Azər Cəbrayıllı (Məmmədov Azər Mikayıl oğlu) 1967-ci il iyun ayının 19-da Cəbrayıl rayonuda ziyalı ailəsində anadan olub. 1983-cü ilin may ayında atam Mikayıl Məmmədovun işi ilə əlaqədar orta təhsilini Zaqatala şəhər 1 nömrəli orta məktəbdə davam etdirib.1984-cü ildə orta məktəbi başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Aqrar Universitet) “Kənd təsərrüfatı iqtisadiyyatının təşkili və idarə edilməsi” fakültəsinin qiyabi şöbəsinə daxil olub.1993-cü ilin mart ayından sentyabr ayınadək könüllü olaraq Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarında Nazirlik tərəfindən keçirilən hərbi əməliyyatlarda iştirak etdiyi üçün müharibə veteranıdır. Ailəlidir, bir qızı, bir oğlu var.
Sevən qəlblər
Mən sənə eşqimin baharı dedim,
asta-asta açan bir qönçə bildim.
Qəlbimin açarı , ön sözüm dedim,
qəlbimin hakimi mən səni gördüm.
Mən sənə qəlbimin nurusan dedim,
qəlbimdə olmasan nə edərəm mən?
Qəlbim də kor olar kor gözlər kimi,
sənsiz bu dünyada nə edərəm mən?
Mən sənə dünənin özüsən dedim,
keçmişi unudan sabahı görməz.
Sənə mən qəlbimin çırağı dedim,
sevən ürəklər çünki heç vaxt sönməz!
Mən sənə kədərin şəriki dedim,
kövrələn qəlbimin dərmanı bildim.
Sənə ümidimin közüsən dedim,
köz varsa bu halda həyat var bildim.
08 mart 2014-cü il