Photo Kenan

Gündəlik İnformasiya Mətbuat xidmətinin rəhbəri

BU SƏHƏR USTADIN RƏSMİNİ GÖRDÜM

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, o taylı, bu taylı şair Ustad Məhəmmədhüseyn Şəhriyara sevgi və sayqılarla!

“Hələ “Heydərbaba” yaddaşımızda,
Ustadın kəlməsi dilimizdədir”.
Müəllif.

Bu səhər ustadın rəsmini gördüm,
Neyləyim, kövrəyəm gözlərim doldu.
Yenə də Ustadı xatirələrdə,
zaman-zaman anan sözlərim oldu.

Şimallı-cənublu şairimizsən,
İllərin həsrəti yorsa da, bizi.
O tayda gözlərin dolduğu zaman,
Həsrətlə yandırıb-yaxdın Təbrizi.

Səhəndə yazdığın məktublar özü,
Gözlərin həsrəti, qəlbin dağıdır.
Ruhunun önündə əyilməyimiz,
Bakının Təbrizlə görüş çağıdır.

Analar anası Kövhək ananın,
Ruhuna ehtiram bəslənməlidi.
Daha o gözlərdən sevinc, nur yağır,
Dünya harayına səslənməlidi.
5 oktyabr 2014-cü il. Bakı şəhəri.