Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Bu, bir həqiqətə – Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması həqiqətinə söykənir.
Bilik günü — Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir
Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir.
Bu haqda Hz. Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən “Mənə bir hərf öyrədənin köləsi olaram ” demişdi.
Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.
15 Sentyabr ölkənin bütün məktəblərində ilk zəng səsləndi. Bir neçə aylıq fasilədən sonra məktəblər yenidən qaynar həyata döndü.
Bu gün Bilik günüdür. Yeni dərs ili başlayır. Hər tərəfdə böyük canlanma var. Məktəbi bayramsayağı bəzəyiblər. Yay tətilindən qayıdan şagirdlər yeni biliklər əldə etməyə tələsirlər.
BİLİK günü- ilk zəng,ilk həyəcan,hər tərəfdə gül-çiçək və ağ lentlər və təbii ki,adəti üzrə,sülh,birlik haqqında dərslər.Bu gün,məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür..
15 sentyabr-ilk öncə şagirdlər,tələbələr,müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığıni qeyd etdikləri bayram günüdür.
Adəti üzrə bu gün,məktəblərdə dərs ilinin başlanmasına həsr olnumuş təntənəli mərasimlər keçirilir.Xüsusi qayğı və məmnuniyyətlə,təntənəli şəkildə birinciləri qarşılayırlar.
Anasının əlini buraxmaq istəmir. Sinif rəhbəri bir əlindən yapışıb, güc-bəla ilə məktəbin qarşısında “A” sinfinin şagirdlərinin dayandığı sıraya gətirmək istəyir. Ancaq Aysel uşaq məsumluğu ilə çantasını bərk-bərk qucaqlayıb evə getmək istəyir. Ona elə gəlir ki, bu, bağçaya getdiyi zaman keçirilən bayram günlərindən biridir. Konsert bitəndən sonra anası onu evə aparacaq. O da həyətə düşüb yaşıdları ilə evcik-evcik oynayacaq. Amma bu dəfə fərqli idi…
Bilik – insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında öyrəndiklərimizdir. Bilik praktiki fəaliyyət və professional təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub (prinsipləri, əlaqələri, qanunları), həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir.
Biliyi isə kitablardan əldə edirik..
Kitab ictimai sərvətdir. Yüz illərdir ki, o, başlıca bilik, məlumat mənbəyidir.
Elmin, texnikanın inkişafı ilə əlaqədar əvvəlcə kino, daha sonra radio, televiziya bu sahədə kitabla bir növ rəqabətə girmişdir. Hazırda bu rəqabət daha da genişlənmişdir. Xüsusilə komputer texnologiyasının inkişafı əlavə informasiya mənbələrinin şəbəkəsini xeyli genişləndirmişdir. Bütün bunlara baxmayaraq, kitab əsas bilik, məlumat mənbəyi olaraq qalmaqdadır.
Bəs, əhalinin alıcılıq qabiliyyəti necədir? Gələcəkdə kitaba olan tələbatı necə proqnozlaşdırmaq olar? Gələcəkdə bu tələbatı ödəmək üçün indidən hansı işləri görmək lazımdır? Bu gün sovet dövründə vərdiş etdiyimiz tərzdə planlaşdırma yoxdur. İndi bazar iqtisadiyyatı, bazar tələbatı var. Amma bu, heç də kor-koranə istehsal demək deyil. Burada hər şeyi elmi əsaslarla müəyyənləşdirmək, qurmaq, çeviklik, uzaqgörənlik tələb olunur. Bütün bunlar üçün dəqiq, geniş və hərtərəfli sosioloji araşdırmalar aparmağa ehtiyac duyulur. O cümlədən, statistik təhlil, müntəzəm müşahidələr, anket sorğuları və s. mövcud vəziyyəti öyrənmək, fəaliyyəti qurmaq, gələcəyi proqnozlaşdırmaq üçün zəruri imkanlar yaradır.
Cəmiyyətin gücünü müəyyən edən insanlardır. Əlbəttə, hər bir ölkənin öz təbii resursları, öz coğrafi üstünlükləri vardır. Ancaq nəticə etibarilə hər şey insanlardan asılıdır. Sənin neftin də, qazın da çox ola bilər, əgər peşəkar insanların, kadrların yoxdursa bunun heç bir əhəmiyyəti olmayacaqdır. Ona görə, müasir dünyada həm özünə yer tapmaq, həm ölkəyə fayda gətirmək üçün mütləq uşaqlar yaxşı oxumalıdır.
Yaxşı oxumaq o deməkdir ki, siz həyatda istədiyinizə nail ola bilərsiniz. İndi Azərbaycanda vəziyyət elədir ki, hər bir insanın uğuru onun əlindədir. Azərbaycanda azadlıq, sərbəstlik var, bazar iqtisadiyyatı prinsipləri hökm sürür və hər bir insanın taleyi onun öz əlindədir.
Bütün bu dəyərləri aşılayan bir tək varlıq var.. Müəllim…
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir.
Bu gözəl və şərəfli işin dəyərini bilən
əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.
Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün
problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər.
Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür
şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib,
sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı,
bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir.
Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində
fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır.
Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Ülkər DƏNİZ,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini,
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.