ii

O müthiş qaranlıq şanlı gecədə
Tufanlar əsdirən qanlı gecədə
Tarixə yazılan canlı gecədə
Sevgi dastanını yazdı Fərizə.

İlhamsız yaşamaq mümkünmü dedi
Günlərcə dərd içdi qəmini yedi
Onsuz dünya dönməz-qərarın verdi
Sevgi dastanını yazdı Fərizə.

Yüzlərcə İlhamlar vuruldu o gün
Şəhidlik zirvəsi quruldu o gün
Yollarda gözlədi yoruldu o gün
Sevgi dastanını yazdı Fərizə.

Sankı zəhər deyil, baldı içirdi
Sevdiyinə gedən yoldu, keçirdi
Zamanı çok azdı, ölçüb-biçirdi
Sevgi dastanını yazdı Fərizə.

Xiyaban onların məzar yeridir
Aşiq olanların nəzər yeridir
Sevgili günündə gəzər yeridir
Sevgi dastanını yazdı Fərizə.

30.06.2016