Gedirəm
Hamı kimi bu səhərdə,
Mən də bir yana gedirəm.
Yolları ölçür addımım,
Yol yona-yona gedirəm.
Özüm sığmıram əynimə,
Əynim daralıb,qəm yemə.
Özümü alıb çiynimə,
Özümdən ona gedirəm.
Getdikcə gödəlir uzun,
Gödək,uzun alın yazım,
Bu yazını hara yozum?
Bunu yozana gedirəm.
Qayada
Tox yatıb yuxuyla qolboyun gecə,
Acın fikri gəzir,dağda,qayada.
Arzular dilənir küçəbəküçə,
Acdan bezib düz də,dağ da,qaya da.
Toxlar yenə eyşdə doğubdu,gündüz,
Acın iştahına işləyir,Gün,düz.
Pendir bolsa,qarğa,düz çıxıb,Gün,düz,
Qonmusan leşlərə, düşmür qa yada.
Coşqun, bu həyatı coşsan bil məzə,
Coşanlar sükutu həyat bilməz, ə!
Sözünü söyləmə sözün bilməzə,
Baş açmaz çək qiyyə, qu ya,qa ya da…