elnur

Sevginin səfəri deyib,
Bir səfil bəndə dolaşır.
Ruhum ömürlük əsirin,
Cismimsə məndə dolaşır.

Gözümdə yatır gecələr,
Gecələr mənlə gecələr.
Məndə kəsişən küçələr,
Sən deyib səndə dolaşır.

Qaldırsam,yükdür kirpiyim,
Göz qapağıma, sevdiyim.
Gözümdə yuyub sərdiyim,
Uyub bir fəndə,dolaşır.