İyulun 12-də respublikanın qərb bölgəsində-Qazax rayonunda yerləşən Qazax Ədəbiyyat Muzeyində Azərbaycan Yazıçılar Birliyinin Qazax Zona Filialının rəhbəri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini, şair-publisist Xəyal Rzanın rəhbərliyi altında “Qazax mahalının şairləri” almanaxının təqdimat mərasimi keçirilib.
Qazax Ədəbiyyat Muzeyinin Mətbuat xidmətindən verilən məlumata görə, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə respublikanın Gəncəbasar bölgəsində yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan yazarlar, rayon sakinləri, ziyalılar yaxından iştirak ediblər.

Rüfət AXUNDLU,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar bölməsi üzrə xüsusi müxbiri,
Qazax rayonu