z

VƏTƏN OĞLU.

Sən vətənin övladısan,
Şanı, şöhrəti, adısan.
Elin qolu, qanadısan,
Məğrur yaşa vətən oğlu.

Elinin dayağı oldun,
Işığlı çirağı oldun.
Düşmənə göz dağı oldun,
Məğrur yaşa vətən oğlu.

Səni əymədi şər, yalan,
Qoydun millət yolunda can.
Səninlədir Azərbaycan,
Məğrur yaşa vətən oğlu.

Adın gələndə yer əsir,
Düşmən ölməyə tələsir.
Sözün, neçə dili kəsir,
Məğrur yaşa vətən oğlu.

Özün, adın boyda dağsan,
Şir ürəkli, bir qoçaqsan.
Azərbaycana dayağsan,
Məğrur yaşa vətən oğlu.

Ad qazandın hünərinlə,
Qürur duydun vətəninlə.
Zeynəb, fəxr edir səninlə,
Məğrur yaşa vətən oğlu