkir Lev Nikolayeviç Tolstoyun ömür-gün yoldaşı Sofya Tolstayanın “Mənim həyatım” adlı kitabı 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” nəşriyyatı tərəfindən 232 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.
    Lev Tolstoyun arvadı, dostu və köməkçisi Sofya Andreyevnanın bu əlyazması uzun illər arxivdə saxlanmış və oxuculara məlum olmamışdır. Çünki S.Tolstayanın vəsiyyətinə görə əlyazması yalnız onun ölümündən 50 il sonra çap edilə bilərdi. Oxucular kitabdan bu böyük insan, onun ailəsi, yaxın adamlarla münasibəti barədə çox şey öyrənəcəklər. Eyni zamanda xatirələr Lev Tolstoyun məlum obrazının dəqiqləşdirilməsinə, bəzi geniş yayılmış şayiə və dedi-qoduların aradan qaldırılmasına kömək edəcəkdir.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Nikolay Vasilyeviç Qoqolun “Ölü canlar” (roman-poema) kitabı işıq üzü görüb

    Görkəmli rus yazıçısı, dramaturqu, şairi, tənqidçisi, publisisti Nikolay Vasilyeviç Qoqolun “Ölü canlar” (roman-poema) kitabı 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” nəşriyyatı tərəfindən 428 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.
    Ölü canlar – Ukrayna əsilli rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun 1842-ci ildə ilk cildini tamamladığı amma bitirmədiyi romanıdır. Romanın mövzusu ona Puşkin tərəfindən təklif edilmişdir. Üç cild olaraq düşünülən roman-poema əslində Dantenin İlahi Komedyasından ruhlanaraq yazılmışdır. İlk cilddə romanın baş qəhrəmanı Çiçikovun öz mənfəətləri uğruna etdiyi pisliklər əks olunmuşdur. Qoqol, cəhənnəmi izah etdiyi bu hissədən sonra cənnəti izah edəcəyi, Çiçikovun əxlaq və vicdan sahibi olduğunu göstərəcəyi ikinci cildin əlyazmalarını keçirdiyi böhran nəticəsində yandırmışdır. Daha sonra bir neçə dəfə təkrar yazmağa çalışdığı bu hissələri toplayıb dərc etmişlər.
    Çiçikov, Rusiyada şəhər-şəhər gəzib, feodal qanunlara görə torpaq sahiblərinin malı olan kölə kəndlilərini satın alır. Ancaq istədiyi kəndlilər işini yaxşı bilən ya da sağlam olanlar deyil, tam əksinə ölü canlardır. Dövrün tənqid oxlarını üzərinə çəkən, feodal quruluşunun düşüncə tərziylə qarşı-qarşıya qoyan roman, bu baxımdan müəyyən təbəqə insanların həyatında çevriliş etmişdir.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Lev Nikolayeviç Tolstoyun “Bugünümüzdəki köləlik” kitabı işıq üzü görüb

    XIX əsr dünya ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-mütəfəkkir Lev Nikolayeviç Tolstoyun “Bugünümüzdəki köləlik” kitabı 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” nəşriyyatı tərəfindən 408 səhifə həcmində, 300 tirajla işıq üzü görüb.
    Oxuyacağınız bu kitabda, başlıca olaraq, Tolstoyun öz sağlığında çapı senzura tərəfindən qadağan olunmuş məqalə və məktubları toplanmışdır. Bəlli olduğu kimi, Tolstoy ömrünün son illərində özünün dini, fəlsəfi və ictimai-siyasi baxışları ilə bağlı çoxlu əsərlər yazmış və onunla görüşən çağdaşlarının dediyinə görə o, bu yazılarını özünün bütün bədii yaradıcılığından, hətta ölməz “Hərb və sülh” romanın da, üstün saymışdır. Bu yazılara görə Tolstoy dövlət və kilsə tərəfindən təqib olunmuş, sıxışdırılmış, onun üzərinə qaragüruhun yönəldilməsi də baş vermiş, Rus kilsəsi isə Tolstoyu pravoslav-xristian məzhəbindən çıxardığını elan eləmişdir. Ancaq bütün bunlara baxmayaraq, Tolstoy öz yolundan dönməmiş, sonradan dünyanın bir sıra ölkələrinə yayılmış, elə indi də bir sıra izləri qalmaqda olan “tolstoyçuluq” deyilən cərəyanın müdəalarının əks olunduğu məqalə və məktublarını öz tanışlıq çevrəsində yaymaqda davam eləmişdir.
    Tolstoyun bu düşüncələri bir sıra yerlərdə bugünkü oxucuya mübahisəli görünə bilsə də, ancaq bu dahi yazıçının qələmindən çıxmış, özünün məntiqi və psixoloji dərinliyi ilə seçilən bu yazıların onu oxuyacaq bütün oxucuların dərin marağına səbəb olacağına inanırıq.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Çingiz Aytmatovun “Erkən gələn durnalar” kitabı işıq üzü görüb

    Çağdaş qırğız ədəbiyyatının görkəmli nümayəndəsi, Qırğızıstan xalq yazıçısı, SSRİ dövlət mükafatı, Sosialist Əməyi Qəhrəmanı Çingiz Aytmatovun “Erkən gələn durnalar” kitabı 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” nəşriyyatı tərəfindən 252 səhifə həcmində, 100 tirajla işıq üzü görüb. “Erkən gələn durnalar” kitabında yer alan “Erkən gələn durnalar”, “Ana tarla” povetləri Azərbaycan dilinə tərcümə olunub.
    “Erkən gələn durnalar” povestində Böyük Vətən müha-ribəsi illərində arxa cəbhədə atalarını, böyük qardaşlarını yüksək vətəndaşlıq qeyrəti ilə əvəz edən, vaxtından əvvəl kişilənmiş yeniyetmələrin igidliyindən bəhs edilir.
    “Ana tarla” povestində Ç.Aytmatov öz nəsrində ilk dəfə şərti formadan istifadə etmiş, əsərdəki hadisələri Tolqanay ananın torpaqla söhbəti şəklində göstərmişdir.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktoru İbrahim İlyaslı ilə görüş keçirildi

    Dekabrın 1-də “Hüseyn Cavid Ədəbi Məclisi”nin təşkilatçılığı ilə Yeni Yasamal 1-də yerləşən 286 saylı tam orta məktəbdə tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktoru İbrahim İlyaslı ilə görüş keçirildi.Kütləvi informasiya vasitələrinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə məktəblilər və poeziyasevərlər iştirak etdilər.
    Tədbiri giriş sözü ilə “Hüseyn Cavid Ədəbi Məclisi”nin sədri, şair Kəmaləddin Qədim açdı. O, iştirakçıları salamlayaraq, məclisimizin fəaliyyəti barədə qısa məlumat verdi. Sonra İbrahim İlyaslının yaradıcılığını izlədiyini və şairin qələminin uğurundan söhbət açdı. Çıxış üçün söz Məclisin üzvlərindən filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzərə verildi. Adilə xanım İbrahim İlyaslını öncə milli-mənəvi dəyərlərimizə sahib çıxan, əslini unutmayan, barışdan yana, türk olmanın haqlı qürurunu yaşayan bir şair, ozan, eyni zamanda ədəbiyyatımızın, mədəniyyətimizin xidmətində layiqincə dayanan bir məsul şəxs kimi, sonra isə sirli-sehrli, irfan yolu ilə seçilən şeirlər müəllifi kimi tanıdığını, qələminin vurğunu olduğunu qeyd etdi. Şairin şeirlərindən nümünələr oxudu. Sonra çıxış üçün söz şair-publisist Mübariz Məsimoğluna verildi. O, belə ədəbi tədbirlərin məktəblərdə keçirilməsinin önəmindən danışdı, şagirdlərin Azərbaycanın şairlərini, yazıçılarını – bir sözlə yaradıcı adamlarını tanıması baxımından bu görüşlərin faydalı olacağını qeyd etdi. Şagirdlərə əlifbadan başlayaraq ümumi ədəbiyyatın nə olduğunu, şeir nədir, şair kimdir? – deyə anlatdı. Milli duyğuların aşılanması baxımından İbrahim İlyaslının şeirlərini öyrənməyi tövsiyyə etdi.
    Məktəblilərdən Hüseynbəyli Əfsanə, Tağızadə Sənan, Əliyeva Aida, Vəlizadə Səbinə, Zeynalova Tamilla şairin şeirlərini qiraət etdilər.
    Hüquq elmləri doktoru, professor Məhəbbət Dəmirçiyeva söz alaraq, şairi təbrik etdi, İ.İlyaslının xüsusilə təbiət şeirlərini bəyəndiyini vurğuladı. Növbəti təbrik Sultan xanımdan gəldi. O, tədbirin təşkilatçılarına və şairə uğurlar arzuladı. Daha sonra iştirakçılardan tanınmış şair və yazıçı kimi oxucular tərəfindən sevilən Vaqif Nəsib Sarıhüseynoğlu Hüseyn Cavidi yad edərək məclisimizə və şairə uğurlu yol arzuladı. O, H.Cavidin “Qız məktəbində” şeirini məktəblilər üçün səsləndirdi.
    Tədbir iştirakçılarından Aləm Kəngərli, Nəriman Zeynalzadə, Kamil Məhərrəmoğlu, Arzu Nehrəmli, İlqar Türkoğlu, Niyaz Əsgərov, Firudin Şahbuz, Ələsgər Talıboğlu, Surxay Qocayev, Rəhim Mehnət, Yusif Məhəmmədoğlu təbriklərə qoşuldular və şairdən şeirlər oxumasını arzu etdilər.
    Şair İbrahim İlyaslı fasilələrlə, xüsusilə auditoriyanın çoxunun məktəblilərdən ibarət olduğunu nəzərə alaraq milli ruhda yazılmış şeirlərindən səsləndirdi. O, tədbirin təşkilatçılarına və iştirak edən qonaqlara təşəkkür etdi.
    Tədbirin aparıcısı, şair Kəmaləddin Qədim də öz novbəsində gələn qonaqlara, xüsusilə, tədbirin keçirilməsi üçün şərait yaradan məktəbin direktoru Samir Mehdizadəyə və iştirak edən müəllim heyətinə təşəkkürünü bildirdi. Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.

    Şakir RƏHMAN,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Sumqayıt şəhəri üzrə xüsusi müxbiri,
    (FOTOQRAF-Foto müxbiri)

  • Nisə QƏDİROVA.Yeni şeirlər

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Nəyə gərək

    Göz deyirsə dil deyəni,
    Danışmağın nəyə gərək?
    Köz qalmırsa yandığından
    Alışmağın nəyə gərək?

    Arzu sonsuz,ömür qısa,
    Tez itirdik nə tapdıqca.
    Bəxt dediyin qaradırsa,
    Çalışmağın nəyə gərək?

    Boş ümüddü yanıb sönüb,
    Ömür zülmətə bürünüb.
    Sevmirsənsə, geri dönüb
    Barışmağın nəyə gərək?

    Ağlarsan

    Dönüb getdin, sən də bir gün
    Yetməzsən başa,ağlarsan.
    Sevənləri şəhər-axşam,
    Görərsən qoşa,ağlarsan.

    Ümidlərin puça çıxar,
    Fələk üzünə kəc baxar,
    Başın üstə şimşək çaxar,
    Baxıb yağışa ağlarsan.

    Səsini çox çəkmə zilə,
    Aldadarlar gülə-gülə,
    Bacarırsan innən belə,
    Sevgisiz yaşa…ağlarsan!

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    Yalnız

    Səni bədnəzərdən ğözüm qoruyar,
    Sənin gözmuncuğun gözümdü yalnız.
    As onu yaxandan, tək səni görsün,
    Baxıb doymayan göz bizimdi yalnız.

    Tutmadım heç nədən mən ikiəlli,
    Tək özüm özümə verdim təsəlli,
    Sözə bağlılığım, sözümdən bəlli,
    Məni ilk tanıdan sözümdü yalnız.

    Gah sağında qaldım, gah da solunda,
    Gah ətəyindəyəm, gah da yalında,
    Yıxılıb-dururam şeirin yolunda,
    Arxadan boylanan, izimdi yalnız.

    Zirvəyə yol gedər, təpədən, düzdən,
    Başa bəla gələr gəzəyən gözdən,
    Kimdi fayda görən, hər quru sözdən,
    Yalanı qorxudan düzümdü yalnız.

    Qorxuram sənsizlik qəddimi əyə,
    Kor kimi baxıram sənsiz hər şeyə,
    Eşqim bulud olub, sığınıb göyə,
    Məni baş eyləyən, dözümdü yalnız.

    Bildim

    Sözü sözün üstə qoyub,
    Sözdən qala qura bildum.
    Nahaqqın düz gözün oyub,
    Haqq yolunda dura bildim.

    Gülə-gülə dərd, qəmimi,
    Üst-üstə gəlib cəmimi,
    Ağ varaqda qələmimi,
    Mən o ki var, yora bildim.

    Haramzadə kalanların,
    Haqsızların, yalanların,
    Mən də gözü olanların,
    Düz gözündən vura bildim.

    Qürdü mənə kim tələni,
    Öz-özünə etdi yəni,
    Qardaşdan gələn zərbəni,
    Ürəyimdə yara bildim.

    5.11.2016

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    YAŞADIM

    1- Dekabr Ustad Məmməd Arazın anım günü münasibəti ilə şairin –
    “Bu da belə bir ömürdü yaşadım” –şeirinə

    Zaman-zaman seyrəlibdir dost,tanış,
    Dörd fəslim də qışdır, yağır qar, yağış.
    Əllər göydə, Rəbbə dua, yalvarış,
    “Bu da belə bir ömürdü yaşadım”.

    “Ətdən çəpər, yad gözünə oxdu”lar,
    Hanı oğul?,hanı qzım? –yoxdular.
    Körpü altdan axıb keçdi çox sular,
    “Bu da belə bir ömürdü yaşadım”.

    Xatirəynən, xəyallarnan ovundum,
    Hisslərimə vəkil oldum, sovundum.
    Fələk çarpdı,tərsim oldu uvandım,
    “Bu da belə bir ömürdü yaşadım”.

    Araz üstə Xudafərin, daş kilim,
    Ömür boyu Təbriz dedi, hey dilim.
    O tay dərdi, əbədilik nisgilim,
    “Bu da belə bir ömürdü yaşadım”.

    Qurban ollam pak adına vətənin,
    Ocaq oldum gur oduna vətənin.
    Vətən daşı olub Ana vətənin,
    “Bu da belə bir ömürdü yaşadım”.

    Intizardı həm Borçalı, Savalan,
    Şuşa, Laçın,Ağdam,Göyçə,İrəvan.
    Qəlbi,bağrı, yurdu kimi hey talan,
    “Bu da belə bir ömürdü yaşadım”.

    Məmməd Araz ocağından od alan,
    Dövran oldum, el-obaya səs salan.
    Odlar qızı,kökü üstə ucalan,
    “Bu da belə bir ömürdü yaşadım”.

    QOCALIRAM

    “Mənim dünyam” – silsiləsindən

    Olsam da ömrümün orta çağında,
    Hərdən xəyalımda uşaq oluram.
    Babamın, nənəmin gül qucağında,
    Şirin xəyallara dalıb, qalıram.

    Hər sabah saçların ana darayan,
    Cır səsin eyvana, bağçaya yayan.
    Daraqdan qaçmağa çarə arayan,
    O, totuş qız kimi, “şivən” salıram.

    Darayı çit donun, hövlək deyinən,
    Ətrafa, hər kəsə, şövqlə öyünən.
    Kiçicik, şən qəlbi, tıp- tıp döyünən,
    Ürkək ahu kimi, nəfəs alıram.

    Salıb “gəlinciyin”, ayaq nənniyə,
    Hey sığal çəkirəm, uyusun deyə.
    Necə incə, kövrək, xoş bir hədiyyə.
    Hərdən gülümsəyir, hərdən doluram.

    Gözəl anıları olana nə qəm?
    Ötən xatirələr, hey olur həmdəm.
    Beləcə yaranır , yanaqda şəbnəm,
    Boynuna al Dövran,- day qocalıram…

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    ANAMSIZ

    Dünya işığına həsrətdi anam,
    Dünyanın işığı söndü anamsız.
    Nə qədər sağ idi qoymadı sınam,
    Qəddim də, qəlbim də sındı anamsız.

    Həm sevincim idi, həm qəmim idi,
    Könlümə yeganə həmdəmim idi.
    Mənim kəhkəşanım, aləmim idi,
    Gen dünya zindana döndü anamsız.

    Ümid qaynağımdı, mehribanımdı,
    Sevgisi, qayğısı can dərmanımdı,
    Dərdimi açdığım tək ünvanımdı,
    Yanar ürəyim də dondu anamsız.

    Darıxa-darıxa ağlayır içim,
    Bu qərib dünyadan hayana köçüm,
    Azmışam, tənhayam necə yol seçim,
    Yollarım dumandır, çəndir anamsız.

    Bu ölüm həyatı gözümdən saldı,
    Analı dünyamı əlimdən aldı,
    Burda yaşamağa səbəbmi qaldı,
    Göylər də başıma endi anamsız.

    YAXINAM

    Tanrı pıçıldayır mənə:
    Mən sənə səndən yaxınam.
    Əbədi, sönməz od kimi,
    Qəlbinə gündən yaxınam.

    Yarandım sudan, atəşdən,
    Müqəddəs ruhla görüşdən,
    Göylərə aydan, günəşdən,
    Torpağa dəndən yaxınam.

    Ömürdür ilk-son pənahım,-
    Içimə sığmayır ruhum…
    Göylərdə dolanır ahım,
    Dağlara çəndən yaxınam.

    Qiyamət öz içimdədir,
    Gəlişimdə, köçümdədir,
    O dünya mən biçimdədir,
    Mən ona ündən yaxınam.

  • Rafiq ODAY.”Bölük-bölükdü”

    rafiq-oday

    Bir bölük dərddi dərdim,
    Dərdim bölük-bölükdü.
    Dedim bir məlhəm qoyum,
    Gördüm bölük-bölükdü.

    Bu dərdin qan adımı?
    Toxundun qanadımı?
    Üstünə qanadımı
    Sərdim, bölük-bölükdü.

    Seçmədi sərdə fəndim,
    Keçmədi dərdə fəndim,
    Bu nasıl dərd, əfəndim? –
    Sordum, bölük-bölükdü.

    Gəl yaşayaq bir ömür,
    Dərvişsayaq bir ömür.
    Mən başayaq bir ömür,
    Sürdüm, bölük-bölükdü.

    Bu bazar, açıq bazar,
    Özündən ha çıx – bazar…
    Ərənlər məzar-məzar,
    Yurdum bölük-bölükdü.

  • Fidan ABBASOVA.”Nə yaxşı şer var dərdim boşalır”

    fa

    Yazıq millətimin halına yazıq
    nə qədər dözməli bu haqsızlığa
    nə qədər razıyıq o qədər acıq
    ölsən tulayarlar boş alaçığa..

    Qalxdı işıq pulu qalxdı qaz pulu
    qışı keçirdirik qalın paltoda
    götürə bilmirəm bu haqsızlığı
    yeməyə heçnə yox otur stolda..

    Gözünü qapıya dikərək boylan
    sabaha çıxasan ya çıxmayasan
    millətim nə olar ayıl yuxudan
    bəlkə yerdən yerə çaxılmayasan..

    Ruhu tox, gözü ac üsdə duranlar
    nə qədər dözməli bəsdi yalanlar
    millətin qaınını içib doyanlar
    yazıqdır bu millət , bu ac insanlar.

    Keçdi başımızdan aprel savaşı
    unutduq dənizdə batan qardaşı
    Binada çarəsiz yanan soydaşı
    hansı yerə qoyaq hansı vicdana.

    Dinəni kəsirlər dilinin üsdə
    düz sözü bəs necə söyləməyəsən
    Artıq dözmək olmur bir yaşıq gözdə
    bu soyuq qış ilə inildəyirsən.

    Nə yaxşı şer var dərdim boşalır
    bir azda qəlbimə təsəlli verdim
    gün keçir , ay ötür insan qocalır
    çevrilib arxaya əllvida dedim…..

  • Günel Əliyevanı doğum günü münasibətilə təbrik edirik! (1 dekabr 1991-ci il)

    gex

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və Kollektivi Sizi, yeni nəsil Az\rbaycan gəncliyinin istedadlı nümayəndəsini, zərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya heyətinin Fəxri üzvünü və əməkdaşını, gənc xanım yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Mətbuat xidməti

  • Prezident təqaüdçüsü şair İbrahim İlyaslı ödülə layiq görülüb

    Beynəlxalq Mətbuat Mərkəzində “Mahmud Kaşqari Medalı” laureatlarına ödüllərin təqdimetmə mərasimi keçirilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əli Kərim adına Poeziya Klubunun direktoru, şair İbrahim İlyaslı Ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə “Mahmud Kaşqari Medalı”na layiq görülüb.

    Şakir RƏHMAN,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Sumqayıt şəhəri üzrə xüsusi müxbiri,
    (FOTOQRAF-Foto müxbiri)

  • Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyi “Gənclər şəhəri” Sumqayıtda qeyd olunub

    Sumqayıt şəhər Poeziya Evində Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar incəsənət xadimi, Fərdi Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor, şair-dramaturq Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
    Tədbiri şairin “Zirvə” şeiri ilə açan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əli Kərim adına Poeziya Klubunun direktoru, şair İbrahim İlyaslı yubilyar şairin ömür və yaradıcılıq yolundan söz açıb və şairi yubileyi münasibətilə təbrik edib.
    Tədbirdə çıxış edən professor Rüstəm Kamal, tənqidçi Vaqif Yusifli, yazıçı-publisist Atababa İsmayıloğlu, şair Əşrəf Veysəlli, cənublu şair Aqşin Ağkəmərli, şairə Ofelya Babayeva və digərləri Xalq şairi Nəriman Həsənzadə yaradıcılığı haqqında ətraflı çıxış edib, şairlə bağlı maraqlı xatirələrini söyləyiblər.
    Tədbirdə bədii qiraətçilər Gülbəniz Abbasova, Amil Babayev və Elvin Əlizadənin ifasında şairin müxtəlif illərdə yazdığı şeirlər böyük maraqla dinlənilib, xanəndə Təhmiraz Şirinovun ifasında səslənən mahnılar, Aşıq İlham Aslanbəyli, Aşıq Şəhriyar Qaraxanlı, Aşıq Pəri məclisinin gənc nümayəndələrinin ifasında saz havaları xoş ovqat yaradıb.
    Sonda Sumqayıtda son zamanlar gedən quruculuq işlərindən söz açan Xalq şairi Nəriman Həsənzadə tədbirin təşkilatçılarına öz səmimi minnətdarlığını bildirib, həyatı və fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb, şeirlərindən nümunələr söyləyib.

  • TOSAYAD Başkanı Sayın Remzi Zenginin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək

    rafiq-oday

    Noyabrın 30-da Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) Mətbuat xidmətindən Edebiyyat-Az.Com-a bildiriblər ki, gələn ilin yaz aylarında TOSAYAD Başkanı Sayın Remzi Zenginin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək.“Gənclər şəhəri” Sumqayıtda Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, şair-publisist cənab Rafiq Odayın təşəbbüsü və təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan görüşdə AJB Sumqayıt şəhər təşkilatının saytlarının (gundelik.info və edebiyyat-az.com) redaksiya heyətinin üzvlərinin, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək”, “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihələri çərçivəsində bədii yaradıcılıq nümunələri TOSAYAD-ın yayın orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni saylarında yayınlanan azərbaycanlı qələm sahiblərinin, media təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin də iştirakı gözlənilir.
    Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan görüşdə anlaşma memorondumunun imzalanması, qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • “Buta” Türk Dünyası almanaxının təqdimat mərasiminin keçirilmə vaxtı dəyişdirilib

    b

    Paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Ziyalı Ocağı” İctimai Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində işıq üzü görən “Buta” Türk Dünyası Şairlərinin bədii yaradıcılıq nümunələri toplusunun təqdimat mərasiminin keçirilmə vaxtı dəyişdirilib.Birliyin mətbuat xidmətindən Edebiyyat-Az.Com-a bildiriblər ki, toplunun təqdimat mərasimi gələn ilin yaz aylarında respublikanın paytaxtı Bakı şəhərində keçiriləcək.Layihənin rəsmi informasiya dəstəyi Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi (Gundelik.info) və Azərbaycanın Mədəniyyət və Portalı (Edebiyyat-Az.Com) olacaq.Təqdimatda mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, media təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, bədii yaradıcılıq nümunələri çap olunan müəlliflərin də iştirakı gözlənilir.
    Qeyd edək ki, Buta” Türk Dünyası Şairlərinin almanaxının redaktoru “Ziyalı Ocağı” İctimai Birliyinin Başkanı, Sumqayıt Dövlət Univetsitetinin mətbu orqanı “Sumqayıt Universiteti” qəzetinin baş redaktoru, araşdırmaçı-yazar İlahə Bayandurdur.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Sumqayıtda “Multkulturalizm ili” ilə bağlı sərgi keçirilib

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə keçirilən sərgidə ləzgi, talış, rus, belarus xalqlarının nümayəndələri öz məişət əşyalarını, zəngin mətbəxlərini və əl işlərini nümayiş etdiriblər.
    Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini Teymur Səmədov və Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov tədbirə qatılaraq sərgi ilə yaxından tanış olublar.
    Sumqayıt İH başçısının müavini Teymur Səmədov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür edib. O, qeyd edib ki, multkultural dəyərlərə hörmət Azərbaycan xalqının canında, qanındadır. Sumqayıtda son bir ildə görülən tikinti və abadlıq işlərinə diqqət çəkən Teymur Səmədov bildirib ki, bütün bu görülən işlər milliyyətindən asılı olmayaraq hər bir Sumqayıt sakininin rahatlığı, asudə vaxtının səmərəli təşkili üçündür. “Biz sumqayıtlı olmağımızla fəxr etməliyik” deyən natiq tədbir iştirakçılarını təbrik edib, uğurlar arzulayıb.
    Daha sonra Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edib. O, bildirib ki, multkulturalizm, bir çox fərqli mədəniyyətin bir arada yaşaması deməkdir. Bu günkü tədbirdə biz bunun bariz nümunəsini gördük. Sumqayıt Dövlət Rəsm Qalereyasının bir çox tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran idarə rəisi belə tədbirlərin şəhər sakinləri arasında mədəniyyət sahəsinə marağın artmasına səbəb olduğunu vurğulayıb.
    Sonda Sumqayıt Dövlət Rəsm Qareyasının direktoru Ellada Həsənova qonaqlara tədbirdə iştiraklarına görə təşəkkür edib.
    Tədbirdə “Dostluq” mədəniyyət evinin “Şahinlər” və C.Cabbarlı adına mədəniyyət evinin “Turan” rəqs kollektivlərinin çıxışı, Şəhər Mədəniyyət evinin “Veteran” xalq xorunun gənc müğənni Kamil Ağazadə ilə dueti, eləcə də Moskvada keçirilən Birinci Beynəlxalq Musiqi Festivalının II yer qalibi, “Suvar” xalq kollektivinin solisti Cəmilə Zalovanın, yetirmələri Alisa Məhsimova və Günay Vəlixanovanın ifasında ləzgi mahnıları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Насиба Егембердиева.”СƏЛЕМ БАКУ”

    Менің өлеңдерімді, мақалаларымды интернеттегі əлеуметті желіден оқып, жақсы баға беріп жатқан қаншама, бауырлас ағайындарға алғысым шексіз. Олар өлеңдерімді өз тілдеріне аударып жарияламақшы екен. Осындай көреген əзербайжандық жазушы, журналист, ақын, композитор, əнші достарыма, оқырман қауымға басымды иіп; үлкен рахметімді жеткізгім келеді. Алланың шапағатына бөленіңіздер əрдайым дегім келеді. Əнімді орындаған достарыма, бизнесімен достарымның менің суретімді салып шығарған ыдыстарына, пайдаланбасам да мен үшін алған путевкаларыңызға, жазған жақсы сөздер мен өлеңдер үшін, анау көктемде де бір апта ауруханаға түскенімде аяақтарымен тіке тұрып бүтін минздравты шулатқан достарыма, бəріне үлкен рахмет! Аман болыңыздар!

  • Şəfa VƏLİYEVA.”Gele bilirmisin?”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Gele bilirmisin?
    Gel…
    Gide bildiyin gibi gel …
    Gidişini kucaklayan yolları
    Sana tarif edemem…
    Bitanem…
    Gel…
    Bildiyin gibi gel….

  • “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda yeni layihələrin icrasına başlanılmışdır

    Sumqayıt Kimya Sənaye Parkında “SOCAR-Polymer” layihəsi çərçivəsində tikintisinə başlanılmış Polipropilen və Polietilen qurğularını xammalla təmin etmək zərurəti “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda “EP-300” istehsalatının modernizasiyası, rekonstruksiyası, yeni qurğularının və köməkçi istehsalatların tikintisinə ehtiyac yaratmışdır. Bu işlərin icrası ilə bağlı İtaliyanın “TECHNİP İTALY S.p.A.” şirkəti ilə müqavilə imzalanmış, 2018-2019-cu illərə qədər davam etdiriləcək yenidənqurma layihələrinin mürəkkəbliyi nəzərə alınaraq, mühəndislik, texniki təchizat, satınalma, tikintiyə nəzarət və s. funksiyasının yerinə yetirilməsi üçün bu sahədə böyük təcrübəyə malik “SOCAR-KBR” Birgə Müəssisəsi podratçı qismində işlərə cəlb olunmuşdur.
    Əslində “Azərikimya” İB-də modernizasiya və yenidənqurma işlərinə hələ 6 il bundan öncə – SOCAR-ın strukturuna verildikdən sonra başlanılmışdır. Zəhərli və zərərli, müvafiq standartlara cavab ver¬mə¬yən, şəhərin ekolo¬giyasına mənfi təsir göstərən istehsalatlar ləğv edilmiş, “Azərikimya” İB-nin əsas istehsal sahəsi olan “Etilen-polietilen” zavodunda isə hərtərəfli yenidənqurma işlərinə start verilmişdir. Bu dövr ərzində SOCAR-ın dəstəyi ilə Azot-oksigen və Susoyutma kompleksləri, Mütləqləşdirilmiş izopropil spirti qurğusu, İstehsalata və keyfiyyətə nəzarət, sənaye-sanitar sahələrini özündə birləşdirən laboratoriya, Propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlən¬məsi və Butan-butilen fraksiyasının hidrogenləşməsi qurğuları, həmçinin yeni inzibati və məişət binaları tikilib istifadəyə verilmiş, digər sahələrdə isə əsaslı təmir işləri aparılmışdır.
    Bununla belə SOCAR-Polymer layihəsi çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında inşa olunan Polipropilen və yüksək sıxlıqlı Polietilen zavodlarını yüksək keyfiyyətli və lazım olan miqdarda xammalla təmin etmək məsələsi ortaya gələndə “EP-300” istehsalatının effektliyinin artırılması zərurəti yarandı. Çünki bu qurğular “Azərikimya” İB-nin Etilen-polietilen zavodu tərəfindən ildə 150-180 min ton propilen, 100 min ton etilen məhsulu, həmçinin hidroqen və buxarla təmin edilməlidir.
    Artıq “EP-300” istehsalatının effektliyinin artırılması layihəsi çərçivəsində icrası iki fazada nəzərdə tutulan işlərə start verilmişdir. Bura mövcud propan-propilen fraksiyasının ayrılması bölməsinin modernizasiyası nəticədə məhsuldarlığının 130 min ton/ildən 190 min ton/ilə çatdırılması, Bakı Neft Emalı zavodundan gələn propan-propilen fraksiyasının və Quru qazın təmizlənməsi qurğularının tikintisi, hidrogenin qatılığının yüksəldilməsinə xidmət edən modul tipli elektroliz üsulu ilə hidrogen istehsalı qurğularının tikintisi, istehsalatların 7 günlük stabil və təhlükəsiz işləməsini təmin etmək və boşdayanmaların qarşısını almaq məqsədi daşıyan etilen və propilenin saxlanması üçün yeni anbarların tikintisi daxildir.
    Təbii ki, ”EP-300” qurğusunun modernizasiya işləri bunlarla məhdudlaşmır. Layihəyə həmçinin 4 ədəd müasir piroliz sobasının tikintisi, mövcud izotermik reaktorun adiobatik reaktorla əvəzlənməsi, NÖC və texniki hava istehsalı qurğusunun tikintisi, yeni operator otağının inşası, pnevmatik idarəetmə sisteminin yeni rəqəmsal sistemlə əvəz edilməsi, köməkçi qurğuların və infrastrukturun modernizasiyası və s. daxildir.
    Artıq Etilen istehsalatının əsas hissəsində sxemlərin yoxlanması başa çatmaq üzrədir. “Azərikimya” İB tərəfindən layihə yerlərinin hazırlanması və planlaşma işlərinə başlanılmışdır. Müvəqqəti saflaşdırma qurğusunun əsas avadanlıqları gətirilmiş və layihə ərazisi hazırlanmışdır. Həmçinin “TECHNİP İTALY S.p.A.” şirkəti tərəfindən hazırda lazer skan işləri aparılır ki, bu da sahələrin daha dəqiq görüntüsünü almağa şərait yaradacaqdır. SOCAR-FUGRO şirkəti tərəfindən tikinti aparılacaq ərazilərdə isə süxurların araşdırılması və torpağın möhkəmliyi işləri yekunlaşmışdır. Həmçinin enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisə olan “SOCAR-UNIPER” MMC ilə Etilen-polietilen zavodunda Buxar Generator Kompleksi¬nin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyan yeni Buxar Turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi imzalanmışdır.
    Həyata keçirilən bir layihə də kimyəvi çirkab suların təmizlənməsi qurğusunun tikintisidir. Bu quru Etilen-polietilen zavodunun və “SOCAR-Polymer” MMC-nin kimyəvi çirkab və məişət tullantı sularının təmizlənməsinə xidmət edəcəkdir. Bütün avadanlıqları Türkiyə, Almaniya və ABŞ istehsalı olan qurğunun tikintisi Türkiyənin “İdeal atık su və su arıtma sistemləri SAN.TİC AŞ” tərəfindən həyata keçirilir.
    Layihələrdə nəzərdə tutulan işlər yekunlaşdıqdan sonra Etilen-polietilen zavodunun istehsal gücü artacaq, Polipropilen və Polietilen qurğuları xammalla tam təmin ediləcək, ölkənin bu məhsullara tələbatı ödənilməklə bərabər, ixrac potensialı artacaq, texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaqdır.

    Oqtay Niftəliyev,
    SOCAR “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun direktoru

  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Sabahın əsgəri” adlı yazı müsabiqəsi elan edir

    0930

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik təbliğatının yüksəldilməsi və Xidmətin yaradılmasının 5-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin X – XI sinif şagirdləri arasında “Sabahın əsgəri” adlı yazı müsabiqəsi elan edir.

    Müsabiqənin şərtləri:

    1. Müsabiqəyə hər şagird yalnız bir yazı təqdim edə bilər.
    2. Müsabiqəyə 2016-cı ilin dekabr ayının 1-dən 2017-ci ilin yanvar ayının 18-dək olan müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına təqdim olunmuş yazılar buraxılacaq.
    3. Yazılar 5 min işarədən çox olmamalıdır.
    4. Təqdim olunan bütün yazılarda vətənpərvərlik ruhu yaradılmalı, gənc nəslin dövlətçilik ənənələrinə ehtiramı, qüdrətli ordu quruculuğu yolunda bilik və bacarıqlarını səfərbər edəcəyi əksini tapmalıdır.
    5. Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədi ilə Xidmətin nəşrlərində istifadə edilə bilər.
    6. Müsabiqə üçün yazılar 2017-ci ilin yanvar ayının 18-dək elektron formada info@seferberlik.gov.az ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, oxuduğu ümumtəhsil məktəbi və sinfi) və əlaqə nömrələrini göstərməsi zəruridir.

    Qaliblərin mükafatlandırılması:
    I yer – Noutbuk
    II yer – Netbuk
    III yer – Planşet
    Həvəsləndirici mükafatlar (10 mükafat) – E-book elektron kitab

    Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.
    Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:
    Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının inzibati binası
    Əlaqə telefonu: 493-06-52

  • Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Həyatımızı geri qazanaq” adlı layihə həyata keçirilib

    Layihənin rəhbəri Nuray Rüstəmova bildirdi ki, layihə çərçivəsində 2 təlim təşkil edilmişdir. İlk təlim 25 noyabr Gəncə şəhəri 5 saylı orta məktəbdə, ikinci təlim isə 26 noyabr Gəncə Dövlət Universitetində həyata keçirilmişdir. Təlimlərdə iştirakçılara ekologiyanın qorunması, gələcək nəslin də təbii resurslardan istifadə edə bilməsi üçün təkrar emalın əhəmiyyəti vurğulanmışdır. Kağızın təkrar emalı vasitəsilə 16 ədəd ağacın kəsilməsinin qarşısının alınması, ətraf mühitin tullantılardan təmizlənməsi, oksigen qazının qorunub saxlanmasının mümkünlüyü iştirakçılara təlimlər vasitəsi ilə aşılanmışdır.
    İştirakçılara layihə çərçivəsində hazırlanmış məlumatlandırıcı bukletlər və dəftərxana ləvazimatları paylanılmışdır.

    “eProject” Groupun Mətbuat xidməti

  • “Gənclik və davranış” layihəsi uğurla davam edir

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclik və davranış” layihəsi çərçivəsində növbəti təlim keçirilib. Təlimin açılışında layihə rəhbəri Bəhlul Nuriyev gəncləri salamlayaraq bildirib ki, “Gənclik və davranış” layihəsinin əsas məqsədi ictimai davranış qaydalarını gənclər arasında təbliğ etmək və bu qaydalara riayət edilməsinə gəncləri töşviq etməkdən ibarətdir.
    Layihə rəhbərinin çıxışından sonra, təlimçi tərəfindən gənclərə mövzu ilə bağlı ətraflı məlumatlar verilmiş və iştirakçı gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
    Təlim zamanı iştirakçı gənclərə davranış qaydalarını əks etdirən bukletlər paylanmış və mövzu ilə əlaqədar videogörüntülər təqdim edilmişdir.
    Layihənin ikinci təlimində əsasən ali və orta ixtisas məktəblərinin tələbələri iştirak etmişdir.
    Təlimin sonunda gənclərə sertifikatlar təqdim edilmiş və xatirə şəkilləri çəkilmişdir.

    “eProject” Groupun Mətbuat xidməti

  • Alim, rektor, millət vəkili və baba…

    8a447bbbf465

    Əhməd Vəliyev – 67
    Bu gün Odlar Yurdu Universitetinin rektoru, Milli Məclisin III (2005-2010) və IV (2010-2015) çağırış deputatı, Fizika-riyaziyyat elmləri doktoru, Professor, “Şöhrət” ordenli, Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olan Əhməd Vəliyevin doğum günüdü.
    Əhməd Vəliyev 1949 – cu il noyabrın 29 – da Qazaxın Alpout kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakultəsinə daxil olub, ali təhsilini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun riyaziyyat kafedrasında laborant, baş laborant, laboratoriya müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
    1990 – 1997 ci illərdə Əhməd müəllim elmi fəaliyyətini davam etdirmişdi, Bakı Sənaye-Pedaqoji texnikumunun direktoru vəzifəsində işləmişdi. 1995-ci ildə isə direktoru olduğu texnikumun bazasında Odlar Yurdu Universitetini yaradır. Əhməd Vəliyev Fizika-riyaziyyat elmləri namizədi, Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru (Ph.D), Fizika-riyaziyyat üzrə Elmlər doktoru elmi dərəcələrini və dosent, professor elmi adlarını alıb.
    Beynəlxalq elmi fəaliyyətində də uğur qazanan Əhməd müəllim Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü, Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü və yeni təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosasiyasının qızıl medalına layiq görülüb.
    Əhməd Vəliyev ixtisası üzrə əllidən çox elmi məqalə, bir elmi monoqrafiya, onlarla dərslik və dərs vəsaitinin, eyni zamanda möhtərəm prezidentimiz cənab İlham Əliyevin hələ prezident olmadığı zamanda onun gələcək siyasi taleyi, təkcə Azərbaycan üçün yox, dünya siyasi arenasında tutacağı yüksək mövqe, qazanacağı uğurlar haqqında proqnoz verdiyi siyasi publisistika janrında yazılmış “Bəsirət ünvani” adlı kitabın müəllifidi. Kitab latın və ərəb qrafikası ilə Azərbaycan dilində, Prezident seçkiləri qabağı 2003-cü ildə ingilis dilində çap olunub. Bundan başqa Azərbaycanın birinci xanımı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva haqqında “Adının sahibi” kitabının da müəllifidi.
    Elmi fəaliyyəti ilə bərabər siyasi fəaliyyətini də davam etdirən Əhməd Vəliyev III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Milli Məclisin Elm və Təhsil məsələləri daimi komitəsinin üzvüdü. Eyni zamanda Azərbaycanla Almaniya, Litva, Çexiya, Türkiyə, Şimali İrlandiya, Gürcüstan Parlamentlərarası dostluq qrupunun üzvü və Cənubi Afrika dostluq qrupunun rəhbəridi.
    Əhməd Vəliyev təkcə təhsil ocaqlarında elmi davamçılarını yetişdirməyib. Övladları da elmi seçərək, uğur qazanıblar. Böyük oğlu Samir Vəliyev ölkənin ən gənc hüquq elmləri doktoru və professoru, qızı Vəfa Vəliyeva həkim, doktorant, kiçik oğlu Munir Vəliyev isə iqtisadçı, iqtisadiyyat üzrə fəlsəfə doktorudu.
    Elmi fəaliyyəti İlham Əliyev tərəfindən qiymətləndirilən Əhməd Vəliyev 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Həm gözəl ata, həm də qayğıkeş baba olan Əhməd müəllimin 8 nəvəsi var.
    Əhməd Vəliyevi rektoru olduğu “Odlar Yurdu” universitetində çox sevirlər. Çünki o hər tələbənin qayğısı ilə maraqlanır. Odlar Yurdu Azərbaycanın bütün qəlbi ilə sevən Əhməd müəllimi təbrik edir, daha böyük uğurlar arzulayırıq!

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    ŞƏNGÜLÜMLƏ, ŞÜNGÜLÜM

    “Uşaq şeirlərim” – silsiləsindən

    Saqqalları əlçim-əlçim,
    Vardır iki bala keçim.
    Bilmirəm ki, necə seçim?
    Hansı- alagöz Şəngülüm?-
    Hansı qaragöz Şüngülüm?.

    Ikisi də, ala-bula,
    Ikisi də, üzü yola.
    Giribdilər, bax qol-qola,
    Hansı –alagöz Şəngülüm?-
    Hansı- qaragöz Şüngülüm?.

    Səs-küyləri göyə çatır,
    Bir- birinə buynuz atır.
    Biri durur, biri yatır,
    Hansı –alagöz Şəngülüm?-
    Hansı –qaragöz Şüngülüm?…

    ÖMRÜN FƏSİLLƏRİ

    “Mənim dünyam” – silsiləsindən

    Bu dünyada hər şeyin var zamanı,
    Yaradandır nizamlayan hər anı.
    Dərə çəni, dağlar sevər dumanı,
    Yaz gəlməsə axan çaylar çağlamaz,
    Gül- çiçəklər qönçə, buta bağlamaz.

    Yay zamanı hamı sevər yaylağı,
    Zümrüd meşə, yaşıl çəmən, bulağı.
    Yal- yamaclar olar könül oylağı,
    Duman, nə sis qar yağdırıb çığlamaz,
    Şən buludlar, gözün sıxıb ağlamaz.

    Son baharda quşlar çıxar səfərə,
    Elat enər dağdan- düzə, şəhərə.
    Hacət yoxdur ağlamağa, qəhərə,
    Təbiətin taxtı, tacı laxlamaz,
    Ulu dağlar qışda qonaq saxlamaz.

    Ahıl, qoca möhkəm tutar əsasın,
    İstər sürsün hər anının səfasın.
    Fani dünya sonda alar qisasın,
    Dövran, əcəl xəzan çiçək qoxlamaz,
    Payız- yazı, nə qış- yayı haxlamaz…

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    GÖTÜRMƏZ

    Öz yükünü özün daşı,
    Bu dünya şələ götürməz.
    Gözlərindən axan yaşı,
    Bir kimsə ələ götürməz.

    Gözün tox, qəlbin dolusa,
    Bəndəsən, Allah qulusan.
    Getdiyin haqqın yolusa,
    Əyri əmələ götürməz.

    Sevgi ələm yanğısıdır,
    Vüsalsız qəm yanğısıdır,
    Bu od Kərəm yanğısıdır,
    Bu dərdi Lələ görürməz.

    Həyatın hər cür üzü var,
    Eniş-yoxuşu, düzü var,
    Qəlbində ki, qəm izi var,
    Ürəyin çilə götürməz,

    Ömür yollarda əsirdir,
    Hər yolun məramı sirrdir,
    Sonsuzluğun yolu birdir,
    Hər yol əcələ götürməz.

    VAR

    Görünən hər bir şeyin,
    İlkini, təməli var.
    Yaxşılığın, pisliyin,
    Mütləq bir bədəli var.

    Dünya tək şənlik deyil,
    Dərdləri sənlik deyil.
    Uyma, beş günlük deyil,
    Axırı, əvvəli var.

    Varın artsa öyünmə,
    Qürurdan don geyinmə,
    Bəxtin yatsa deyinmə,
    Eniş-yoxuş, bəli, var.

    Asi olma heç zaman,
    Çıx şübhə dumanından,
    Qorxmaz haqq divanından,
    Kimin düz əməli var.

    Həyatın hikmətində,
    İnsanın xislətində,
    Hər kəsin qismətində,
    Allahın öz əli var.

  • Azərbaycan Dövlət Aqrar Universiteti Avropanın “Ən yaxşı universitet”i oldu

    Azərbaycanda aqrar təhsilə Dövlət səviyyəsində qayğı və diqqət bu sahənin inkişafında əsaslı rol oynayıb. Tədrisin təşkilindən tutmuş güclü və müasir maddi-texniki bazanın yaradlmasınadək atılan hər addım da sonda ürək açan uğurlara səbəb olub. Bu günlərdə Azərbaycan Dövlət Aqrar Universitetinin qapısını daha bir sevindirici xəbər döyüb.
    AAzərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, Oksford Akademik Birliyi (Oksford, Böyük Britaniya) təhsil müəssisənin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərova bir məktub ünvanlayıb. Məktubda deyilir: “Oksford Akademik Birliyi müasir cəmiyyətdə elm və təhsilin nüfuzunun artırılması, elm və istehsalatın inkişafına vermiş olduğunuz töhfəyə görə sizə öz dərin hörmət və ehtiramını çatdırır.
    Elm, texnologiya, təhsil sahəsində ən nüfuzlu Avropa mükafatlarndan biri olan “Ən yaxşı Universitet” mükafatınin təqdimetmə mərasimi Avropanın ən qədim elm və universitet mərkəzi olan Oksfordda, 20 dekabr 2016-ci ildə olacaq. Mərasim, Avropa Biznes Assambleyası (EBA), Avropa Rektorlar Klubu (CRE), Oksford Elm Cəmiyyəti (OAS), güclü ictimai təşkilatlar və dünyanın 46 ölkəsinin ən tanınan professional, elm və yaradıcılıq birliklərinin dəstəyi ilə Beynəlxalq Sokrat Komitəsi tərəfindən həyata keçiriləcəkdir. Tədbir Oksfordda keçiriləcək və liderlərin beynəlxalq sammitinin “Elm və təhsilə yatırım – gələcəyə yatırımdır” adlı proqramı əsasında baş tutacaq. EBA və CRE tərəfindən verilən versiyaya görə dünyanın ən yaxşı universitetlərinin reyestri formalaşdırılıb. Bu reyestr həmin ali təhsil olcaqlarının beynəlxalq nüfuzunu artırmaq məqsədilə yaradılmışdır. Sizin rəhbərliyiniz ilə idarə olunan kollektivin iş fəaliyyəti “Ən yaxşı regional Universitet” reyestr göstəricilərinə tamamilə uyğundur. Göstəricilər isə təhsilin əlçatanlığı (əlverişliyi, təhsil haqqı, qəbul şərtləri), müəllim heyətinin professionallığı, universitetin akkreditasiya səviyyəsi, tələbə və məzunların rəyləri, texniki təminat səviyyəsi, beynəlxalq elmi proqramlarda və eləcə də beynəlxalq mübadilə proqramlarında iştirak, yeni fənnlərin tədrisi, istifadə olunan metodik vəsait və proqramların rəngarəngliyi, beynəlxalq əməkdaşlıq perspektivlərinin mövcudluğundan ibarətdir.
    Sokrat adına Beynəlxalq Nominasiya Komiteti sizin rəhbərlik etdiyiniz ali təhsil müəssisəsini “ən yaxşı universitet” beynəlxalq mükafatına, sizi isə “Elm sahəsi üzrə ilin ən yaxşı top-meneceri (rəhbər) nominasiyasına layiq görmüşdür.
    Hörmətli Ibrahim Həsən oğlu! Məhsuldar elmi, peşə və professional fəaliyyətiniz dünyanın intellektual elitası arasında sizin şərəfli yer tutmağınıza əsas olmuşdur. Biz sizin sammit iştirakçıları arasında nüfuzlu mərasimdə iştirak etməyinizdən şad olarıq. Əminik ki, sammitdəki iştirakınız tədbirin işinə zənginlik qatacaq və Avropanın elm və işgüzar cəmiyyəti tərəfindən müsbət qarşlanacaqdır.”
    Təqdim edilən bu məktub həm də ADAU-nun təhsil səviyyəsinin, müasir maddi-texniki bazasının, bütövlükdə Azərbaycanda aqrar sahə üzrə yeganə təhsil müəssisənin inkişaf istiqamətlərinin Avropa miqyasında da tanınmasının təsdiqidir.

  • Meral Konrat Sumqayıtda

    Türkiyənin tanınmış sənətçisi, “Təhminə və Zaur” filmində yaratdığı “Təhminə” obrazı ilə tanınan Meral Konrat və rejissor Öner Kılıç, aktyor Emre Kızılırmak, digərlər sənətçilər, jurnalistlər şəhərimizdə qonaq olub.
    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi və “Bilik” Tədris Mərkəzinin birgə təşkil etdiyi səfər çərçivəsində xanım sənətçi və yaradıcı heyət yeni tikilən mədəniyyət müəssisələri ilə yaxından tanış olub, şəhərimizdə son bir ildə aparılan abadlıq, tikinti və quruculuq işləri haqqında məlumatlandırılıb.
    Heydər Əliyev Mərkəzi və “Poeziya Evi”ndə olan qonaqlar görülən işlərdən heyrətlərini gizlətməyib, kiçik bir şəhərin sakinləri üçün belə bir şəraitin yaradılmasını alqışlayıblar.
    Qonaqlar həmçinin Sumqayıt Dövlət Dram Teatrında olublar. Teatrda yaradılmış şəraitlə yaxından tanış olan sənətkarlar səhnədə tamaşaçılar qarşısında çıxış ediblər.
    “Belə bir teatr səhnəsində məmuniyyətlə çıxış etmək istərdik”deyən sənətkarlar bu səfərin mədəni əlaqələrin inkişafında mühüm rol oynaya biləcəyini dilə gətiriblər. Tanınmış aktrisa Meral Konrat çıxış edərək, Sumqayıtda ilk dəfə olduqunu və gördüyü mənzərələrin onda xoş təəssürat yaratdığını bildirib.
    Sumqayıt tamaşaçılarına xoş arzularını çatdıran sənətkarlar sonda xatirə şəkli çəkdiriblər.
    Daha sonra Türkiyəli sənətkarlar yeni salınan şəhər bulvarı ilə tanış olublar. Bulvarda gəzintinin onlarda xoş əhval-ruhiyyə yaratdıını bildirən qonaqlar görüşün təşkilinə və mehriban qonaqpərvərliyə görə təşilatçılara öz təşəkkürünü bildirib.
    Sumqayıt mədəniyyət işçiləri adından qonaqlara öz xoş arzularını çatdıran Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov dəvəti qəbul edib gəldiklrinə görə sənətkarlara öz təşəkkürünü bildirib, belə tədbirdlərin davamlı olacağını vurğulayıb.
    Sonda Türkiyəli sənətçi Sumqayıtın yerli televiziya kanalı və informasiya vasitələrinə müsahibə verib.

    Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidməti

  • Türkiyənin tanınmış sənətçiləri Sumqayıtın qonaqları oldular

    Türkiyənin tanınmış sənətçisi, “Təhminə və Zaur” filmində yaratdığı “Təhminə” obrazı ilə tanınan Meral Konrat və rejissor Öner Kılıç, aktyor Emre Kızılırmak və digərləri Sumqayıtda qonaq olub.
    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi və “Bilik” Tədris Mərkəzinin birgə təşkil etdiyi səfər çərçivəsində xanım sənətçi və yaradıcı heyət yeni tikilən mədəniyyət müəssisələri ilə yaxından tanış olub, şəhərimizdə son bir ildə aparılan abadlıq, tikinti və quruculuq işləri haqqında məlumatlandırılıb.
    Heydər Əliyev Mərkəzi və “Poeziya Evi”ndə olan qonaqlar görülən işlərdən heyrətlərini gizlətməyib, kiçik bir şəhərin sakinləri üçün belə bir şəraitin yaradılmasını alqışlayıblar.
    Qonaqlar həmçinin Sumqayıt Dövlət Dram Teatrında olublar. Teatrda yaradılmış şəraitlə yaxından tanış olan sənətkarlar səhnədə tamaşaçılar qarşısında çıxış ediblər.
    “Belə bir teatr səhnəsində məmuniyyətlə çıxış etmək istərdik”deyən sənətkarlar bu səfərin mədəni əlaqələrin inkişafında mühüm rol oynaya biləcəyini dilə gətiriblər. Tanınmış aktrisa Meral Konrat çıxış edərək, Sumqayıtda ilk dəfə olduqunu və gördüyü mənzərələrin onda xoş təəssürat yaratdığını bildirib.
    Sumqayıt tamaşaçılarına xoş arzularını çatdıran sənətkarlar sonda xatirə şəkli çəkdiriblər.
    Daha sonra Türkiyəli sənətkarlar yeni salınan şəhər bulvarı ilə tanış olublar. Bulvarda gəzintinin onlarda xoş əhval-ruhiyyə yaratdıını bildirən qonaqlar görüşün təşkilinə və mehriban qonaqpərvərliyə görə təşilatçılara öz təşəkkürünü bildirib.
    Sumqayıt mədəniyyət işçiləri adından qonaqlara öz xoş arzularını çatdıran Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov dəvəti qəbul edib gəldiklrinə görə sənətkarlara öz təşəkkürünü bildirib, belə tədbirdlərin davamlı olacağını vurğulayıb.
    Sonda Türkiyəli sənətçi Sumqayıtın yerli televiziya kanalı və informasiya vasitələrinə müsahibə verib.

    Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidməti

  • Şair-jurnalist Rafiq Odayın şeirləri “Azərbaycan” jurnalında çap olunub

    rafiq-oday

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisinin Başkanı, şair-publisist cənab Rafiq Odayın şeirləri Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Azərbaycan” jurnalının noyabr sayında işıq üzü görüb.
    Qeyd edək ki, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, şair-publisist Rafiq Odayın şeirləri keçən ilin oktyabr ayında Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Şair-publisist Rafiq Odayın yeni işıq üzü görmüş kitabının elektron versiyası “kitabxana.net” saytında yerləşdirilib

    rafiq-oday

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisinin Başkanı, şair-publisist cənab Rafiq Odayın cari ilin sentyabr ayında “Elm və təhsil” nəşriyyatı tərəfindən işıq üzü görən “Qərib durnalar nəğməsi” kitabının elektron versiyası pdf formatda Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxanada-“kitabxana.net” saytına yerləşdirilib.
    Qeyd edək ki, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, şair-publisist Rafiq Odayın yeni işıq üzü görmüş kitabının elektron versiyası sədri olduğu Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    SEVİMLİ DOSTUM, ƏZİZ BACIM RAYA XANIMIN CİYƏRPARASI CULİDANI DOĞUM GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK EDİR.
    NƏNƏSİNƏ VƏ VALİDEYİNLƏRİNƏ TƏBRİKLƏRİMİ GÖNDƏRİRƏM. CULİDE

    Nənənin gül balası,
    Gözü mərcan Culide.
    Al yanaqlı lalası,
    Culidə, can Culide.

    Gözümün qarasısan,
    Dərdimin çarasısan.
    Qəlbimin parasısan,
    Culide, can Culide.

    Şükür səni verənə,
    Dünya bəxş edib mənə.
    Xoş sevincsən nənənə,
    Culide, can Culide.

    Ömrün yaz, bahar olsun,
    Allah sənə yar olsun.
    Atan, anan var olsun,
    Culide, can Culide.

    Yaşam –həyat oyunu,
    Böyü, tanıt soyunu,
    Nənə görsün toyunu,
    Culide, can Culide.

    KOROĞLU DASTANI

    “Uşaq şeirlərim” – silsiləsindən

    Babam mənə danışıb,
    “Koroğlu “ dastanını.
    Rövşən necə alıbdır,
    Atasının qanını.

    Hasan Paşa çıxarmış,
    Atasının gözünü.
    Rövşən “misri” qılıncla,
    Demiş ona sözünü.

    Həmin gündən adına,
    Deyilib Qoç Koroğlu.
    Yetib məzlum dadına,
    Olub Vətənin oğlu.

    Çapa-çapa “Qırat”ın,
    Yurd seçib “Çənlibel”i.
    Dastan edib həyatın,
    Qoruyub doğma eli.

  • Kənan AYDINOĞLU.Türkmənçay sülh müqaviləsi ilə ilgili şeirlər

    1902788_614529541965133_896121757_n

    DAĞILSIN TÜRKMƏNÇAY MÜQAVİLƏSİ

    “Dağılsın Türkmənçay müqaviləsi,
    O tayda, bu tayda kədərlə birgə”.
    Müəllif

    On fevral həminki Türkmən kəndində,
    Sənəd imzalanır xalq əleyhinə.
    Ortada ikiyə bölünən vətən,
    Yenə də bölünür rusun xeyrinə.

    Ruslar qarşılayır bunu fərəhlə,
    Onun nə vecinə torpaq kimindi.
    Şimalı cənubdan ayıran zaman,
    Torpaq bizimdisə günah kimindi?!

    Ovuca sığmayan bu Ana torpaq,
    Rusun nəzərində bu gün kiçilir.
    Tökülən millətin bax o al qanı,
    Qədəhə süzülüb
    burda içilir.
    Əsgərlər durubdu dəstəbədəstə,
    Onların içndə biri seçilir.

    Danlaya-danlaya fikri içində,
    Əhdindən indicə dönmək istəyir.
    Əynində boz şinel, başında papaq,
    Elə bil kim isə dinmək istəyir.

    Bax budur həminki bizim qəhrəman,
    Yenə də içində fəryad qoparır.
    Fikirlər, duyğular aləmi onu,
    Özündən uzağa-haqqa aparır.

    Səhərdən ətrafa boylanan günəş,
    Ömrü gül-çiçəklə yenə bəzəyir.
    Axı o neyləsin onun da ömrü,
    Aldanmış sahibsiz itə bənzəyir.

    SƏNƏD İMZALANDI TÜRKMƏN KƏNDİNDƏ

    “Pozulsun Türkmənçay müqaviləsi,
    Nə hücum, nə qırğın, nə bir dərd olsun”.
    Nəriman Həsənzadə

    Sənəd imzalandı Türkmən kəndində,
    İkiyə bölündü bu ana torpaq.
    Düzü, gözləməzdim rus öz əliylə,
    Xalqın tarixinə kədər yazacaq.

    Şimalla cənubu ayrı saldılar,
    O tayda, bu tayda axdı göz yaşı.
    Araz da çağladı tarixlə birgə,
    Yasa qarışanda millətin başı.

    Təbriz qardaşından ayrı düşəndən.
    Bakının gözləri yenə yol çəkir,
    İnana bilməsən həmin sənədə,
    Gəl, gör ki, millətin başı nə çəkir.

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    Şair etdilər

    Tək özün düşünər, düşüncəsi dar,
    Elə nəsə umar, kara gəlməz o.
    Könül ovundurmaz, ancaq qəlb qırar,
    İnsafa gəlməz o, ara gəlməz o.

    Hərə öz kefində, öz halındadı,
    Zənmətsiz qazanclar, başa dəyibdi.
    Kişinin vüqarı kamalındadı,
    O qədər sözüm var, daşa dəyibdi.

    Haqq-divan olmayıb, yoxdu bu yerdə,
    Oturub haqlıyla, haqsız diz-dizə.
    Haqqı tanımayan çoxdu bu yerdə,
    Haqsıza rast gəldim, haqq gəzə-gəzə.

    Özümə güvənib qələbə çaldım,
    Məni mən eləyən, mənliyim oldu.
    Haqqı uca tutdum, özüm ucaldım,
    Haqqa aparan yol, ən ali yoldu.

    Arzularım yatıb köksümdə dən-dən,
    Hər nə etdilərsə, bir-bir etdilər.
    İndi minnətdaram, ətrafıma mən,
    Mənə dərd verdilər, şair etdilər.

    Hər kəs vicdanıyla, qalsın baş-başa,
    Bir belə təlaşdan, kar aşmaz Polad.
    İnsanlıq məhv olub, dönməsin daşa,
    Bədbin olmaq sənə, yaraşmaz Polad.

    10.08.2015.

    Ömrü

    Haqq ucadır, biz quluyuq,
    Vermək olmaz boşa ömrü.
    Olmasın buz kimi soyuq,
    Döndərməyək qışa ömrü.

    Həyatın hər naxışında,
    Hər kəs yaşar öz xoşunda,
    Ey gül, eniş yoxuşunda,
    Bir keçirək qoşa ömrü.

    Odda qovrul, közdə yaşa,
    Ürəkdə qal, gözdə yaşa,
    Xoş müqəddəs sözdə yaşa,
    Qoyma dəysin daşa ömrü.

    Saç ağardıb yüz çağında,
    Ata baba ocağında,
    Aşiqinin qucağında,
    Kim vurmaz ki, başa ömrü?

    Qəlb oxşayar ismətli yar,
    Abır, həya, mərifət, ar,
    Polad, bil ki, hər üzü var,
    Sevə-sevə yaşa ömrü.

    2.01.2015.