Səhərin gözüylə oyanan
əli alnında boylanan
sərhədçi qardaş.
Kim var kim yox oralarda,
o bağlı yollarda
kimsə yıxıldı elə bil
sərhəddən xeyli uzaq.
Şəhərlidi ya kəndçi
uzaqlardan gəlib-
adını deyir vətəndaş!
Sən yerdəki qara bax,
yazın bu son ayında
bu sərhəd yollarında
ləpir qoyan ayaqlar,
biri gedir ,biri gəlir …
Bu yolları izləyən
şimal sənə çox yaxın,
əlini çək gözündən
elə bil üz -gözündən
tanıyan olub səni .
Bu sərhəddə soyuq var,-
gözlərindən qaçmasın
bayaq səni səsləyən
səni görən vətəndaş!