DUYĞULARIM,DÜŞÜNCƏLƏRİM..
Kim nə deyir ,qoy desin,
Gözəl düşün ,gözəl yaz,
Bu dünyada onsuz da ,
Biri çoxdu ,biri az.
Düşünmə ki dünyanən,
Sevinci var qəmi var,
Sən düşün ki dünyanın,
Sirrli-sirli dəmi var.
Sirr açarı özünsən,
Sevinc səndə ,qəm səndə,
Sən elə yaşayırsan ,
Düşündüyün aləmdə.
Bir yetimin göz yaşın,
Silə bilsən sənindi,
Bu dünyanın savabı,
Son qəmin ələmindi.
Çətinlikdə olana,
Əl tutan əllərindi,
O əl sənin özünün ,
Sirrli bir aləmindi.
Sevinc sevgili gözdə,
Ürəkdən sev özün də,
Dünya aləm gözündə,
Gözəlləşər sözün də.
Aç səhəri ümidlə,
Günü başla inamla,
Sən ümiddə,inamda ,
Tapacaqsan ilham da.
Yaşa bir insan ömrü,
İnsansan ,insan kimi,
Sonunda görəcəksən,
İnsanlıq zirvəsini.
17 12 2015.
QIŞ GƏLİR
Gündüzün nə ömrü qaldı
Bağrını yardı gecələr,
Gəlir qış ömrü ilə
Yaman uzandı gecələr.
Şaxta baba naxış gəlir,
Dilindədir alqış gəlir,
Qar sazaqlı bir qış gəlir,
Tutub əlindən qar qızı.
Nəvələrin nağıl payı,
Nağıl payı,noğul payı,
Nənələrin boğçasında,
Çoxdu bilinməzdi sayı.
Yığışacaq ocaq başı,
Babaların söhbət yeri,
Çöldə qurdla qurd savaşı,
Qalmayasan çöldə barı.
Quşbaşı yağacaq qarı,
Bol nemətdi deyir hamı
Zəmilərin bugda barı,
Bərəkətli olsun varı.
16 12 2015.
ÖTÜŞÜR.
Necə yaşadıq deməyə,
Bir də dünyaya gəlməyə,
Ürəkdən danışııb ,Gülməyə,
Aman verməz ki, bir daha..
İllər nə tez-tez ötüşür?
Xəyallara dalır insan,
Xatirələr alır insan,
Gümanlarla sabahının ,
Ümidinə qalır insan,
İllər nə tez-tez ötüşür?!
Yel qanadın alıb yeldən,
Soraq verməz aydan-ildən,
Nəğmə dolu ömürlərdən,
Alıb sözü, alıb dili,
İllər nə tez-tez ötüşür?!
LAYİQDİR İNSAN.
Günlərin içində ən gözəl günlə,
Anların içində ən gözəl anla,
Ən gözəl şöhrətlə,ən gözəl şanla,
Xoşbəxt yaşamağa layiqdir insan.
Ömürlər ,talelər,həyat yolları,
Hardan başlayacaq ,harda bitəcək,
Bir qismət yaşayan,bir gün köçəcək,
Xoşbəxt yaşamağa layiqdir insan.
Küləklər yel kimi ötür yanından,
Səadət yaşanır bircə anından,
Ömrün ötab keçən hər bir anından ,
Xoşbəxt yaşamağa layiqdir insan.