…Tumurcuq gözləri gülür baharın,
Bənövşə ah çəkir kolun içində.
Diksinib boylanır ayaq izlərim,
Arxamca uzanan yolun içində.
Şəklimiz çəkilib quzey qarına,
Bu sevda dağın da gələr karına.
Ovcunu tutmusan göz yaşlarına,
Hələ oynayırsan selin içində.
…Gəl qucaq qollarım çəpərin olsun,
Çəpərdən keçməyə təpərin olsun.
Sənə çiçək dedim,xəbərin olsun,
Bu qədər çəmənin,gülün içində.