Martın 18-də Ağstafa Yazıçılar Evində Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin təşkilatçılığı ilə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Səməd Vurğunun anadan olmasının 110 illik yubileyi münasibətilə Poeziya axşamı keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən dəvət olunmuş mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri, o cümlədən qələm sahibləri də iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri, şair Saqif Qaratorpaq ilk növbədə,
tədbir iştirakçılarını salamlayaraq, ən yeni dövr Azərbaycan poeziyasının və müasir Azərbaycan dilinin banisi, Azərbaycançılıq ideologiyasının yaradıcılarından biri Xalq şairi Səməd Vurğunun geniş və zəngin yaradıcılıq fəaliyyəti haqqında ətraflı məlumat verib, əsərlərinin əhatə olunduğu mövzu və ideya baxımından Çağdaş Azərbaycan ədəbiyyatının zənginləşməsi və inkişafı üçün çox böyük xidmətlər göstərdiyini qeyd edib. Bugünkü tədbirin yüksək səviyyədə təşkil olunduğunu xüsusilə diqqətə çatdıran şair Saqif Qaratorpaq poeziya axşamının düzənlənməsindən məmnun qaldığını bildirib, eyni zamanda təşkilatçılıq üçün Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsala sonsuz təşəkkürünü bildirib, yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyib.Tədbirin gedişatında yubilyarın müxtəlif illərdə qələmə aldığı şeirlər səsləndirilib.Tədbirin sonunda isə xatirə şəkli çəkdirilib.

Rüfət AXUNDLU,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar bölməsi üzrə xüsusi müxbiri,
Ağstafa rayonu.